83
onların inkişaf mәrhәlәlәri tarixi zamanlara görә müәyyәnlәşdirilirkәn bütün uyğun qrammatik
şәkillәrin qrammatika kitabında yer almasına ciddi sәy göstәrilmişdir. Sadәcә çatı kateqoriyasının
morfoloji göstәricilәri (şәkilçilәri) vә ya onların tarixi inkişaf mәrhәlәri kitabda yer alamamışdır.
Bir neçә konkret şәkilçinin inkişaf mәrhәlәlәri vә rekonstruksiyası isә kitabda bütövlükdә
verilmәkdәdir.
Burada mәnsubiyyәt şәkilçilәri vә şәxs әvәzliklәrinin yiyәlik halın şәkillәrinә vә söz
sonunda işlәnilmәsinә bağlı olduğu, üçüncü şәxs әmr şәklinin -γın (-sın) şәkilçisinin -ğın feli sifәt
morfoloji әlamәti ilә eynilәşdiyi göstәrilir. Bu, kiabdakı әn çox mübahisә doğuran linqvistik
açıqlanmalardandır. Kitabda müqyisәli-tarixi yöntәmlә bәrabәr, yetәrincә olmasa belә, digәr
linqvistik metodlardan da yeri gәldikcә istifadә edilmişdir. Mәsәlәn:
1. Müqayisәli-tәsviri vә ya -tutuşdurmalı (sifәtlәr tәsvir olunarkәn);
2. Tipoloji (mәnsubiyyәt kateqoriyası vә digәr kateqoriyalar tәsvir olunarkәn);
3. Regional-tipoloji (tәsriflәnmә sistemi açıqlanarkәn vә örnәklәri ilә tәsvir olunarkәn);
4. Semantik-funksional (feli sifәtlәr, feli bağlamalar, zaman, şәkil, növ kateqoriyaları
tәsvir olunarkәn).
Dәrslikdә sözügedәn böyük әsәrin ikinci cildinin mәzmunu vә hәmin cilddә istifadә
edilәn linqvistik yöntәmlәrin işlәnilmәsi haqqında nisbәtәn daha geniş vә qismәn dә mübahisә
doğuran bir kontekstdә qısaca mәlumat verdik. Belә bir mәlumat mübahisә doğuran bir diskursda
sözügedәn әsәrin digәr cildlәri haqqında da aşağıda yeri gәldikcә verilmәkdәdir.
2.1.3. Sintaksis
“Sintaksis” leksik vahidi bir termin olaraq mәnşәcә yunan dilindәki “sýntaxis”sözündәn
alınmış olub “quruluş, sıra” demәkdir. Sintaksis anlayışını bir linqvistik elm sahәsi sәviyyәsindә
әsas metodik vә praktik parametrlәri ilә aşağıdakı kimi sәciyyәlәndirmәk olar: 1) Konkret dillәrә
xas olan vә nitq vahidlәrini tәşkil edәn qayda vә vasitәlәrin bütünü; 2) Qrammatikanın nitq
törәmәsi vә ya yaranması proseslәrini öyrәnәn bir bölümüdür. Burada, hәr şeydәn öncә, cümlә
içәrisindә sözlәrin bir-birini izlәmәsi vә uyğunluğu işıqlandırılır. Bundan başqa, söylәm olaraq
mәtnin hissәsi, dilin isә müstәqil vahidi sәviyyәsindә cümlәnin ümumi özәlliklәri dә hәmin
bölmәdә öyrәnilir (ЛЭC 1990: 448).
Sintaksis bәhsinsdә dilin sintaktik vahidlәr sistemi işıqlaqndırılır. Bu bölmәyә, hәr
şeydәn öncә, söz birlәşmәlәri, kәlmә qrupları, sadә cümlәlәr, mürәkkәb cümlәlәr, son zamanlarda
84
da mürәkkәb sintaktik bütövlәr
16
daxil edilir. Burada sintaktik vahidlәrin quruluş qaydaları vә
onları bir-birinә bağlayan müxtәliv dil-nitq vasitәlәri öyrәnilir. Әslindә sintaksis mahiyyәt
etibarilә iki böyük bölmәdәn tәşkil olunur: söz birlәşmәlәri vә cümlәlәr. Türk dillәrindә söz
birlәşmәlәrinin başından bәri, әsasәn, iki növü öyrәnilir:
– İsmi birlәşmәlәr;
– Feli birlәşmәlәr.
Feli sifәt, feli bağlama, mәsdәr tәrkiblәri vә qoşmalı birlәşmәlәr dә söz qrupları olaraq
söz birlәşmәlәrinin içәrisindә öyrәnilir.
2.1.3.1.
Müqayisәli türkoloji dilçilikdә sintaksisә dair araşdırmalar
Müxtәlif sistemli dillәrin vә ya böyük vә kiçik dil ailәlәrinin sintaktik quruluşu
müqayisәli-tarixi dilçilikdә bütün parametrlәri ilә hәlәlik geniş öyrәnilmәmişdir. Bunun
nәticәsindә müqayisәli türkoloji dilçilikdә dә sintaksis mövzusunun bütövlükdә ümumtürk
dilinin, ayrılıqda isә müxtәlif türk dillәrinin materiallarına görә müqayisәli olaraq
araşdırdırılmasının çox da yayğın olmadığı müşahidә olunur. XX yüz il boyunca qrammatikanın
sözügedәn sahәsinә aid yazılmış әsәrlәrdәn yalnız aşağıdakı fundamental kitabların adlarını özәl
olaraq çәkmәk mümkündür (Aшмaрин 1903; Исследования по сравнительной грамматике
тюркских языков 1962; Гaджиeвa 1973; Пoкрoвcкaя 1978; Oğuz qrupu türk dillәrinin
müqayisәli qrammatikası 2002).
Bununla bәrabәr, ümumtürk dilinin “Türk dillәrinin müqayisәli-tarixi qrammatikası”
(1984; 1986; 1988; 1997; 2002; 2006) adlı kitabının ayrıca bir cildini dә N. Z. Hacıyevanın vә B.
A. Serebrennikovun yazdığı “Sintaksis” (1988) adlı әsәr tәşkil edir. Sözügedәn әsәr türk dillәri
sintaksisinin müqayisәli olaraq öyrәnilmәsindә çox mühüm әhәmiyyәt kәsb edir.
Türkoloji dilçilikdә indiyә qәdәr sintaksisin әn çox aşağda göstәrilәn mövzuları tarixi-
müqayisәli vә ya müqayisәli-tarixi yöntәmlә öyrәnilmişdir:
–Türk dillәrinin müqayisәli-tarixi sintaksisi sözügedәn dillәrin tarixi morfologiyası ilә
birlikdә işıqlandırılmışdır. Bu baxımdan türk dillәrinin tarixi-müqayisәli vә ya müqayisәli-tarixi
16
Dәrs vәsaitinin müasir türkoloji dilçiliyin aktual problemlәrinә hәsr edilәn ikinci hissәsindә mürәkkәb sintaktik
bütövlәrdәn, o sradan mәtn sintaksisi vә mәtn dilçiliyi qavramlarından çağdaş türkoloji dilçiliyin aktual mәsәlәlәri
olaraq daha geniş bәhs olunacaqdır.
85
sintaksisindә sintaktik vahidlәrin arxetiplәri
17
bir tipoloji model olaraq dilin semantikası vә
sintaktik sırası ilә birlikdә konkret morfoloji modellәrә söykәnilәrәk müәyyәnlәşdirilmişdir.
Mәsәlәn, “sifәt+isim”, “feli sifәt+isim” vә s. birlәşmә modellәr kimi. Altı cildlik “Türk dillәrinin
müqayisәli-tarixi qrammatikası” (1984; 1986; 1988; 1997; 2002; 2006) kitabının yuxarıda adı
keçәn “Sintaksis” (1988) adlı cildi isә quruluşu vә mәzmunu etibarilә, әsasәn, alman sintaksisti
V. Delbryukun fikirlәrinә әsaslanılaraq hazırlanmışdır. Sözügedәn qrammatika kitabının
“Sintaksis” bölümündә ismi vә feli söz birlәşmәlәri, sadә vә mürәkkәb, ismi vә feli cümlәlәr
mövzuları işlәnilmişdir. Burada ümumtürk dilinin sintaktik arxetiplәri vә onların tәşәkkülü ismi
vә feli söz birlәşmәlәri ilә bütövlükdә cümlәyә aid olan inkişaf meyllәri vә dәyişmәlәrә görә
müәyyәnlәşdirlmişdir. Belәliklә, sözügedәn әsәrdә istәr söz birlәşmәlәrinin, istәrsә dә müxtәlif
cümlә tiplәrinin qәdim türk dilindәn bәri çox vaxt morfoloji göstәricilәrә görә gerçәklәşәn
transformasiyası konkret dil materiğalları ilә tәsvir olunmuşdur.
–Türk dillәrinin inkişafının ilk dönәmlәrindә tabe edәn-tabe olan (atributiv) sıralanmalı
söz birlәşmәlәrinin sintaktik quruluşun inkişafında ilkin mәrhәlәni tәşkil etdiyi fikri irәli
sürülmüşdür. Bu fikir sintaksisdә nominativ quruluşdan predikativ quruluşa doğru inkişaf
nәzәriyyәsinin әsasını tәşkil etmişdir. Hәmin fikrә görә, qaraqalpaq dilindәki “Meniñ atam
awulga barğan” ‘Mәnim atam kәndә getdi’ cümlәsi ilk dönәmdә “Meniñ atam awulga barğan
ol” ‘Mәnim atam kәndә gedәn odur’ birlәşmәsindәn ibarәt olmuşdur. Ancaq “nominativ
quruluşun türk dillәrindә birinci olduğu mülahizәsi” (Бacкaкoв 1975) türkoloji dilçilikdә çox
geniş mübahisә doğurmuş vә J. Deni, (1921;1941), O. Böhtlinqk (1851), Qrönbex (1936) kimi bir
çox türkoloq tәrәfindәn әsas bir elmi-metodik istiqamәt olaraq qәbul edilmәmişdir. Bunun kimi
feli tәrkiblәrin transformasiyaya uğrayaraq, tabesiz mürәkkәb cümlә komponentlәrinin isә
müstәqilliyini itirmәsi nәticәsindә tabeli mürәkkәb cümlәlәrә çevrilmәsi fikri dә artıq türkoloji
dilçilikdә çox ciddi tәnqid edilmәkdәdir (Musayev 2011: 85-87). Çünki, çağdaş türk dillәri
diferensiallaşana qәdәr polipredikativ vahidlәrin bütün tiplәri, istәr “mürәkkәblәşmiş” sadә geniş
17
“ Arxetip” bir filoloji termin olaraq yunan dilindәn alınmışdır. Hәmin termin mәnşәcә “ archétypon”sözündәndir
vә lüğәvi mәnası “proobraz, praforma, prototip” demәkdir. Bir dil işarәsi olaraq konseptual mәzmunu vә
semasioloji-leksik adlandırması isә әcdad dilin, mәsәlәn pra- vә prototürkün ilk şәkli, modeli vә ya müxtәlif
sәviyyәlәrinin formaları vә modellәri anlamına gәlir. Bunlar fonetik arxetiplәr, morfoloji arxetiplәr, sintaktik
arxetiplәr, leksik arxetiplәr vә s. olaraq bilinir. Bәdii әdәbiyatda vә әdәbiyyatşünaslıq elmindә isә arxetipik obrazlar,
miflәr, qavramlar vә digәr özәl mәtnqurucu işarәlәr işlәnilir. Belәliklә, sözügedәn arxetiplәr müqayisәli-tarixi
dilçilikdә hәr hansı bir dilin vә ya qohum dillәrin müxtәlif dil sәviyyәlәrinin ilkin tәşәkküllәri vә ya formaları olaraq
öyrәnilir (ЛЭC 1990: 47).
Dostları ilə paylaş: |