.
34
iqtisadi inkişafıın xarakteri, məqsədi, miqyası, sürəti, mər-
hələləri, istiqaməti və həmin tədbirlərin reallaşdırma me-
xanizmi cəmiyyətin ümumimilli mənafeyinə cavab verən
sosial yönümlü, tənzimlənən sürətli iqtisadiyyata keçməyə
zəmin yaratsın. Bu isə ilk növbədə bu proseslərdə dövlətin
fəal rolunun təmin edilməsini tələb edir.
İqtisadi islahatların xarakteri və prinsipləri, habelə
reallaşma mexanizminin tədqiqi ümumi iqtisadi inkişafın
və sosial tərəqqinin vahid universal modelini tələb edir.
Hər bir ölkə özünün tarixi, siyasi, ənənəvi struktur inkişa-
fının peal vəziyyətinə, iqtisadi təhlükəsizlik və müstəqillik
tələblərinə cavab verən inkişaf modelini seçməlidir. Bu
prosesdə beynəlxalq əməkdaşlığın dinamik inkişaf etdiril-
məsi, onun yeni forma və modellərinin axtarılması hər bir
şəxs qarşısında məsuliyyət və cavabdehlik hissi qoyur.
Qeyd edək ki, mövcud sosial-siyasi rejimin dövlət
quruculuğu, iqtisadiyyat və sosial sahələrdə dəyişiklərə
səbəb olan transformasiyası, həm də elmi-texniki proses-
lərin məzmununa və dinamikasına əsaslı şəkildə təsir gös-
tərir. Düşüncənin, psixologiyanın, sosial şüurun dərin
qatlarında baş verən mövcud hadisələr və proseslər, eyni
zamanda həm də ictimaiyyətlə əlaqələrin düzgün qurul-
masında başlıca prioritetə çevrilir.
.
35
II FƏSİL. Sosial-iqtisadi inkişafın idarə olunmasında
ictimaiyyətlə əlaqələrin rolu
2.1. İctimaiyyətlə əlaqələr və sosial-iqtisadi inkişafın
əsas istiqamətləri
İqtisadiyyat- bəşər tarixinin yaranması ilə birgə mey-
dana gələn, cəmiyyət həyatının təməlini təşkil edən insan
fəaliyyətinin ən mühüm və başlıca sahəsidir. Çağdaş döv-
rümüzdə sosial-iqtisadi inkişafın əsaslarına yiyələnmək,
idarə olunmanın qanun və kateqoriyalarını dərindən öy-
rənmək olduqca vacibdir. Bu baxımdan iqtisadiyyat cə-
miyyətin mühüm aparıcı sahəsi hesab edilir. O, insan cə-
miyyətinin inkişafının bünövrəsini və əsasını təşkil edir.
İqtisadiyyat sahəsi dövlət formalarından, sosial-siyasi qu-
rumlardan, hüquqi təsisatlardan və s. daha qədimdir. Cə-
miyyətin sosial-iqtisadi inkişafının idarə olunmasından
başlayaraq bu günə qədər insanın formalaşmasında olduq-
ca vacib proseslər olmuşdur. Qeyd edək ki, ibtidai icma
quruluşu zamanı ilkin insan cəmiyyəti ( məhz üst paleolit
dövründən etibarən) təbiətlə şüurlu şəkildə mübarizəyə
başlamışdır. Öz zəruri tələbatlarını ödəmək məqsədini qar-
şıya qoyduğu dövrdən dövlət və onun müvaffiq qurumla-
rının meydana gəlməsinə qədər cəmiyyətdə qlobal hadisə-
lər olmuşdur.Bəşər cəmiyyətinin tərəqqisi və sürətli inki-
şafı nəticəsində insanlarda zaman-zaman mentalitet və
milli mənlik şüuru formalaşmış, cəmiyyətdə demokratik
islahatlar gercəkləşdirilmiş, dövlətin sosial-siyasi qurum-
ları yaranıb fəaliyyətə başlamışdır. Hər bir cəmiyyətə xas
olan iqtisadi sistem və bunun təbiətinə müvafiq mülkiyyət
növləri, tipləri və formaları biri digərini tamamlamışdır.
Bütün cəmiyyətlərdə maddi nemətlər istehsalı insanların
.
36
həyati tələbatlarının yaxşılaşdırılmasına xidmət etmişdir.
İqtisadi inkişaf nəticəsində innovasiya və inteqrasiya
prosesləri inkişaf edərək sürətlənmiş və prioritet sahəyə
çevrilmişdir.
Bu gün istənilən bir ölkədə iqtisadiyyat, bütövlükdə
dövlətin ən aparıcı sahəsi kimi xüsusi əhəmiyyət kəsb
edir. Hər bir dövlətin iqtisadiyyatının başlıca məqsəd və
vəzifəsi, öz ölkəsinin qüdrətini artırmaq, vətəndaşlarının
maddi və mənəvi tələbatlarını və həyat şəraitini maksi-
mum şəkildə yaxılaşdırmaq, ölkədə məhsul bolluğu yarat-
maqdır. Bu baxımdan milli iqtisadiyyat özünu 2 istiqamət-
də təsdiqləyir:
1) Azad, müstəqil şəkildə fəaliyyət göstərən iqtisa-
diyyat;
2) Təbii, tarixi inkişaf yolu ilə bərqərar olan milli
iqtisadiyyat.
Bu gün normal, demokratik inkişaf edən ölkələrdə
vətəndaşların daima artmaqda olan mövcud tələbatlarının
kompleks şəkildə ödənilməsi ölkənin sosial-iqtisadi inki-
şafının idarə edilməsinin başlıca prioritet istiqamətlərin-
dən və məqsədlərindən biri hesab edilir. Mövcud proses
isə bilavasitə, ölkənin maddi-texniki bazasının daim möh-
kəmləndirilməsindən, istehsal qüvvələrinin vüsətli inkişaf
etdirilməsindən, maddi və qeyri-istehsal sahələrinin dur-
madan artırılmasından, geniş təkrar istehsalın təmin edil-
məsindən daha çox asılıdır. Əgər bunlar cəmiyyətdə dina-
mik şəkildə həyata keçirilərsə, onda iqtisadiyyatın inkişaf
səviyyəsi də xeyli dərəcədə möhkəmlənəcəkdir.
XIX əsrin 50-ci illərinə qədər iqtisadiyyatda müvəf-
fəqiyyət qazanmağın başlıca amili mövcud resurslara (fay-
dalı qazıntılar, meşə, pambıq, aqrar sahələrə və s.) yol tap-
.
37
maq idi. Xüsusən də xammala yol tapmaq inhisar üstün-
lüyü yaradırdı. Bəzən, hətta müvafiq istehsalın yerləşdiyi
yer də birinci plana çıxırdı. Lakin müstəmləkələrin tutul-
masının başa çatması nəticəsində praktiki olaraq bütün
mövcud resurslar bölüşdürülmüşdü. Bununla əlaqədar ola-
raq işin müvəffəqiyyət qazanmasının başqa amili əmtəənin
istehsalına çəkilən xərclərin dəyəri saxlanılmaqla onun
faydalılğının birinci yerə çıxması idı. Bu mərhələ XX yüz-
illiyin əvvəllərinə qədər davam etmişdi. Onu da qeyd edək
ki, bazarın hələ tam formalaşmadığı bu mərhələdə əmtəə,
yaxud xidmət bazarı ideyasının yaranması bu prosesin
həyata keçirilməsini daha da sürətləndirmişdi.
XX yüzilliyin başlanğıcından başlayaraq 1930-cu ilə
qədər istehsalçılar bazardan sıxışdırılmağa başladı, müvəf-
fəqiyyət qazanmağın həlledici amili isə az xərclə maksi-
mum əmtəə buraxılışını təmin etmək oldu. Lakin 30-cu
illərin böhranı, repressiya, devolvasiya və sair hadisələr
bütün dünyada qlobal iqtisadi, siyasi və sosial dəyişmələrə
və çəkişmələrə gətirib çıxartdı. Radikal proseslər baş ver-
di, dünya biznesi tutumlu olan bazarla rastlaşdı. Yəni, nə
istehsal etmək, necə istehsal etməkdən asılı olmayaraq,
tələbata uyğun gəlməyən və bu tələbatı həvəsləndirməyən
məhsul və xidmət istehsalının əhəmiyyəti yox idi. Bu
yüzilliyin inqilabi dəyişikliyi – “Nə istehsal edirsənsə onu
satma, nə sata biləcəksənsə onu da istehsal et” ideyası
oldu. Tələbi öyrənən, müvafiq fəaliyyət proqramını təklif
edən, təchizatı təşkil edən, satışı həvəsləndirən marketinq
və reklam xidməti meydana gəldi. Bu xidmət tez bir
zamanda firmaların hakimiyyət orqanlarına sirayət etdi.
Marketinq və reklam xidməti daha sürətlə inkişaf edərək
istehlakçının həyat və məişət tərzinin yaxşılaşdırılmasın-
Dostları ilə paylaş: |