134
“Müqәddimәtül-әdәb” adlı әsәr mәşhur tәsfirçi, leksikoqraf alim Zәmahşәrinin (Ebu’l-
Ķāsım Cārullāh Mahmud Bin ‘Omar Bin Muhammed Bin Ahmed Ez-Zamahşari El-Hvarizmi)
1127-1144-cü illәrdә yazıb Xarәzmşah Atsıza tәqdim etdiyi әrәbcә praktik bir lüğәtdәn ibarәtdir
(Zәmahşәri, Yüce 1993: 5). Әsәrin müәllifinin özünün yazdığı әlyazma, tәәssüflәr olsun ki,
әlimizә gәlib çatmamışdır. Ancaq lüğәtin әsas nüsxәdәn surәti çıxardılan vә fars, türk, monqol vә
s. dillәrә tәrcümә edilmiş müxtәlif nüsxәlәri bir çox şәhәrin kitabxanasında saxlanılır. Sözügedәn
lüğәt türklәrin әrәb dilini öyrәnmәsi mәqsәdilә yazılmış vә sonralar türkoloji dilçilikdә vә
leksikoqrafiyada çox önәmli bir araşdırma-öyrәnilmә obyektinә çevrilmişdir. Bunun sәbәbi,
yuxarıda göstәrildiyi kimi, hәmin lüğәtin müxtәlif dillәrә, o cümlәdәn yazıldığı dövrün Xarәzm
türkcәsinә tәrcümә edilmәsi vә hәmin dillәrdә müxtәlif açıqlanmalrının verilmәsi olmuşdur.
Lüğәt haqqında yazılan hәmin elmi-leksikoqrafik işlәrin bir çoxu yayınlanmışdır (Zәmahşәri,
Yüce 1993: 12-23). Zәmahşәrinin lüğәti haqqında yazılmış әn son elmi-biblioqrafik mәtn Nuri
Yucenin Türkiyә Türkcәsindә “Ebu’l-Ķāsım Cārullāh Mahmud Bin ‘Omar Bin Muhammed Bin
Ahmed Ez-Zamahşari El-Hvarizmi. Mukaddimetü’l-Edeb” adı altında hazırladığı әsәrdir (1993).
Әsәrdә lüğәtin Xarәzm türkcәsinә edilmiş tәrcümәsi vә Şuşter nüsxәsi üzәrindә araşdırma
aparılmışdır.
2.2.1.2. Beqramalı Kadrinin “Müyyessiretü’l-Ulum” adlı әsәri
Bu әsәrlәrdәn Türkiyә türkcәsi haqqında türkcә olaraq yazılan ilk qrammatika kitabı
Beqramalı Kadrinin hazırladığı “Müyyessiretü’l-Ulum” әsәridir. Hәmin әsәrin әl yazması 1530-
cu ildә Qanuni Sultan Süleymanın sәdrәzәmi İbrahim Paşaya tәqdim edilmәk üçün
hazırlanmışdır. Әsәr 1946-cı ildә ilk dәfә olaraq Türk Dil Qurumunda işıq üzü görmüşdür. Esra
Karabacak sözügedәn qrammatika kitabının mükәmmәl әdәbi-tәnqidi mәtnini hazırlamış vә
hәmin mәtn 2002-ci ildә Türk Dil Qurumu tәrәfindәn yenidәn yayınlanmışdır.
Sözügedәn kitabda öncә sözün ümumi bir tәrifi verilir vә bütün sözlәr isim, feil vә әdat
olmaqla üç yerә bölünür. Sonra isә “bilmәk” feli әsas alınaraq sözügedәn felә dair әrәb dilindә
olduğu kimi örnәklәr gәtirilir. Türkcә bütün feil zamanlarının qrammatik açıqlanmaları da bu
şәkildә aparılır, şәkilçilәrin tәsdiq vә inkar, mәlum vә mәchul formaları göstәrilir vә hәr birinin
tәsriflәnmәlәrinә dair konkret nümunәlәr verilir. Hәmin hissәdә “ism-i zamân, ism-i âlet, ism-i
tasgîr, ism-i mensûb, ism-i tafdîl ve fiil-i taaccub üzәrindә ayrıca olaraq durulur. İkinci bölümdә
isә isimlәr açıqlanır. İsimlәrin növlәri, ismin halları, saylar, әvәzliklәr, zәrflәr, sual әdatları, tәyini
135
söz birlәşmәlәri vә quruluşları, cümlә tamlayıcıları (determinantlar), zәrflәr, ismi cümlәlәr, işarә
isimlәri (әvәzliklәri) vә әdatlar işıqlandırılır”( Karabacak 2002: 9).
Göründüyü kimi, sözügedәn kitab da әrәb diliçiliyi әnәnәlәrinә görә yazıldığından,
ümumtürk dilinin sintaktik özәlliklәri nitq hissәlәrinin ad//feil//әdat olaraq tәsnif olunduğu
bölümdә öyrәnilmişdir.
2.2.1.3. Әbu Hәyyanın “Kitâb al-İdrak li-lisân al-Atrâk” (Türklerin dil ve idrak
kitabı) adlı әsәri
Fuad Köprülü demişdir ki, Әbu-Hәyyanın sözügedәn әsәri türk filologiyası tarixindә
ayrıca bir müstәqil filoloji mәrhәlә tәşkil edir (Abû-Hayyân 1931:7). Kitabın әldә olan әn
mükәmmәl elmi-tәnqidi mәtnini hәmyerlimiz Әhmәd Cәfәroğlu hazırlamış vә 1931-ci ildә
İstanbulda yayınlatmışdır. Sözügedәn yayın daha öncәki bütün mövcud nәşrlәr әsasında bir
әdәbi-tәnqidi mәtn olaraq çox diqqәtlә hazırlanmışdır. Әhmәd Cәfәroğlu kitabın öncәki nәşrlәrini
tәnqidi şәkildә öyrәnәrәk katiplәrin bir çox yanlışını düzәltmiş vә onun müxtәlif әl
yazmalarındakı әksikliklәri son nüsxәdә müqayisәli olaraq ortadan qaldırmışdır. Belәliklә,
türkoloji dilçiliyin leksikoqrafik vә qrammatik biblioqrafiyası tarixindә ortaya çox nadir bir
yayın-kitab qoyulmuşdur.
Әbu Hәyyanın “Kitâb al-İdrak li-lisân al-Atrâk” adlı әsәrinin XIII-XIV yüzillәrdә
yazıldığı ehtimal olunur. Kitabın müәllifi Әndәlüs ülәmasından olan Әsirәd-din Әbu-Hәyyan
Mәhәmmәd-ibn Yusif-ibn Әli-ibn Yusifdir. Onun әsli bәrbәrdir. O, 1256-ci ildә Qrenadada
anadan olmuşdur. Әbu-Hәyyan bir neçә elmi mәrkәzdә qrammatika vә hәdis elmlәrini
öyrәndikdәn sonra Afrika vә Şimali Misirdә qәrar tutmuş vә bir çox әsәrini dә elә orada qәlәmә
almışdır.
Әbu Hәyyanın yazdığı bir çox elmi әsәrdәn әlimizә on beşi gәlib çatmışdır. Onlardan
biri dә “Kitâb al-İdrak li-lisân al-Atrâk” adlı haqqında bәhs edilәn mәşhur kitabıdır. Әbu-
Hәyyanın özünün dә dediyi kimi, sözügedәn әsәr türk dilinin lüğәti, onun morfologiya vә
sintaksisi (sәrf vә nәhvi) haqqında yazılmışdır. Müәllifin izahatından әsәrin konkret olaraq hansı
türk dilinә vә ya o dövrә görә türk dialektinә vә ya lәhcәsinә aid olduğu mәlum olmur. Ancaq
kitabın lüğәt bölmәsindә Türk dünyasına vә ümumәn türklәrә aid olan boy, lәhcә vә yer adlarının
işlәnildiyi dә müşahidә edilir. Bunlardan “qıpçaq vә türkmәn” adlarına daha çox, “tatar, bulqar,
136
toksuba, uyğur, Türküstan” kimi türk qәbilә, lәhcә vә yer adlarına isә daha az tәsadüf olunur
(Abû-Hayyân 1931: 9).
Ә. Cәfәroğlunun hazırladığı Әbu Hәyyana aid olan “Kitâb al-İdrak li-lisân al-Atrâk” adlı
әsәrin sözügedәn yayını “Başlanğıc”, “İxtisarlar”, “Lüğәt”, “Qrammatika” vә әsәrin әrәb әlifbası
ilә yazılmış orijinalından, yәni faksimelindәn ibarәtdir. “Başlanğıc”da kitabın müәllifi, onun
müxtәlif әl yazmaları, kitabda yer alan bölmәlәr, әsәrin yazılmasının mәqsәdi vә s. haqqınada
qısa mәlumat verilir. “İxtisarlar”da әsәrdә yer alan dillәrin, lәhcәlәrin vә elmi mәnbәlәrin
adlarının qısaltmaları ilә bәrabәr, kitabın mәtnindә işlәnilәn bәzi hәrflәrin transkrip işarәlәri dә
yer almışdır.
Lüğәt bölmәsi kitabın 131 sәhifәlik әn böyük hissәsini tәşkil edir (Abû Hayyân 1931: 1-
131). Burada sözlәr әlifba sırası ilә düzülmüş vә onların hansı mәnbәlәrdәn alındığı qarşısında
göstәrilmişdir. Bir neçә mәnası olan çoxmәnalı vә omonim sözlәrin mәnaları açıqlanmışdır.
Lüğәtin leksikoqrafik tәrkibi, tәbii ki, yazıldığı dönәmin ümumişlәk leksikasını ehtiva edir.
Feillәr sözügedәn lüğәtdә әsas etibarilә mәsdәr formaları ilә deyil, felin tәsriflәnәn sadә vә
mürәkkәb şәkillәrindә verilmişdir. Mәsәlәn, ağardı ‘qocaldı’; ‘ağardı, yәni ağ oldu’ (1931:1-2),
aldandı ‘bu günkü mәnasında’(1931:3), içirdi ‘bu günkü mәnasında’(1931: 37), taŋladı ‘tәәccüb
etdi’ (1931: 98) vә s.
Qrammatika bölmәsi kitabın 51 sәhifәlik ikinci böyük hissәsini tәşkil edir (Abû Hayyân
1931: 135-186). Hәmin bölmәdә ilk olaraq türk dilindә işlәnilәn mәnalı sözlәrin isimlәrdәn,
feillәrdәn vә hәrflәrdәn ibarәt olduğu göstәrilir (Abû Hayyân 1931: 135). Sonra isә ismә vә felә
mәxsus olan morfoloji özәlliklәr açıqlanır. Kitabda ayrı-ayrı morfoloji әlәmәtlәr çox vaxt hәrf
kimi izah edilir. Mәsәlәn, felin mәchul vә qayıdış növlәrini düzәldәn
0
n formadüzәldici leksik-
qrammatik әlamәtindәn “n” hәrfi vә onun әmәlә gәtirdiyi müstәqil mәnalar kimi danışılır (1931:
143). Bunun kimi “s,
0
b, t, d, q, k, ğ,
0
ş,
0
l, v” şәkilçilәri vә hәmin fonemlәrlә ifadә olunan bәzi
morfemlәrin funksional sәciyyәli komponentlәri dә müxtәlif mәnalar ifadә edәn hәrflәr olaraq
açıqlanır (1931: 143-150.).
Kitabda mürәkkәb sözlәrdәn, әvәzliklәrdәn vә zәrflәrdәn dә bәhs edilir (1931: 149-152).
Feil bәhsi isә kitabda әmr, keçmiş vә gәlәcәk zaman şәkillәri ilә öyrәnilir. Mübtәda vә xәbәrdәn
ismi vә feli xәbәrlәrdәn, mәsdәrlәrdәn, zaman vә yer zәrflәrindәn, hәtta hal kateqoriyasından da
kitabın feil bәhsindә danışılır (1931: 152-167). Sifәt mövzusu kitabda ayrıca olaraq işıqlandırılır
vә istәr sifәt bәhsindә, istәrsә dә digәr bәhslәrdә inversiyaya uğramış cümlәlәrә dair örnәklәr
Dostları ilə paylaş: |