M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə30/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   26   27   28   29   30   31   32   33   ...   171

74 

 

“Morfologiya”  sözü  dә,  yuxarıda  göstәrildiyi  kimi,  yunanca  bir  kәlmә  olub,  morphē



‘şәkil’,  loqos  ‘söz,  oxuma,  öyrәnmә,  elm,  tәlim’  demәkdir.  “Morfologiya”  bir  dilçilik  fәnni 

olmaq etibarilә, әsasәn,  aşağıda göstәrilәn elmi, praktik vә linqvistik istiqamәtlәri ehtiva edir:  

1. Dildә söz şәklinin qavrayışını vә quruluşunu tәmin edәn mexanizmlәr sistemini;  

2. Qrammatikanın sözügedәn sistemin qaydalarını vә inkişafını öyrәnәn bir bölümünü.  

 

2.1.2.2.  Tәsviri,  tarixi-müqayisәli  vә  ya  müqayisәli-tarixi  vә  tarixi-tipoloji  dilçilik 

yöntәmlәri haqqında 

Türk  dillәrinin  morfologiyasına  vә  digәr  dil  sәviyyәlәrinә  dair  yazılmış  olan  bütün 

müqayisәli  araşdırmalar  vә  müqayisәli  olmayan  müxtәlif  sәciyyәli  linqvistik-praktik  işlәr  elmi-

metodik baxımdan әsas etibarilә dörd hissәyә bölünә bilәr:  



Birinci.  Bu  qrupda  yer  alanlar  konkret  olaraq  ayrı-ayrı  türk  dillәrinin  vә  dialektlәrinin 

morfologiyasına  dair  aparılmış  olan  sinxronik  xarakterli  elmi-praktik  işlәrdәn  ibarәtdir.  

Muharrem  Erginin  çağdaş  Türkiyә  türkcәsi  (1972),  Muxtar  Hüseynzadәnin  çağdaş  Azәrbaycan 

türkcәsi  (1972)  vә  yaradıcı  müәllif  heyyәtinin  yazdığı  çağdaş  “Türkmәn  dilinin  qrammatikası” 

(2000)  kimi  kitablar  mәhz  hәmin  bölgüdә  yer  almaqdadır.  Bu  vә  müasir  türk  dillәrinә  dair 

yazılmış olan bunun kimi digәr әsәrlәr sözügedәn әdәbi dillәrin tәsviri qrammatika kitablarından 

ibarәtdir. Göstәrilәn tip işlәrdә türk әdәbi dillәrinin morfologiyası digәr qohum olan vә olmayan 

dillәrlә müqayisәli deyil, tәsviri dilçilik metodu ilә öyrәnilir. 



İkinci. Türkoloji dilçilikdә hәr hansı bir türk dilinin ayrılıqda tarixi qrammatikası vә ya 

morfologiyası vә bütövlükdә tarixi sәpgidә sinxronik, diaxronik vә dialektoloji dil özәlliklәrinin 

digәr  türk  dillәri  materialları  ilә  müqayisәli  aspektdә  öyrәnilmәsi  işi  isә  tarixi-müqayisәli 

yöntәmlә  yerinә  yetirilmişdir.  Mәsәlәn,  Levitskayanın  “Çuvaş  dilinin  tarixi  morfologiyası” 

(1976);    Н.  X.  Мaкcютoвanın  “Başqırd  dilinin  şәrq  dialektinin  tarixi-müqayisәli  metodla 

öyrәnilmәsi”  (1976)  vә  В.  И.  Рaccaдинин  “Tofalar  dilinin  morfologiyasının  müqayisәli 

öyrәnilmәsi” (1978) kimi yazdığı әsәrlәr hәmin dilçilik yöntәmi ilә hazırlanmışdır.  

Türkoloji  dilçiliyin  vә  ya  bütövlükdә  türkologiyanın  Türkiyә  mәktәbindә  isә,  yuxarıda 

göstәrildiyi kimi, türk dili bütün lәhcәlәri vә ya dialektlәri ilә bir bütün dil olaraq öyrәnilir. Bu 

dilin tarixinә aid yazılmış hәr hansı bir әsәrdә dә türk әdәbi dillәri vә “tarixi lәhcә”lәri tarixi dil 

sәviyyәlәrinin  müxtәlif  inkişaf  meyllәri  ilә  müqayisәli  araşdırmaya  cәlb  olunur.  Bu  baxımdan 

hәmin әsәrlәr dә tәbii olaraq tarixi-müqayisәli sәciyyә daşıyır. Bu cür dilçilik işlәrinin adı da elә 




75 

 

“Türk  dili”  adı  ilә  adlandırılır.  Mәsәlәn,  Әhmәd  Cәfәroğlunun  “Türk  Dili  Tarihi”  (1984)  vә 



Әhmәd Bican Әrcilasunun “Başlangıçtan Yirminci Yüzyıla Türk Dili Tarihi” (2004) adlı әsәrlәri 

dә  tarixi-müqayisәli  dilçilik  yöntәmilә  yazılmışdır.  Әhmәd  Bican  Әrcilasunun  kitabında  türk 

dilinin dünya dillәri  arasındakı  yeri  göstәrilmiş, әn qәdim türk dastnlarının  vә göy türk,  orxon-

yenisey  abidәlәrinin  dili,  özәlliklә  dә  morfoloji  özәlliklәri  ilә  hәrtәrәfli  öyrәnilmişdir.  Hәmin 

әsәrdә bulqar, uyğur, oğuz, qıpçaq, karluk türklәrindәn vә Qarxanlılardan qalan әdәbi mәtnlәrin 

dili Qәrb vә Şәrq türkcәlәri olaraq oxşar vә fәrqli fonetik, morfoloji vә leksik özәlliklәrinә görә 

örnәklәri ilә  tәhlil edilmişdir.     

Üçüncü. Türk dillәrinin müqayisәli öyrәnilmәsi başlanğıcdan etibarәn, hәr şeydәn öncә, 

bir  “tarixilik  prisipi”nin  tәdbiq  olunması  zәruriyyәtini  meydana  çıxartmışdır.  Hәr  hansı  bir 

konkret türk әdәbi dilinin, dialektinin vә bütövlükdә ümumtürk dilinin tarixi morfologiyası vә ya 

digәr  dil  sәviyyәlәrinin  tarixi  aspektdә  öyrәnilmәsi  onun  digәr  türk  dillәri  vә  dialektlәri  ilә 

müqayisәli olaraq araşdırılmasını da gündәmә gәtirmişdir. Türkologiyanın vә onun bir qolu olan 

türkoloji dilçiliyin ilk inkişaf mәrhәlәlәrindә türk dillәri vә dialektlәrinә aid yazılan әsәrlәrdә әn 

çox  tәsviri  vә  tarixi-müqayisәli  dilçilik  metodlarının  tәtbiq  olunduğu  müşahidә  olunur.  XX 

yüzilin sonlarına doğru isә istәr tarixi-müqayisәli vә müqayisәli-tarixi, istәrsә dә tәsviri dilçilik 

yöntәmlәri ilә bәrabәr, bir dә tarixi-tipoloji dilçilik metodunun tәdbiqi gündәmә gәlmişdir.  

Tarixi-müqayisәli  vә  tәsviri  dilçilik  metodları  ilә  türk  dillәri  vә  dialektlәrinә  dair 

yazılmış  fundamental  әsәrlәr  haqqında  sözügedәn  fәsilin  sonrakı  bölmәlәrindә  daha  geniş  vә 

әtraflı bәhs olunacaqdır. 

N.  A.  Baskakakovun  “Türk  dillәrinin  quruluşunun  tarixi-tipoloji  xarakteristikası:  söz 

birlәşmәsi  vә  cümlә”  (1975),  “Türk  dillәrinin  tarixi-tipoloji  morfologiyası:  sözün  quruluşu  vә 

aqqlütinasiyanın mexanizmi” (1979), “Türk dillәrinin tarixi-tipoloji fonologiyası” (1988) olaraq 

adlandırılan  kitabları  tarixi-tipoloji  dilçilik  metodunun  tәtbiqi  ilә  meydana  çıxmışdır.  Aydın 

Mәmmәdovun  “Türk  samitlәri.  Anlaut  vә  kombinatorika:  türk  dillәrindә  samitlәrin  fonoloji  vә 

morfonoloji dәyişmәlәrinin müqayisәli-tarixi vә tarixi-tipoloji problemlәri” (1985) adlı әsәrindә 

isә  hәm  müqayisәli-tarixi,  hәm  dә  tarixi-tipoloji  dilçilik  yöntәmindәn  istifadә  olunmuşdur. 

Sözügedәn әsәrlәrdә çağdaş türk dillәrinin materialları tәkcә bir-birilә, qәdim vә әn qәdim әcdad 

türk dili örnәklәri ilә müqayisә edilmәmişdir. Hәmin materiallar hәm Ural-Altay dillәrinin, hәm 

dә ümumtürk dili ilә qonşu olmuş diri vә hәtta ölü dillәrin materialları ilә müqayisә olunmuşdur. 

Belәliklә,  ümumtürk  dilinin  tarixdә  sadәcә  Ural-Altay  dillәri  ilә  deyil,  Yaxın  Şәrqin  xett,  hitit 



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə