M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə2/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   171

 

2.1.2.2.  Tәsviri,  tarixi-müqayisәli  vә  ya  müqayisәli-tarixi  vә  tarixi-tipoloji  dilçilik 



yöntәmlәri haqqında 

2.1.2.3. Müqayisәli vә müqayisәli-tarixi türkoloji dilçilik araşdırmaları 

2.1.3. Sintaksis   

2.1.3.1.Müqayisәli türkoloji dilçilikdә sintaksisә dair araşdırmalar 

2.1.3.1.1.Mürәkkәb cümlәlәrin konseptual-struktur tәsniflәndirmәsi 

2.1.3.1.2.  Mürәkkәb  cümlәlәrin  normativ-sintaktik  quruluşları,  üslubi-sintaktik 

normaları vә variantları 

2.1.4. Leksika, leksikologiya vә leksikoqrafiya 

2.1.4.1. Türkoloji dilçilikdә leksikoqrafik işәr 

2.1.4.1.1. Türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәtlәr 

2.2. Türk dillәrinin әnәnәvi-tәsviri yöntәmlәrlә öyrәnilmәsi 

2.2.1. Әrәb dilçilik mәktәbi әnәnәlәrinә görә yazılmış qrammatika kitabları  

2.2.2. Hind-Avropa dilçilik mәktәbi әnәnәlәrinә görә aparılmış linqvistik işlәr 

2.2.2.1. XIX yüzil vә XX yüzilin ilk qәrinәsindә yazılmış dil vә qrammatika kitabları 



 2.2.2.1.1.  Mirzә  Kazım  Bәyin  “Türk-tatar  dilinin  ümumi  qrammatikası.  Azәrbaycan 

lәhcәsi ilә” (1846) adlı kitabı 



 2.2.2.1.2.  Otto  Böthlinqkin  “Yakut  dili  haqqında:  qrammatika,  mәtn  vә  lüğәt”  (1851) 

adlı kitabı  



 2.2.2.1.3. “Altay dilinin qrammatikası” (1869) adlı kitabı haqqında 

 2.2.2.1.4.  P.  M.  Melioranskinin  “Qazax-qırğız  dilinin  qrammatikası”  (1894-1897)  adlı 

kitabı haqqında 

2.2.3. XX yüzildә türkoloji dilçilik әsәrlәri  

2.2.3.1. Fonetika vә fonologiyaya dair görülәn işlәr  

2.2.3.2. Qrammatika: morfologiya, sintaksis vә söz yaradıcılığı sәviyyәsinin öyrәnilmәsi 

2.2.3.3. Leksikologiya, leksikoqrafiya vә frazeologiya sәviyyәsinin öyrәnilmәsi 

2.2.3.3.1. Leksikologiya 

2.2.3.3.2. Leksikoqrafiyaya  

2.2.3.3.3. Frazeologiya 

2.2.3.4. Dialektologiya 

2.2.3.5. Türkoloji dilçilikdә dil tarixi vә әdәbi dil tarixi anlayışları 




 

Birinci hissәyә dair yoxlama sualları vә tapşırıqlar 



Әdәbiyyat 

 

II HİSSӘ 

TÜRKOLOJİ  DİLÇİLİK  BU  GÜN:  PROBLEMLӘR,  PERSPEKTİVLӘR  VӘ 

YENİLİKLӘR  

1. Türkoloji dilçilikdә әnәnәvi vә yeni yöntәmlәrin paralel olaraq işlәnilmәsi 

1.1. Tarixi-müqayisәli vә ya müqayisәli-tarixi vә tәsviri dilçilik yöntәmlәri   

1.2.  Funksional,  semantik,  riyazi,  korpus,  sosiolinqvistik,  statistik,  mәtnlinqvistik, 

koqnitiv-konseptual vә s. digәr yeni araşdırma-öyrәnilmә yöntәmlәri 

1.3.  Әnәnәvi vә yeni linqvistik yöntәmlәrin işlәnilmә perspektivlәri 

2. Çağdaş dünya düzәnindә әcdad dil, ana dili, ortaq dil vә rәsmi dil qavramları 

2.1. Avrasya dil portfolyosu vә dil pasportu 

2.2. Әdәbi dil normaları, normalaşmaları vә alışqanlıqları 

2.3. E-dil anlayışı: E-Türkcә vә E-Azәrbaycanca qavramları 

2.4. Tәrcümә vә әdәbi mәtn uyğunlaşdırmaları proseslәri  

2.4.1.Türk dillәri arası әdәbi mәtn uyğunlaşdırmaları 

2.4.1.1. Azәrbaycan yazarlarının әsәrlәri Türkiyә türkcәsindә 

2.4.2. Avrasiyada rusca-türkcә vә türkcә-rusca ikidilliliyi ortamları 

2.4.2.1.  Yan  tәbәqә  (adstrat),  alt  tәbәqә  (substrat),  üst  tәbәqә  (superstrat)  vә  iç  tәbәqә 

(interstrat) qavramları 



3. Türkoloji dilçilikdә mәtn dilçiliyi vә sintaksisi araşdırmaları 

3.1. Türk mәtninin konseptual-intellektual mahiyyәti 

3.2. Türk mәtninin konseptual-linqvistik özәlliklәri 

3.3. Mürәkkәb sintaktik bütövlәrin (MSB) aktual üzvlәnmәsi 

3.3.1. Sadә quruluşlu MSB-lәrin aktual üzvlәnmәsi 

3.3.2. Mürәkkәb quruluşlu MSB-lәrin aktual üzvlәnmәsi 

3.3.3. Parselyatikli MSB-lәrin aktual üzvlәnmәsi  

3.4. Türkoloji dilçilikdә MSB-lәrin yeni yönüm vә yöntәmlәrlә öyrәnilmәsi 

3.4.1. Türk mәtnlәrinin  әdәbi-linqvistik tәhlili 

3.4.2. Türk mәtnlәrinin üslubi-linqvistik tәhlili 




 

3.4.3. Türk mәtnlәrinin semiotik-linqvistik tәhlili 



3.4.4. Türk mәtnlәrinin konseptual-linqvistik tәhlili 

İkinci hissәyә dair yoxlama sualları vә tapşırıqlar 

Әdәbiyyat  

Mәnbәlәr 

 

               III HİSSӘ 

TÜRKOLOJİ DİLÇİLİKDӘ  ӘNӘNӘVİ VӘ YENİ TӘCRÜBӘLӘR VӘ YA 

ӘLAVӘLӘR  

 

I ӘNӘNӘVİ TӘCRÜBӘ-ӘLAVӘ 

A.

 

Samoyloviç. “Türk dillәrinin tәsnifinә dair bәzi әlavәlәr” (1922) 

 II YENİ TӘCRÜBӘ-ӘlAVӘ 

Y. V. Şeka. “Rekonstruksiya prinsiplәri” (2005) 

III YENİ TӘCRÜBӘLӘR-ӘLAVӘLӘR 

Türkcә uyğunlaşdırmalı-açıqlamalı lüğәt örnәklәri 

3.1. Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi atalar sözlәri lüğәti 

3.2. Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi frazeologiya lüğәti 

3.3. Türkiyә türkcәsi-Azәrbaycan türkcәsi şәkilcә eyni, mәnaca fәrqli sözlәr lüğәti 

3.4. Azәrbaycan türkcәsi-Türkiyә türkcәsi qısa feil lüğәti 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

ÖN SÖZ 

 

Türk  dövlәtlәri  vә  topluluqları  universitetlәrinin  filologiya  fakültәlәrindә  vә  dünyanın 



önәmli  türkoloji  mәrkәzlәrindә  keçәn  әsrin  әvvәllәrindәn  başlayaraq  türkologiyanın  ümumi  vә 

xüsusi sahәlәri ilә çox yaxından bağlı olan fәnlәr tәdris olunur. Bunlara, hәr şeydәn öncә, “Qәdim 

türk  dili”,  “Orta  türk  dili”,  “Cağatay  dili”,  “Osmanlı  türkcәsi”,  “Çağdaş  türk  dillәri”  vә 

“Türkologiyanın  әsasları”,  “Türkologiyaya  giriş”,  “Dil  tarixi”,  “Әdәbi  dil  tarixi”, 

“Dialektologiya”  vә  “Toponimika”  kimi  fәnlәr  aid  edilir.  “Türkoloji  dilçiliyin  tarixi”, 

“Türkologiyanın  aktual  problemlәri”,  “Türk  dillәrindә  mürәkkәb  sintaktik  bütövlәr”,  “Türk 

dillәrindә mürәkkәb cümlә sintaksisi vә mәtn dilçiliyi” kimi kursların da tәdrisinә artıq bu gün 

universitetlәrimizdә  başlanılmışdır.  M.  M.  Musayevin  hazırladığı  “Türkoloji  dilçilik”  adlı 

kitabından  hәm  әnәnәvi,  hәm  dә  yeni  filoloji-türkoloji  kursların  tәdrisindә  bir  dәrslik  kimi 

istifadә oluna bilәr.   

Tarixi  vә  çağdaş  türk  әdәbi  dillәri,  dialektlәri,  şivәlәri  vә  onların  geniş  dil-danışıq 

coğrafiyasının müqayisәli olaraq öyrәnilmәsi XI yüzildәn etibarәn başlanılmışdır. Türkologiyada 

әnәnәvi-tәsviri,  müqayisәli-tarixi,  tarixi-müqayisәli  vә  yeni  dilçilik  metodları  ilә  hәmin  dillәrin 

öyrәnilmәsindә  vә  universitetlәrdә  tәdris  olunmasında  isә  indiyә  qәdәr  başlıca  olaraq  iki  elmi-

praktik istiqamәt özünü göstәrmişdir. Birincisi–Türk әdәbi dillәri vә dialektlәri, klassik türkoloji 

dilçilik mәktәblәri vә onların fundamental әsәrlәri müqayisәli olaraq Şәrq, Ural-Altay vә dünya 

dillәri  kontekstlәrindә  monoqrafik-akademik  üsulla  öyrәnilmişdir.  İkincisi–  türkologiya  elminin 

tәdrisi  işi  institut  vә  universitetlәrdә  tәşkil  edilmiş,  hәmin  fәnnә  dair  müxtәlif  dәrs  kitabları, 

proqramaları  vә  vәsaitlәri  yazılmışdır.  M.  M.  Musayevin  hazırladığı  “Türkoloji  dilçilik”  adlı 

kitabı  elmi-monoqrafik  istiqamәtdә  yeni  dilçilik  metodları  ilә  yazılmış  bir  dәrslik  kimi  diqqәti 

cәlb edir.  

M. M. Musayevin  hazırladığı  kitab “Giriş”, üç hissәdәn vә hәmin hissәlәri  tәşkil  edәn 

ayrı-ayrı bölmәlәrdәn ibarәtdir. “Giriş”dә koqnitiv vә kompüter-mühәndis dilçiliyi istiqamәti vә 

metodlarının türkologiyada tәtbiq olunmasından bәhs edilir. Buna bağlı olaraq türklük, türk dili, 

türkologiya,  türkoloji  dilçilik  vә  ortaq  türk  dili  qavramları  açıqlanır,  çağdaş  türk  әdәbi-danışıq 

dillәri vә dialektlәrinin sosiolinqvistik tәsnifi vә xәritәsi verilir. Kitabın birinci hissәsi “Türkoloji 

dilçiliyin  tarixi”,  ikinci  hissәsi  “”Türkoloji  dilçilik  bu  gün:  problemlәr,  perspektivlәr  vә 

yeniliklәr”,  üçüncü  hissәsi  isә  “Türkoloji  dilçilikdә  әnәnәvi  vә  yeni  tәcrübәlәr  vә  ya  әlavәlәr” 

adları  ilә  adlandırılır.  Birinci  hissәdә  Mahmud  Qaşqarlıdan  bәri  davam  edib  gәlәn  türkoloji 

dilçiliyin  tarixi  iki  mәrhәlәdә  vә    hәmin  mәrhәlәlәrә  әsasәn  müәyyәnlәşdirilәn  bölmәlәrdә 

işıqlandırılır.  Belә  ki,  türk  dillәrinә    dair  yazılmış  fundamental  әsәrlәr  vә  digәr  bütün  önәmli 

türkoloji dilçilik işlәri ümumi elmi metodologiya vә tәtbiq edilәn konkret metodlar baxımından 

iki hissәyә ayrılaraq öyrәnilir:    

1. Müqayisәli vә müqayisәli-tarixi türkoloji dilçilik işlәri;  

2. Tәsviri, tәsviri-normativ vә tarixi-müqayisәli türkoloji dilçilik işlәri.  

Hәr iki bölmәdә bir neçә türk dilinin, qrup türk dillәrinin, ümumtürk dilinin vә ayrı-ayrı 

konkret  türk  әdәbi  dillәrinin  fonetikası  vә  fonologiyasına,  qrammatikası  vә  sintaksisinә, 

lesikologiyası, leksikoqrafiyası vә frazeologiyasına hәsr olunmuş türkoloji dilçilik işlәri öyrәnilir. 

Sözügedәn  hissәdә  türkoloji  dilçilikdә  mövcud  olmuş  әsas  dilçilik  mәktәblәri  haqqında  geniş 

elmi mәlumat verilir, müqayisәli dilçiliyin tarixi-müqayisәli vә müqayisәli-tarixi istiqamәtlәrinin, 

dil  tarixi  vә  әdәbi  dil  tarixi  anlayışlarının  mahiyyәti  açıqlanır.  Türkoloji  dilçiliyin  tarixindә 

önәmli  yer  tutan  fundamental  әsәrlәrdәn,  o  cümlәdәn  hәm  әrәb,  hәm  dә  Hind-Avropa  dilçilik 

mәktәblәri  әnәnәlәrinә  әsasәn  yazılmış  qrammatika  kitablarından  ayrıca  olaraq  bәhs  edilir.  XI-

XVIII  yüzillәrdә  әrәb  dilçilik  mәktәbi  әnәnәlәrinә  әsasәn  әrәb  vә  türk  dillәrindә    yazılmış 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə