76
kimi ölü dillәrlә olan dil tәmasları da göstәrilmişdir. Vә hәmin tәmaslar nәticәsindә yaranmış
olan fonetik, fonoloji vә leksik dil paralellәri müәyyәnlәşdirilmişdir.
Dördüncü. Türkoloji dilçilikdә vә bütövlükdә türkologiyada tarixi-müqayisәli dilçilik
vә müqayisәli-tarixi dilçilik tәbirlәri çox zaman eynimәnalı sinonim ifadәlәr vә ya dilçilik
yöntәmlәri olaraq başa düşülmәkdәdir. Әlbәttә, bunların hәr ikisi bir-birinә geneoloji baxımdan
qohum olan dillәrin tarixi inkişaf tәmayüllәrinin müәyyәnlәşdirilmәsi vә ilkin әcdad dil
sәviyyәlәrinin rekonstruksiyasının aparılması üçün istifadә edilәn dilçilik yöntәmlәridir. Ancaq
bәzi dilçilәr türk dillәrinә bütövlükdә hәsr etdiklәri әsәrlәrinin adlarında vә ya mövzularının
mәzmun vә ifadә planlarının adlandırılmasında belә heç sözügedәn temrin-birlәşmәlәrdәn ayrı-
ayrılıqda istifadә etmәmişdir. Mәsәlәn, mәşhur dilçi-türkoloq A. M. Şerbak
13
türk dillәrinin
müqayisәli olaraq öyrәnilmәsinә hәsr etdiyi әsәrlәrindә bir dilçilik termini olaraq çox zaman
sadәcә “müqayisәli” sözündәn istifadә etmişdir.
Belәliklә, türkoloji dilçilik zәminindә “tarixi-tipoloji” vә “müqayisәli-tarixi” dilçlik
ifadәlәri türk dillәrinә dair müxtәlif müqayisәli mövzuların adlarının, mәzmun vә ifadә
planlarının adlandırılmasında әn çox XX yüzilin 70-ci illәrindәn sonra “dilçilk repertuarı”nda
işlәdilmәyә başlanılmışdır. Türkoloji dilçilikdә sözügedәn axırıncı yöntәmlә aparılan elmi vә
praktik-linqvistik işlәr, yuxarıda da göstәrildiyi kimi, iki vә ya daha çox, çox zaman da
bütövlükdә türk dillәri vә dialektlәrinin öyrәnilmәsinә hәsr edilәn әsәrlәrdәn ibarәtdir. Bundan
sonrakı paraqrafda hәmin әsәrlәrin konseptual-linqvistik açıqlanması üzәrindә durulacaqdır.
2.1.2.3. Müqayisәli vә müqayisәli-tarixi türkoloji dilçilik araşdırmaları
Müqayisәli türkoloji dilçilikdә türk dillәrinin morfologiyasına dair aparılan hәr cür elmi
araşdırmalar vә praktik-linqvistik işlәr XX yüzilin әvvәllәrindәn etibarәn yuxarıda göstәrilәn
dilçilik yöntәmlәrinin sinkretik olaraq tәtbiq olunması ilә getdikcә sürәtlәnmişdir. Sözügedәn
13
Aşağıda A. M. Şerbakın türk dillәrinin müqayisәli öyrәnilmәsinә hәsr etdiyi linqvistik araşdırmalarından ayrıca
olaraq bәhs olunacaqdır. Türkoloji dilçilikdә vә ümumiyyәtlә türkologiyada tarixi-müqayisәli vә müqayisәli-tarixi
dilçilik termin-ifadәlәrini daha çox Ural-Altay nәzәriyyәsini qәbul edәn dilçi-türkoloqlar işlәtmişdir. Bu nәzәriyyәyә
görә türk dillәrinin monqol, tunqus-mancur vә hәtta koreya, yapon vә fin-uqor dillәri ilә genetik baxımdan qohum
olduğu iddia olunur. Bu nәzәriyyәnin tәrәfdarlarından Tabert Stralenberq, V. Şott, F. Vidmen, B. Munkaçi, M. A.
Kastern, V. Banq, Q. Ramstedt, M. Rәsәnen, N. Poppe vә başqalarının adını çәkmәk olar. Altay dillәrinin tarixәn
eyni mәnşәdәn olmasını qәbul etmәyәnlәrin miqdarı da xeyli çoxdur. Vә bunların sayı getdikcә çoxalmaqdadır.
Mәsәlәn, hәmin dilçi-türkoloqlardan A. M. Şerbakı, C. Klousonu, Q. Dörferi, Q. D. Sanjayevi vә başqalarını
göstәrmәk olar (Zeynalov 1981: 6). Göründüyü kimi, A. M. Şerbakın adı da ikincilәrin sırasında yer alır. Elә diqqәti
çәkәn dә budur.
77
әsәrlәri dә öyrәnilәn dillәrin, onların faktik dil materiallarının seçiminә vә qrammatik
kateqoriyalarının öyrәnilmәsinin üsullarına görә bütövlükdә iki qrupa ayırmaq mümkündür.
Birinci qrupa daxil edilәn türkoloji dilçilik әsәrlәrindә hәr hansı bir konkret türk dilindә müәyyәn
qrammatik-morfoloji kateqoriyalar ya sinxronik, ya da sinxronik vә diaxronik olaraq araşdırılır.
Ancaq sözügedәn әsәrlәrdә digәr qohum dillәrin elmi vә praktik materialları vә onlara dair irәli
sürülmüş fikirlәr vә linqvistik dәyәrlәndirmәlәr dә, yuxarıda göstәrildiyi kimi, bu vә ya digәr
şәkildә araşdırmaya cәlb olunur. Hәmin materiallar, irәli sürülmüş fikirlәr vә dәyәrlәndirmәlәr
çox vaxt aparılmış olan uyğun araşdırmalardan alınır. Onlar öyrәnilәn dilin faktik dil materialları
ilә hәm sinxronik, hәm dә diaxronik olaraq qarşılaşdırılır, tarixi-müqayisәli vә ya müqayisәli-
tarixi yöntәmlә öyrәnilir. Hәmin әsәrlәrә örnәk olaraq yuxarıda da adı çәkilәn V. Banqın
“”Göytürkcәdәn Osmanlıcaya. Türk dilinin müqayisәli qrammatikası ilә әlaqәdar hazırlıq işlәri.
1. Mәruzә: Türkcә sual әvәzliyi haqqında” (1917a), V. B. Boqoroditskinin “Digәr Türk dillәrilә
müqayisәli kontekstdә tatar dilçiliyinә giriş” (1953), V. İ. Rassadinin “Tofalar dilinin
morfologiyasının müqayisәli öyrәnilmәsi” (1978) kimi kitabları göstәrmәk olar. Seyitnazar
Arnazarovun “Türkmәn dilindә nitq feillәri (müqayisәli planda)” (1982) monoqrafiyası vә E. A.
Qruninanın “Türk dilindә indikativ: tarixi-müqayisәli işıqlandırma” (1975) adlı doktorluq
dissertasiyası da bu qәbildәn olan әsәrlәrdәndir.
Q. F. Blaqovanın “Türk hal sisteminin areal-tarixi işıqlandırılması: cәnub-şәrq regionu”
(1982) adı ilә adlandırılan monoqrafiyasında Avrasiya coğrafiyasının cәnub-şәrq bölgәsindә yer
alan türk dillәri araşdırmaya regional-linqvistik özәlliklәri ilә cәlb olunmuşdur. Hal kateqoriyası
hәmin dillәrdә areal-tarixi linqvistik yöntәmlә öyrәnilmişdir. Ali Fehmi Karamanoğlunun
“Kıpçak Türkçesi Grameri” (1994) adlı kitabında qıçaq qrupu türk dillәrinin tarixi-diaxronik,
Mustafa Önerin “Bugünkü Kıpçak Türkçesi: Tatar, Kazak vә Kırgız Lehçeleri Karşılaştırmalı
Grameri” (1998) monoqrafiyasında isә hәmin dillәrin bu günkü sinxronik durumu
işıqlandırılmışdır.
XX yüzilin 40-cı vә әsas etibarilә 50-ci illәrindәn sonra türk dillәrinin morfologiyasına
aid ikinci bir müqayisәli araşdırma-öyrәnilmә qrupuna daxil edilә bilәn dilçilik araşdırmalarını vә
digәr hәr cür linqvistik işlәri dә әslindә iki yarımqrupa ayırmaq olar. Birinci yarımqrupa daxil
olan dilçilik araşdırmalarında әn çox türk dillәrinin tarixi lәhcәlәrә vә ya orta türk dövrü yazı
dillәrinә söykәnәn ayrı-ayrı dil-danışıq qrupları vә ya kıpçaq qrupu, karluq qrupu, oğuz qrupu
türk dillәri vә s. olaraq işıqlandırılmışdır. Türkoloji dilçilikdә ümumtürk dilinin qrammatik