M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə7/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   2   3   4   5   6   7   8   9   10   ...   171
    Bu səhifədəki naviqasiya:
  • Meta

19 

 

-Hafizә psixologiyası;  



-Biliyin  vә  ya  müxtәlif  mәlumatların  tәsvir  olunması,  mәnimsәnilmәsi,  işlәnilmәsi  vә 

insan hafizәsindә yerlәşdirilmәsi; 

-  “İnsan  vә  kompüter  münasibәti”ndә  koqnitiv  yönlәr,  zehin  ve  beyin  әlaqәlәri,  ağlın 

meyarları vә koqnitiv proseslәri vә s.  

Bütün  bunlar  –  bilik,  ağıl,  zәka,  zehin,  beyin,  anlamaq,  ağıl  (baş)  işlәtmәk,  ağıllı 

davranış  vә  ya  davranmaq,  bacarıq  vә  s.  özәk  (açar)  sözlәrin  diskurs  vә  mәtn  linqvistikası 

sәciyyәli  çәrçivәsindә  açıqlana  bilmәkdәdir.  Koqnitiv  elmşünaslığın  әsaslarını  fәlsәfә, 

antropologiya, psixologiya, kompüter mühәndisliyi vә dilçilik elmlәri tәşkil edir.  

Türk  dillәrinin  müxtәlif  linqvistik  sәviyyәlәri  müasir  dövrün  bir  reallığı  kimi 

işıqlandırılmalıdır.  Çünki  onlar  da  artıq  struktur-semantik  vә  funksional  dilçilik  araşdırmaları 

müstәvisindә dilçiliyin vә digәr ictimai elmlәrin gәlib çatdığı informativ-diskursiv sәviyyәdә vә 

ya  yönümdә    sәciyyәlәndirilmәlidir.  Sözügedәn  yönümün  elmi  meyarları  1980-ci  illәrdәn  bәri 

dilçilikdә getdikcә daha çox aydınlaşmaqdadır.  Bu yönüm dünyanın dil xәritәsini tәşkil edәn әn 

ümumi  qavramlara  vә  alt  qavramlarına,  onları  tәşkil  edәn  kateqoriyalara  görә 

müәyyәnlәşdirilmәkdәdir.  Burada  mәhz  koqnitiv  xarakterli  dәrketmә  әsnasında  gerçәklәşәn 

linqvistik yöntәm diqqәti çәkmәkdәdir.  

Çağdaş dilçilikdә koqnitiv-konseptual tәdqiqata, hәr şeydәn öncә, dünyanın dil xәritәsini 

tәşkil edәn böyük vә kiçik dillәrin tipoloji özәlliklәri vә ya dil universaliyaları vә fәrqliliklәrinin 

söykәndiyi müxtәlif dil sәviyyәlәri cәlb olunmaqdadır. Bu dil sәviyyәlәrini fonetik-fonoloji, mor-

foloji  vә  sintaktik  qrammatika  vә  leksik-leksikoqrafik  vә  frazeoloji  fenomenlәr  vә  onların  ayrı-

ayrı  detalları  tәşkil  etmәkdәdir.  İnkişaf  etmiş  dillәrdә  әsas  dil  çәrçivәlәrinin  (frame)  tәrkiblәri 

sistematik-koqnitiv  dәrketmә  әsasında  linqvistik  bir  yöntәmlә  qavramlaşdırılmaqda  vә  alt 

sәviyyәlәri ilә kateqoriyalaşdırılmaqdadır. Bütün bunlar isә yuxarıda göstәrilәn dil sәviyyәlәrinә 

bağlı olaraq yerinә yetirilmәkdәdir (Новое в зарубежной лингвистике 1988; Демьянков 1994; 

Kибрик 1994; Кубрякова 1994; 2004; Bozşahin Cem ve Zeyrek Deniz 2000; Кравченко 2001; 

Курт  2002;  Селиверстова  2002).  Mücәrrәd  tәfәkkürün  qavramlaşdırma  vә  buna  bağlı  olaraq 

kateqoriyalaşdırma  proseslәri  dilçilikdә  koqnitiv  xarakterli  dәrketmә  әsasına  görә 

müәyyәnlәşdirilmәkdәdir.  Bu  da  ictimai  elmlәrin  yeni  paradiqmatik  vә  sintaqmatik  aurasında 

ortaya çıxan “dil eqoizmi vә ya subyektivliyi” problemlәrinin hәll olunması yollarının axtarılması 

ilә paralel olaraq yerinә yetirilmәkdәdir (Гуреев 2004; 2005).  




20 

 

Koqnitiv xarakterli dәrketmә әsasında dilçilik vә  semiotika, koqnitivlik mexanizmi vә 



qrammatik açıqlanma vә şәrhetmә әlaqәlәri antropoloji baxımdan insana mәxsus dәrketmә-şüur-

tәfәkkür müstәvisindә müәyyәnlәşdirilmәkdәdir. Dilçilikdә 2000-ci illәrdәn başlayaraq yaşanılan 

dünyanın әn әsas konseptual obrazları vә linqvistik qavram anlayışı tәdqiqata cәlb olunmaqdadır. 

Bunlara  bağlı  olaraq  da  öncәliklә  iltifat,  xoşbәxtlik,  arzu-istәk,  sevgi-mәrhәmәt,  sevgi-acımaq 

kimi  duyğu-hissiyyat  qavramları  koqnitiv  xarakterli  dәrketmә  yönlәri  ilә  dәrindәn  öyrәnilmәk-

dәdir  (Doğan 2000; Воркачёв 2001; Ханина 2004). 

 Çağdaş  dilçilikdә  dil  hәr  yönü  ilә  koqnitiv-konseptual  bir  müstәvidә  öyrәnilәrәk 

metalinqvistik bir terminologiya vә üslubla müәyyәnlәşdirilmәkdәdir. Bu, hәr şeyden öncә, belә 

bir fәlsәfî әsasa söykәnmәkdәdir: “Konkret dil şәkli vә ya şәkillәri koqnitiv quruluşun vә ya qu-

ruluşlarının,  başqa  bir  ifadә  ilә  insan  şüurunun,  tәfәkkürünün  vә  qavrayışının  dildәki  әks 

olunmalarından  ibarәtdir”  (Kибрик  1994:  126).  Türk  әdәbi  dillәri  vә  dialektlәrindә  vә  buna 

uyğun  olaraq  da  türkoloji  dilçilikdә  şüurun,  tәfәkkürün  vә  qavrayışın  türk  dillәrindәki  әks 

olunmalarına  әsasәn  әmәlә  gәlәn  konkret  qrammatik  sәviyylәri  koqnitiv  yöntәmlә  tәsvir 

olunmalıdır.  Bu  baxımdan  ilk  növbәdә  felin  şәkil,  növ  vә  tәrz  kateqoriyalarının  sözügedәn 

yöntәmlә dәqiq olaraq müәyyәnlәşdirilә bilәcәyini fikirlәşirik (Musaoğlu, Kirişçioğlu 2008). 

 Meta  yunanca bir söz olub  leksikoqrafik olaraq  “vasitәsilә” vә  ya    “sonra” mәnalarını 

ifadә  etmәkdәdir.  Metalinqvistika  qavramı  isә  dilçilikdә  tәbii,  canlı  dilә  dair  yazılmış 

tәdqiqatlara  görә  müәyyәnlşdirilәn  ikinci  bir  dil-ifadә  sistemi  kimi  xarakterizә  olunmaqdadır. 

Buraya,  hәr  şeydәn  öncә,  özәl  linqvistik  terminologiya  sistemi  ve  mәtn  linqavistikası  sәciyyәli 

quruluş  vә  quruluşlar  vә  buna  uyğun  olaraq  elmi  sәciyyәli  leksika  vә  ayrı-ayrı  leksik  qrupları 

daxildir (ЛЭC 1990: 297). Dil sәviyyәlәrinin özünәmәxsus bir şәkildә tipoloji qavramlaşdırılması 

vә  kateqoriyalaşdırılması  müasir  dilçiliyin  universal  miqyasdakı  әsas  meyarları  vә  ya  metadili 

olaraq  bilinmәkdәdir.  Türkoloji  dilçiliyin  orijinal  bir  metalinqvistiyinin  vә  ya  metadilinin 

olduğunu söylәmәk hәlәlik sözün tam mәnasında, çox tәәssüf ki,  mümkün deyildir (Musaoğlu 

2008: 229). Dәrsliyin ikinci hissәsindә mәhz buna cәhd göstәrilәcәkdir. 



 

3.2Linqvistik qavram 

Sözügedәn  anlayış  insan  tәrәfındәn  psixoloji  sәviyyәdә  dәrk  edilәn  vә  koqnitiv 

xarakterli şüurlanma ilә kamillәşәn tәfәkkürün yaranması vә inkişafının dil çәrçivәli faktorları ilә 

müәyyәnlәşdirilmәkdәdir. Bu anlayış Allahın yaratdığı tәfәkkürün inkişafı ilә bilavasitә bağlıdır 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə