23
әsәrlәr diqqәti cәlb edir. Aşmarinin “Çuvaş sintaksisinin tәdqiqi tәcrübәsi (1903), Tomsenin
“Türkcә” (1916), Banqın “Göytürkcәdәn osmanlıcaya” (1917), Qrönbexin “Türk dilinin
quruluşu” (1936) kitabları da sinxronik-diaxronik xarakterli araşdırma-öyrәnilmә yönümünün
klassik türkoloji dilçilikdәn XX yüzilin başlarında da yan keçmәdiyini göstәrmәkdәdir.
Dmitrievin “Türk dillәrinin quruluşu” (1962), Qabenin “Qәdim türk dilinin qrammatikası”
(1974), Kononovun “VII-IX yüzillәr türk runik abidәlәrinin dilinin qrammatikası” (1980) vә s.
kitabları da sözügedәn linqvistik әnәnәnin türkoloji dilçilikdә daha sonralar da davam etdiyini
sübut etmәkdәdir.
Sözügedәn kitablar tәsviri vә ümumi-müqayisәli dilçiliyin tarixi-müqayisәli vә
müqyisәli-tarixi araşdırma-öyrәnilmә yöntәmlәri ilә yazılmışdır. Ümumi-müqayisәli dilçiliyin
tarixi-müqayisәli vә müqayisәli-tarixi yöntәmlәrinin fәrqlәri dәrsliyin birinci hissәsindә örnәklәrә
әsasәn göstәrilәcәkdir.
Belәliklә, yüz-yüz әlli il әvvәl Avropa xaricindә bu gün dә işlәnilәn müasir dillәrin, o
cümlәdәn türk dillәrinin elmi-normativ tәsvirinin missionerlik qrammatikası anlayışıyla hәyata
keçirildiyi yaxşı bilinmәkdәdir. Vә ya sözügedәn hәr hansı bir dildә söz şәkillәrinin vә
qrammatik kateqoriyaların Hind-Avropa dillәrinin qayda-qanunlarına görә müәyyәnlәşdirildiyi
ciddi alimlәr tәrәfindәn dә indi artıq etiraf edilmәkdәdir (Алпaтoв 2003: 116).
Ümumürk dilinin tarixi, onun dialekt vә ağızları, qәdim vә yeni türk әdәbi dillәrinә dair
aparılan araşdırmalar, yazılan mәqalәlәr vә kitablar, bütövlükdә görülәn bütün digәr elmi-praktik
işlәr, yuxarıda da göstәrildiyi kimi, müxtәlif terminlәrlә adlandırılır. Bunların içәrisindә
“Türkologiya” vә ya әn düzgünlәri olaraq da “Türk dilçiliyi” vә ya “Türkoloji dilçilik” terminlәri
diqqәti daha çox çәkir. Biz “Türkoloji dilçilik” terminini işlәtmәyi uyğun hesab edirik. Bununla
bәrabәr, Türk Cümhuriyyәtlәrindә ayrı-ayrı türk әdәbi dillәrinә dair aparılan işlәrә görә
müәyyәnlәşәn fәrqli terminlәr dә işlәnilir:
-Azәrbaycan dilçiliyi;
- Özbәk dilçiliyi;
-Türkmәn dilçiliyi;
-Qırğız dilçiliyi;
-Qazax dilçiliyi;
-Tatar dilçiliyi;
-Başqırd dilçiliyi;
24
-Uyğur dilçiliyi vә s.
Әlbәttә, bütün bunlar türkoloji dilçiliyin müxtәlif qolları vә ya bir alt
qvramlaşdırmaları olaraq da dәyәrlәndirilә bilәr.
Belәliklә, istәr müxtәlif linqvistik yönüm vә yöntәmlәrlә türk dillәri materiallarına görә,
istәrsә dә Ural-Altay dillәri içәrisindә türk dillәri (türk dili, çuvaş dili, yakut//saha dili)
anlayışıyla aparılan dilçilik araşdırmalarının türkoloji sәciyyәli olduğu yaxşı bilinmәkdәdir. Buna
bağlı olaraq müasir filologiyada hәr hansı bir türk dilinin dilçilikdәn vә ya türk әdәbi dillәri vә
dialektlәrindәn xәbәrdarlıqla müqayisәli olaraq öyrәnilmәk istәnildiyi meyli dә getdikcә daha çox
müşahidә olunmaqdadır. Ümumiyyәtlә, ümumtürk dilinә vә müxtәlif türk әdәbi dillәrinә dair
müqayisәli-tarixi, tarixi-müqayisәli, tәsviri-struktur vә yeni struktur-semantik- vә funksional
linqvistik yöntәmlәrlә aparılan vә ya türk dillәri materiallarının yer tutduğu bütün elmi
araşdırmaların, dәrs kitabları vә vәsaitlәrinin tәşkil etdiyi bir fәnn türkoloji dilçilik anlayışından
uzaq qala bilmәz. Hәmin fәnn istәr ümumi dilçilik sәciyyәli (Axundov 1988; Aksan 1995),
istәrsә dilçiliyin müxtәlif sahәlәrinә (Novoe v zarubejnoy lingvistike..., 1987) aid olsun, onun
türkoloji vә ya müqayisәli-tipoloji dilçilik olaraq dәyәrlәndirilmәsi hәm türk dillәri, türkoloji vә
e-türkcә yönümü, hәm dә müasir dilçilik axınları vә bütövlükdә koqnitiv elmşünaslıq baxımından
daha düzgündür. Başqa bir sözlә, ümumtürk dilinә dair vә türk әdәbi dillәri vә dialektlәri
materialları ilә aparılan bütün araşdırmalar öncә Ural-Altay dilçiliyi nәzәriyyәsi ilә bağlantılı
olmalıdır. Hәmin araşdırmaların hәm dә müasir linqvistikanın germanistika, romanistika,
slavistika sәviyyәlәrindә olmasına da sәy göstәrilmәlidir. Vә onların müasir linqvistikanın bir
komponenti sәviyyәsindә “Türkoloji dilçilik” termini ilә qavramlaşdırılaraq adlandırılmasına
üstünlük verilmәlidir (Musaoğlu 2004a: 56-57). Bununla bәrabәr, türkologiya emlinin әsas
qollarından birini tәşkil edәn türkoloji dilçilik fәnnini vә qavramını ehtiva edәn bütün konseptual
parametrlәr, sxemlәşdirmәlәr vә linqvistik kateqoriyalaşdırmalar yenidәn müәyyәnlәşdirilmәlidir.
Yәni bir üst sәviyyәdә müәyyәnlәşdirilәn kateqoriyalaşdırmalar aspektuallıq, zaman, sәbәbiyyәt
vә s. semantik kateqoriyalara görә görә seçilmәlidir. Bir alt sәviyyәdәki kateqoriyalaşdırmalar
isә, hәr şeydәn öncә, kateqoriya qurucu әlamәtlәrә görә müәyyәn olunmalıdır. Bunlar qrammatik,
leksik vә leksikoqrafik xarakterli tәsniflәndirici, şәkillәndirici sözdüzәltmә morfoloji әlamәtlәri
vә felin növ şәkilçilәri vә ya hal, felin zaman, şәkil sözdәyişdirici şәkilçilәrinә vә s. görә bir-
birindәn ayrılmalıdır. Ümumtürk dilindә sait, samit, sait vә samitlәrin fonetik uyumu, kәlmә, sәs,
morfem birlәşmәli söz tәsriflәndirilmәsi, şәkillәnmәsi vә düzәldilmәsi; simmetrik-asimmetrik
25
sәciyyәli sintaktik quruluş vә leksik-leksikoqrafik qavramlaşdırılma açıq bir şәkildә
göstәrilmәlidir. Belәliklә türkoloji dilçilik fәnni bundan sonra koqnitiv elmşünaslıq vә
linqvistikadan xәbәrdarlıqla vә yöntәmlәrinin türk dillәrinә uyğun bir hala gәtirilmәsiylә inkişaf
etdirilmәlidir.
Türkoloji dilçilik anlayışı ümumi türkologiya qavramını tәşkil edәn konseptual
xarakterli әsas komponentlәrdәn vә ya konkret qavram sahәlәrindәn biri vә ya birincisi olaraq
seçilir. Türk dillәrinin tarixi, müasir durumu, fonetik, fonoloji, leksik, leksikoqrafik, qrammatik,
sintaktik, semantik, frazeoloji vә mәtn quruluşu türkoloji dilçilikdә indiyә qәdәr әsas etibarilә
müqayisәli-tarixi, tarixi-müqayisәli vә әnәnәvi xarakterli tәsviri dilçilik metodları ilә
öyrәnilmişdir. İndi isә günün әn vacib mәsәlәlәrindәn biri koqnitiv (cognitive linguistics) dilçilik
vә kompüter dilçiliyi (computational linguistics) yönüm vә yöntәmlәrinin linqvistik araşdırma
mәqsәdilә türkoloji dilçilikdә dә özәl olaraq tәtbiq olunmasından ibarәtdir. Bu isә türkoloji
dilçiliyә dair görülәcәk әsas işlәrin vә ya problemlәrin vә perspektivlәrin konkret olaraq
müәyyәnlәşdirilmәsi vә mövcud araşdırma-öyrәnilmә yöntәmlәrinin türk dillәrinә
uyğunlaşdırılması nәticәsindә hәyata keçirilә bilәr.
Günümüzdә Türkiyә ilә bәrabәr öz müstәqil dövlәtlәri olan digәr Türk
Respublikalarında da artıq ana dili hәm әdәbi dil, hәm dә dövlәt dili sәviyyәsindә işlәnilir.
Sözügedәn statusa Rusiya Fedarasiyasında vә Çindә Muxtar Respublikası olan türk xalqları da
qismәn nail olmuşdur. Hәr hansı bir müstәqil dövlәt statusu olmayan digәr kiçik türk xalqlarının
vә qruplarının dillәrinin bir qismi bәlli bir ölçüdә әdәbi dil sәviyyәsindә işlәnilmәkdәdir. Bir
qisminin isә tarixdә mövcud olmuş, bu gün isә işlәnilmәyәn yazısı vardır. Daha doğrusu, bәzi
türk dillәri yaxın vә uzaq keçmişlәrdә müәyyәn bir yazıya vә ya yazılı dil әnәnәsinә malik
olmuşdur. Günümüzdә isә bu dillәrin bir çoxu, tәәssüflәr olsun ki, artıq sadәcә danışıq vә ya
mәişәt dili sәviyyәsindә әhalisinin bәlli bir qismi tәrәfindәn danışılmaqdadır. Böyük türk
dillәrinin bir çoxunun ikidillilik vә çoxdillilik ortamlarında birinci vә ikinci dil, kiçik türk
dillәrinin isә çox vaxt sözügedәn linqvistik ortamlarda ikinci, üçüncü vә hәtta dördüncü dillәr
kimi işlәnilmәsinә dә tәsadüf olunmaqdadır.
Belә bir kontekstdә sinxronik xarakterli funksional dil özәlliklәrini vә sözügedәn müasir
dillәrin dünyadakı işlәnilmә coğrafiyasını müәyyәnlәşdirmәk istәdik. Bunun üçün aşağıda türk
dillәrinin öncәki coğrafi, tarixi, fonetik, morfoloji, tipoloji, ideoloji vә digәr mövcud qarışıq
tәsnifatlarından fәrqli olan sosiolinqvistik xarakterli yeni bir tәsniflәndirmәsini türkoloji dilçiliyә