KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə23/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

Salatın Əhmədli                    
 
 
129 
 
DƏLLƏK MURADIN DƏRSİ 
 
Bükdüz  kəndi  Kürdən  xeyli  yuxarıda-Qarayazı 
meşəsinin  döşəvar  sinəsində,  geniş  bir  talada 
binələnmişdi.  Özü  də  deyilənə  görə,  çox  qədim 
kənddi.  Zaman  ötüb,  dövran  dəyişib,  padşahlar  bir-
birini  əvəz  edib,  ara-sıra  kənddən  müxtəlif  səbəblər 
üzündən köçüb  gedənlər olsa da, bükdüzlülərin əksəri 
dədə-baba  yurdlarından  çıxmayıblar.  Bu  yerlərə 
hökumət,  divan-dərə  adamlarının  yolu  az  düşərdi. 
Gələn-gedən  də  bələdçi  tutar,  meşə  arası  yollardakı 
qara-qorxulardan  çəkinə-çəkinə  gələr,  elə  gəldikləri 
kimi də sakitcə çıxıb gedərdilər.  
…Dəllək  Murad  –  «dəllək»  sözü,  sənəti  ilə  bağlı 
olsa  da,  onun  üçün  indi  bir  ayama  olmuşdu. 
Dəlləklikdən  ona  bir  xətir-hörmət,  bir  də  bu  ad 
qalmışdı. Evinin qabağında hündür bir talvar tikmişdi. 
Yayın  cırhacırı  olanda  meşə  ağacından  düzəltdiyi 
pilləkənlə  bu  talvara  qalxar,  gündüzlər  burada 
kölgələnər,  çox  vaxt  da  elə  talvarda  gecələyərdi.  Ar-
vadı Sənubər də buna deyinərdi: 
Salatın Əhmədli                    
 
 
130 
- A kişi, heç olmasa, çörəyini aşağıda ye, çıxıb-düşə 
bilmirəm.  
–  Elə  demə,  ay  arvad,  sən  buranın  qədrini 
bilməzsən. Buranın ayrı havası var.  
Arvadı deyinməyindən qalmazdı: 
-  Bilmirəm  o,  nə  havadı?    Elə  bil  cavan  oğlansan, 
sənin  yaşın  az  deyil.  Çıxıb-düşəndə,  birdən  Allah 
eləməmiş, 
əlin 
ağacdan 
üzüldü, 
ayağın 
büdrədi…Bilirsən, nə olar? 
 - Qorxma, ay arvad, əlində qalmaram. Bu dünyadan 
payımıza  düşən  ömür,  beş-üç  gündür,  onu  da  yaşam-
ışıq. 
Dəllək  Murad  istədi  ki,  arvadına  bəzi  mətləbləri 
anlatsın, amma  nədənsə bu  fikrindən daşındı. Bircə o, 
özü  bilirdi  ki,  bu  talvarın  üstünə  qalxanda  onun 
gözlərinin  qabağına  nələr  gəlir?  Kimləri  xatırlayır, 
yaddaşında hansı əhvalatlar çözələnir? 
Dəllək  Murad  Qaçaq  Kərəmin  dəlləyi  olmuşdu.  O, 
sözü bütöv, ağzı bərk adam idi. Qaçaq Kərəm də adam 
sərrafı  idi.  Elə  buna  görə  də  onların  arasında  inam, 
etibar yaranmışdı.  
Bu  da bir dövran  idi,  gəldi, öz köçünü sürdü,  getdi. 
Deyirlər  hərdən  Dəllək  Murada  sataşanlar  da  olurdı: 


Salatın Əhmədli                    
 
 
131 
«Ayə, dəllək, sən ki, sözün düzünü deyənsən, bəs niyə 
qardaşın tutulanda Kərəmin yerini demədin?» 
O da əlüstü  cavab verərdi: - A bala, sən bilməzsən, 
sirr nədir, söz nədi? 
…Harda  olsa,  Qaçaq  Kərəm  üzünü,  başını 
qırxdırmağı  ona  etibar  eləyərdi.  Bir  də  görərdin  ki, 
səhər  açılar-açılmaz  meşənin  sıx  yerindən  bir  bülbül 
səsi gəlir. O saat bülbülün cəh-cəhindən Dəllək Murad 
bilərdi  ki,  Qaçaq  Kərəmin  adamlarıdır,  onu  aparmağa 
gəliblər.  Dəllək  Murad  da  alətlərini,  ülgücünü, 
sabununu  yır-yığış eləyər, kəndin qırağındakı evindən 
çıxar,  bircə  anda  meşənin  qaranlığında  gözdən  itərdi. 
Hərdən  gec  qayıdardı.  Kərəmin  kefinin  duru  vaxtı 
olanda…  qaçaqların  üz-başını  qaydaya  salıb  evə  qay-
ıtmaq vaxtı gələndə  ona da bir at ayırardı:  
 -  Ayə,  a  dəllək,  nə  var,  nə  tələsirsən?  Qalx  bu 
atın belinə, sür bizimlə Şeytanbazara. 
– Yox, ay qağa, getsəm yaxşıdır.  
– Niyə ayə, bəlkə, qəfil güllədən qorxursan? 
 -  Yox,  elə  demə,  ay  Kərəm,  sizin  yanınızda 
güllədən yox, heç topdan da qorxmuram. 
Salatın Əhmədli                    
 
 
132 
–  Bəs  nədən  çəkinirsən?  -  Kərəm  qətiyyətlə  Mu-
radın  üzünə baxar, bu  baxışdan da dəllək  Murad pay-
ını götürərdi. 
 - Deyirəm, sizə yük olmayım.  
Hə,  beləcə,  yollanardılar  Borçalı  tərəflərə.  Ala-
caqlarını  alardılar,  əllərində  olan  qiymətli  şeyləri  si-
lah-sursata  dəyişərdilər.  Dəllək  Murada  da  iki  xur-
cungözu pay-püşk düşərdi. Özünə də sədəmə, bir xata-
bala toxunmasın deyə Qaçaq Kərəm  qaçaqlardan biri-
ni  qoşar:-Dəlləkdən  muğayat  ol,  evinə  çatdır,  - 
deyərdi. 
…Hələ  onda  Dəllək  Muradın  subay  vaxtları  idi. 
Gözləri  oyur-oyur  oynayırdı.  Selcəni  gözaltı  eləsə  də, 
bir söz deməmişdi. İşin kökünə qalanda Dəllək Murad 
bilirdi  ki, 
onun 
Qaçaq 
Kərəmlə 
əlaqəsindən 
şübhələnirlər.  Bir  gün  hökumət  adamları  Qaçaq 
Kərəmin  ayrı-ayrı  kəndlərdə  əlaqəsi  olanları  yığıb-
topladı, silist elədi. Bir-ikisini Sibirə göndərdi. Dəllək 
Muradın  böyük  qardaşı  da  onların  arasında  idi. 
Doğrudur,  sonralar  çar  hökuməti  yıxıldı,  dövran 
dəyişdi,  Sibirdə  sağ  qalanlardan  qayıdanlar  oldu. 
Dəllək  Muradın  da  qardaşı  qayıtdı.  Amma  bu  əhvalat 
yaddan çıxmadı.  


Salatın Əhmədli                    
 
 
133 
Qardaşı  tutulandan  sonra  dolana  bilməmiş, 
Dəllək  Murad  da  anasıyla  qəza  mərkəzinə  köçmüşdü. 
Qaçaq Kərəm İrana adlamışdı. Daha kənddə də Dəllək 
Muradın elə sən deyən müştərisi yox idi.  
Dəllək  Murad  kənddən  şəhərə  gələndə  dəlləklik 
sənətindən  başqa  iş  başarmadığından  ailəni  dolandır-
maq üçün qəza mərkəzində, bazarın yanında balaca bir 
taxta dükan tikdi. Səhv eləmədi. Az keçmədi ki, sənəti 
də, özü də dildən-dilə düşdü. Dəllək Murad sinədəftər 
idi,  lazım  gələndə  müştərilərini  öz  dükanına  cəlb 
eləmək  üçün  açardı  sinədəftərini,  gördüklərindən, 
eşitdiklərindən  şirin-şirin  danışardı.  Hər  kəsi  heyran 
qoyardı.  Camaat  üçün  şirin,  maraqlı  hadisələri 
dinləmək dolu süfrələrdən daha ləzzətli olardı. 
–  Ayə,  Dəllək  Murad  Qaçaq  Kərəmin  dəlləyi 
olub,-deyərdilər. Dəllək Murad da ülgücünü hazırlayıb 
müştərinin  üzünü  sabunlayanacan  Qaçaq  Kərəmdən 
bir  dastan  danışmağa  başlayar,  işinin  qurtarmağı  ilə 
dastanın da bir qolunu bitirərdi . 
Dəllək  Muradın  şövqlə,  yerli-yataqlı  Qaçaq 
Kərəm  əhvalatlarını  danışmağını  dinləyən  qocalar 
daha çox məmnun olardılar.  
Salatın Əhmədli                    
 
 
134 
-  A  bala,  a  dəllək,  torpağı  sanı  yaşayasan,  bu 
tərəflərdə  keçmiş  zamanlarda  bir  Dəllək  Murad  olub. 
Saz  çalmağı  olmasa  da,  sözünün  qabağına  söz  deyən 
yox  imiş.  Sinəsi  söz  yatağı,  ilhamı  da  coşub-
çağlayarmış.  Elə  indi  də  onun  sözlərini  ustad  aşıqlar 
yada  salır,  toylarda,  məclislərdə  ustadnamələr  kimi 
oxuyarlar.  
Bir başqası da bu sözlərə qüvvət verərmiş:  
-  Danışığı,  yatımı  elə  görünür  ki,  elə  bil  söz 
yiyəsinin yanında böyüyüb. 
-  Nə  bilmək  olar,  bəlkə,  bizim  bu  dəllək  elə  o 
keçmiş  Dəllək  Muradın  nəslindəndir,  gördüklərini  
danışır. 
Bu sözləri deyənlərin  məqsədi onu  incitmək yox, 
söhbətinə  vurğun  olduğunu  Dəllək  Murada  çatdırmaq 
idi.. Çox  xoşları  gəlirdi sözündən-söhbətindən.  Bəlkə, 
könlünü  xoş  eləmək,  onu  sevdiklərini  bildirmək  üçün 
belə  deyirdilər.  Hər  halda  Dəllək  Muradın  özü  də  bir 
ayrı aləm idi. 
Beləcə  Qaçaq  Kərəmin  adı  ilə  bağlı  dastanı 
Dəllək  Muradın  dilindən  eşidənlər  elə  onun  özünü  də 
Qaçaq  Kərəmin  dastanına  qatmışdılar.  Hamı  Dəllək 
Muradın  yanına  gəlirdi,  bircə  Xancan  ağadan  başqa. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə