KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   2   3   4   5   6   7   8   9   ...   56

Salatın Əhmədli                    
 
 
23
kəndə  gəlir.  Ona  burada  ev  tikməyə  yer  ayırırlar.  Özü 
bu  çayın  qırağını  seçir.  Həmin  bizim  qonşuluğumuz-
dakı  bu  xaraba  evin  yerini.  Burada  bir  dam  qaralayır. 
Özünün torpaq sahəsi yox, mal-qarası yox. Çayın qıra-
ğında  bir  dəyirman  tikir.  Dəyirmanın  daşlarını 
öküzlərlə sürütdürüb gətirir. 
Məhbubə  elə  maraqla  danışırdı  ki,  onun  sözünü 
kəsmək  istəmirdim.  Amma  bu  car-car  sözü  diqqətimi 
çəkdi: 
- Car-car nədir, ay qız?  
-  Car-car  meşə  ətəklərində  bitən  çox  möhkəm  bir 
koldur.  Onu  kəsib  tirlərin  üstünə  döşəyir,  qoşqu  hazır-
layırlar.  Ağır  yükə  davam  gətirir.  Həm  o  kolun  adına 
car-car deyirlər, həm də düzəldilən o sürütmə qurğusu-
na.  Nə  isə  sözümü  kəsmə,  Məhbubə  söhbətinə  davam 
elədi: - Bu Haramxanın babası dəyirmanı tikib qurtarır. 
Özü  hər  şeyi  bilirmiş.  Deyirmişlər  ki,  elə  bu  kişi 
əzəldən  dəyirmançı  olub.  Sonra  kolxoz  qurulur, 
dəyirman  da  kolxoza  qatılır.  Amma  dəyirmançı  elə 
həmin  kişinin  oğlu  olur.  Dəyirmançılıq  onların  dədə-
baba sənəti idi, ailəni də bu işlə dolandırır, güzərənları 
da  yaxşılaşır.  Bax,  bu  ikimərtəbəli  evi  də  dəyirmançı 
kişidən  qalan  vəsaitlə  Haramxanın  atası  tikdirir.  Otu-
Salatın Əhmədli                    
 
 
24
zuncu  illərin  axırında  kolxozun  taxılından  təsərrüfat 
üçün  ayrılan  məhsul  kəm  çıxır.  Deyirlər  ki,  Haramxa-
nın  atası  ferma  üçün  üyüdülən  dəndən  oğurlayırmış. 
Onu  da  damlayırlar.  Dəyirman  da  qalır  Haramxanın 
ümidinə.  Ondan  başqa  kimsə  dəyirmanı  işlədə  bilmir. 
Vallah,  bilmirəm  onun  adını  əvvəldən  Haramxan 
qoyublar,  yoxsa…  Müharibəyə  də  aparmayıblar. 
Səbəbi  də  elə  bu  olub  ki,  qonşuların  çöldə-bayırda 
qalan  heyvanlarına  göz  tikib.  Bir  dəfə  də  təzib  qalmış 
bir  çəpişi  tutmaq  istəyir.  Uçurumun  başında  yiyəsiz 
qalmış çəpişi tutub dəyirmana aparacaq, orada da kəsib 
izini-tozunu  itirəcək,  heç kimsə  də  bilməyəcəkdi.  Am-
ma gecə vaxtı görürlər ki, bərk qışqırıq gəlir. Haramxa-
nı  səsindən  tanıyırlar.  Kənd  camaatı  gedirlər,  görürlər 
ki,  Haramxan  tutduğu  çəpiş  qarışıq  uçurumdan  aşağı 
yuvarlanıb.  Ayağı  sınıbmış.  Kənddəki  sınıqçıya  xəbər 
göndərirlər. Gəlib kos qoyur. Yumurta sarısı ilə sarıyır. 
Məhbubənin dediyi kos sözü də diqqətimdən qaçmadı. 
Sonra  yadımdan  çıxacığını  düşünüb  elə  yerindəcə 
öyrənmək istədim: 
–Sınmış  ayağa  deyirsən  ki,  kos  qoyurlar.  Bəlkə 
bunu da izah edəsən. 


Salatın Əhmədli                    
 
 
25
–Hə, görürsən kənddə necə sözlər var. Yavaş-ya-
vaş  hamısı  yaddan  çıxıb  gedir.  Qarğı  qamışdan  kəsib 
arasını  açıb,  sınan  ayağı  yumurta  çəkilmiş  parça  ilə 
sarıdıqdan sonra  qamış çiliklərini üzərinə qoyub sarı-
yırlar. Bu bir növ gipsi əvəz eləyir. 
Düşündüm  ki,  həkimin,  təbabətin  hələ  o  vaxt 
gəlib  çıxmadığı  bu  yerlərdə  insanlar  elə  özlərinin 
həkimi olublar. Məhbubənin gözləri xaraba dəyirmana 
zillənib  qalmışdı.  Mən  də  dinmirdim.  Hiss  elədim  ki, 
Məhbubə  söhbətin  gerisini  danışmağa  çətinlik  çəkir. 
Xahiş elədim ki, bir daha sözünü kəsməyəcəm, danış-
sın. 
–Yox,  sözümü  kəsməyində  deyil  səbəb.  Sadəcə 
istəmirəm ki, əhvalın korlansın. 
–Nə  danışırsan,  ay  qız,  maraq  məni  öldürər.  Xa-
hiş edirəm, davam elə. 
–Hə,  bu  Haramxan  axsamağının  hesabına  müha-
ribədən  qalır.  İkinci  Cahan  savaşından  qabaq 
kəndimizdə  Gülgəz  adlı  gözəl  bir  qız  olur.  Gülgəzi 
Haramxan  da  istəyir.  Ancaq  Nəsib  adlı  başqa  oğlanı 
Gülgəzin  gözü  tutur.  Gülgəz  Haramxana  dil  vermir. 
Nəsibə gedir. Nəsib də ki, bir Nəsib imiş. Qoçaq, qıs-
qıvraq.  Atın  belinə  qalxanda  elə  bil  ki,  köhlən  uçur-
Salatın Əhmədli                    
 
 
26
muş.  Haramxan  da  hərdən  bulağa  enən  qızların  aras-
ında  Gülgəzi  görür,  oğrun-oğrun  baxır,  yanıb-
yaxılırmış.  Təkliyə  də  salanda  deyirmiş  ki,  məni 
bəyənmədin. Nəsibin at minməyinə allandın.  
Gülgəzin Nəsibdən üç oğul övladı dünyaya gəlir. 
Ancaq bir gün Nəsibi də müharibəyə aparırlar. 
Məhbubə  söhbətinə  ara  verdi.  Xəyallandı,  hiss 
elədim onun gözləri də doldu. Rəfiqəmin belə ağır, in-
tizarlı  bir  söhbət  danışacağını  gözləmirdim.  İstədim 
könlünü alım: 
- Bəlkə danışmayasan? 
- Yox, nə üçün, danışaram. 
- Gördüm çox kədərlənirsən. 
- Hə, Nəsib mənim atamın əmisi oğlu olub. 
- Müharibədən qayıtmayıb? 
- Hə, qayıtmayıb. Qayıtmayıb deyəndə ki, məsələ 
bir qədər ayrı cürdür. Müharibə uzandıqca kənddə dul 
arvadların  sayı  da  artır.  Neçəsinin  qara  kağızı  gəlir. 
Təsərrüfat  da  başlı-başına  qalır.  Adamlar  aclıq  çəkir. 
Acından  neçə  uşaq  ölür.  Gülgəzin  də  üç  balası 
aclıqdan  əriyib,  çöpə  dönür.  Gülgəz  özünü  oda-közə 
vurur  ki,  uşaqlarını  aclıqdan  qorusun.  Bir  gün  eşidir 
ki,  Haramxanın  dəyirmanına  dul  arvadlar  həftədə  bir 


Salatın Əhmədli                    
 
 
27
dəfə  gedir,  dəyirmanı  süpürür,  bir  torba  ard  unu  ilə 
qayıdırlar.  Bilirsən  də,  dən  üyünəndə  tozlanan  un 
unluğun  ətrafına  yığılır.  Ona  ard  unu  deyirlər.  Növbə 
ilə  gedən  arvadlar  xəbər  gətirirlər  ki,  Haramxan 
Gülgəzi  də  çağırır.  Bir  axşam  da  o  gəlib,  dəyirman-
dakı  işlərə  əl  yetirsin.  Səliqə-səhmana  baxsın.  
Dəyirmanın  yanındakı  Haramxanın  bostanını  sulasın. 
Sonra  da  ard  unundan  payını  alıb  getsin.  Gülgəz 
balaca  körpəsinin  acından  zarıltısına  dözmür.  Onu 
yatağına  uzadıb,  qapıdan  çıxır.  Nəsibin  getməzdən 
əvvəl  dediyi  sözlər  yadına  düşür:  «Gülgəz,  bax  a, 
özünü  bu  kənddə  Haramxandan  gözlə.  Zatı  qırıq 
adamdı.  Qardaşının  da  namusuna  göz  dikəndi». 
Gülgəz  qapıdan  geri  qayıdır,  getmək  istəmir.  Amma 
uşağın  sızıltısı  sinəsini  göynədir.  Gün  dağların 
arxasında  itəndə  ətrafa  qaranlıq  çökür.  Gülgəz  özünü 
dəyirmana  salır.  Bilirdi  ki,  bu  axşam  un  aparmasa, 
uşaq  öləcək.  Onu  görəndə  Haramxanın  mavi  gözləri 
işıldayır.  Güclə  ətrafa  işıq  salan  çırağın  yanına  gəlir. 
«Hə, yaxşı gəlmisən. Bax, bu unu sənə saxlamışam» ,-
deyə  torbanı  göstərir.  Gülgəz  əl  atıb  torbanı  götürür, 
Haramxana dua eləmək istəyir: Allah səni… 
Salatın Əhmədli                    
 
 
28
Haramxan  da  ki,  adına  yaraşan  kişi  idi.  İndi  ona 
da  kişi  deyirik,  kişilərin  goru  çatlayar.  Gülgəzin  qol-
undan  tutmaq  istəyir.  Gülgəz  qolunu  qəzəblə  geri 
çəkir: 
-  Yaxşı-yaxşı,  xətrinə  dəymirəm.  Götür  unu  da 
get, gələn həftə gəlib həyət-bacaya baxarsan.  
Gülgəz  həmin  axşam  gətirdiyi  ard  unundan  suda 
horra  bişirir.  Uşaqlarına  içirir.  Həmin  gecə  körpə 
ölümdən  xilas  olur.  Ancaq  kəndə  xəbər  yayılır  ki, 
Gülgəz  Haramxanın  dəyirmanına  növbəyə  gedib. 
Daha  kimin  ağzını  bağlamaq  olar.  Deyirlər  ki,  Nəsib 
muharibədən  sonra  kəndəcən  gəlibmiş.  Hansı  bir 
ağzıgöyçəksə,  olanı,  olmazı  ona  danışır.  O  da  elə 
kəndin  ayağındanca  geri  qayıdır.  Gülgəzin  uşaqları 
böyüyüb  kənddə  qalmadılar.  Özünü  də  kənd 
qəbiristanlığında  bir  tərəfdə  dəfn  elədilər.  Ölənə 
qədər,  ağzından  canı  çıxınca  «Mənim  günahım 
yoxdur,  Haramxanın  yurdu  xaraba  qalsın.  Günahım 
odur  ki,  uşaqlarıma  onun  haram  payını  yedirtdim»,  - 
deyirmiş. 
- İndi bu xaraba ev Haramxanındır? 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə