KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

Salatın Əhmədli                    
 
 
71
Balaca kəndimiz, dağın döşünə söykənmiş evlər, 
kəndarası cığırlar  və kəndin aşağı ətəyində, yastanada 
yerləşən 
məktəbimiz 
gözlərimin 
önünə 
gəlir. 
Səkkizinci  sinfi  kəndimizdəki  həmin  məktəbdə 
bitirdim. Sinif  yoldaşlarımın bəziləri rayon  mərkəzinə 
oxumağa  getdi,  bəziləri  də  şəhərdəki  qohumlarının 
yanında  təhsillərini  davam  etdirəcəkdilər.  Mən  də 
Şəfiqə  də  qəsəbədəki-evimizdən  bir  qədər  aşağıda 
yerləşən,  dəmiryol  stansiyasının  yanındakı  məktəbdə 
oxumalı olduq. Onu da deyim ki, Şəfiqə ilə bir partada 
oturmuşduq.  Bu  məktəbdə  də  pəncərə  tərəfdə  birinci 
cərgədə  ikimiz  bir  əyləşdik.  On  gündən  sonra  ağsaçlı 
sinif rəhbərimiz-Valeh müəllim uşaqları partalarda bir 
qız-bir oğlan olmaqla oturmağı məsləhət gördü. Şəfiqə 
ilə mənə baxıb dedi:  
-  Deyəsən,  siz  çox  mehribansınız,    ikiniz  elə  bir 
partada əyləşin.  
-  Çox  sağ  olun,  müəllim,-Şəfiqə  həyəcanını  giz-
lədə  bilməyib  dilləndi.  Açıq-aşkar  görünürdü  ki, 
müəllimin bizi ayırmadığına çox sevinmişdi.  Elə  mən 
də  həyəcanlanmışdım.  Axı  Şəfiqə  mənim  çox  yaxın 
rəfiqəm idi. Birinci sinifdən eyni partada əyləşmişdik. 
Səkkizinci 
sinfi 
qurtarana 
qədər 
mən 
sinif 
Salatın Əhmədli                    
 
 
72
nümayəndəsi,  o  da  «təmizkom»  olmuşdu.  Uşaqların 
əllərinin təmizliyinə, dırnaqlarına ciddi  nəzarət edirdi. 
Hətta  oğlanların  saçının  uzanmasına  da  yol  vermirdi. 
Çantasında  həmişə  yod,  qayçı,  bint  olardı.  Saçı  uzun 
oğlanları  hərdən  cəzalandırmağı  da  vardı.  Özü  də 
bunu  elə  edərdi  heç  kim  in-ciməzdi.  Səhəri  gün 
görərdin  ki,  hamı  qaydada  dərsə  gəlib.  Forma, 
qalstuk… bütün bunlar da öz yerində. İndi biz qəsəbə-
də  oxumalı  idik.  Gəncliyin  gətirdiyi  hava  bizi 
tutmuşdu.  Xüsusilə,  oğlanlar  qazan  kimi  qaynayır-
dılar. Hərəsi bir qızı gözaltı eləmişdi. Hiss edirdim ki, 
oğlanlar  mənə  biganə  deyillər.  Xüsusilə,  məndən  bir 
sinif yuxarı oxuyan Yusif. O, məktəbi bir il tez bitirdi. 
Həmin il ali məktəbə qəbul oluna bilmədi. Ancaq hiss 
olunurdu ki, qürurunu pozmayır, özünə inamlıdır. 
 Bir gün məktəbə gəldi. Bizim sinfin şagirdləri ilə 
çox mehriban idi.  
- Hərbi xidmətə gedirəm, - dedi. 
Şəfiqə də tez:  
-  Yəqin  bizə  məktub  yazmağı  unutmazsan,  - 
deyib onu altdan yuxarı süzdü.  
- Əlbəttə, məktub yazacağam. 
- Kimin adına yazacaqsan? 


Salatın Əhmədli                    
 
 
73
- Daha onu deməzlər.   
Yusif    başqa  uşaqlarla,  Şəfiqə  ilə  əl  verib 
görüşdü. Mənə  yaxınlaşanda əlimi  uzatmadım.  Ancaq 
o,  başını  mənə  tərəf  yaxınlaşdırıb:  -Bax  ha,  məni 
gözlə,  saçlarını  da  kəsdirmə,-dedi.  Tez  də  dönüb 
sinifdən çıxdı.  
Mən  Yusifi  sevmirdim.  Ona  qarşı  məndə  sevgi 
hissləri  yox  idi.  Ancaq buna baxmayaraq,  hiss elədim 
ki,  yanaqlarım  od  tutub  yanır.  Canımda  bir  istilik 
vardı.  Elə  bilirdim  ki,  hamı  mənə  baxır.  Yaxşı  ki,  bu 
hal tez keç-di... 
Biz də orta məktəbi bitirdik. Çoxları kimi mən də 
Bakıya  gəldim,  sənədlərimi  Azərbaycan  Dövlət 
Univer-sitetinə  verdim.  Azərbaycan  dili  və  ədəbiyyat 
müəllimi 
olmaq 
istəyirdim. 
Şəfiqə 
isə 
Tibb 
Universitetinə  getdi.  Mən  birinci  il  ali  məktəbə  qəbul 
olundum.  Amma  Şəfiqə  qəbul  oluna  bilmədi.  Və 
sənədlərini  tibb  məktəbinə  ver-di.  Sonra  da  qrup-
larından  bir  oğlanla  evləndi.  Həmin  gənc  sonralar 
Tibb  Universitetini  də  bitirib  hərbi  həkim  olmuşdu. 
Mən sonra uzun müddət Şəfiqəni görmədim… 
Qarabağ  müharibəsi  başladı,  aləm  bir-birinə 
qarış-dı. Tanışlar, dostlar bir-birindən ayrı düşdü, yax-
Salatın Əhmədli                    
 
 
74
ınlar,  doğmalar  dağılışdı.  Çox  ağır  bir  həyat  ba-
şlamışdı. Qara xəbərlər, ağır xəbərlər bir-birinin arxas-
ınca qarabaqara insanları izləyirdi.  
Qarabuğdayı, hündür boylu, qalın, qara bığlı, ağır 
yaralanmış  bir  gənci  əməliyyat  otağına  gətirmişdilər. 
Hərbi səhra hospitalında bir gərginlik vardı. Ağır yara-
lıları vertolyotla daşıyıb gətirirdilər. Hərbçilərlə müha-
fizə  olunan  hospitalın  ətrafında  adam  əlindən  yer  yox 
idi.  İnsanlar  qaynaşırdı.  Yaralısının  arxasınca  gələn, 
itki-nini  axtaran,  canını  təzə  tapşıran  övladlarının 
ölüm xə-bərindən vay-şivən qoparanlar… bir sözlə, bu 
mənzərəni  bir  dəfə  görən  adamın  heç  vaxt  yadından 
çıxmayacaq üzüntülü günlər… 
Savalan  həkim  əməliyyat  stolunda  onu  gözləyən 
yaralıya yaxınlaşdı. Güllə sinəsini parçalamış, ağ ciyə-
rini də zədələmişdi. Savalan həkim hiss elədi ki, gənci 
xilas etmək mümkün olmayacaq. Ancaq əlindən gələni 
əsirgəməməyə  çalışırdı.  Ağrıkəsici  iynələr  vuruldu. 
Für-sətdən  istifadə  edib  ondan  bir  neçə  kəlmə  söz 
soruşdu.  Bəlkə  də,  Savalan  həkim  yaralını  ona  görə 
danışdırırdı ki, ölüm qorxusunu ondan uzaqlaşdırsın: 
 – Sən haralısan? 


Salatın Əhmədli                    
 
 
75
-  Kürün  yuxarısından,  meşəətəyi  kənddənəm. 
Əsli-miz  həmin  kənddən  olub,  sonra  dəmiryolu 
qırağındakı  qəsəbəyə  köçmüşük.  Mən  də  həmin 
qəsəbədə doğulmu-şam.  
-  Nə  yaxşı,  biz  həmyerliyik  ki,  mən  də  həmin 
qəsəbədənəm.  
Yaralı  xırıltılı  danışırdı.  Ağrıkəsici  iynələrdən 
son-ra  bir  qədər  özünü  yaxşı  hiss  edirdi.  Başını 
qaldırıb Sa-valan həkimə diqqətlə baxdı: 
- Yox,  mən səni  həmin  qəsəbədə  görməmişəm, - 
qətiyyətlə dedi. 
- Eşitməmisən, deyirlər ki, «arvadın haralı, sən də 
oralı». Mənim həyat yoldaşım həmin meşəətəyi kənd-
dəndir. Özü də orta məktəbi qəsəbədə oxuyub. 
-  Adı  nədir?-Yaralı  gənc  diqqətlə  həkimin  göz-
lərinə baxıb soruşdu.  
- Şəfiqədir.  
- Hə, hə, tanıdım, yadıma gəldi. Onunla bir qız da 
oxuyurdu,-Güldəstə  adlı  bir  qız.  Yoldaşınızdan  soruş-
sanız  tanıyacaq.  Deyərsiniz  ki,  Yusif  son  günlərini, 
son  anlarını  mənimlə  danışdı.  Burada  mənim  bir 
döyüşçü  dostum  da  var,  adı  Vaqifdir.  Həkim,  ondan 
müğayat olarsınız.  
Salatın Əhmədli                    
 
 
76
Bundan sonra Yusif daha heç nə deyə bilmədi. 
…Həmin gün Yusif elə əməliyyat stolunda canını 
tapşırdı.  Qohumları  gəlmişdilər.  Şəhidin  cənazəsini  
Ba-kıya-Şəhidlər  xiyabanına  yola  saldılar.  Nisbətən 
yüngül  yaralı,  elə  Yusiflə  birgə  gətirilmiş  gəncin 
əhvalı  yaxşı-laşırdı.  Savalan  ondan  Yusif  haqqında 
soruşanda Vaqi-fin gözləri doldu: 
-  Həkim,  bilirsən,  o  necə  igid  bir  oğlan  idi?  Bir-
inci  dəfə  Kəlbəcərin  işğalı  vaxtı  ermənilərə  qan  ud-
durmuş-du... 
…Yusiflə birgə ikisi qalmışdı. Bir qədər hündür-
də  mövqe  tutmuşdular.  Yusif  yüngül  pulemyotla 
döyüşür-dü,  Vaqif  isə  snayper  idi.  Ermənilər  qəflətən 
bir  dəstə  dinc  sakinin  qarşısını  kəsdilər.  Yusif 
hündürdən qışqırdı: 
 -  Ey,  əclaflar,  dinc  sakinlərlə  işiniz  olmasın, 
bura-xın onları. 
 Ermənilər  Yusifgil  tərəfə  atəş  açdılar.  Güllələr-
dən  biri  Vaqifin  sağ  qoluna  dəydi.  İndi  o,  atəş  aça 
bilmirdi.  Yusif  yastı  qayanın  arxasında  idi.  Erməni-
lərdən hər kəs Yusifin açdığı atəşlə yerə sərilə bilərdi. 
Və  həqiqətən  ermənilərdən  biri  adamlardan  aralanıb 
daldalanmaq  istədi.  Qayanın  arxasına  keçər-keçməz 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə