KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   2   3   4   5   6   7   8   9   ...   56

Salatın Əhmədli                    
 
 
17
telefona,  bir  dəqiqədən  sonra  istədiyin  adam  sənə 
cavab verir. Nə qədər istəyirsən, danış.  
Otuz  ildə  bir-iki  dəfə  Məhbubəni  görmüşəm.  O 
da  paytaxtda  müəllimlərin  qurultayına  dəvət  alıb 
gələndə,  ya  başqa  bir  tədbirə,  yığıncağa  çağrılanda. 
Əlbəttə, Məhbubə ilə hər bir görüş mənim üçün sevinc 
gətirir.  Mənim  nəzərimdə  o  elə  həmin  mehriban, 
deyib-gülən  Məhbubədir.  Açıq  danışan,  ürəyindəkini 
elə  gözəri  ilə  deməyi,  danışmağı  bacaran  Məhbubə. 
Axrıncı dəfə onu evə dəvət edəndə imtina etdi:  
-Gəlmirəm. 
 Mən  də  bir  qədər  təəccübləndim.  Axı  Məhbubə 
niyə  belə  kəskin  etiraz  eləsin?  Məni  intizarda 
qoymadı: 
- Nə olub? Elə gəlməyə mən borcluyam, bir dəfə 
də sən gələ bilməzsən? Allaha şükür, adın-sanın, ayda 
neçə  dəfə  televiziyada  müsahibələrin  olur.  Mən  də 
nəvələrimə  səni  göstərib  deyirəm  ki,  baxın  mənim 
bacımdır.  Şəhər  hamısı  biz  tərəflərdədir.  Az-çox 
imkanlı  adamların  hamısı  üzü  dağlara,  meşələrə  tərəf 
axışır.  Daha  yay  vaxtı  dəniz  kənarında  dincələn 
yoxdur.  Hamı  istəyir  ki,  sakitliyə  çəkilsin.  Bilirəm, 
yay  vaxtı  sən  daha  çox  başqa  ölkələri  gəzirsən. 
Salatın Əhmədli                    
 
 
18
Gəzdiklərini, gördüklərini də kitab eləyirsən. Sənin ki-
tablarını oxuyan üçün dünyanı gəzmək lazım deyil, elə 
gözəl,  yerli-yataqlı  yazırsan  ki,  oxucunu  da  özünlə 
birgə  Misir  ehramlarına,  Amerika  kanyonlarına, 
okeanların  sahillərinə aparırsan. Olmaz ki, bir yay da 
biz  tərəflərə  gələsən,  Türkobanı  görəsən,  Gird-
mançayın sahilində tarixdə ad qoyan dədə-babalarının 
ruhu ilə danışasan, bir o yerləri də qələmə alasan.  
Doğrusu, Məhbubənin sözləri məni tutdu. Dünya-
nı gəzib-dolanıram. Amma öz ölkəmin, Vətənimin elə 
yerləri var ki, ora bir dəfə də ayağım dəyməyib. 
- Hə, Məhbubə. Yaxşı deyirsən, gərək bu yay siz 
tərəflərə gəlim. 
-  Hə,  bu  başqa  məsələ.  Nəvəmin  də  toyu  olacaq. 
Həm  toya  gələrsən,  həm  də  bizim  tərəfləri  bir 
gəzərsən. 
Məhbubə elə həmin inadkarlıqda qalmışdı. Toyun 
da,    mənim  də  gəlişimin  vaxtını  təyin  edib,  qoluma 
girdi: 
- Hə, indi gedək sizə. 
Gəldik.  Albomlar,  xatirələr,  ürəyimizi  titrədən 
duyğular.  Hər  birimizin  ailə  həyatının  tarixçəsi,  söz-


Salatın Əhmədli                    
 
 
19
söhbət də qurtarmaq bilmir. Beləcə builki dünya səya-
hətim təxirə salındı. 
…Türkoba Girdman çayın yuxarı axarında, meşə-
nin  lap ətəyindədir.  Arxası da  dağlara söykənib.  Kən-
din  aşağısında  dəmyə  üzüm  plantasiyaları  var,  amma 
hiss olunur ki, uzun müddətin baxımsızlığı, yiyəsizliyi 
bağları  qurudub.  Təzə-təzə  dirçəlmə  başlayır.  Üzüm 
plantatorları  dövlətdən  aldıqları  kreditlər  hesabına 
yeni  sortlar  gətirib  əkir.  Tədricən  ərazinin  simasını 
dəyişirlər.  Adamların  bir  qismi  üzümçülüklə  məşğul-
dur,  ancaq  yenə  bir  çoxları  üçün  dolanışıq  mənbəyi 
heyvandarlıqdır. 
Məhbubəgilin  evləri  kəndin  nisbətən  aşağı 
tərəfində,  çayın  qırağına  yaxın  yerdədir.  Səhər  tezdən 
eyvandan  çaya  tərəf  baxmaq,  dağ    çayının  nəriltisinə 
qulaq kəsilmək adamı dünyanın fikir, xəyalından azad 
edir.  Elə  bilirsən  ki,  bu  nərilti  ilə  axan  çaydan  və 
özündən başqa heç nə  yoxdur. Çayın  o biri tərəfindən 
üzü yuxarı dağların arası ilə yatan lay-lay buludlar gün 
qalxdıqca  öz-özünə  yox  olur,  sanki,  dərədə  çox 
nəhəng bir tonqal qalanıb.  Bu tonqalın tüstüsü də  heç 
vaxt çəkilən deyil. Amma bir az keçir, tonqalın dərədə 
deyil,  göyün  üzündə  qalandığını  görürsən.  Günəş 
Salatın Əhmədli                    
 
 
20
aləmi  nura  qərq  edir.  Qızılı-qırmızı  şəfəqlər  dumduru 
dağ  çayında  bərq  vurur,  deyərsən  ki,  günəş  özü  güz-
gülənir.  Bu  gözəlliyin  məni  ovsunladığını,  bu  yerlərə 
vurulduğumu  hiss  edirdim.  Məhbubəyə  qəti  bir  söz 
deməsəm də, könlümdən keçirdi ki, elə Məhbubəgilin 
yaxınlığında  bir  ev  alım.  İndi  kənd  adamları  şəhərə 
meyl edir. Köçüb gedənlərin boş evləri, sahibsiz qalan 
bir  xaraba  da  olsa  onu  abad  eləmək,  çırağını  yandır-
maq Tanrıya da xoş gedər. 
Kəndi  gəzəndə,  çay  ətrafına  düşəndə  necə 
deyərlər müştəri gözü ilə münasib yer axtarırdım. Axır 
ki,  Məhbubəgilin  qonşuluğunda  yolun  o  tərəfində 
çəpəri  bəlkə  Nuh  əyyamından  dağılmış,  güclə  izi 
bilinən,  həyətindəki  ağacları  qurumuş,  ətrafı  kol-kos 
basmış,  divarları  diş-diş  olan,  ancaq  nə  vaxtsa 
ikimərtəbəli  bir  ev  olduğu  köhnə  divarlarından 
görünən xarabanı Məhbubəyə göstərdim: 
- Bu kimin evidir, niyə yiyəsiz qalıb? 
- Nədir, olmaya gözün düşüb? - Məhbubə fikrimi 
oxuyurmuş kimi dilləndi. 
-  Hə,  istəyirəm  səni  sevindirim.  Hər  yay  qonşu 
olarıq. 
- Sən də yer tapdın bəyənməyə. 


Salatın Əhmədli                    
 
 
21
- Niyə ay qız, sən elə özün  istəyirdin ki,  yaxınlı-
ğında olum. 
- Hə, özüm istəyirdim. Daha Haramxanın xaraba-
sını yox. 
Doğrusu,  bu  Haramxan  adı  məni  bir  az  təəccüb-
ləndirdi.  Bəlkə  də  bir  az  üşəndim.  Amma  tez  məni 
üşəndirən düşüncələrdən ayrılmaq istədim. Düşündüm 
ki,  indi  o  qədər  qəribə  adlar  var  ki,  ola  bilsin  heç 
mənasına da varmayblar, kiməsə belə bir ad qoyublar. 
Ad  hələ  heç  nə  demir.  Amma  maraq  güc  gəldi. 
Məhbubədən soruşdum: 
- Haramxanın xarabası olanda nə olar? Bir xaraba 
evi  abad  eləmək,  lap  elə  onu  təzədən  tikib-qurmaq 
yaxşı olmazmı? . 
Fikirləşirdim  ki,  Məhbubə  bir  abad  ev  almağımı 
istəyir. Ona görə də onu nigarançılıqdan qurtarmaq is-
tədim:  
–Sən  nigaran  qalma,  lap  o  daşı-divarı  da  sökdü-
rüb, təzədən tikdirərəm. 
–Eh  ay  qız,  sən  nə  qoyub,  nə  axtarırsan?  Görür-
sən, bura  necə  gözəl  yerdir. Bakıdan  gəlib burda  yay-
laq  yeri  almaq  istəyənlər  elə  bir  baş  o  yerə  cumur. 
Sonra da  məsələdən agah olandan sonra da üz çevirib 
Salatın Əhmədli                    
 
 
22
gedirlər.  Heç  o  xarabanın  yiyəsinin  övladları  da  bu-
raya  qayıtmaq  istəmir.  Bir  dəfəlik  əllərini  üzüb 
gediblər. 
–Nə  olsun  ki,  harda  olsa  taparam,  haqq-hesabla-
rını verib, halallıq alaram. 
–Yox, məsələ halallıqda deyil. 
–Bəs nədədir? 
–Madam  ki,  belə  oldu,  onda  gərək  dinləyəsən. 
Bax, o çayın qırağındakı damı çökmüş uzun yastı, ya-
palaq xarabanı da görürsən? 
Doğrudan  da  indiyə  qədər  diqqətimi  çəkməmiş 
qijıltıyla  axan  çayın  qırağındakı  damı  çökmüş,  hör-
güsünün bir tərəfi uçmuş xarabalığa baxdım. 
- Hə, doğrudan, o nədir elə, lap çayın qırağındadır 
ki? 
- Onun adına  Haramxanın dəyirmanı deyirlər. Bi-
zim  camaat  qabaqlar  aşağı  plantasiyalarının  yerində 
taxıl  əkərmişlər.  Bizim  bu  Türkoba  camaatı  əlli-ayaqlı 
camaatdır.  Özü  əkən,  biçən,  mal-qara  saxlayan,  halal 
dolanışığını  təmin  edəndir.  Sovet  hökumətindən  əvvəl 
də belə olub. Qabaqlar taxılı Girdmanın aşağı axarında 
olan  dəyirmanlarda  üyüdərmişlər.  Bir  gün  bu  Haram-
xan deyilənin babası hansısa uzaq bir yerdən köçüb bu 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə