M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə33/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   29   30   31   32   33   34   35   36   ...   171

80 

 

XX  yüzilin  70-ci  illәrindәn  etibarәn  ümumtürk  dilinin  morfologiyasına  aid  yuxarıda 



adları  çәkilәn  vә  çәkilmәyәn  problemlәrin  çözümlәnmәsi  ilә  әlaqәdar  olaraq  yazılan  bir  çox 

önәmli müqayisәli türkoloji dilçilik әsәri meydana çıxmışdır. Bunlardan biri A. M. Şerbakın üç 

cilddәn ibarәt olan kitabıdır. Hәmin kitab müәllifin “Türk dillәrinin müqayisәli morfologiyasına 

dair  oçerklәr:  ad  (1977),  feil  (1981),  zәrf,  kömәkçi  nitq  hissәlәri,  tәqlidi  sözlәr”  (1987)  adlı 

fundamental monoqrafiyadan ibarәtdir. İkincisi dә Sovetlәr Birliyi Elmlәr Akademiyası Dilçilik 

İnstitutunun  Türk-Monqol  Dillәri  sektorunda  dövrün  çox  mәşhur  dilçi-türkoloqları  tәrәfindәn  o 

vaxtlar  yazılmağa  başlanmış  olan  bir  qrammatika  kitabıdır.  Sözügedәn  altı  cildli  kitab  Sovetlәr 

Birliyi  dağıldıqdan  sonra  hәmin  İnstitutun  “Ural-Altay  dillәri  şöbәsi”ndә  2006-cı  ildә 

tamamlanmışdır. Hәmin fundamental әsәrin tam adı isә  belәdir:“Türk dillәrinin müqayisәli-tarixi 

qrammatikası. Fonetika (1984); Morfologiya (1986), Sintaksis (1988), Leksika (1997), Regional 

rekonstruksiyalar (2002), Pratürk vә prototürk (2006)”.  

Türkoloji dilçiliyin sözügedәn fundamental әsәrlәrindә pratürk, prototürk, qәdim türk vә 

ümumtürk  dilindә  әsas  vә  asılı  morfemlәrin  ilkin  şәkillәrinin  rekonstruksiyaları  ayrı-ayrı  vә 

sadәcә dil faktlarına dayanılaraq verilmişdir. A. M. Şerbakın türk dillәrinin morfologiyasına dair 

yazdığı  fundamental  әsәrlәrindә  isә  әsas  vә  kömәkçi  nitq  hissәlәrinin  qrammatik  şәkillәri, 

semantik-funksional  mәzmunu  çağdaş  vә  qәdim  türk  dillәrinin  materialları  vә  linqvistik 

kontekstindә müqayisәli olaraq öyrәnilmişdir.  

Yuxarıda  adı  çәkilәn  ikinci  çoxcildli  kitabın  ikinci  cildi,  adından  da  göründüyü  kimi, 

türk  dillәrinin  müqayisәli  morfologiyasına  hәsr  olunmuşdur.  Sözügedәn  kitab  müqayisәli  vә 

müqayisәli-tarixi  dilçilikdә  türk  dillәrinin  morfologiyasına  aid  indiyә  qәdәr  yaradıcı  müәllif 

heyyәti tәrәfindәn yazılmış olan çox önәmli fundamental әsәrlәrdәn biridir. Buna görә dә aşağıda 

sözügedәn әsәrin biblioqrafik-linqvistik açıqlanmasını әlinizdәki dәrslikdә qısa bir örnәk olaraq 

tәqdim edirik.  

Sözügedәn әsәr 8 bölmәdәn ibarәtdir:  

– Ön söz, Giriş, tәklik vә cәmlik kateqoriyaları (E. Tenişev);  

–Mәnsubiyyәt kateqoriyası, mәsdәr, tәqlidi sözlәr (V. D. Arakin);  

–Hal  kateqoriyası,  şәxs  vә  işarә  әvәzliklәrinin  hallanması,  söz  yaradıcılığı  vә  ya  isim 

düzәltmә (A. Çeçenov);  

– Şәxs vә şәxs-işarә әvәzliklәri (F. D. Aşnin);   

 



Sifәt (L. Pokrovskaya); 


81 

 



 

Zәrf, qoşmalar (L. S. Levitskaya); 

 

Felin növ kateqoriyası, feil düzәltmә (A. Yuldaşev);  



 

Zaman kateqoriyası (İ. V. Kormuşin);  



 

Şәkil kateqoriyası (N. A. Baskakov); 



 

Feli bağlamalar, feli sifәtlәr (N. Z. Hacıyeva); 



 

Әdatlar, bağlayıcılar  (K. Musayev). 



Yuxarıda  adları  çәkilәn  vә  sözügedәn  bölmәlәri  yazan  dilçi-türkoloqlar  göstәrilәn 

morfoloji vahidlәr vә kateqoriyalar haqqında özәl elmi araşdırmaları vә böyük әksәriyyәtinin isә 

doktorluq  dissertasiyaları  olan  alimlәrdir.  Başqa  bir  ifadә  ilә  kitabın  hәr  bir  hissәsi  hәmin 

linqvistik  sahәnin  vә  ya  mövzunun  özәl  mütәxәssisi  tәrәfindәn  yazılmışdır.  Kitabın  digәr  beş 

cildi dә hәmin cildlәrdә yer alan mövzuların dar ixtisas sahiblәri tәrәfindәn qәlәmә alınmışdır. 

Kitabın “Giriş” bölmәsindә ayrılıqda ümumtürk dilinin morfoloji özәlliklәri, şәkilçilәrin, 

qrammatik  kateqoriyaların,  nitq  hissәlәrinin  orijinal  tәsniflәndirilmәsi  vә  bütövlükdә  isә  türk 

dillәrinin  qrammatik  quruluşunun  qısa  bir  normativ-elmi  tәsviri  verilir.  Bununla  bәrabәr,  söz 

gövdәsinin  tәşәkkülü,  qrammatik,  leksikoqrafik  sәciyyәli  sözdüzәltmә  modellәri  ilә  qrammatik 

tәsriflәnmә morfoloji kontekstdә müqayisә olunur. Bunun nәticәsindә dә onlar aşağıdakı şәkildә 

bir-birindәn fәrqli qrammatik-morfoloji sistemlәr olaraq müәyyәnlәşdirilir: 

•  İsimlәrdә  mәnsubiyyәt  şәkillәri;  sifәtlәrdә  dәrәcәlәr;  feillәrdә  feli  sifәtlәr,  feli 

bağlamalar, aspekt (tәrz), növ, mәsdәr. 

•  Qrammatik tәsriflәnmәnin komponentlәri isә aşağıdakılardan ibarәtdir: 

• Feillәrdә şәkil, zaman, şәxs kateqoriyaları vә şәkilçilәri; adlarda (isimlәrdә) vә saylarda 

tәsriflәnmә şәkillәri.  

Belәliklә,  kitabın  “Giriş”  hissәsindә  әsas  vә  kömәkçi  morfemlәrin  ümumtürk  dilinin 

qrammatik  quruluşunun  ontoloji  özәlliklәrinә  vә  nitq  hissәlәrinin  funksional-semantik 

fәrqliliklәri kontekstinә uyğun olaraq yığcam bir tәrifi verilmişdir. 

Әdhәm Tenişev türk dillәrinin ümumi morfoloji tәsvirini verәrkәn ümumtürk dilinin, hәr 

şeydәn öncә, aqqlütinativ bir dil olduğunu qeyd edir. O, eyni zamanda ümumtürk dilinin pra- vә 

prototürk  әcdad  dil  durumlarında  söz  yanaşması  (mürәkkәb  sözlәr)  vә  sәslәrin  yerlәrini 



dәyişdirmәsi  ilә  söz  yaradıcılığı  faktlarına  da  sahib  olduğunu  vurğulayaraq  bәzi  fәrqli  elmi 

nәticәlәr әldә edir. Daha doğrusu, kitabın sözügedәn bölmәsindә türk mәnşәli şәkilçilәrin leksik 

mәna  daşıyan  sözlәrdәn  vә  ya  yardımçı  (kömәkçi)  morfemlәrdәn  әmәlә  gәldiyinә  dair  әnәnәvi 



82 

 

türkoloji dilçilikdәki mövcud fikirlәrin elmi xarakter daşımadığı iddia edilir. Bu isә o demәkdir 



ki,  sözügedәn  әsәrdә  ümumtürk  dilinin  morfoloji  quruluşu  sadәcә  müqayisәli-tarixi  dilçilik 

metodu  ilә  deyil,  hәm  dә  çağdaş  tәsviri-semantik  yöntәmlә  dә  öyrәnilmişdir.  Ancaq,  kitabın 

sadәcә  bu  bölmәsinin  deyil,  digәr  bölmәlәrinin  dә  әnәnәvi  müqayisәli-tarixi,  çağdaş  tәsviri, 

struktur,  semantik,  funksional-linqvistik  yöntәmlәrlә  kifayәt  qәdәr  öyrәnildiyini  söylәmәk 

mümkün  deyidir.  Çünki,  dәyәrlәndirilәn  ümumtürk  dili  materialları  çox  vaxt  araşdırma-

öyrәnilmә  sәciyyәli  müxtәlif  mәnbәlәrdәn,  yәni  dissertasiyalardan,  qrammatika  kitablarından, 

araşdırmalardan vә ya bәdii әsәrlәrdәn götürülmüşdür.  

Kitabı belә bir intellektual-elmi diskursda  yazanların çoxu danışılan türk dillәri ilә canlı 

olaraq  tәmasda  olmamışdır.  Onlar  yaşayan  Avrasiya  türkcәlәrinin  semantik-funksional 

özәlliklәrini,  deyimlәr  vә  atalar  sözlәri  sistemini  vә  ya  “mәcazlar  dünyası”nı  da  bir  dil-danışıq 

daşıyıcısı  olaraq  dәrinlәmәsinә  bilmәmişdir.  Adları  çәkilәn  dilçi-türkoloqlar  ümumtürk  dilinin 

müqayisәli-tarixi  qrammatikasını  düz  bir  bucaq  altında  hazırlamağı  qarşılarına  mәqsәd 

qoymuşdur.  Belә  ki,  onlar  dil  kateqoriyalarının  tarixi  inkişafının  izlәnilmәsinin  sadәcә  pra-  vә 

prototürk,  qәdim  türk  vә  ümumtürk  dili  dövrlәrinin  mexaniki  olaraq  müәyyәnlәşdirilmәsilә 

mümkün  olacağını  düşünmüşdür.  Halbuki,  dil  gerçәkliklәri  dil  xarici  mahiyyәtlәrdәn  vә  ya 

semiotik işarәlәrdәn әmәlә gәlmişdir. Buna görә dә müxtәlif dil sәviyyәlәrindә bir rekonstruksiya 

vә  ya fonetik, morfoloji,  sintaktik, leksik, frazeoloji bir canlandırmanı hәyata keçirәn hәr hansı 

bir  dilçi  öz  dar  ixtisasının  xaricinә  çıxmağı  da  bacarmalıdır.  O,  çox  geniş  bir  konseptual 

müstәvidә  dünyanın  qavramlar  xәritәsindәn  hәrәkәt  etmәli  vә  çağdaş  sosial  vә  fәnn  elmlәrinin 

nәticәlәrindәn  dә  xәbәrdar  olmalıdır.  Necә  ki,  artıq  çağdaş  türkoloji  dilçilikdә    sözügedәn 

әsәrdәki rekonstruksiya yöntәmlәri mübahisә obyektinә çevrilir, türk dillәrinin tarixi inkişafının 

vә    tәkamülünün  yeni  mәrhәlәlәri  müәyyәnlәşdirilir,  bir  sözlә,  tamamilә  fәrqli  rekonstruksiya 

prinsiplәri irәli sürülür

15

.  



Bütün  bunlara  baxmayaraq,  sözügedәn  әsәrin  әn  önәmli  elmi-linqvistik  özәlliyi  pra-  vә 

prototürkdә vә qәdim türk dilindә morfemlәrin vә morfoloji komponentlәrin rekonstruksiyasının 

verilmәsi  vә  buna  bağlı  olaraq  da  onların  tarixi  inkişaf  meyllәrinin  göstәrilmәsindәn  ibarәtdir. 

Qeyd  ounmalıdır  ki,  sözügedәn  morfoloji  komponentlәrin  ilkin  formaları  canlandırılırkәn  vә 

                                                 

15

  Yu.  V.  Şekanın  “Rekonstruksiya  prinsiplәri”  (2005)  adlı  mәqalәsindә  sözügedәn  prinsiplәrindәn  geniş  bәhs 



olunmaqdadır. Hәmin mәqalә rus dilindәn Türkiyә türkcәsinә tәrәfimizdәn tәrcümә olunmuş vә “Dil Araşdırmaları” 

(Sayı:4 Bahar 2009, s.125-134) adlı dәrgidә yayımlanmışdır. Mәqalәnin türk dilindәki tәrcümәsi dәrsliyin “Әlavәlәr” 

hissәsindә yer almaqdadır (Әlavә 2). 

 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə