.
23
4. Əməli funksiya. Menecment ictimaiyyətlə əlaqə-
lər sistemində iqtisadi proseslərin inkişaf qanunauyğun-
luqlarını dərk edərək, işgüzar iqtisadi ideyaların, yeni tex-
nologiyaların reallaşması yollarını müəyyən edir və s.
1
“İctimaiyyətlə əlaqələr” fənninin əsas vəzifələrindən
başlıcası bu sahədə çalışan işçilərin intellektual və əmək
fəaliyyətinin idarə olunmasıni gerçəkləşdirmək, məqsəd-
yönlü fəaliyyətə əlverişli imkan yaradan bilik və təcrübəni
tətbiq etməkdir.
İctimaiyyətlə əlaqələrin demokratikləşdirilməsi– şəx-
siyyətin öz azadlığını ifadə etməsini, sosial-iqtisadi və
maddi nemətlərdən sərbəst şəkildə faydalanması imkanla-
rının genişləndirilməsini, habelə vətəndaş cəmiyyətinin və
hüquqi dövlətin siyasi dəyərlərinə cavab verən yeni
dialektik diferensasiya və inteqrasiya proseslərinin tən-
zimlənməsini tələb etməsidir. Ölkənin ictimaiyyətlə əlaqə-
lər siyasətinin əsas vəzifəsi elmi-siyasi cəhətdən əsaslan-
dırılmış perspektiv proqramlar əsasında “ictimai istehsal”
sahəsinin idarə edilməsinin səmərəliliyini artırmaqdır. Bu
zaman vətəndaş cəmiyyətinin qurulmasında təkcə dövlət
qurumları deyil, qeyri-hökumət təşkilatları da ictimaiyyət-
lə əlaqələr siyasətinin subyekti kimi çıxış edir və əsas
prioritetləri müəyyənləşdirir.
Azərbaycanın xarici siyasəti milli dövlət müstəqil-
liyinin və onun ərazi bütövlüyünün qorunmasına və
gücləndirilməsinə, bərabərhüquqlu və qarşılıqlı münasi-
bətlərin inkişafına, dünyanın bütün ölkələri ilə dostluq əla-
qələrinin qurulmasına yönəldilmişdir. Azərbaycanın coğ-
1
M. Həsənova, A. İsfəndiyarov. Mədəniyyət və İncəsənət sahələrinin
menecmenti. Mars Print, Bakı-2002, səh.14.
.
24
rafi vəziyyəti, sosial-siyasi səyləri, tarixi-mədəni ənənə-
lərindən doğan transregional xüsusiyyətləri müstəqil Azər-
baycan Respublikasının perspektiv inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə hər cür əsas verir. Bu da heç şübhəsiz
ölkənin iqtisadi infrastrukturunun inkişafına böyük təkan
verəcəkdir.
Sosial-ictimai siyasətin prioritetlərini aşağıdakı
müddalar əsasinda ümumiləşdirmək olar:
1) Sosial-iqtisadi, elmi-texniki strategiyanın hazır-
lanması;
2) İctimai-siyasi multikultural cəmiyyətin istiqamət-
lərinin müəyyənləşdirilməsi;
3) Mövcud proqram və layihələrin reallaşdırılması
və cəmiyyətə tətbiqi;
4) Zəruri resursların müəyyənləşdirilməsi (insan,
təhsil, elm, maliyyə, iqtisadi, təşkilati, hüquqi);
5) Hərtərəfli ictimai-iqtisadi təhsil, elmi-tədqiqat işi
və maarifin təşkili;
6) Mütəxəssislərdən məqsədyönlü şəkildə istifadə və
nəzəriyyənin praktikaya tətbiqi;
7) Sosial-iqtisadi sistemin modernləşdirilməsinə nail
olunması;
8) İctimaiyyətlə əlaqələr fəaliyyətinin effektivliyinin
monitorinqi.
Növündən asılı olmayaraq, ictimaiyyətlə əlaqələrdə
ictimai işgüzar münasibətlər mühüm əhəmiyyətə malikdir.
İctimaiyyətlə əlaqələrdə əsas ünsiyyət vasitəsi dildir. Dil
ictimaiyyətlə əlaqələrdə və milli özünüdərk prosesində
mühüm sosial funksiyaları yerinə yetirir. Hər bir təşkila-
tın ictimaiyyətlə əlaqələri özünü daha çox idarəetmə
.
25
texnologiyalarının tətbiqində və idarəetmə mədəniyyətin-
də əks etdirir.
İctimaiyyətlə əlaqələrin müasir inkişaf səviyyəsi iqti-
sadi resurslardan (maddi, maliyyə, əmək, torpaq, informa-
siya, intellektual) istifadənin səviyyəsi ilə xarakterizə
olunur. Bunların içərisində “Canlı əmək” məsrəfləri mü-
hüm rola malikdir. Bazar iqtisadiyyatı şəraitində ictimaiy-
yətlə əlaqələr sferası digər fəaliyyət növləri ilə birgə qarşı-
lıqlı münasibətlər müstəvisində formalaşır. Belə halda
ictimaiyyətlə əlaqələr sosial-ictimai mövqeyindən, təşki-
latın mədəni və mənəvi mühitindən asılı olmaqla bərabər,
iqtisadi yeniliklərin sivil əlamətlərini də özündə birləşdi-
rir. Biznesin və ictimaiyyətlə əlaqələrin problem və ma-
raqlarının ümumiliyi təkcə onların texnoloji məzmunu ilə
şərtlənmir. Bu proses eyni zamanda müasir dövrün qlobal-
laşma, inteqrasiya və innovasiya prosesləri ilə də əhatə
olunur.
1.4. Təcrübi vərdişlərdə qarşılıqlı əlaqəlilik
“İctimaiyyətlə əlaqələr ” fənni multikultral dəyərlərə
istinad edərək mənəvi və sosial-iqtisadi həyatının mövcud
real hadisələrini, xalqın milli mentalitetini özündə gerçək-
ləşdirir. Mövcud fənn sosial-iqtisadi şərtləri və amilləri
öyrənir, mədəni dəyərlərin yaradılması, artırılması, qoru-
nub gələcək nəsillərə düzgün çatdırılmasını həyata keçirir.
Bu gün Azərbaycanın sosial –iqtisadi inkişafı mövcud st-
ruktur dəyişiliklərin həyata keçirilməsini gerçəkləşdirir.
Bu proseslərin sürətlənməsi isə, hazırda ölkə məhsulla-
rının rəqabət qabiliyyətliliyinin artmasına və mövcud
infrastrukturun inkişaf etdirilməsinə gətirib çıxarmışdır.
.
26
Bəs onda infrastruktur dedikdə, nə başa düşülür? İnfra-
struktur dedikdə, bütövlükdə iqtisadiyyatın normal fəaliy-
yəti üçün əlverişli şərait yaradan sahələrin məcmusu başa
düşülür. İnfrastrukturun başlıca cəhətlərindən biri onun
məhz fərdi yox, kollektiv və ictimai tələbatların ödənməsi-
nə xidmət etməsidir. Bundan əlavə, iqtisadiyyatın infras-
trukturu həm də təkrar istehsalın bütün fazalarında qarşı-
lıqlı iqtisadi əlaqələrin formalaşmasında özünü göstərir.
Hal-hazırda Azərdaycan iqtisadiyyatının dünya bazarına
daxil olması üçün onun qarşısında başlıca olaraq istehsalın
bərpa edilməsi və səmərəliliyin artırılması, rəqabət qabi-
liyyətli istehsalın yaradılması məsələləri dayanır. Bu sahə-
nin tətqiqində qarşılıqlı əlaqəlilik və təcrübi vərdişlərə
yiyələnmək bacarığı əsas vəzifələrdən biri hesab edilir.
İşsizlərin sayının minimum həddə çatdırılmasını qarşısına
məqsəd qoyan məşqulluq siyasətinin bu gün Azərbaycan-
da düzgün həyata keçirilməsi məhz sosial-iqtisadi siyasə-
tin başlıca prioritetlərindən biri hesab olunmalıdır. Belə
ki, işsizlik bazar iqtisadi sisteminə xas olan bir haldır və
cəmiyyət ücün çoxlu məsrəflərə səbəb olur. Odur ki, cə-
miyyət bu məsrəfləri minimuma endirməlidir. İşsizlik za-
manı cəmiyyət humanizm göstərməli və müəyyən səmərə-
yə nail olmalıdır: sosial sabitlik təmin olunmalı, investisi-
yanı artırmalı, sərbəst işçi qüvvəsi üçün fiziki və psixoloji
şərait yaratmalı və s.
Məlumdur ki, inkişaf etmiş bazar sistemi çox mürək-
kəb və zəngin quruluşa malikdir. Müasir bazar münasibət-
ləri şəraitində bazarın ən vacib quruluşlarından biri onun
obyektlərinin iqtisadi təyinatlarına görə bir-birindən
fərqləndirilməsidir. Bu proses nəticə etibarı ilə özünə
aşağıdakıları daxil edir: istehlak şeyləri bazarı, əmək
Dostları ilə paylaş: |