M. M. Musayev



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə24/171
tarix20.09.2017
ölçüsü3,61 Mb.
#871
1   ...   20   21   22   23   24   25   26   27   ...   171

61 

 

Bütün bunlara baxmayaraq, türk dillәrinә dair dünyanın hәr yerindә aparılan әnәnәvi vә 



yeni  dilçilik  araşdırmalarının  vә  görülәn  praktik  işlәrin  arasındakı  koordinasiyanın  vә  elmi-

linqvistik  xronologiyanın  türkoloji  dilçilikdә  bötövlükdә  göstәrilә  vә  tәsbit  edilә  bildiyini 

söylәmәk  hәlәlik  çәtindir.  Çünki,  indiyә  qәdәr  sadәcә  dil  araşdırmaları  vә  bütövlükdә  dilçilik 

elminin  tarixi  vә  müasir  inkişafı  kontekstindә  “Türkoloji  dilçiliyin  tarixi”,  “Türkoloji  dilçiliyә 

giriş”,  “Türkoloji  dilçiliyin  әsasları”    vә  qısaca  olaraq  “Türkoloji  dilçilik”  kimi  әsәrlәr  vә  ya 

dәrsliklәr  yazılmamışdır.  Vә  hәmin  fәnlәrin  әsas  vә  fakultativ  dәrslәr  olaraq  tәdrisi  dә  Türk 

Cümhuriyyәtlәri universitetlәrindә sistematik olaraq hәyata keçirilmәmişdir. Hind-Avropa dillәri 

materialları  әsasında  yaradılmış  metodologiyaları,  ümumiyyәtlә,  ümumi  dilçiliyi  vә  çağdaş 

linqvistik  axınları  istiqamәtlәndirәcәk  nә  bir  araşdırma,  nә  dә  bir  açıqlamalı-linqviğstik 

biblioqrafiya  vә  ya  ensiklopediya  türkoloji  dilçilikdә  sözün  tam  mәnasında  daha  ortaya 

çıxmamışdır. Sözügedәn istiqamәtdә görülәn işlәr  isә әsas etibarilә bir neçә tәsviri sәciyyәdәki 

türkoloji dilçilik lüğәtindәn vә türkoloji dilçiliyin tarixinә dair yazılmış olan xronoloji-başlanğıc 

xarakterli әsәrdәn  (Кононов 1982; Eren 1998) ibarәtdir.   

Türkoloji dilçiliyin ümumi tarixi yazılmalıdır. Elә bu tarixә görә dә onun elmi әsasları 

müәyyәnlәşdirilmәlidir.  Hәmin elmi әsaslar müәyyәnlәşdirilәrkәn indiyә qәdәr ümumtürk dilinә 

dair yazılmış bütün fundamental işlәrdәn qırmızı bir xәtt kimi keçәn  әnәnәvi vә çağdaş linqvistik 

axınların bir-birini tamamlayan keçişlәrinә görә hәrәkәt edilmәlidir. Buna baxmayaraq, bu gün dә 

türk әdәbi dillәrinin çağdaş tәlim-tәdris yöntәmlәri vә işlәnilmә normaları sadәcә olaraq әnәnәvi 

dilçilik vә ya klassik türkologiyanın qaydalarına görә müәyyәnlәşdirilmәkdәdir. Ümumi türkoloji 

әnәnә  ilә  çağdaş  dilçilik  axınlarını  bir-birinә  bağlayan  linqvistik  bağlar  bir  çox  halda  nәzәrә 

alınmamaqdadır.     

Türkologiya  vә  ya  klassik  dilçilik  әnәnәsi  ilә  çağdaş  linqvistik  dәyişmәlәr  arasında 

sağlam  bir  sәlәf-xәlәf  әlaqәsi  vә  fikir  mübadilәsinin  olduğunu  da  bu  gün  söylәmәk  mümkün 

deyildir.  Sözügedәn  әlaqә  Türk  Cümhuriyyәtlәrindә  әsas  etibarilә  “türkologiya-dilçilik”  vә 

“türkoloq-dilçi”  vә  ya  “türkologiya-xarici  dil  vә  dilçilik  mәnşәli  mütәxәssislik  qarşılaşması” 

müstәvisindә  dәyәrlәndirilmәkdәdir.  Aparılan  elmi  mübahisәlәr  dә  sadәcә  ayrı-ayrı  linqvistik 

terminlәrin  vә  müxtәlif  imla  qaydalarının  müәyyәnlәşdirilmәsinә  bağlı  olaraq  ortaya 

çıxmaqdadır.  Ancaq  ümumtürkcә  vә  ya  türk  dili  bütövlükdә  çağdaş  yazı  dillәri,  dialektlәri  vә 

canlı danışıq şәkillәri ilә böyük bir dildir. O, hәm ümumi türkoloji xronologiya vә klassik dilçilik

hәm dә çağdaş linqvistik axınlar nәzәrә alınaraq öyrәnilmәlidir.  




62 

 

Birinci Türkoloji Qurultayın keçirlmәsinin 80 illik yubileyinә hәsr olunmuş Beynәlxalq 



Elmi  Konfransda  sözügedәn  problemlәrin  aktuallığı  vә  onların  çağdaş  linqvistikanın,  digәr 

humanitar vә dәqiq elmlәrin yöntәmlәri ilә çözümlәnә bilirliyi perspektivlәri mübahisә obyektinә 

çevrilmişdir.  Belә  ki,  bütövlükdә  türkologiyanın  vә  ayrılıqda  türkoloji  dilçiliyin  әsas 

problemlәrinin  müәyyәnlәşdirilmәsinә  vә  onların  çözümlәnmәsinә  dair  konkret  tәkliflәr  irәli 

sürülmüşdür (Musaoğlu 2006).   

 Bu kontekstdә türk dillәri vә dialektlәrinә dair yazılan hәr cür әnәnәvi sәciyyәli dilçilik 

araşdırmaları  tarixinin  tәsvir  olunması  vә  dövrlәşdirilmәsi  yönümündә  indiyә  qәdәr  müqayisәli 

olaraq  aparılan  türkoloji  işlәr  ilk  növbәdә  diqqәti  cәlb  edir.  Bunlardan  Krımskinin  (1930), 

Boqoroditskinin (1934; 1953), Sartbayevin (1962), Baskakovun (1969), Nurmaxanovanın (1971) 

Zeynalovun  (1970;  1974;  1975;  1981),  Kaydarovun  (1985)  vә  Xәlilovun  (2006)  әsәrlәri 

müqayisәli  türkoloji  dilçiliyin  tarixindә  önәmli  yer  tutur.  Hәmin  әsәrlәr  ayrılıqda  müqayisәli 

türkoloji  dilçiliyin  vә  bütövlükdә  türkologiya  elminin  araşdırılması,  öyrәnilmәsi  vә  tәdris 

olunması baxımından çox önәmlidir.     

Ancaq  sözügedәn  klassik  müqayisәli  әsәrlәrdә  müәyyәnlәşdirilәn  elmi-linqvistik 

yönümlәr  vә  yöntәmlәr  günümüzdә  çağdaş  Avrasiya  türkcәlәrindә  gerçәklәşәn  yeni  inkişaf 

meyllәrinin  öyrәnilmәsindә  tәsirsiz  vә  yetәrsiz  qalmaqdadır.  İndi  aparılan  monoqrafik 

araşdırmalarda,  yazılan  dәrs  kitablarında  vә  vәsaitlәrindә  çağdaş  dilçilik  elmindә  işlәnilәn  yeni 

yönüm  vә  yöntәmlәrdәn  çox  geniş  istifadә  olunmalıdır.  Çünki,  hәr  hansı  bir  canlı  dilin  vә  ya 

qohum  dillәrin  fonetik,  qrammatik,  leksik,  leksikoqrafik  vә  frazeoloji  quruluşuna  dair  aparılan 

işlәrdә sadәcә konkret dil işarәlәrinin tәsvir edilmәsi bu gün artıq qәnaәtbәxş hesab oluna bilmәz.   

Sözügedәn  qohum  vә  әn  yaxın  qohum  dillәr  vә  dialektlәr  dilin  dәrindәki  vә  üzdәki 

quruluşu  “fenomenlәrinin  funksionallığına  vә  semantikliyinә”  (Seçdirmә  bizimdir-M.M.)    vә 

onların 

dünyanın 

dil 

xәritәsi 



kontekstindә 

aparılan 

qavramlaşdırılmasına 

vә 


kateqoriyalaşdırılmasına görә açıqlanmalıdır.   

Bu  kontekstdә  türk  dillәrinin  qrammatikasına  dair  modern  dilçilik  yöntәmlәri  ilә 

aparılan  araşdırmalara  isә  bu  vә  ya  digәr  şәkildә  1970-ci  illәrdәn  bәri  tәsadüf  olunur.  Hәmin 

әsәrlәrә  aşağıdakılar  örnәk  olaraq  göstәrilә  bilәr  (Axматoв  1983;  Нoвoе  в  зaрубежнoй 

лингвистикe…  1987;  Чeрeмиcина  1988;  Бeрдалиeв  1989;  Нурмaнoв  1992;  Taтарcкая 

грамматика 1993; Musayev 1994; Uzun 1995; Abdullayev 1999;  Demircan 2003 vb.).  




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə