M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə32/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   28   29   30   31   32   33   34   35   ...   171

78 

 

kateqoriyaları  sözügedәn  istiqamәtdә  indiyә  qәdәr  әn  çox  cәnub-qәrb  vә  ya  oğuz  qrupu  türk 



dillәrinin materialları әsasında öyrәnilmişdir.  

A.  P.  Potseluevskinin  “Cәnub-qәrb  qrupu  türk  dillәrindә  indiki  zaman  formalarının 

mәnşәyi  haqqındakı  problemә  dair”  (1948)  adlı  әsәrindә  felin  zaman  kateqoriyası  araşdırmaya 

cәlb  olunmuşdur.  A.  Borçakovun  “Cәnub-qәrb  qrupu  türk  dillәrindә  iş  adları  vә  ya  mәsdәr” 

(1976)  adlı  kitabında  feildәn  düzәlәn  hәrәkәt  adları  vә  mәsdәr  kateqoriyası  araşdırılmışdır. 

Himmet  Birayın  “Cәnub-qupu  türk  әdәbi  dillәrindә  isim”  (1999)  adlı  kitabı  bütövlükdә  isim 

kateqoriyasına  hәsr  edilmişdir.  B.  Hocayevin  “Cәnub-qәrb  qrupu  türk  dillәrindә  feli  sifәt 

formaları”  (1977) vә M. Soyeqovun “Cәnub-qәrb qrupu türk dillәrindә feli bağlamalar” (1981) 

adlı monoqrafiyalarında isә felin tәsriflәnmәyәn formaları öyrәnilmişdir.   

Sözügedәn  digәr  yarımqrupda  yer  alan  mәqalәlәr,  kollektiv  yaradıcı  müәllif  heyyәtlәri 

vә  ayrı-ayrı  görkәmli  türkoloqlar  tәrәfindәn  türk  dillәrinin  morfologiyasına  dair  yazılan 

müqayisәli-türkoloji  işlәrin  hazırlanmasında  isә  metodoloji  baxımdan  da  öünәmәxsusluq  yox 

deyildir. Sözügedәn araşdırmalar birbirinә yaxın olan iki linqvistik yöntәmdәn istifadә olunaraq 

yazımışdır.  Hәmin  araşdırmaların  bir  qismi  müqayisәli  vә  müqayisәli-tarixi,  digәr  qismi  isә 

tarixi-tipoloji  yöntәmlә  qәlәmә  alınmışdır.  Aşağıda  göstәrilәn  dilçilik  әsәrlәri  әsas  etibarilә 

müqayisәli,  qismәn  dә  müqayisәli-tarixi  yöntәmlә  yazılmışdır.  Burada  ilk  irihәcmli  müqayisәli 

fundamental әsәrlәr olaraq müxtәlif türk dillәrinә vә ya qruplarına dair oçerk şәklindә görkәmli 

türkoloqlar  tәrәfindәn  yazılan  “Türk  dillәrinin  müqayisәli  qrammatikasına  dair  araşdırmalar.  II 

hissә, Morfologiya” (1956) vә M. Rәsәnenin  “Türk dillәrinin morfologiyasına dair materiallar” 

(1957) adlı kitablarının adı çәkilә bilәr.  

A. N. Kononovun  “-(°) P, -(°) b, -(y)° b, -(°) pan, -(°) ban, -(°) banı, -(°) banıñ (n) türk 

feli  sifәtinin  rekonstruksiyası  tәcrübәsi:  türk  dillәrinin  müqayisәli-tarixi  qrammatikasına  aid 

mәlumatlar”  (1965)  adlı  mәqalәsi  dә,  adından  göründüyü  kimi,  sözügedәn  dilçilik  yöntәmi  ilә  

yazılmışdır

14

.         



Azәrbaycanda milli müqayisәli türkoloji dilçiliyimizin, әgәr belә demәk mümkündürsә, 

qurucusu  Fәrhad  Zeynalovdur.  Fәrhad  Zeynalov  (1929-1984)  respublikamızda  “Türkologiyanın 

әsasları” adlı fәnnin dә yaradıcılarından vә onu ilk tәdris edәn alimlәrdәn vә müәllimlәrdәn biri 

olmuşdur.  Onun  hәmin  fәnnin  Ali  mәktәblәrdә  tәlimi  vә  tәdris  olunması  üçün  yazdığı 

                                                 

14

  Sözügedәn  mәqalә  rus  dilindәn  Türkiyә  türkcәsinә  tәrәfimizdәn  tәrcümә  olunmuş  vә  “Türkolojinin  Çeşitli 



Sorunları Üzerine Makaleler-İncelemeler (2002:261-275) adlı kitabımızda yayımlanmışdır.  

  



79 

 

“Türkologiyanın  әsasları”  (1981)  adlı  dәrslik  indi  sadәcә  Azәrbaycanda  deyil,  qardaş  ölkә 



Türkiyәdә  vә  digәr  Türk  Cümhuriyyәtlәrindә  dә  türkoloqların  stolüstü  kitabına  çevrilmişdir.  F. 

Zeynalovun “Türk dillәrinin müqayisәli qrammatikası” (1974; 1974) adlı kitabları da bütövlükdә 

müqayisli vә qismәn dә  müqayisәli-tarixi dilçilik yöntәmi ilә  yazılmış monoqrafik sәciyyәli ilk 

dәrslik araşdırmalardan sayıla bilәr.   

Mәşhur  dilçi-türkoloq  vә  F.  Zeynalovun  müәllimi  N.  A.  Baskakovun  “Türk  dillәrinin 

tarixi-tipoloji  morfologiyası:  aqqlütinasiyanın  mexanizmi  vә  sözün  quruluşu”  (1979)  adlı 

kitabında  isә  türk  dillәrinin  morfoloji  quruluşu  digәr  Ural-Altay  dillәri  ilә  müqayisәdә  vә  çox 

geniş  bir  ümumi  dilçilik  kontekstindә  işıqlandırılmışdır.  Hәmin  әsәr  müәyyәn  bir  ölçüdә 

müqayisәli-tarixi  vә  tarixi-müqayisәli  dilçiliyin  dә  elmi-praktik  nәticәlәri  ehtiva  olunmaqla, 

ancaq kitabın adından da göründüyü kimi, tarixi-tipoloji yöntәmdәn istifadә edilәrәk yazılmışdır. 

  Belәliklә, XX yüzilin 50-ci illәrindәn başlayaraq, müqayisәli türkoloji dilçilikdә tarixi-

müqayisәli, müqayisәli-tarixi, linqvistik-coğrafi vә tarixi-tipoloji dilçilik yöntәmlәri türk dillәrinә 

çox vaxt sinkretik olaraq tәtbiq olunmuşdur. Hәmin klassik dilçilik metodları ilә vә özәlliklә dә 

müqayisәli-tarixi yöntәmlә, hәr şeydәn öncә, türk dillәri morfoloji quruluşunu tәşkil edәn әsas vә 

asılı  morfemlәrin  ilkin  şәkillәri  әcdad  dil  pratürkdә  vә  prototürkdә  müәyyәnlәşdirilmişdir. 

Sözügedәn  dilçilik  metolarının,  ağırlıqlı  olaraq  da  tarixi-müqayisәli  vә  ya  müqayisәlili-tarixi 

yöntәmin  müәyyәn  ölçülәrdә  zәngin  dil  materiallarına  tәtbiq  olunması  ilә  ümumtürk  dili 

morfologiyasının  tәşәkkülünә  dair  bir  çox  önәmli  problemә  açıqlıq  gәtirilmişdir.  Hәmin 

morfoloji-arxetipik sәciyyәli problemlәrә bütövlükdә aşağıda göstәrilәnlәr aid edilә bilәr: 

– Ümumtürk dili morfologiyasının tarixi inkişaf vә tәmayül mәrhәlәlәrinin konkret türk 

dillәri vә dialektlәrinin materiallarına әsasәn müqayisәli olaraq müәyyәnlәşdirilmәsi; 

–Ümumtürk dilinin әsas vә asılı nitq hissәlәrinin klassik Hind-Avropa dilçiliyi әnәnәsinә 

görә konkret türk dillәri vә dialektlәri örnәklәri ilә müqayisәli olaraq tәsniflәndirilmәsi; 

–Ümumtürk  dilindә  ismin  cәm,  hal  vә  mәnsubiyyәt,  felin  şәxs,  zaman,  şәkil,  növ  vә 

digәr  nitq  hissәlәrinә  dair  leksik-qrammatik  kateqoriyaların  türk  dillәri  vә  dialektlәri 

materiallarına әsasәn müqayisәli olaraq müәyyәnlәşdirilmәsi; 

 –Ümumtürk  dilindә  işlәnilәn  müxtәlif  qrammatik  kateqoriyaların  morfoloji 

әlamәtlәrinin  vә  ya  başqa  bir  ifadә  ilә  söz  şәkillәrinin,  yәni  әsas  vә  asılı  morfemlәrin  әcdad 

dilimizi  tәşkil  edәn  pratürkdә  vә  prototürkdә  ilkin  rekonstruksiyasının  ayrı-ayrı  olaraq 

canlandırılması. 




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə