Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə8/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   146

23 


4. Əməli funksiya. Menecment ictimaiyyətlə əlaqə-

lər  sistemində  iqtisadi  proseslərin  inkişaf  qanunauyğun-

luqlarını dərk edərək, işgüzar iqtisadi ideyaların, yeni tex-

nologiyaların reallaşması yollarını müəyyən edir və s.

1

  

“İctimaiyyətlə əlaqələr” fənninin əsas vəzifələrindən 



başlıcası  bu  sahədə  çalışan  işçilərin  intellektual  və  əmək 

fəaliyyətinin  idarə  olunmasıni  gerçəkləşdirmək,  məqsəd-

yönlü fəaliyyətə əlverişli imkan yaradan bilik və təcrübəni 

tətbiq etməkdir.  

İctimaiyyətlə əlaqələrin demokratikləşdirilməsi– şəx-

siyyətin  öz  azadlığını  ifadə  etməsini,  sosial-iqtisadi  və  

maddi nemətlərdən sərbəst şəkildə faydalanması imkanla-

rının genişləndirilməsini, habelə vətəndaş cəmiyyətinin və 

hüquqi  dövlətin  siyasi  dəyərlərinə  cavab  verən  yeni 

dialektik  diferensasiya  və  inteqrasiya  proseslərinin  tən-

zimlənməsini tələb etməsidir. Ölkənin ictimaiyyətlə əlaqə-

lər  siyasətinin  əsas  vəzifəsi  elmi-siyasi  cəhətdən  əsaslan-

dırılmış perspektiv proqramlar  əsasında  “ictimai istehsal” 

sahəsinin  idarə  edilməsinin  səmərəliliyini  artırmaqdır.  Bu 

zaman  vətəndaş  cəmiyyətinin  qurulmasında  təkcə  dövlət 

qurumları deyil, qeyri-hökumət təşkilatları da ictimaiyyət-

lə  əlaqələr  siyasətinin  subyekti  kimi  çıxış  edir  və  əsas 

prioritetləri müəyyənləşdirir.  

Azərbaycanın  xarici  siyasəti  milli  dövlət  müstəqil-

liyinin  və  onun  ərazi  bütövlüyünün  qorunmasına  və 

gücləndirilməsinə,  bərabərhüquqlu  və  qarşılıqlı  münasi-

bətlərin inkişafına, dünyanın bütün ölkələri ilə dostluq əla-

qələrinin  qurulmasına  yönəldilmişdir.  Azərbaycanın  coğ-

                                                 

1

  M.  Həsənova,  A.  İsfəndiyarov.  Mədəniyyət  və  İncəsənət  sahələrinin 



menecmenti. Mars Print, Bakı-2002, səh.14. 


24 


rafi  vəziyyəti,  sosial-siyasi  səyləri,  tarixi-mədəni  ənənə-

lərindən doğan transregional xüsusiyyətləri müstəqil Azər-

baycan  Respublikasının  perspektiv  inkişaf  edəcəyinə  və 

möhkəmlənəcəyinə hər cür əsas verir. Bu da heç şübhəsiz 

ölkənin  iqtisadi  infrastrukturunun  inkişafına  böyük  təkan 

verəcəkdir.  

Sosial-ictimai  siyasətin  prioritetlərini  aşağıdakı 

müddalar əsasinda ümumiləşdirmək olar:  

1)  Sosial-iqtisadi,  elmi-texniki  strategiyanın  hazır-

lanması; 

2) İctimai-siyasi  multikultural cəmiyyətin  istiqamət-

lərinin müəyyənləşdirilməsi;  

3)  Mövcud  proqram  və  layihələrin  reallaşdırılması 

və cəmiyyətə tətbiqi;  

4)  Zəruri  resursların  müəyyənləşdirilməsi  (insan, 

təhsil, elm, maliyyə, iqtisadi, təşkilati, hüquqi);  

5)  Hərtərəfli ictimai-iqtisadi təhsil, elmi-tədqiqat işi 

və maarifin təşkili;  

6) Mütəxəssislərdən məqsədyönlü şəkildə istifadə və 

nəzəriyyənin praktikaya tətbiqi;  

7) Sosial-iqtisadi sistemin  modernləşdirilməsinə nail 

olunması;  

8) İctimaiyyətlə əlaqələr fəaliyyətinin effektivliyinin 

monitorinqi.  

Növündən  asılı  olmayaraq,  ictimaiyyətlə  əlaqələrdə 

ictimai işgüzar münasibətlər mühüm əhəmiyyətə malikdir. 

İctimaiyyətlə  əlaqələrdə  əsas  ünsiyyət  vasitəsi  dildir.  Dil 

ictimaiyyətlə  əlaqələrdə  və  milli  özünüdərk  prosesində 

mühüm sosial funksiyaları yerinə yetirir.  Hər bir təşkila-

tın  ictimaiyyətlə  əlaqələri  özünü  daha  çox  idarəetmə 




25 


texnologiyalarının  tətbiqində  və  idarəetmə  mədəniyyətin-

də əks etdirir.  

İctimaiyyətlə əlaqələrin müasir inkişaf səviyyəsi iqti-

sadi resurslardan (maddi, maliyyə, əmək, torpaq, informa-

siya,  intellektual)  istifadənin  səviyyəsi  ilə  xarakterizə 

olunur.  Bunların  içərisində  “Canlı  əmək”  məsrəfləri  mü-

hüm rola malikdir. Bazar iqtisadiyyatı şəraitində ictimaiy-

yətlə əlaqələr sferası digər fəaliyyət növləri ilə birgə qarşı-

lıqlı  münasibətlər  müstəvisində  formalaşır.  Belə  halda 

ictimaiyyətlə  əlaqələr  sosial-ictimai  mövqeyindən,  təşki-

latın mədəni və mənəvi mühitindən asılı olmaqla bərabər, 

iqtisadi  yeniliklərin  sivil  əlamətlərini  də  özündə  birləşdi-

rir.  Biznesin  və  ictimaiyyətlə  əlaqələrin  problem  və  ma-

raqlarının  ümumiliyi  təkcə  onların  texnoloji  məzmunu  ilə 

şərtlənmir. Bu proses eyni zamanda müasir dövrün qlobal-

laşma,  inteqrasiya  və  innovasiya  prosesləri  ilə  də  əhatə 

olunur.   

  

1.4. Təcrübi vərdişlərdə qarşılıqlı əlaqəlilik 



 

İctimaiyyətlə  əlaqələr”  fənni  multikultral dəyərlərə 

istinad edərək mənəvi və sosial-iqtisadi həyatının mövcud 

real hadisələrini, xalqın milli mentalitetini özündə gerçək-

ləşdirir.  Mövcud  fənn  sosial-iqtisadi  şərtləri  və  amilləri 

öyrənir,  mədəni  dəyərlərin  yaradılması,  artırılması,  qoru-

nub gələcək nəsillərə düzgün çatdırılmasını həyata keçirir. 

Bu  gün  Azərbaycanın  sosial  –iqtisadi  inkişafı  mövcud  st-

ruktur  dəyişiliklərin  həyata  keçirilməsini  gerçəkləşdirir. 

Bu  proseslərin  sürətlənməsi  isə,  hazırda  ölkə  məhsulla-

rının  rəqabət  qabiliyyətliliyinin  artmasına  və  mövcud 

infrastrukturun  inkişaf  etdirilməsinə  gətirib  çıxarmışdır. 



26 


Bəs  onda  infrastruktur  dedikdə,  nə  başa  düşülür?  İnfra-

struktur dedikdə, bütövlükdə iqtisadiyyatın normal fəaliy-

yəti üçün əlverişli şərait  yaradan sahələrin  məcmusu başa 

düşülür.  İnfrastrukturun  başlıca  cəhətlərindən  biri  onun 

məhz fərdi yox, kollektiv və ictimai tələbatların ödənməsi-

nə  xidmət  etməsidir.  Bundan  əlavə,  iqtisadiyyatın  infras-

trukturu həm də təkrar istehsalın bütün fazalarında  qarşı-

lıqlı  iqtisadi  əlaqələrin  formalaşmasında  özünü  göstərir. 

Hal-hazırda  Azərdaycan  iqtisadiyyatının  dünya  bazarına 

daxil olması üçün onun qarşısında başlıca olaraq istehsalın 

bərpa  edilməsi  və  səmərəliliyin  artırılması,  rəqabət  qabi-

liyyətli istehsalın yaradılması məsələləri dayanır. Bu sahə-

nin  tətqiqində  qarşılıqlı  əlaqəlilik  və  təcrübi  vərdişlərə 

yiyələnmək  bacarığı  əsas  vəzifələrdən  biri  hesab  edilir. 

İşsizlərin sayının minimum həddə çatdırılmasını qarşısına 

məqsəd qoyan  məşqulluq siyasətinin bu gün  Azərbaycan-

da  düzgün  həyata  keçirilməsi  məhz  sosial-iqtisadi  siyasə-

tin  başlıca  prioritetlərindən    biri  hesab  olunmalıdır.  Belə 

ki,  işsizlik  bazar  iqtisadi  sisteminə  xas  olan  bir  haldır  və 

cəmiyyət  ücün  çoxlu  məsrəflərə  səbəb  olur.  Odur  ki,  cə-

miyyət  bu  məsrəfləri  minimuma  endirməlidir.  İşsizlik  za-

manı cəmiyyət humanizm göstərməli və müəyyən səmərə-

yə nail olmalıdır: sosial sabitlik təmin olunmalı, investisi-

yanı artırmalı, sərbəst işçi qüvvəsi üçün fiziki və psixoloji 

şərait yaratmalı və s. 

Məlumdur ki, inkişaf etmiş bazar sistemi çox mürək-

kəb və zəngin quruluşa malikdir. Müasir bazar münasibət-

ləri  şəraitində  bazarın  ən  vacib  quruluşlarından  biri  onun 

obyektlərinin  iqtisadi  təyinatlarına  görə  bir-birindən 

fərqləndirilməsidir.  Bu  proses  nəticə  etibarı  ilə  özünə 

aşağıdakıları  daxil  edir:  istehlak  şeyləri  bazarı,  əmək 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə