M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə5/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   2   3   4   5   6   7   8   9   ...   171

14 

 

2.1.2.2. Diğәr çağdaş türkcәlәr 



2.1.2.3.  Ortaq  dünya  dillәri  kontekstindә  vә  Avrasiya  türkcәlәri  müstәvisindә,  Türkiyә 

türkcәsi  vә  digәr  inkişaf  etmiş  türk  әdәbi  dillәri  әsasında  bir  ortaq  ünsiyyәt  vә  әdәbi 

uyğunlaşdırma türkcәsi 

2.1.2.3.1.  Avrasiya  ortaq  dillәri  müstәvisindә  türk  dillәri  arası    “Dil-uyğunlaşdırma  vә 

dil-işlәnilmә” proqramları vә ya E-türkcә 

2.1.2.3.2. Ortaq dünya dillәri  kontekstindә ümumtürk dilinin vә  ya ayrı-ayrı türk әdәbi 

dillәrinin ana dili olaraq tәlimi, xarici dil olaraq tәdrisi vә  ortaq dil olaraq işlәnilmә modellәri 

2.1.2.3.3. Türkoloji dilçiliyә dair koqnitiv-konseptual sәciyyәli vә kompüter linqvistikası 

işlәmli üst vә alt qavramlaşdırmalar vә kateqoriyalaşdırmalar korpusu  

2.2. Dinlәr vә inanclar 

2.2.1. Müsәlman türklәr  

2.2.2. Müsәlman olmayan türklәr 

2.2.2.1. Xristian, musәvi, şamanist vә s. türklәr 

2.2.2.2. Müqәddәs dinlәrә itaәt etmәyәn türklәr 

2.2.2.3. Göy Tanrı, totemizm, şamanizm vә digәr qәdim inanclar   

2.2.2.4. Ateizm vә ya dinsizlik 

2.3 Adәt-әnәnәlәr 

2.3.1. Dini vә milli bayramlar, bütün dünyada qeyd olunan günlәr, özәl günlәr 

2.3.2.  Türklük-Türk  dünyası  qavramını  tәşkil  edәn  mәdәniyyәt  sәciyyәli  digәr  әsas 

faktorlar  

2.3.2.1. Mәrasimlәr; davranış vә yaşam şәkillәri; tarixdәn günümüzә Novruz bayramı  

2.3.2.2.  Şifahi vә yazılı әdәbiyyat; incәsәnәt, xalq sәnәti örnәklәri vә musiqi 

2.3.2.3. Geyim, qiyafәt vә mәtbәx 

2.3.2.4. Heyvandarlıq, balıqçılıq, ovçuluq, bağçılıq, kәnd tәsәrrüfatı vә s. 



3. Türk kimliyi 

3.1.  XIX  yüzilin  sonları,  XX  yüzillin  әvvәllәrindә  Türk  dünyasında  “Kimlik 



arayışları” 

3.1.1. Çar Rusiyasında türk xalqlarının milli kimlik mübarizәsi ( Әli bәy Hüseynzadә vә 

“Fyuzat” jurnalı, İsmayıl Qaspıralı vә “Tәrcüman” qәzeti) 



15 

 

3.1.2.  Azәrbaycan  Demokratik  Cümhuriyyәti  vә  Çağdaş  Azerbaycan  Respublikası 



(“Azәrbaycan” qәzeti) 

3.2.  Tәnzimat  dönәmindә  milli  kimlik  problemlәri  vә  milliyyәtçilik  hәrәkatları 

(Yusuf Akçura, Ziya Gökalp, Әli bәy Hüseyinzadә vә s.) 

3.2.1. Osmanlıçılıq 

3.2.2. İslamçılıq 

3.2.3.  Türkçülük-milliyyәtçilik  ust  qavramlaşdırması  müstәvisindә  digәr  millәtçilik-

vәtәnpәrvәrlik axınları vә ya Azәrbaycançılıq, tatarçılıq, özbәkçilik, türkmәnçilik, qazaxçılıq vә 

ya türk mәdәniyyәtlәri vә nәhayәtdә türk dövlәtlәri vә s. qavramlaşdırmaları  

3.2.3.1.  Azәrbaycançılıq  vә  ya  “Mәn  Azәrbaycanlı  olmağımla  fәxr  edirәm” 

qvramlaşdırması (Ulu öndәr Heydәr Әliyev) 

3.3. Dünyәvilik, çağdaşlıq; demokratiya vә milli mentalitet 

3.3.1. Atatürk, Atatürkçülük vә çağdaş Türkiyә Cümhuriyyәti  

3.3.2. Heydәr Әliyev vә çağdaş Azәrbaycan Respublikası 

3.3.3. Qloballaşma kontekstindә çağdaş Avrasiya türk dövlәtlәri, muxtar respublikaları, 

vilayәtlәri vә topluluqları  

3.3.3.1.  Avrasiya  qavramlaşdırması  kontekstindә  türk-slavyan  milli  komponentlәrinin 

qarşılıqlı әlaqәlәri 

3. 4. Aqrar, sәnaye vә bilgi cәmiyyәtlәri  

3.4.1.  Bilgi-informatika  vә  intellektual  sәciyyәli  informasiya  texnologiyaları 

cәmiyyәtlәri 

3.4.2. Retprosperspektivel vә interospektivel sәciyyәli konseptuallıq kontekstindә insan, 

cәmiyyәt vә fәrd qavramlaşdırmaları  

3.4.2.1. Qloballaşma, cәmiyyәtlәşmә (toplumlaşma) vә fәrdlәşmә 

3.4.2.1.1. Ziyalılıq vә intellektuallıq 

3.4.2.2. Türk ailә quruluşu 

 

Sözügedәn  koqnitiv-konseptual  layihәlәndirmә  kontekstindә  ümumtürk  mәdәniyyәtinә 



görә  sıra  ilә  ikinci  vә  üçüncü  qavramlar  olaraq  müәyyәnlәşdirilәn  türk  dili  vә  türkoloji  dilçilik 

qavramlaşdırmaları  vә  kateqoriyalaşdırmalarının  problemlәri  çağdaş  dilçilikdәki  yeniliklәrin 

işığında  araşdırılmaqdadır.  Problemlәr  ümumtürk  dilinin  fonetik,  fonoloji,  morfoloji,  sintaktik, 



16 

 

mәtnlinqvistik



4

,  leksik,  leksikoqrafik  vә  frazeoloji  materiallarına  görә  öyrәnilmәkdә  vә  buna 

bağlı  olaraq  türkoloji  dilçiliyә  dair  yeni  araşdırma-öyrәnilmә  yönümlәri  vә  konkret  yöntәmlәri 

üzәrindә  durulmaqdadır.  Türkoloji  dilçilik  qavramlaşdırması,  ümumtürk  dilinin  min  illik 

inkişafına,  qәdim  türk  dilinin  әdәbi  dillәr  vә  dialektlәr  sәviyyәlәrindәki  dil-işlәnilmә,  şifahi  vә 

yazılı  mәtnlәrin  әdәbi  uyğunlaşdırma  işlәkliyinә,  ana  dilinin  tәlim  vә  tәdrisinә  görә 

aparılmaqdadır. 

Belә bir araşdırma-öyrәnilmә  yönümü  bir tәrәfdәn ümumtürk dilinә dair indiyә   qәdәr 

aparılmış olan әnәnәvi tәdqiqatlardan, digәr tәrәfdәn isә çağdaş linqvistik axınların içәrisindә yer 

tutan  yeni  araşdırmalardan  (Dilbilim  Araştırmaları  1900-2004)  fәrqlәnir.  Buna  görә  dә  aşağıda 

sözügedәn  yönüm  vә  yöntәmlәrin  әsaslanıldığı  koqnitiv-kompüter  dilciliyi  vә  onların  iş 

prinsiplәri haqqında konkret olaraq bilgi verilmәkdәdir.  

 

3. Koqnitiv vә kompüter-mühәndis

5

 linqvistikası yönümlәri vә yöntәmlәri    

XX  yüzilin  sonlarından  başlayaraq  dilә  dair  elmin  әsas  tәsisatları  yenilәnmәkdәdir. 

Hәmin  tәsisatların  dәyişim  proseslәrindәn  indi  paradiqmatik  vә  sintaqmatik  sıralanmaların 

yenilәnmsi  kimi  dә  bәhs  olunur.  Artıq  dil  digәr  intellektual  fәaliyyәt  formaları  ilә  birlikdә 

öyrәnilmәkdә vә dilçiliyin tәdqiqat obyekti dә mәhz buna uyğun olaraq dәyişmәkdәdir. Araşdı-

rıcıların diqqәti dil daşıyıcılarının şüurlu dil fәaliyәti üzәrindә mәrkәzlәşmәkdә, dilin özü isә әsas 

dәrketmә  mәnbәyi  kimi  göstәrilmәkdәdir.  Koqnitiv  vә  kompüter-mühәndis  vә  ya  informasiya 

texnologiyaları  linqvistikası  yönümlәri  vә  yöntәmlәri  dә  hәmin  kontekstdә  müәyyәnlәşdiril-

mәkdәdir.  

İnsan  biliyi  vә  ya  bilik  sәviyyәsinin  sistemi  necә  qurulmuşdur,  hansı  formalarda  vә 

mexanizmlәrlә  işlәyir?  Bütün  bunları  vә  varlıq  simvollarının  dәyişimlәrinә  dair  fakt  vә 

hadisәlәrin  vә  duyğuların  yaratdığı  biliklәrin  dәrketmә  proseslәrinin  tәfәkkürdә  әks  olunmasını 

günümüzdә koqnitiv linqvistika öyrәnir. Dil vasitәsilә insan beynindә әks olunan bilik sisteminin 

alt  vә  üst  sәviyyәlәri  ilә  qavramlaşdırılması  vә  kateqoriyalaşdırılması  koqnitiv  linqvistikanın 

araşdırma  prinsiplәrinin  cәmi  kimi  dәrk  edilir.  Elektronik  vә  kompüter  texnologiyalarının 

                                                 

4

  Azәrbaycan  türkcәsindә  tәrәfimizdәn  “mәtnlinqvistik”  şәklindә  işlәdilәn  söz  mәtnә  aid  olan  linqvistik  özәlliklәri 



bildirir. Hәmin söz bir linqvistik termin olaraq ingiliscә Text Linguistics almanca texstlengüistik, rusca лингвиcтикa 

тeкcтa, Türkiyә türkcәsindә isә metindilbilimsel sözlәri ilә ifadә olunur.   

5

Kompüter-mühәndis  linqvistikası  anlayışı  Azәrbaycan  dilindә  informasiya  texnologiyaları  linqvistikası  kimi  dә 



ifadә oluna bilәr. 

  



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə