M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə26/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   22   23   24   25   26   27   28   29   ...   171

65 

 

inkişafı vә onların ilkin yaranış formaları türkoloji dilçilikdә indi artıq diaxronik olaraq tamamәn 



müәyyәnlәşdirilmişdir.  Mәsәlәn,  yuxarıda  da  göstәrildiyi  kimi,  әcdad  dildә,  yәni  pra-  vә 

prototürkdә  1000  dәnә  türk  mәnşәli  sözün  ilkin  şәkillәri  canlandırılmışdır.  Başqa  bir  ifadә  ilә 

söylәsәk,  hәmin  sözlәrin  leksik  rekonstruksiyası  aparılmışdır  (Сравнительно-историческая 

грамматика тюркских языков …, 1997). Mәlum olmuşdur ki, әcdad türklәr öz aralarında bir-

birilә,  әsasәn,  min  әdәd  söz  vasitәsilә  ünsiyyәt  saxlamışdır.  Bununla  bәrabәr,  müasir  türk 

dillәrindә  dә  özünü  göstәrәn  bir  çox  oxşar  vә  fәrqli  dil-nitq  paralellәri  artıq  hәm  әnәnәvi 

müqayisәli-tәsviri,  hәm  dә  yeni  konseptual-linqvistik  yöntәmlәrlә  müәyyәnlәşdirilir.  Mәsәlәn, 

oğuz  qrupu  türk  dillәri  semantik-sintaktik  quruluşlarının  oxşar  vә  fәrqli  özәlliklәri  әnәnәvi 

dilçilik metodları ilә (Oğuz grupu türk dillәrinin müqayisәli qrammmatikası…, 2002), mürәkkәb 

cümlәlәrin  yeni  tәsnifatında  ortaya  çıxan  subordinativ,  koordinativ  vә  korrelyativ-sintaktik 

omomodellәr  vә  hәmin  omomodellәrә  görә  müәyyәnlәşdirilәn  23  mәnaca  növ  isә  konseptual-

linqvistik yöntәmlәrlә müәyyәnlәşdirilir (Musayev 2011:75-268). 

Türk  müqayisәli  dilçiliyi  XX  yüzilin  axırlarında  әnәnәvi  müqaiyisәli-tarixi  vә  tarixi-

tipoloji metodlarla aparılmış bir çox linqvistik araşdırmalarla (Бacкaкoв 1975; 1979; 1982; 1988; 

Мамeдoв  1985)  irәli  çıxmışdır.  Vә  linqvistik-coğrafi  vә  coğrafi-tarixi  dilçilik  yöntәmlәrinin 

sinkretik olaraq tәtbiq olunması ilә (Гaджиeвa 1975; 1979) yeni keyfiyyәt vә kәmiyyәt mәzmunu 

qazanmışdır.  Ümumtürk  dilinin  әsas  fonetik,  qrammatik,  leksik  özәlliklәri  Ural-Altay  dillәri 

kontekstindә  (Sinor  1990),  aqqülitinativ  vә  fәrqli  sistemlәrdәki  digәr  dillәrlә  müqayisәli-

linqvistik müstәvilәrdә sinxronik, diaxronik vә retrospektiv (Гaрипoв 1979; Cулeймaнoв 2002) 

olaraq öyrәnilmişdir. Türk dillәri fonemlәrinin müxtәlif kombinator sәs mövqelәrindә fonoloji vә 

morfonoloji  dәyişmәlәrinin  müqayisәli-tarixi  vә  tarixi-tipoloji  problemlәrinin  çözümlәnmәsi 

baxımından  rәhmәtlik  Aydın  Mәmmәdovun  yuxarıda  göstәrilәn  “Türk  samitlәri.  Anlaut  vә 

kombinatorika  (Türk  dillәrindә  samitlәrin  fonoloji  vә  morfonoloji  dәyişmәlәrinin  müqayisәli-

tarixi vә tarixi-tipoloji problemlәri)” adlı әsәri isә milli türkoloji dilçiliyimizin tarixindә yeni bir 

orijinal linqvistik araşdırma olaraq diqqәti cәlb etmişdir.  

Belәliklә,  ümumi  müqayisәli  dilçilik  zәminindә,  XIX  yüzildә  meydana  çıxan 

müqayisәli-tarixi  vә  tarixi-müqayisәli  çәrçivәli  türkoloji  dilçilik  XX  yüzilin  axırları  vә  XXI 

yüzilin  әvvәllәrindә  öz  inkişafının  әn  yüksәk  tarixi  zirvәsinә  gәlib  çatmışdır.  Belә  ki,  çoxcildli 

“Türk  dillәrinin  müqayisәli-tarixi  qrammatikası”  kitabı  nәhayәt  Rusiya  Federasiyası  Elmlәr 

Akademiyası  Dilçilik  İnstitutunun  Ural-Altay  Dillәri  şöbәsindә  tamamlanmış  vә,  yuxarıda 




66 

 

göstәrildiyi  kimi,  Moskvada  “Elm  Nәşriyyatı”  tәrәfindәn  yayımlanmışdır  (Сравнительно-



историческая  грамматика  тюркских  языков  1984;  1986;  1988;  1997;  2002;  2006).  Türk 

dillәrinin  müqayisәli-tarixi  leksikoqrafiyası  arşdırmaları  da  sözügedәn  elmi-tәdqiqat 

müәssisәsindә yerinә yetirilәn uyğun elmi-linqvistik layihәlәndirmәnin içәrisindә yer almaqdadır. 

Müqayisәli-tarixi 

yöntәmlә 

hazırlanan 

“Türk 

dillәrinin 



etimoloji 

sözlüyü”nün  

(Этимoлoгичecкий  cлoвaрь  тюркcкиx  языкoв…,  1974;  1978;  1980;  1989;  1997;  2000;  2003) 

tәrtib  olunması  işlәri  dә  bu  gün  yuxarıda  sözgedәn  şöbәdә  hәlә  dә  davam  etdirilmәkdәdir 

(Sovetlәr Birliyi dövründә sözügedәn şöbә “Türk-monqol dillәri sektoru” adı ilә adlandırılırdı.).   

 

2.1.1. Fonetika vә fonologiya 

Aşağıda müqayisәli türkoloji dilçilikdә aparılmış fonetik vә fonoloji araşdırmalardan vә 

türk  dillәri  materialları  әsasında  yazılmış  uyğun  elmi  vә  praktiki  işlәrdәn  bәhs  etmәdәn  öncә,  

dilçiliyin  fonetika  vә  fonologiya  şöbәsi  haqqında  qısaca  olaraq  bilgi  vermәk  istәrdik.  Fonem, 

fonetika vә fonologiya anlayışları nә demәkdir? Bunları çox yığcam bir şәkildә xülasә etmәyin 

bir dәrs kitabında vә ya tәdris vәsaitindә tәlәbәlәr üçün dә faydalı olduğunu fikirlәşdik. 

 

2.1.1.1. Dilçiliyin fonetika vә fonologiya şöbәsi  

Fonem  (phōnēma)  yunanca  sәs  demәkdir,  dildә  morfemlәrin,  yәni  sözlәrin  vә  ya 

şәkilçilәrin  tәrkibindә  seqment  komponent  olaraq  işlәnilir,  onların  mәnalı  hissәlәrini  seçir  vә 

tanıyır.  Çünki  o,  dilin  invariant  vahididir  (ЛЭC  1990:  552).  Fonem  anlayışı  ilә  bağlı  linqvistik 

açıqlanmalar  dilçilikdә  vә  fonologiyada  ayrıca  elmi  istiqamәt  vә  ya  konkret  bir  fәnn  olaraq  ilk 

dәfә  Kazan  dilçilik  mәkәtәbinin  nümayәndәlәrindәn  biri  olan  Boduen  de  Kurtune  tәrәfindәn 

söylәnilmişdir.  Ancaq  “fonem”  termini  daha  öncә  Fransız  dilçiliyindә  alman  dilindәki 

sprachlaut” (dilin sәsi) sözünә uyğun olaraq işlәnilmişdir. Fonetika (phōnētikόs) sözü dә yunan 

dilindәn  alınmışdır  vә  o  da  sәs  demәkdir.  Fonetika  dilçiliyin,  başqa  şöbәlәrindәn  fәrqli  olaraq, 

dilin  sәs  quruluşunu  öyrәnәn  bir  bölümüdür.  O,  yalnız  dilin  funksiyasını  deyil,  araşdırma 

obyektini  dә  maddi  olaraq  öyrәnir:  danışıq  orqanlarının  işlәnilmәsi,  sәs  vahidlәrinin  akustik 



olaraq sәciyyәlәndirilmәsi vә dilin danışanlar tәrәfindәn dәrk olunması.  

Belәliklә,  müasir  fonetikada  sәs  sisteminin  yuxarıda  göstәrilәn  dörd  yönü  tәsbit 

edilmişdir.  Bunlar  da  әslindә  ünsiyyәt-danışıq  modelinin  komponentlәri  ilә  birә-bir  üst-üstә 

düşür. Yuxarıda göstәrilәnlәrlә aşağıdakıları müqayisә edin.    




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə