KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

Salatın Əhmədli                    
 
 
53
gedib  meyidini  gətirsinlər.  Evlərdə  qalan  qadınlar  idi. 
Onlar  da  yaşayıb  ömürlərini  başa  vurdular.  Nəsil 
üzüldü.  Özü  də  hər  iki  tərəfdən.  Beləcə  bu  iki  evdə 
işıq söndü. 
…İndi  Ərdəmliyə  ayrı  gözlə  baxırdım.  Hər 
cığırda,  hər  ağacda  mənə  elə  gəlirdi  ki,  böyük  bir 
əhvalatın sirri yatır. Kəndin o tay-bu tayındakı təpələ-
rin  üstündə  ucalan–yerdən  çıxmış  kimi  görünən  nə-
həng  qayalar  mənim  gözlərimə  Hacı  Fərhad,  Hacı 
Göyüş  kimi  görünürdü.  Elə  bilirdim  ki,  daşa  dönmüş 
bu  kişilər  kəndə  keşik  çəkir.  Amma  təkcə  keşik  çək-
mirlər. Həm də daşa dönmüş canları, gözləri ilə əməl-
lərinin  nəticələrinə  baxırlar.  Baxırlar  ki,  görsünlər  bir 
vaxt  onların  bu  get-gəlli  evləri,  yurdları  nə  vaxt  təzə-
dən  dirçələcək.  Bəlkə,  bir  gün  gələcək  elə  bu  daşlar 
göyərəcəklər, bu xaraba evlərdə işıq yanacaq. Daha nə 
bu  daşlar  göyərmir,  nə  də  bu  xarabalardan  işıq  gəl-
mirdi.  Mənəm-mənəmlik,  kin-küdurət,  qisasçılıq  bu 
evlərin işığını elə söndürməmişdi ki, bir də yanaydı. 
Axşam  düşürdü,  vadi  boyu  Ərdəmlinin  işıqları 
göyün  ulduzları  ilə  yarışa  girirmiş kimi bərq  vurmağa 
başladı.  
Salatın Əhmədli                    
 
 
54
-  Hə,  oğul,  bu  əsrin  tamamına  hələ  bir  qərinə 
qalır.  Deyirlər  ki,  hər  qərinədən  bir  zaman  dəyişir. 
Gerisini  sən  özün  görərsən.  -  Aqil  kişi  bunu  deyib 
yenə çəliyini özünə söykək verib ayağa qalxdı.  
Daha Aqil əmiyə heç nə demədim. 
 
 
 
 
 
 


Salatın Əhmədli                    
 
 
55
 
VAXTINDA EVLƏN 
 
Düz  iyirmi  yeddi  il  bundan  əvvəl  doğma 
kəndindən  çıxmışdı.  İndi  həmin  yolla  geri  qayıdırdı. 
Doğrudur,  yollar  da  həmin  yollara  bənzəmirdi.  O 
vaxtkı  dağılmış,  sökülmüş,  çala-çuxur,  iki  maşının 
belə  yan-yana  gedə  bilmədiyi  yol  idi.  Əvəzinə  iki 
tərəfli asfalt örtüklü yol göz oxşayırdı. Ayrı-ayrı yerlər 
ona  tanış  gəlirdi.  Axı,  cəmi-cümlətanı  ikinci  dəfə  idi 
bu  yolla  gedirdi.  Yol  kənarı  mənzərələr,  yaşıllıqlar, 
addımbaşı kafe-restoranlar, qonaq evləri, maşın təmiri 
yerləri, yanacaqdoldurma məntəqələri…  
Ənvər elə bil ki, bir vaxt keçib gəldiyi yerləri indi 
tanıya  bilmirdi.  Əvvəlcə  maraqla  baxdı.  Ancaq  bir  az 
keçməmiş  yolun  rahatlığından,  mürgüləməyə  başladı. 
Oturacaqda  yerini  bir  az  da  rahatladı.  Sürücünün 
xəbərdarlığına  görə  qoruyucu  kəməri  də  bağlamışdı. 
Üstündə  «taksi»  emblemi  qoyulmuş  «Mersedes» 
markalı  maşında  arxa  cərgədə  üç  nəfər  də  vardı. 
Ünsiyyət quran adama oxşamırdılar. Sürücü öz  işində 
idi. Ənvəri necə yuxu apardısa daha xəbəri olmadı.  
Salatın Əhmədli                    
 
 
56
…Atası  ilə  əmisi  dədə-baba  həyətini  iki  yerə 
bölmüşdülər.  Hərəsi  də  özünə  ayrıca  ev  tikmişdi. 
Ölkənin  qərb  qurtaracağında-rayonun  ucqar  kəndində 
yaşayırdılar.  Amma  onların  kəndi  elə  idi  ki,  bir  vaxt 
ədalətsiz  torpaq  bölgüsü  nəticəsində-bəlkə  də,  Vətən 
hissi,  torpaq  hissi  olmayan  başçıların  başsızlığından 
kənd  Ermənistan  ərazisində  qalmışdı.  Tabeçiliyi  öz 
rayonlarına  olsa  da,  gərək  ermənilərin  məngirlədiyi 
torpaqlarımızdan  keçib  kəndə  gedəydilər.  Onda  hələ 
səssizlik  idi.  Kimsə  kimsənin  toyuğuna  daş  atmırdı. 
Qonşuluqda  yaşayan  ermənilər,  azərbaycanlılar  bir-
birinə  qonaq  gedib-gəlir,  kimin  ehtiyacı  haradan 
düzəlirdisə, ora da bazarlığa, dükana gedirdi. Aldığını 
alır, satdığını satırdı... 
Yazqabağı kənd yerinin ayrı aləmi vardı. Novruz-
da  kənd  qazan  kimi  qaynayardı,  paltar-palaz  çırpan, 
evinin divarlarını ağardan kim,  bağ-bağata əl  gəzdirib 
qaydaya  salan  kim…  Mal-qara  tövlədən  çıxardı. 
Əməlli-başlı  güdükçüsü  olmasa  da,  kimsənin  malına 
dəyib-toxunan  yox  idi.  Hələ  uşaqlar-oğlanların  baca-
bacası,  qızların  evə  yığışıb-əlbəttə,  münasib  evə  – 
daha  çox  kişi  xeylağının  az  olduğu  evə  toplaşıb  iynə 
atmaları,  fal  açmaları…  başlanardı.  Kəndin  qızları 


Salatın Əhmədli                    
 
 
57
əmisi  qızları  Naridənin,  Nuridənin  başına  toplaşardı. 
Ənvərin  də  gözü  Naridədə  idi.  Ənvərə  görə  kəndin 
oğlanları  bu  tərəfə  hərlənməzdilər…  amma  yox,  qız-
lar  bulağından  su  içən  bu  kənd  gözəlləri  öz  nazları, 
işvələri  ilə  kəndin  oğlanlarını  da  ovsunlayırdı.  Qızlar 
toplaşanda elə Ənvər də başda olmaqla, oğlanlar Nov-
ruz  axşamında  evin  həndəvərinə  dolanardılar,  bəlkə, 
kimsə öz istəklisini görə bildi… Bəlkə, danışa da bilə-
cək-bundan şirin arzu təsəvvür etmək olardımı?  
Ənvərin  atası  sakit,  mülayim  adam  idi.  Özü  də 
düzlüyü  çox  sevərdi.  Əli  kişi  vaxtından  əvvəl  qocal-
mışdı.  Bəlkə  də,  elə  kasıbçılıq  belə  tez  qocaltmışd. 
Həmişə deyərdi ki, Ənvərlə Hüseyn böyüyər, dayağım 
olar,  mənə  də  əl  yetirərlər.  Güc-bəla  dədə-baba  hə-
yətindən payına düşən yerdə ev tikmişdi, birmərtəbəli, 
ikiotaqlı, bir də eyvanı olan ev.  
Günlərin  birində  aləm  qarışdı.  Ermənilər  kəndi 
hədəf  altına  aldılar.  Əvvəlcə  mal-qaranı  çöldən  yığıb 
apardılar, sonra da Ənvərgil onlardan bir dəstə qoyun-
keçi gətirdi. Bir müddət sonra yamacdan naxıra baxan 
güdükçünü  tutub  girov  saxlayan  ermənilərə  cavab 
üçün  bunlar  da  yoldan  keçən  bir  erməni  maşınını 
Salatın Əhmədli                    
 
 
58
saxladılar,  adamları  düşürdüb  həmin  güdükçü  ilə  də-
yişdilər, azad elədilər. 
Hələ ki, qan-qada yox idi. Amma bir gün düşmə-
nin qrad mərmiləri göydən ölüm yağışı kimi yağmağa 
başladı. Elə birinci güdaza gedən Ənvərgilin evi oldu. 
Anası,  atası,  bir  də  qardaşı  dağılmış  evin  uçuqları 
altında  qalıb  bu  namərd  dünyadan  vaxtsız  getdilər. 
Hələ  atası,  anası,  qardaşı  sağ  olanda  Naridəyə  olan 
sevgisini  bilirdilər.  Və  bunu  anası  Naridənin  anasına 
demişdi.  Amma  Naridənin  atası-Ənvərin  əmisi  Mə-
həmməd  üz-gözünü  elə  bozartmışdı  ki,  bir  daha  bu 
söhbəti  açıb-ağardan  olmadı.  Evləri  dağılandan  sonra 
Ənvər  könüllü  olaraq  özünümüdafiə  batalyonuna 
yazıldı.  Onsuz  da  daha  əmisigilə  gedib-gələ  bilmirdi, 
öz evləri də…  yox idi.  
Döyüşlərin birində Ənvər yaralandı. Sağ qolunun 
sümüyünü  mərmi  zədələmişdi.  Bədənində  də  qəlpə 
yaraları  vardı.  Rayon  mərkəzindəki  xəstəxanada  bir 
qədər  müalicə  aldı.  Deyirdilər  ki,  Ənvərin  qolunu 
kəsəcəklər.  Amma  həkimlərdən  biri  qəti  etiraz  elədi. 
Rayon  mərkəzindən  onu  başqa  ağır  yaralılarla  birgə 
«Təcili  yardım»  maşınında  Bakıya  göndərdilər.  Bəlkə 
də,  Ənvər  qolunun  kəsilməyinə  razı  olardı,  amma 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə