M. M. Musayev



Yüklə 3,61 Mb.

səhifə11/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   171

28 

 

qohum  dillәr,  yaxın  vә  әn  yaxın  qohum  dillәr”  qavramlaşdırmalarının  düzgün  olduğunu 



göstәrmәkdәdir. 

Türkcә  vә  ya  ümumtürk  dilinin  adlandırılması  XIX  yüzildәn  bәri  Avrasiyadakı  siyasi, 

iqtisadi müәyyәnliklәrә vә müxtәlif mәdәniyyәtlәrә bağlı olaraq  gerçәklәşәn inkişaf meyllәri vә 

tәzyiqlәrindәn  müәyyәn  qәdәr  asılı  olmuşdur.  Hәmin  dil  bu  baxımdan  daha  çox  etnik-milli 

keçmişi  vә  çağdaş  işlәnilmә-yayılım  özәlliklәri  dә  göz  önündә  tutularaq  fәrqli  şәkillәrdә 

adlandırılmışdır:  

-Tatar dili, türk dili (Türkiyә türkcәsi olaraq); 

- Türk dillәri, türk lәhcәlәri, türk әdәbi dillәri vә s. olaraq. 

 1940-cı  ildәn  başlayaraq  Türkiyәdә  “Türkiyә  türkcәsi”  termini  işlәdilmәyә 

başlanılnışdır. Hәmin termin Türkiyәdә danışılan türk dilini Osmanlı türkcәsindәn vә digәr türk 

dillәri  vә  lәhcәlәrindәn  ayırmaq  üçün  işlәdilmiş,  әsas  etibarilә  Anadolu  vә  Rumeli  danışıq-

şivәlәrini ehtiva etmişdir. Buna bağlı olaraq 1990-cı illәrdәn bәri Türk dünyasında vә әn çox da 

Türkiyәdә  türk  dillәri  vә  lәhcәlәri  qәlib-ifadәlәri  ilә  bәrabәr,  aşağıda  göstәrilәn  termin-

adlandırmalar da işlәklik qazanmışdır: 

 -Azәrbaycan türkcәsi (azәricә),  

-Qazax türkcәsi (qazaxca);  

-Türkmәn türkcәsi(türkmәncә);  

-Qırğız türkcәsi (qırğızca);  

-Özbәk türkcәsi (özbәkcә);  

-Tatar türkcәsi (tatarca);  

-Başqırd türkcәsi (başqırdca); 

-Uyğur türkcәsi (uyğurca);  

-Tuva türkcәsi (tuvaca); 

-Saha//yakut türkcәsi (sahaca//yakutca) vә s. 

Bu gün Azәrbaycanda rәsmi olaraq Azәrbaycan dili termini qәbul olunmuşdur. Bununla 

bәrabәr,  “Azәrbaycan  türk  dili  vә  Azәrbaycan  türkcәsi”  termin-ifadәlәri  dә  Azәrbaycanda 

işlәdilmәkdәdir.  Әlbәttә,  hәmin  terminlәr  Azәrbaycan  cәmiyyәtindә  bu  gün,  demәk  olar  ki, 

sinonim  ifadәlәr  olaraq  işlәdilir.  Bu  isә  nә  әşyanın  tәbiәtinә  vә  dünyanın  qavramlar  xәritәsinin 

dәrk  olunması  prosesinә,  nә  dә    tarixi  vә  müasir  gerçәkliklәrә  heç  bir  vәchlә  zidd  deyildir 

(Abdulla 2010: 65-67).  




29 

 

Türk әdәbi dillәri vә lәhcәlәri tarixi vә coğrafi; fonetik, qrammatik, leksik, leksikoqrafik 



vә frazeoloji özәlliklәri ilә hәm tәsviri, hәm dә müqayisәli olaraq  çox vaxt müxtәlif ideoloji vә 

siyasi  dünyagörüşlәri  baxımından  öyrәnilmişdir.  Bütün  bunlar  vә  ümumtürk  dili  vә  onun  әdәbi 

dillәri  vә  dialektlәri  üzәrindә  oynanılan  müxtәlif  missionerlik  oyunları  türkcәnin  vә  ya  türk 

dilinin, tәәssüflәr olsun ki,  müxtәlif şәkillәrdә adlandırılmasına yol açmışdır.  

 Müasir dünyada ümumtürk dilinin vә ya türk dillәrinin sadәcә ana dili deyil, bir xarici 

dil olaraq da işlәnilmәsi vә öyrәnilmәsindәn dә hәrәkәt edilmәkdәdir. Belә ki,  türk әdәbi dillәri, 

dialektlәri vә ya lәhcәlәri yenidәn sosyolinqvistik olaraq tәsniflәndirilmәkdәdir.  Onların qohum 

türk  dillәri  (türk  dili  vә  ya  ümumtürk  dili,  çuvaş  dili,  saha//yakut  dili)  vә  yaxın  vә  әn  yaxın 

qohum  türk  dillәri  müstәvilәrindә  qavramlaşdırmaları  vә  kateqoriyalaşdırmaları  aparılmaqdadır. 

Türk  dünyasında  belә  bir  qavramlaşdırmaya  vә  kateqoriyalaşdırmaya  uyğun  olaraq  gәlәcәkdә 

aşağıdakı tәdris-tәlim vә dil-işlәnimә modellәrinin işlәnilib hazırlanması tövsiyә olunmaqdadır: 

- Türk dillәri vә lәhcәlәri müstәvisindә ana dili olaraq türkcә

8

 öyrәnmә modeli; 



-  Ortaq  dünya  dillәri  vә  Ural-Altay  vә  türk  dillәri  kontekstindә  xarici  dil olaraq  türkcә 

öyrәtmә modeli; 

-  Beynәlxalq  ünsiyyәt  müstәvisindә  sösyolinqvistik  yönlәriylә  türkcәnin  ortaq  dil-

işlәnilmә vә avtomatik vә ya e-şifahi vә yazılı mәtn uyğunlaşdırması vә tәrcümә modellәri.  

Sözügedәn  әdәbi  mәtn  uyğunlaşdırması  vә  tәrcümә  proqramlarının  hazırlanmasıyla 

türkoloji  dilçilikdә  “yaxın  vә  әn  yaxın  qohum  dillәr  fenomeni”nin  öyrәnilmәsinә  dair  aparılan 

işlәr daha da sürәtlәnә bilәr.  

  

4.1.1.1. Türk dillәrinin tәsnifi   

XIX yüzildә filologiyada müqayisәli-tarixi dilçilik metodu ortaya çıxdı. Orxon-yenisey 

yazılı  abidәlәri  kәşf  olundu  vә  deşifrә  olunaraq  oxundu.  Bәzi  tarixi-müqayisәli  vә  müqayisәli-

tarixi    әsәrlәr,  özәlliklә  dә  Vilhelm  Radlovun  yazıya  aldığı  sözlü-şifahi  mәtnlәr,  türkoloji 

araşdırmaları vә tәrtib etdiyi lüğәtlәr meydana çıxdı.  Hәmin dövrdә, digәr Ural-Altay dillәri ilә 

bәrabәr, ümumtürk dilinin dә tarixi-coğrafi prinsiplәrә, fonetik, morfoloji, leksik vә leksikoqrafik 

әlamәtlәrә görә tәsniflәndirilmәsi türkloji dilçiliyin başlıca problemlәrindәn birinә çevrildi.    

                                                 

8

 



Burada müxtәlif türk әdәbi dillәrinin türkdilli xalqlara vә xaricilәrә öyrәdilmәsi söhbәtin mövzusu ola bilәr. 

 

 




30 

 

Ancaq “türk dillәrinin tәsnifinin tarixi  XIX  yüzildәn çox-çox әvvәllәrә gedib  çıxır.  İlk 



dövrlәrdә  tәsniflәrin  әsasında  coğrafi  әlamәtlәr,  yәni  bu  dillәrin  tәsnif  edilәn  vaxt  coğrafi 

yerlәşmәsi  әsas  götürülmüşdür.  Belә  ki,  hәlә  XI  әsrdә  Mahmud  Qaşqarlı  türk  tayfalarının 

yerlәşmәsini (o, j ~ ∂ ~ т ~ з әvәzlәnmәsini dә qeyd edib) әsas tutaraq, onları dörd qrupa bölüb: 

1) beçeneq; 2) qıfçaq, oğuz, yemәk, başğırt, basmıl, qay, yabaqu, tatar vә qırğızlar; 3) çıqıl, tuxsi, 

yağma,  iqraq,  çaruq,  çumul,  uyğur,  tankut  vә  xatay;  4)  tavğaç”  (Zeynalov  1981:  58).  Mahmud 

Qaşqarlıdan  uzun  bir  vaxt  sonra  müasir  dilçiliyin  ortaya  çıxması  ilә  türk  dillәrinin 

tәsniflәndirilmәsinә  geniş  bir  ölçüdә  yenidәn  başlanılmışdır.  XVIII  yüzilin  әvvәllәrindә  “İsveç 

әsir  zabiti  Filip  Tabbert-Stralenberq  Volqaboyunda  vә  Sibirdә  yaşayan  türkdilli  xalqları  Böyük 



Tatarıstan  vә  Kiçik  Tatarıstan  türklәri  deyә  iki  qrupa  ayırmışdı  (1730).  O,  tatar  dillәri 

adlandırdığı türk dillәri qrupuna çuvaş, tatar, başqırd, yakut, türkmәn, qaraqalpaq, baraba vә kan 

dillәrini daxil etmişdi” (Zeynalov 1981: 63). Bundan sonra alman alimlәri M. Miller vә V. Şotun 

vә digәr xarici türkoloqların da türk dillәrinin coğrafi prinsiplә aparılmış tәsniflәri vardır. 

XIX-XX yüzillәrdә  ümumtürk dili әvvәlәr hәm “türk dillәri vә türk lәhcәlәri”, sonralar 

isә  yalnız  “türk  dillәri”  adlandırmaları  ilә  tarixi-coğrafi,  fonetik-fonoloji,  morfoloji-tipoloji  vә 

leksik-lekskoqrafik  prinsiplәrlә  tәsniflәndirilmişdir.  Radlovun  (1882:  280-290),  Korşun  (1910), 

Samayloviçin (1922) әsәrlәrindә sözügedәn tәsniflәndirmә aparılarkәn hәm “türk dillәri”, hәm dә 

“türk  lәhcәlәri”  terminlәrindәn  istifadә  olunmuşdur.  Boqoroditski  (1934:  5-18;  1953),  Malov 

(1951:  5-7),  Menqes  (1959:  1-10), Baskakov (1969:  350-355),  Zeynalov    (1981:  58-69), Tekin 

vә  Ölmәzin  (2003)  әsәrlәrindә  “türk  dillәri”  ifadәsi  işlәdilmişdir.  “Türk  dillәrinin  müqayisәli-

tarixi qrammatikası” (Сравнительно-историческая грамматика тюркских языков…2002: 4-5) 

kitabında  da  “türk  dillәri”  termini  yer  tutmuşdur.  Mahmud  Qaşqarlının  “Divanü-Lüğәt-it  türk”  

(Dîvânu  Luğati-t  Türk  Tercümesi  1992:  28-34)  әsәrindә  “türk  boyları  vә  türk  lәhcәlәri” 

ifadәlәrindәn istifadә  edilmişdir. Aratın  (1953:5-139), Banguoğlunun (1974:  9-22), Ercilasunun 

(1990:  55-63)  vә  Korkmazın    (1994:  683-708)  uyğun  әsәrlәrindә  isә  sadәcә  “türk  lәhcәlәri” 

termini işlәdilmişdir. 

 Türkologiyanın  Türkiyә  mәktәbinin  xaricindә  aparılan  türk  dillәri  tәsniflәrindә  әsas 

etibarilә  tәk  bir  prinsip  izlәnilmişdir.  Belә  ki,  hәr  hansı  bir  türk  әdәbi  dili  vә    ya  dialekti  XX 

yüzilin  20-ci  illәrindәn  bәri  tarixi  lәhcәlәri  vә  şivәlәri  ilә  birlikdә  müstәqil  bir  dil  sayılmışdır. 

Türk  dillәrinin  bütünü  qohum  dillәr  olaraq  tәsniflәndirilmişdir.  Türkoloji  dilçiliyin  Türkiyә 

mәktәbindә isә ümumtürk dili qәdim vә müasir әdәbi dillәri vә dialektlәri ilә birlikdә bir bütün 






Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   171


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə