KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə21/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   17   18   19   20   21   22   23   24   ...   56

Salatın Əhmədli                    
 
 
119 
müayinədən  keçən  kimi  uşağın  dünyaya  problemli 
gəldiyini bilmiş və çıxış yolu kimi də onu anaya göstərmə-
məyi qərara almışdılar.  Bunu  hamıya deyə bilməsələr də, 
hər halda Şəfiqə xanıma demişdilər. Hər necə olsa da, bu 
sahədə  hamıdan  çox  təcrübəsi  vardı.  Səriyyə  ilə  tanışlığı 
öz yerində, bir az da qohumluğu var idi. Münasibət üçün 
bu  da  kifayət  edərdi.  Hər  halda  o,  yaxınlaşar,  Səriyyəyə 
təskinlik verə bilərdi. Vəziyyətin necə olduğuna inandırar-
dı  onu.  Hər  halda  həkimlər  konsiliumdan  sonra  qərara 
almışdılar  ki,  uşağa  ana  südü  vermək  olmaz.  Yaşamaq 
ehtimalı azdır. Şəfiqə bunları bilirdi. Və bütün bunları bilə-
bilə  Səriyyəyə  yaxınlaşmaq  çətin  idi.  Onunla  eyni  gündə 
doğum  evinə  gətirilmiş  Gülarə  Səriyyə  ilə  eyni  palatada 
idi.  Gülarə  gənc  olsa  da,  artıq  Şəfiqə  ona  ana  və  uşaq 
barədə məlumat vermişdi.  
…Səriyyənin  qırx  üç  yaşı  vardı.  İlk  övladı  dün-
yaya  gələndən  sonra  daha  başqa  övladı  olmamışdı. 
Yeganə  oğlunu  qayğı  ilə,  sevgi  ilə  böyütmüşdü.  İki  il 
əvvəl  evləndirmiş,  hətta  iki  nəvəsi  də  var  idi.  İndi 
kənardan  baxan  onu  xoşbəxt  bir  nənə  kimi  görürdü. 
Amma  onun  kimsəyə  demədiyi  bir  ağrısı  bütün  var-
lığını  inlədirdi.  Bütün  bu  illər  ərzində  arzulamışdı  ki, 
yenə  bir  övladı  doğulsun,  yenə  dünyaya  bir  uşaq 
Salatın Əhmədli                    
 
 
120 
gətirsin.  Analığın  şirin  əzablarını  yaşamaq  xoşbəxt-
liyini  bir  də  görsün.  Analıq  duyğuları  onun  qəlbində 
şahə  qalxır,  sanki  sinəsini,  ürəyini  söküb  dağıdırdı. 
Qəlbində  əziz  bildiyi  müqəddəslərə  yalvarır,  Tanrıya 
dualar  edirdi.  Təki,  o,  yenə  ana  olaydı.  Hərdən  oğlu-
nun körpəliyi yadına düşürdü. Onu necə sinəsinə sıxır-
dı, ilahi!? 
 Südlə dolu döşlərini körpənin dodaqlarına yaxın-
laşdıran  kimi,  onun  ağzını  necə  gəzdirdiyni,  sonra  da 
ana  döşünü  marça-marçla  əmdiyni  yadına  salırdı. 
Bütün  bunlar  ananın  yaşadığı  hisslərin  bəxtəvərliyidir 
və  dünyanın  heç  bir  nemətilə  əvəz  oluna  bilməz.  Sə-
riyyə bu hissi təzədən yaşamaq istəyirdi. Necə xoşbəxt 
olardı;  oğlu  üçün  bir  qardaş  və  ya  bir  bacı  dünyaya 
gələrdi… 
Nəvəsini dünyanın əvəzolunmaz bir neməti kimi qar-
şıladı.  Gəlini  yuxuya  gedəndə  astaca  nəvəsinə  yaxınlaşır, 
onu qucağına götürürdü. Saatlarla çağanı saxlamaq, ovun-
durmaq  onun  üçün  könül  xoşluğu  idi.  Və  elə  bu  anlarda 
özünü  təzədən  bir  ana  kimi  təsəvvür  edirdi.  Hətta  nəvəsi 
ağlayanda,  gəlini  toya,  qohum,  qonşu  məclisinə  gedəndə 
uşağı  ovundurmaq  bəzən  çətin  olurdu.  Nənə  nəvəsini 
sakitləşdirmək üçün öz döşünü verirdi. Bəlkə də, bu istək-


Salatın Əhmədli                    
 
 
121 
dən,  bəlkə  də  illər  boyu  Səriyyənin  içində  həsrətlə  yol 
gözləyən  analıq  hissinin  gü-cündən  idi.  Onun  döşlərinə 
süd gəlmişdi. Və beləcə, bir gün o, halının dəyişdiyini hiss 
elədi.  İyirmi  il  bundan  əvvəl  ilk  övladı  bətninə  düşəndə, 
hamiləliyin  ilk  günlərində  keçirdiyi  hissləri  yaşadı.  Bir 
neçə  günə  şübhələr  ötdü.  Bəli,  o,  ana  ola-caqdı,  nəhayət, 
Tanrı onun dualarını eşitmişdi. Və ona ikinci dəfə ana ol-
maq  qisməti-bəxti  vermişdi.  Onun  nəzərində  ya-şamağın 
dəyəri,  mənası  elə bu  hiss  idi.  Bu  müqəddəs  analıq  hissi. 
Uşaq  doğmaq,  övlad  dünyaya  gətirmək,  onun  körpə-
liyinin  nazını  çəkmək,  sonra  da  boyunu  sevmək…  bütün 
bunlar bir ana üçün dünyanın bütün varından, dövlətindən 
yüksək idi.  
Səriyyəgilin dolanışığı  pis deyildi.  Həyat  yoldaşı 
biznes adamı  idi. Yay aylarında  işdən,  gücdən ayrılır, 
istirahətlərini  doğma  kəndlərində  keçirərdilər.  Orada 
da  hər  cür  şərait,  imkan  vardı.  Ancaq  qohumları, 
doğmaları hiss edirdilər ki, Səriyyə həmişə kədər için-
dədir,  həmişə  fikirdədir.  Deyib-gülən  qadınların  ara-
sında  onun  üzünün,  gözünün  kədər  buludu  dağılmaz-
dı.  Və  indi  birdən-birə  hər  şey  dəyişmişdi.  Yaxınları, 
rəfiqələri, tanış qadınlar az qala onu tanıya bilmirdilər. 
Onsuz  da  gözəl  olan  çöhrəsi  bir  az  da  işıqlanmışdı. 
Salatın Əhmədli                    
 
 
122 
Sanki  daxilindən  gələn  bir  nur  gözlərindən  dünyaya 
axır,  sönməz  bir  işıq,  bitib-tükənməz  şöləli  bir  halə 
onun ətrafını nura bələmişdi. Gözəlliyinin üstünə neçə 
qat  gözəllik  gəlmişdi.  Dilinin  şirinliyi,  səsinin 
məlahəti,  yerişi-duruşu  aralıdan  diqqəti  çəkirdi.  Hiss 
olunurdu  ki,  bütün  bunlar  analıq  duyğusunun  bəxtə-
vərlik nişanələri idi. 
Beləcə, doqquz ayın xoşbəxtliyi ötüb-keçdi. Ana-
nın saydığı günlərin sonu çatdı. Və o, beləcə doğuş ağ-
rıları  ilə  buraya  gətirildi.  O  yerə  ki,  burada  övladı  ilə 
üzbəüz görüşəcəkdi.  
…Bəs  niyə  uşağı  ona  vermirdilər?  Axı  nə  ol-
muşdu?  Səbəbi  nə  idi?  Hələlik  heç  nə  deməsələr  də 
onunla eyni palatadakı gənc ananın-Gülarənin səssiz, lal 
baxışları,  yaxından  və  yaxşı  tanıdığı  Şəfiqənin  nigaran 
nəzərləri, narahat görkəmi elə bil ki, pis bir xəbər eşidə-
cəyini  anaya  diktə  eləyirdi.  Xəbər  isə  deyilmirdi.  Daha 
iki  gün  də  keçdi.  Amma  ana  bu  iki  günü  iki  il  qədər 
əzabla  yaşadı.  Axır  ki,  yerindən  qalxdı,  körpələrin 
otağına  yeridi.  Dil  boğaza  qoymayan,  zarıyan  körpənin 
onun olduğunu elə ilk baxışdanca anladı. Daha doğrusu, 
o,  bunu  qeyri-adi  analıq  hissilə  duymuşdu.  Birbaşa 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə