Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə5/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   146

14 


qarşısında çıxışları və  yerindəcə  mövcud olan problemlə-

rin  həll  edilməsi  buna  parlaq  sübutdur.Müstəqil  respubli-

kamızın    dünyanın  nüfuzlu  təşkilatlarına  tamhüquqlu  üzv 

qəbul  edilməsi  onun  beynəlxalq  mövqeyinin  və  imicinin 

formalaşmasına  və  dünyanın  iqtisadi  cəhətdən  inkişaf 

edən  ölkələri  içərisində  öz  layiqli  yerini    tutmasına  daha 

yaxından  köməklik  göstərir.  Azərbaycanın  dövlət  müstə-

qilliyinin  möhkəmləndirilməsinə  xidmət  edən  ictimaiy-

yətlə  əlaqələr  siyasəti,  bu  gün  dünyanın  iqtisadi  inkişaf 

edən bütün dövlətləri ilə tam bərabərhüquqlu əsaslar üzə-

rində  faydalı  əməkdaşlığın  inkişaf  etdirilməsinə  zəmin 

yaradır.  

Qeyd  etdiyimiz  kimi,  hazırda  cəmiyyətdə  “İctimaiy-

yətlə  əlaqələr”elmi  haqqında  müxtəlif  fikir  ayrılıqları 

mövcud olsa da, bu müqayisəli və mübahisəli yanaşmala-

rın və baxışlarin kökü  heç də təkcə elmi səbəblərlə bağlı 

deyil. Bu fikir ayrılıqlarının köku həm də, daha dərin tari-

xi məzmun daşıyan amillərlə bağlıdır. Qeyd edək ki, “İcti-

maiyyətlə əlaqələr” bu gün təkcə fundamental elmlərə (nə-

zəri)  istinad  etmir.  Bu  elm  həm  də,  ictimai  inkişafın  real 

praktik  (empirik)  gerçəkliklərini  özündə  təcəssüm  etdirir. 

Eyni zamanda  cəmiyyəti hərtərəfli tədqiq edən, ictimaiy-

yətdə  sağlam  əhval-ruhiyyə  və  qarşılıqlı  ünsiyyət  forma-

laşdıran  sosial-iqtisadi  və  ictimai-humanitar    elmlərin  ən 

vaciblilərindən  biri  hesab  edilir.  Bu  elm  hazırda  həya-

tımızın mövcud  reallıqlarının fövqündə dayanır və cəmiy-

yətimiz  üçün    başlıca  prioritetləri  müəyyənləşdirir  və  hər 

bir  şəxs  qarşısında  şəxsi  məsuliyyət  və  cavabdehlik  hissi 

qoyur. 

 

 



15 


1.2.   Kursun obyekti və subyekti 

 

      Elmin obyekti və subyekti dedikdəbura ilk növ-

bədə  fərd,  insan  və  şəxsiyyət,  onun  mədəni-iqtisadi,  icti-

mai-siyasi  fəaliyyət  sahəsi  və  eyni  zamanda  tarixən  möv-

cud olan etik-estetik və fəlsəfi-əxlaqi münasibətlər sistemi 

daxildir.  Bu  prosesə  həm  də  insanların  həyatda  tutduğu 

mövcud mövqe və cəmiyyət həyatında oynadığı rol, işgü-

zar  biznes  və  menecment  əlaqələri,  istirahət  və  əyləncə, 

asudə  vaxt,  sağlam  ünsiyyət  və  s.  məsələlər  də  aiddir. 

“İctimaiyyətlə  əlaqələr”  müxtəlif  cəmiyyətlərdə  və  icti-

mai-iqtisadi  formasiyalarda  sosial-iqtisadi,  ictimai-siyasi 

həyatı  öyrənir  və  bununla  da  mövcud  nailiyyətləri  aydın-

laşdırmağa və araşdırmağa səy göstərir.  

“İctimaiyyətlə əlaqələr” mənəvi-əxlaqi münasibətlər-

lə,  həm  də  hərtərəfli    inkişafa  təsir  göstərən  sosial    amil-

lərlə də sıx şəkildə bağlıdır. Burada təsvirçilik və əyanilik, 

antropoloji dəyərləndirmə, hüquqi münasibətlər, germene-

vtik  və  sosioloji  xüsusiyyətlər  mühüm    rol  oynayır.  Doğ-

rudan da, insan bəşər cəmiyyətinin mədəni-iqtisadi və so-

sial  fəaliyyətlərin  mövcud  vasitəsidir.Həqiqətən  də  insan 

yaranışından dünyasını dəyişənədək həmin həqiqətin axta-

rışında  olur,  dünyanın,  təbiətin,  cəmiyyətin  sirlərini  açır, 

bəşəriyyətin,  insanlığın  inkişaf  qanunlarını  kəşf  edir.  Ta-

panda  da  axtarmaq,  tapmayanda  da  axtarmaq  və  yenə  də 

axtarışları dayandırmadan davam etdirmək...  

Hazırda  ictimaiyyətlə  əlaqələr  prosesinin  düzgün 

təşkili və tənzimlənməsində  iqtisadiyyat dövlətin ən apa-

rıcı sahələrdən biri hesab  edilir.  Bu sahə, insan  cəmiyyə-

tinin inkişafının bünövrəsini təşkil edir. İqtisadiyyat  həm 

də    ölkənin  mövcud  siyasətində  prioritet  vəzifələri  müəy-




16 


yənləşdirir. Başqa sözlə desək, iqtisadiyyat, siyasət və mə-

nəviyyat  komplekslik  təşkil  edir,    bir-biri  ilə  sıx  şəkildə 

qarşılıqlı  əlaqədədir.  Belə  ki,  ictimaiyyətlə  əlaqələrin 

tarixi,  ta  qədimdən  bu  günkü  günə  kimi  fasiləsiz  olaraq 

inkişaf edib davam etməkdədir. Qeyd edək ki, hələ ibtidai 

icma quruluşu zamanı ilkin insan cəmiyyəti icmalar, qəbi-

lələr  və  tayfalar  şəklində  mövcud  olmuş  təbiətlə  şüurlu 

mübarizəyə  başlamış  və  qarşılıqlı  ünsiyyəti  formalaş-

dırmışlar.  Öz zəruri tələbatlarını ödəmək məqsədini qarşı-

ya  qoyduğu  dövrdən  dövlət  və  onun  qurumlarının  yaran-

masına  qədər  minilliklər  belə  ötüb  keçsə  də,  insan  daima 

sirli  dünyadan  baş  açmağa  və  özünəməxsus  şəkildə  araş-

dırıb öyrənməyə çalışmışdır. Bəşər cəmiyyətinin tərəqqisi 

onun  təbiətinə  uyğun  olaraq  tədricən,  ardıcıl,  qanunauy-

ğun  surətdə  inkişafa  səbəb  olmuşdur.  Nəticədə,  xüsusi 

mülkiyyət  münasibətləri,  bu  zəmində  dövlət  və  onun 

siyasi formaları  müstəvisində  fəaliyyətə  başlamış və  yeni 

uğurlu  nəticələr  əldə  edilmişdir.  Eyni  zamanda  mədəni 

inkişaf da ictimaiyyətlə əlaqələrə öz müsbət əməli təsirini 

göstərmiş,  onun  əhatə  dairəsini  genişləndirmiş  və  onun 

yeni  sahələrini  reallaşdırmışdır.  Bu  baxımdan  yeni  sosial 

quruluşun  və  bəşəriyyətin  sivil  yeniliklərinin  humanist 

xüsusiyyətləri  ictimaiyyətlə  əlaqələr  prosesində  mühüm 

yer tutmuş, cəmiyyətdə qloballaşma, inteqrasiya, innovasi-

ya, mutikultural prosesləri sürətləndirmişdir.  

“İctimaiyyətlə  əlaqələr”  özündə  yalnız  elmi-nəzəri 

müddəaları  deyil,  həm  də  mədəni  fəaliyyətin  empirik 

əlamətlərini birləşdirib, cəmiyyətə tətbiq edir və cəmiyyət-

də  əldə  olunan  bilgilərin,  vərdişlərin  real  həyata  tətbiq 

olunmasının  forma  və  metodlarını  öyrənir.  Bu  elmin 

prinsipial cəhətlərindən başlıcası odur ki, o öz predmetinin 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə