M. M. Musayev


  Balkan  türklәrinin  dili



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə14/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   10   11   12   13   14   15   16   17   ...   171

37 

 

1.1.1.6.  Balkan  türklәrinin  dili:  Balkan  türklәri  әsas  etibarilә  dialekt  vә  qismәn  dә 

әdәbi dil sәviyyәlәrindәki Türkiyә, qaqauz vә Krım-tatar türkcәlәrindә danışır. Mövzuya dair hәr 

hansı  bir  sosiolinqvistik  araşdırma  (ana  dili  vә  ya  xarici  dil  kimi  dil  daşıyıcılarının  sayı,  etnik 

tәrkibi vә s.) hәlәlik aparılmamışdır.  

1.1.1.7. Sonkor dili vә ya türkcәsi danışıq dili sәviyyәsindә ana dili kimi işlәnilir, cәmi 

35  min  adam  tәrәfindәn  İranın  Sonkor  şәhәrindә  vә  Fәrhad  Xan  yaşayış  yerindә  danışılır.  

Sözügedәn dil dә әdәbi dil sәviyyәsinә malik olmadığından ümumtürk dilinin vә ya oğuzcanın bir 

dialekti kimi qiymәtlәndirilә bilәr.   



1.1.1.8.  Xalac  dili  vә  ya  türkcәsi  İranda  40  min  adam  tәrәfindәn  danışılır 

(

http://gag.wikipedia.org/wiki/Halaç



) vә danışıq dili sәviyyәsindә ana dili kimi işlәnilir. Bu dil G. 

Dörferә, Talat Tәkinә vә Mәhmәt Ölmәzә görә әcdad dil türkcәdәn (prototürk) gәlәn müstәqil bir 

türk  dilidir  (Языки  Mира  1997:  471;  Tekin,  Ölmez  2003:  168).  Ancaq  xalac  dilini  digәr  oğuz 

qrupu türk dillәrindәn fәrqlәndirәn özәlliklәr çox deyildir (Языки Mира 1997: 471). Azәrbaycan 

türkcәsi  ilә  iç-içә  olması  isә  onun  oğuz  qrupu  türk  dillәrinin  içәrisindә  tәsniflәndirilmәsini 

sosiolinqvistik olaraq şәrtlәndirir. Sözügedәn dil dә әdәbi dil sәviyyәsinә malik deyil.  Vә әcdad 

dilin  özәlliklәrini  müәyyәn  ölçüdә  bilvasitә  mühafizә  etdiyindәn  ümumtürk  dilinin  bir  dialekti 

kimi qiymәtlәndirilә bilәr. 



1.1.1.9. Xorasan dili vә ya türkcәsi İranda 400 min adam tәrәfindәn danışılır, danışıq 

dili  sәviyyәsindә  ana  dili  kimi  işlәnilir,  Azәrbaycan  vә  türkmәn  türkcәlәri  arasında  keçid 

xarakterli  bir  dil-dialekt  sәviyyәsi  tәşkil  edir.  Sözügedәn  dil  dә  әdәbi  dil  sәviyyәsinә  malik 

olmadığından ümumtürk dilinin vә ya oğuzcanın bir dialekti kimi qüymәtlәndirilә bilәr.  



1.1.1.10.  İraq  türkmәncәsi  vә  ya  türkcәsi  İraqın  şimalında  vә  qismәn  dә  digәr 

bölgәlәrindә әdәbi dil vә danışıq dili kimi işlәnilir. Sözügedәn dil fonetik-qrammatik quruluşuna 

vә leksik-frazeoloji özәlliklәrinә  görә әn çox Azәrbaycan türkcәsinә yaxınlığı ilә seçilir. Böyük 

Türk Azәrbaycan şairi M. Füzulinin dә dili İraq Türkmәncәsi vә ya Azәrbaycan dilidir. Bununla 

bәrabәr, son onilliklәrdә İraq türkmәnlәri daha çox Türkiyә türkcәsi әsaslı bir әdәbi dili işlәdir. 

Türkmәnlәrin nüfusu tәxminәn 3 milyon nәfәrә qәdәrdir. 



1.1.2.  Karluq/uyğur qrupu 

1.1.2.1  Özbәk  dili  vә  ya  türkcәsi  Özbәkistanın  xaricindә  Tacikistanda,  Qazaxıstanda, 

Qırğızıstanda,  Türkmәnistanda  vә  digәr  ölkәlәrdә  danışılır.  Özbәkistanın  rәsmi  dövlәt  dilidir. 




38 

 

Ana  dili  vә  xarici  dil  kimi  28  milyona  qәdәr  insan  tәrәfındәn  işlәdilir.  Türkiyә  vә  Azәrbaycan 



türkcәlәrindәn sonra yayğın olan üçüncü böyük türk dilidir.  

1.1.2.2.  Uyğur  dili  vә  ya  türkcәsi  Şәrqi  vә  Qәrbi  Türkistanda;  Çindә,  Uyğur  Muxtar 

Respublikasında, Qazaxıstanda, Özbәkistanda, Qırğızıstanda, Türkmәnistanda vә digәr ölkәlәrdә 

20 milyona qәdәr insan sözügedәn dildә danışır. Çindә dövlәt dili sәviyyәsindә, digәr ölkәlәrdә 

isә  danışıq  vә  әdәbi  dil  kimi  işlәnilir.  Türkiyә,  Azәrbaycan  vә  Özbәk  türkcәlәrindәn  sonra 

Avrasiyada yayğın olan dördüncü böyük türk dilidir. 

1.1.3. Qıpçaq qrupu 

1.1.3.1.  Qazax  dili  vә  ya  türkcәsi  Qazaxıstanda,  Özbәkistanın,  Qırğızıstanın, 

Türkmәnistanın,  Tacikistanın,  Rusiya  Federasiyasının  bәzi  bölgәlәrindә,  Çindә,  Monqolustanda 

vә  Әfqanıstanda  işlәnilir.  Qazaxıstanın  dövlәt  dilidir.  Sovetlәr  İttifaqında  әhalinin  1989-cu  ildә 

hәyata keçirilәn siyahıya alınmasına görә Qazaxların sayı 8 milyon 136 min olmuşdur. İndi isә 

Qazax  türkcәsi  dünyada  16  milyon,  Qazaxıstanda  isә  10  milyon  insan  tәrәfindәn  danışılır 

(

http://tr.wikipedia.org/wiki/Kazakça



).  Türkiyә,  Azәrbaycan,  özbәk  vә  uyğur  türkcәlәrindәn 

sonra Avrasiya coğrafiyasında yayğın olan beşinci böyük türk dilidir. 



1.1.3.2. Qırğız dili vә ya türkcәsi Qırğızıstanda, Özbәkistanda, Tacikistanda danışılır. 

Qırğızıstatnın  dövlәt  dilidir.  Qırğızların  sayı  Sovetlәr  İttifaqında  әhalinin  1989-cu  ildә  hәyata 

keçirilәn  siyahıya  alınmasına  görә  2  milyon  529  min  olmuşdur.  21  il  içәrisindә  bu  rәqәm  çox 

dәyişmişdir.  İndi  Qırğız  türkcәsi  dünyada  5  milyon  insan  tәrәfindәn  danışılır 

(

http://tr.wikipedia.org/wiki/Kırgızca



). 

1.1.3.3.  Tatar  dili  vә  ya  türkcәsi  Rusiya  Federasiyasında  yerlәşәn  Tatarıstan  Muxtar 

Respublikasının  dövlәt  dilidir.  Tatarlar  әn  çox  Rusiya  Federasiyasında  yaşayır  (79,3  %). 

Tatarların  sadәcә  26  %-i  Tatarıstan  Muxtar  Respublikasının  sakinidir.  Әhalinin  1989-cu  ildә 

hәyata keçirilәn siyahıya alınmasına görә 6 milyon 649 min tatar nüfusunun 5 milyon 523 mini 

tatar dilini ana dili kimi qәbul etmişdir. İndi isә dünyada tәxminәn 5. 3 milyon nәfәr insan tatar 

türkcәsindә  danışır  (

http://en.wikipedia.org/wiki/Tatar_language

).  Türkiyә,  Azәrbaycan,  özbәk, 

uyğur, qazax türkcәlәrindәn sonra Avrasiya coğrafiyasında yayğın olan altıncı böyük türk dilidir. 

1.1.3.4.  Başqırd  dili  vә  ya  türkcәsi  Rusiya  Federasiyasında  yerlәşәn  Başqırdıstan 

Muxtar  Respublikasında  işlәnilir.  Başqırdıstanın  dövlәt  dilidir.  Әhalinin  1989-cu  ildә  hәyata 

keçirilәn  siyahıya  alınmasına  görә  başqırdların  sayı  1  milyon  449  min  olmuşdur.  Bunlardan  1 

milyon 75 mini başqırd dilindә danışmışdır. 21 il içәrisindә yәqin ki bu rәqәm çox dәyişmişdir. 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə