Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə4/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   146

11 


“Çövkən-ənənəvi  Qarabağ  atüstü  oynu”  isə  YUNESKO-

nun  təcilli  qorunmağa  ehtiyacı  olan  qeyri-maddi  mədəni 

irs siyahısına daxil edilmişdir. Butun bunlar isə Azərbay-

canın müvcud mədəni sərvətinə aiddir, eyni zamanda həm 

də  bütün  xalqlara və millətlərə, bəşəriyyətə məxsusdur.      

Qeyd  edək  ki,  bəşər  cəmiyyəti  yaranandan  indiyə 

kimi  insanlar  həmişə  iqtisadiyyatla  sıx  şəkildə  bağlı  ol-

muşlar.  Din,  incəsənət,  elm,  siyasət  və  s.  icbari  fəaliyyət 

növləri    məhz  iqtisadiyyat  üzərində  yaranmış  və  inkişaf 

edərək  formalaşmışdır.  Beləliklə,  iqtisadiyyat  keçmişdə 

də,  indi  də  hər  bir  şəxsin,  ailənin,  cəmiyyətin  həyatına 

möhkəm  daxil  olmuş  və  insanlar  onun  mahiyyətini,  onu 

idarə  edən  sosial-iqtisadi  qanunları  daha  dərindən  dərk 

etməyə çalışmışlar. “İctimaiyyətlə əlaqalər” elminin pred-

meti,  məhz  cəmiyyətin  sosial-iqtisadi  bazisini  (özülünü) 

və  həmin  sahələrdəki  olan  mövcud  münasibətləri  əhatə 

edir. İqtisadi bazis dedikdə, cəmiyyətin həyatında mühüm 

rol  oynayan  maddi  nemətlər  istehsalı,  onların  birgə    real-

laşdırılması və çatdırılması mexanizmi və s. başa düşülür. 

Bu  elmin  obyektinə  müxtəlif  səviyyəli  qruplar,  kollek-

tivlər,  zümrələr,  təşkilatlar,  sosial  təsisatlar,  institutlar, 

müəssisələr, assosasiyalar, cəmiyyətlər, departamentliklər, 

işgüzar  biznes  və  gənclər  mərkəzləri,  turizm  bazaları  və 

müxtəlif    ictimai-iqtsadi  formasiyalar  və  sivilizasiyalar 

daxildir. 

Bu  gün  çağdaş  dünyanın  siyasi  arenasında  müxtəlif 

siyasi proseslərin və ziddiyyətlərin həllində yeni bir müna-

sibət müşahidə edilməkdədir. Onu da qeyd etmək lazımdır 

ki, hazırda dünya xalqlarının biri–birinə inteqrasiyasını və 

yeni    innovasiya  proseslərini  gercəkləşdirməklə  dünyanı 

sosial, mədəni, iqtisadi, siyasi cəhətdən inkişaf etmiş döv-



12 


lətlər  səviyyəsinə  çatdırmaq  mümkündür.  Elmi  –  texniki, 

iqtisadi, siyasi tərəqqiyə təkan verən bu proseslərdə qarşı-

ya çıxan problemləri məhz ictimaiyyətlə əlaqələr müstəvi-

sində həll etmək olar.  Bu  məqsədlə əsasən bəşər tarixinin 

və dünyanın  iqtisadi inkişaf etmiş ölkələrinin iş təcrübəsi-

nin  öyrənilməsi  və  ölkəyə  investisiya  qoyuluşlarının  ger-

çəkləşdirilməsinin təmin edilməsi ölkə üçün olduqca vacib 

prioritet  məsələlərdən  biri  hesab  edilməlidir.  Bütün  bun-

ları isə yalnız mükəmməl və düzgün sosial-iqtisadi və mə-

dəni siyasət yürütməklə əldə etmək mümkündür .  

Hazırda ictimaiyyətlə əlaqələr siyasətinin əsas priori-

tetləri  –  keçmiş  nəsillərin  yaratdıqları  mədəni  irsi  və 

sərvətləri yaşatmaq, onların bizə əmanət qoyduqları mədə-

ni  mirası  mühafizə  etmək,  bu  irsi  yetişməkdə  olan  nəsil-

lərə  daha  da  zənginləşdirilmiş  şəkildə  transformasiya  et-

mək, eləcə də elmi - texniki, sosial-mədəni fəaliyyət sahə-

sində  mövcud  real  təşəbbüsləri  gerçəkləşdirmək  və  yaxın 

gələcəyə daha nikbin və inamla baxmaqdır.  

Müasir  dövrdə  ictimai  əlaqələrin  tənzimlənməsi  və 

həyata  keçirilməsi,  təkcə  mövcud  problemlərin  həll  edil-

məsilə və ya da ki, siyasi və mədəni əlaqələrin cəmiyyətə 

tətbiq  edilməsi  ilə  məhdudlaşmır.  Bu  araşdırmalar  lazımı 

sosial  –  iqtisadi  reallıqları  özündə  birləşdirməklə  bərabər, 

həm də ictimai profilli sahələri və tərəfləri  də özündə hər-

tərəfli şəkildə əks etdirir  . Məhz  elə bu baxımdan da “İc-

timaiyyətlə əlaqələr”  öz fundamentallığına, mövcud elmi-

texniki, empirik və metodoloji xüsusiyyətlərinə görə digər 

sosial-iqtisadi  elmlərdən  əsaslə  şəkildə  fərqlənir.  Bu  kon-

sepsiya özünü nəinki təkcə ictimai praktikada və ya nəzəri 

sosial-iqtisadi  sahələrdə,  həm  də  bütün  sosial-humanitar 

elmlər sistemində özünü doğruldur və təsdiqləyir.  



13 


“İctimaiyyətlə əlaqələr” elmi-texniki, sosial-humani-

tar  sahələrlə  bərabər,  cəmiyyətin  gələcək  perspektivi  ilə 

bağlı  olan  problemli  sahələri  də  səciyyələndirir.  Bu  ba-

xımdan  müasir  sosial-iqtisadi  həyatın  istənilən  sahəsi 

məhz  bu  fenomenin  məzmunu  və  mövcud    ictimai  dəyəri 

ilə xarakterizə olunaraq qiymətləndirilir.  

 Müasir  cəmiyyətin bütün ictimai, iqtisadi, elmi-tex-

noloji, sosial-siyasi fəaliyyəti olduqca mürəkkəb sturuktu-

ra  malikdir.  Bu  mənada  “İctimaiyyətlə  əlaqələr”  insanın  

mədəniyyəti,  əxlaqı,  mənəviyyatı,  etik-estetik  xüsusiyyət-

ləri ilə bağlı olan digər  fəaliyyət növlərini o cümlədən, is-

tirahət və əyləncəni, təhsili və s. məsələləri də əsas priori-

tet kimi diqqət mərkəzində saxlayır. Bu elm eyni zamanda 

xalqların  və  millətlərin  bir  çox  özünəməxsus  xüsusiyyət-

lərini, mültkultural dəyərlərini də nəzərdə tutur. 

Hazırda qloballaşma, tolerantlıq və mültikulturalizm 

şəraitində mövcud iqtisadi-hüquqi və sosial-siyasi bazanın 

yaradılması  vacibdir. Bu sahədə ciddi uğurlu nailiyyətlər 

əldə etmək üçün isə,  ilk növbədə demokratik islahatlara, 

hüquqi  dövlət  quruculuğunun  inkişafına  böyük  ehtiyac 

vardır. Bu ehtiyac isə ictimai-iqtisadi əlaqələrdə özünü gü-

nü-gündən  daha  çox  göstərməkdədir.  Təbii  ki,  bu  hüquqi 

islahatlar  sosial-ictimai  sahədəki  siyasətin  səlahiyyət-

lərinin bölünməsi prinsipi əsasında gerçəkləşəcəkdir.  

Belə  ki,  bu  gün  cəmiyyətimizin  digər  sosial-iqtisadi 

sahələri ilə bərabər, həm də ictimaiyyətlə əlaqələr sahəsin-

də  əldə  edilən  mühüm  nailiyyətlər  ölkəmizin  dövlət  müs-

təqilliyinin  daha  da  möhkəmləndirilməsinə  hərtərəfli  zə-

min  yaradır.  Xüsusilə  də  dövlət  adamlarının  (prezident, 

nazirlər,  komitə  sədrləri  və  s.)  və    dövlət  qulluqçularının 

vaxtaşırı olaraq regionlara ezam edilərək geniş ictimaiyyət 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə