M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə31/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   171

76 

 

kimi  ölü  dillәrlә  olan  dil  tәmasları  da  göstәrilmişdir.  Vә  hәmin  tәmaslar  nәticәsindә  yaranmış 



olan fonetik, fonoloji vә leksik dil paralellәri müәyyәnlәşdirilmişdir.  

Dördüncü.    Türkoloji  dilçilikdә  vә  bütövlükdә  türkologiyada  tarixi-müqayisәli  dilçilik 

vә  müqayisәli-tarixi  dilçilik  tәbirlәri  çox  zaman  eynimәnalı  sinonim  ifadәlәr  vә  ya  dilçilik 

yöntәmlәri olaraq başa düşülmәkdәdir. Әlbәttә, bunların hәr ikisi bir-birinә geneoloji baxımdan 

qohum  olan  dillәrin  tarixi  inkişaf  tәmayüllәrinin  müәyyәnlәşdirilmәsi  vә  ilkin  әcdad  dil 

sәviyyәlәrinin  rekonstruksiyasının  aparılması  üçün  istifadә  edilәn  dilçilik  yöntәmlәridir.  Ancaq 

bәzi  dilçilәr  türk  dillәrinә  bütövlükdә  hәsr  etdiklәri  әsәrlәrinin  adlarında  vә  ya  mövzularının 

mәzmun  vә ifadә planlarının adlandırılmasında  belә heç sözügedәn temrin-birlәşmәlәrdәn ayrı-

ayrılıqda  istifadә  etmәmişdir.  Mәsәlәn,  mәşhur  dilçi-türkoloq  A.  M.  Şerbak

13

  türk  dillәrinin 



müqayisәli  olaraq  öyrәnilmәsinә  hәsr  etdiyi  әsәrlәrindә  bir  dilçilik  termini  olaraq  çox  zaman 

sadәcә “müqayisәli” sözündәn istifadә etmişdir.  

Belәliklә,  türkoloji  dilçilik  zәminindә  “tarixi-tipoloji”  vә  “müqayisәli-tarixi”  dilçlik 

ifadәlәri  türk  dillәrinә  dair  müxtәlif  müqayisәli  mövzuların  adlarının,  mәzmun  vә  ifadә 

planlarının  adlandırılmasında  әn  çox  XX  yüzilin  70-ci  illәrindәn  sonra  “dilçilk  repertuarı”nda 

işlәdilmәyә  başlanılmışdır.  Türkoloji  dilçilikdә  sözügedәn  axırıncı  yöntәmlә  aparılan  elmi  vә 

praktik-linqvistik  işlәr,  yuxarıda  da  göstәrildiyi  kimi,  iki  vә  ya  daha  çox,  çox  zaman  da 

bütövlükdә  türk  dillәri  vә  dialektlәrinin  öyrәnilmәsinә  hәsr  edilәn  әsәrlәrdәn  ibarәtdir.  Bundan 

sonrakı paraqrafda hәmin әsәrlәrin konseptual-linqvistik açıqlanması üzәrindә durulacaqdır.  

 

2.1.2.3. Müqayisәli vә müqayisәli-tarixi türkoloji dilçilik araşdırmaları 

Müqayisәli türkoloji dilçilikdә türk dillәrinin morfologiyasına dair aparılan hәr cür elmi 

araşdırmalar  vә  praktik-linqvistik  işlәr  XX  yüzilin  әvvәllәrindәn  etibarәn  yuxarıda  göstәrilәn 

dilçilik  yöntәmlәrinin  sinkretik  olaraq  tәtbiq  olunması  ilә  getdikcә  sürәtlәnmişdir.  Sözügedәn 

                                                 

13

Aşağıda  A.  M.  Şerbakın  türk  dillәrinin  müqayisәli  öyrәnilmәsinә  hәsr  etdiyi  linqvistik  araşdırmalarından  ayrıca 



olaraq  bәhs  olunacaqdır.  Türkoloji  dilçilikdә  vә  ümumiyyәtlә  türkologiyada  tarixi-müqayisәli  vә  müqayisәli-tarixi 

dilçilik termin-ifadәlәrini daha çox Ural-Altay nәzәriyyәsini qәbul edәn dilçi-türkoloqlar işlәtmişdir. Bu nәzәriyyәyә 

görә türk dillәrinin monqol, tunqus-mancur vә hәtta koreya, yapon vә fin-uqor dillәri ilә genetik baxımdan qohum 

olduğu iddia olunur. Bu nәzәriyyәnin tәrәfdarlarından Tabert Stralenberq, V. Şott, F.  Vidmen, B. Munkaçi, M. A. 

Kastern, V. Banq, Q. Ramstedt,  M. Rәsәnen, N. Poppe  vә  başqalarının adını çәkmәk olar. Altay dillәrinin tarixәn 

eyni  mәnşәdәn  olmasını  qәbul  etmәyәnlәrin  miqdarı  da  xeyli  çoxdur.  Vә  bunların  sayı  getdikcә  çoxalmaqdadır. 

Mәsәlәn,  hәmin  dilçi-türkoloqlardan  A.  M.  Şerbakı,  C.  Klousonu,  Q.  Dörferi,  Q.  D.  Sanjayevi  vә  başqalarını 

göstәrmәk olar (Zeynalov 1981: 6). Göründüyü kimi, A. M. Şerbakın adı da ikincilәrin sırasında yer alır. Elә diqqәti 

çәkәn dә budur.  

 



77 

 

әsәrlәri  dә  öyrәnilәn  dillәrin,  onların  faktik  dil  materiallarının  seçiminә  vә  qrammatik 



kateqoriyalarının  öyrәnilmәsinin  üsullarına  görә  bütövlükdә  iki  qrupa  ayırmaq  mümkündür. 

Birinci qrupa daxil edilәn türkoloji dilçilik әsәrlәrindә hәr hansı bir konkret türk dilindә müәyyәn 

qrammatik-morfoloji  kateqoriyalar  ya sinxronik, ya  da sinxronik vә diaxronik olaraq  araşdırılır. 

Ancaq sözügedәn әsәrlәrdә digәr qohum dillәrin elmi vә praktik materialları vә onlara dair irәli 

sürülmüş  fikirlәr  vә  linqvistik  dәyәrlәndirmәlәr  dә,  yuxarıda  göstәrildiyi  kimi,  bu  vә  ya  digәr 

şәkildә  araşdırmaya  cәlb  olunur.  Hәmin  materiallar,  irәli  sürülmüş  fikirlәr  vә  dәyәrlәndirmәlәr 

çox vaxt aparılmış olan uyğun araşdırmalardan alınır. Onlar öyrәnilәn dilin faktik dil materialları 

ilә  hәm  sinxronik,  hәm  dә  diaxronik  olaraq  qarşılaşdırılır,  tarixi-müqayisәli  vә  ya  müqayisәli-

tarixi  yöntәmlә  öyrәnilir.  Hәmin  әsәrlәrә  örnәk  olaraq  yuxarıda  da  adı  çәkilәn  V.  Banqın  

“”Göytürkcәdәn Osmanlıcaya. Türk dilinin müqayisәli qrammatikası ilә әlaqәdar hazırlıq işlәri. 

1. Mәruzә: Türkcә sual әvәzliyi haqqında” (1917a),  V. B. Boqoroditskinin “Digәr Türk dillәrilә 

müqayisәli  kontekstdә  tatar  dilçiliyinә  giriş”  (1953),  V.  İ.  Rassadinin  “Tofalar  dilinin 

morfologiyasının  müqayisәli  öyrәnilmәsi”  (1978)  kimi  kitabları  göstәrmәk  olar.    Seyitnazar 

Arnazarovun “Türkmәn dilindә nitq feillәri (müqayisәli planda)” (1982) monoqrafiyası vә  E. A. 

Qruninanın  “Türk  dilindә  indikativ:  tarixi-müqayisәli  işıqlandırma”  (1975)  adlı  doktorluq 

dissertasiyası da bu qәbildәn olan әsәrlәrdәndir. 

 Q. F. Blaqovanın “Türk hal sisteminin areal-tarixi işıqlandırılması: cәnub-şәrq regionu” 

(1982) adı ilә adlandırılan monoqrafiyasında Avrasiya coğrafiyasının cәnub-şәrq bölgәsindә yer 

alan türk dillәri araşdırmaya regional-linqvistik özәlliklәri ilә cәlb olunmuşdur. Hal kateqoriyası 

hәmin  dillәrdә  areal-tarixi  linqvistik  yöntәmlә  öyrәnilmişdir.  Ali  Fehmi  Karamanoğlunun 

“Kıpçak  Türkçesi  Grameri”  (1994)  adlı  kitabında  qıçaq  qrupu  türk  dillәrinin  tarixi-diaxronik, 

Mustafa  Önerin  “Bugünkü  Kıpçak  Türkçesi:  Tatar,  Kazak  vә  Kırgız  Lehçeleri  Karşılaştırmalı 

Grameri”  (1998)  monoqrafiyasında  isә  hәmin  dillәrin  bu  günkü  sinxronik  durumu 

işıqlandırılmışdır.   

XX yüzilin 40-cı vә әsas etibarilә 50-ci illәrindәn sonra türk dillәrinin morfologiyasına 

aid ikinci bir müqayisәli araşdırma-öyrәnilmә qrupuna daxil edilә bilәn dilçilik araşdırmalarını vә 

digәr  hәr  cür  linqvistik  işlәri  dә  әslindә  iki  yarımqrupa  ayırmaq  olar.  Birinci  yarımqrupa  daxil 

olan  dilçilik  araşdırmalarında  әn  çox  türk  dillәrinin  tarixi  lәhcәlәrә  vә  ya  orta  türk  dövrü  yazı 

dillәrinә  söykәnәn  ayrı-ayrı  dil-danışıq  qrupları  vә  ya  kıpçaq  qrupu,  karluq  qrupu,  oğuz  qrupu 

türk  dillәri  vә  s.  olaraq  işıqlandırılmışdır.  Türkoloji  dilçilikdә  ümumtürk  dilinin  qrammatik 






Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə