.
7
təbliğinin əhəmiyyəti” və s. mövzuların yer aldığı “İcti-
maiyyətlə əlaqələr” dərsliyində bəşər cəmiyyətinin müxtə-
lif inkişaf mərhələləri ilə yanaşı, Azərbaycan xalqının zən-
gin ictimai fikir tarixinə, habelə milli-mədəni, sosial-iqti-
sadi dəyərlərinə geniş şəkildə istinad edilmişdir.
Bu elm bəşəriyyətin tarixi inkişaf təcrübəsinin təh-
lilinə istinadən xalqın həyati maraqlarını əks etdirən də-
yərlər sisteminin formalaşmasına yardım edir. Elmin bu
sahəsi həmçinin dövlət quruculuğu istiqamətində də prio-
ritet vəzifələri müəyyənləşdirir.
.
8
I FƏSİL. KURSUN PREDMETİ, MƏQSƏD VƏ
VƏZİFƏLƏRİ
1.1.Kursun predmeti, tədqiqiat metodları
Hazırki dövrdə cəmiyyəti öyrənən bir çox sosial-hu-
manitar elmlər mövcuddur: sosiologiya, kulturologiya, et-
noqrafiya, politologiya, antropologiya, arxeologiya, fəlsə-
fə, tarix, iqtisadi nəzəriyyə və s. Bu elmlər içərisində “İcti-
maiyyətlə əlaqələr” elminin özünəməxsus yeri vardır. “İc-
timaiyyətlə əlaqələr” bəşər tarixinin yaranması ilə birgə
meydana gələn, cəmiyyət həyatının təməlini təşkil edən,
xalqın sosial-iqtisadi maraqlarını əks etdirən, dövlətin in-
kişafının prioritet istiqamətlərini müəyyənləşdirən, insan-
şünaslığa və insanın kamilləşməsinə xidmət edən bir elm-
dir. Cəmiyyətimizin müasir inkişaf mərhələsində ictimaiy-
yətlə əlaqələrin öyrənilməsi və tədqiqi mövcud sivilizasi-
yalar və insan kollektivləri üçün aktuallıq kəsb etməkdə-
dir. Bu proses müasir dövrün reallıqlarına və gercək-
lilklərinə istinad edir.
“İctimaiyyətlə əlaqələr” öz predmeti, məqsəd və və-
zifələrinə, tədqiqat metodlarına və digər mövcud spesifik
xüsusiyyətlərinə görə cəmiyyəti öyrənən digər sosial-hu-
manitar elmlərdən əsaslı şəkildə fərqlənir. Bu elmin qarşı-
sında bir nöqtə yox, üç nöqtə qoyulmalıdır. Yəni bu elm,
cəmiyyətdə daima inkişafda və gündəmdə olan elmdir. Bu
elmə həm dünyəvi, həm də azərbaycançılıq məfkurəsi
kontekstində yanaşılmalıdır. Hazırda mövcud sahənin təd-
qiqat obyekti kimi ön plana keçməsi məhz dövrün real
tələblərindən irəli gəlir və başlıca prioritetə çevrilir. Bu
sahə eyni zamanda milli və beynəlxalq dəyərləri, mövcud
.
9
sosial-iqtisadi həyat tərzini, mənəvi-əxlaqi xüsusiyyətləri
özündə əks etdirir. Həmçinin, cəmiyyətdə baş verən qlobal
problemləri, innovasiya və inteqrasiya proseslərini, sosial
həyatın obyektiv xüsusiyyətlərini, sosial-iqtisadi və mənə-
vi dəyərlərin yaradılması, artırılması və onların qorunaraq
formalaşmaqda olan gənc nəslə obyektiv şəkildə düzgün
ötürülməsi prosesini həyata keçirir.
“İctimaiyyətlə əlaqələr” fənni cəmiyyət həyatında
mövcud olan hadisələri və prosesləri, dünyagörüşləri, elmi
təfəkkürün formalaşmasını da özündə əks etdirir. Elmin
zəruriliyi qloballaşma, inteqrasiya və innovasiya proseslə-
rində, o cümlədən texnogen inkişafda və kommunikativ
vasitələrin tətbiqində və davamlı iqtisadi inkişafda xüsusi
əhəmiyyətə və aktuallığa malikdir. Bu baxımdan dunyada
baş verən qlobal proseslər və hadisələr iqtisadi sahədə
kadr hazırlığının həyata keçirilməsini gerçəkləşdirir.
Fənnin tədrisi iqtisadiyyatın mahiyyəti və inkişafı,
cəmiyyət həyatında onun rolu, cəmiyyətdə şəxsiyyətin
həlledici amil olması,o cümlədən etik-əxlaqi davranış və
etiket normaları haqqında yığcam və aydın təsəvvür yara-
dır. “İctimaiyyətlə əlaqələr”fənni gənclərin əsl bir vətən-
pərvər şəxsiyyət kimi yetişməsində, vətəndaş cəmiyyətinin
yaradılmasında, sağlam ünsiyyətin və mənəvi-əxlaqi də-
yərlərin qorunmasında, milli mentalitetin və idarəetmə
mədəniyyətinin formalaşmasında çox mühüm sosial-iqti-
sadi və mənəvi funksiyaları yerinə yetirir. Başqa sözlə ifa-
də etsək, “İctimaiyyətlə əlaqələr” insanın və bəşəriyyətin
qurucu həyatı, cəmiyyətin sosial-iqtisadi inkişafı və mə-
dəni fəaliyyəti haqqında elmdir.
Bu gün dünyada “İctimaiyyətlə əlaqələr” elmi haq-
qında müxtəlif müqayisəli nəzəriyyələr və baxışlar möv-
.
10
cudur. Bunlar olduqca mübahisəli və ziddiyyətlidir. İstər
Avropada, istərsə də Şərq ölkələrində müxtəlif alim və
tədqiqatçılar arasında bu elm haqqında yekdil bir fikir və
ideya mövcud deyil. Mübahisəli və müqayisəli nəzəriyyə-
lər və ictimai-iqtisadi, siyasi baxışlar mövcud elmə məhz
daha dərin müstəvidən və obyektiv şəkildə yanaşmağı
tələb edir. Bu baxımdan “İctimaiyyətlə əlaqələr” milli dini
– mənəvi və multikultral cəhətləri və keyfiyyətləri,Vətənə
məhəbbət, milli birlik, Vətən əxlaqı, milli və ümumbəşəri
qurur hissi kimi ali humanist keyfiyyətləri də özündə
birləşdirir.
“İctimaiyyətlə əlaqələr” fənninin tədrisində xalqın
mifoloji xüsusiyyətləri və mentaliteti, keçdiyi inkişaf
dövrləri, xalqın milli oyanış tərzi, sosial-iqtisadi maraqla-
rı, milli özünüdərki, həyat və məişəti, psixologiyası geniş
bir şəkildə ifadə olunmaqla yanaşı, dünyanın, bəşəriyyə-
tin, milli varlığımızın sərhəd tanımayan ideyaları, o cüm-
lədən etnoqrafiyası, dini-etnik xüsusiyyətləri, mənəvi-əx-
laqi təsəvvürləri, məişət tərzi, adət və ənənələri və s. öz
dərin ifadəsini tapır. Bu elm həyatımız üçün nə qədər va-
cibdirsə eyni zamanda, bəşəri və beynəlmiləldir və icti-
maiyyət üçün daha böyük aktuallıq kəsb edir. Bütün bu
cəhətlər mövcüd elmin vacib və prioritet bir sahə olduğu-
nu təsdiqləyir. Eyni zamanda qeyd etmək lazımdır ki,
millətlərin tarixən yaratdığı milli sərvət və dəyərlər, o
cümlədən sənət əsərləri yalnız bir millətə, bir xalqa və ya
bir etnik qrupa yox, bütün bəşəriyyətə və millətlərə məx-
susdur. Məsələn, “Lahıc miskərlik sənəti”, “Muğam ifası-
lığı”, “Aşıq sənəti”, “Novruz bayramı”,” Xalça sənəti”,
“Tar ifaçılığı”, “Kəlağayı sənəti” YUNESKO-nun qeyri-
maddi mədəni irs üzrə reprezentativ siyahısında, həmçinin
Dostları ilə paylaş: |