137
gәtirilir. Mәsәlәn, “akil bir adam gördüm” yerinә “kördüm bir uslu är” (1931: 179) cümlә
konstruksiyasının türk dilindә işlәnilmәsi normal hesab edilir. Sifәtin cümlәdәki sintaktik
funksiyası ilә әlaqәdar olaraq “Pederi gidici olan adam kalktı” yerindә “turdı bir er kim atası
kitmiştir” (1931: 179) cümlәsinin işlәnilmәsinin mümkün olduğu göstәrilmişdir. Hәmin sintaktik
konstruksiya isә әslindә korrelyativ-tәyin mәnalı mürәkkәb cümlәdәn vә ya klassik terminologiya
ilә ifadә etsәk tәyin budaq cümlәli tabeli mürәkkәb cümlәdәn ibarәtdir.
Klassik türkologiyada şәrt dövrü olaraq adı keçәn şәrt kateqoriyasından vә onun sa
2
şәklindә ifadә olunan morfoloji-sintaktik әlamәtindәn sözügedәn kitabda ayrıca olaraq bәhs
olunmuşdur (1931: 183-185). Morfologiyada felin şәrt şәkli olaraq öyrәnilәn kateqoriya
sintaksisdә әsas etibarilә şәrt-güzәşt mәnalı mürәkkәb cümlәlәrin budaq cümlәsinin predikativ
mәrkәzlәrinin formalaşmasında özünü göstәrir. Maraqlıdır ki, kitabda sa
2
-dan bir şәrt hәrfi
olaraq bәhs edәn müәllifin sözügedәn mövzuya dair gәtirdiyi örnәklәrin çoxu elә koordinativ-şәrt
mәnalı mürәkkәb cümlәlәrdir vә ya kassik terminologiya ilә ifadә etsәk, şәrt budaq cümlәli tabeli
mürәkkәb cümlәlәrdir. Mәsәlәn: “Sencer turmuş olsa idi Sokur turmuş idi” (1931: 184).
Әbu Hәyyanın “Kitâb al-İdrak li-lisân al-Atrâk” adlı kitabında fonemlәr hәrflәr, söz
birlәşmәlәri vә cümlәlәr isә isim vә feil morfoloji әlamtlәrinin işlәnildiyi örnәklәr olaraq
işıqlandırılmışdır. Başqa bir sözlә, fonetika vә sintaksis mövzuları morfologiya bәhsinin
içәrisindә öyrәnilmişdir. Bu isә XI-XVIII yüzillәrdә әrәb dilçilik mәktәbi әnәlәrinә görә әrәb vә
türk dillәrindә yazılan qrammatika kitablarının әsas elmi-metodiki özәlliklәrindәn biri olmuşdur.
2.2.1.4. Molla Sâlihin “Eş-Şüzûr-üz-Zehebiyye vel-Kıtai’l-Ahmediyye fil-Lûgat-it-
Türkiyye” adlı әsәri
Sözügedәn kitabı Besim Atalay әrәb dilindәn türk dilinә çevirmiş vә 1949-cu ildә
İstanbulda yayınlatmışdır. Kitab orta әsrlәrdә, Misir vә Şimali Afrika torpaqları Osmanlı
dövlәtinin әlinә keçdikdәn sonra yazılmışdır. Kitabın әlimizdә iki nüsxәsi vardır. Birinci
nüsxәnin surәti Misirdә hicri tarixi ilә 1047-ci ildә çıxarılmışdır. Әsәrin müәllifi Molla Salih
Misirdә Әşrәfiyyә mәdrәsәsindә müdәrris, yәni müәllim olmuşdur. Bu kitab әrәblәrә vә daha çox
o vaxt Misiirin qazisi olan şәxsin Әhmәd adındakı oğluna türk dilini öyrәtmәk mәqsәdilә
yazılmışdır. Kitab dörd böyük bölmәdәn ibarәtdir. Birimci bölmәdә feillәrdәn, ikinci bölmәdә
isimlәrdәn, üçüncü bölmәdә әvәzliklәrdәn, dördüncü bölmәdә әrәb dilindәn türk dilinә keçmiş
ortaq sözlәrdәn bәhs edilir. Kitabın sonunda isә türk dilindә danışıq mәtnlәri vә cümlә qurma
138
örnәklәri verilmişdir ki, bu da o vaxta qәdәr hәr hansı bir qrammatika vә ya dәrs kitabında yer
almamışdır (Molla Salih 1949: 3-6).
2.2.1.5. “Ettuhfet-üz-Zekiyye fil-Lûgat-it-Türkiyye” (Türk dilinә zәrif hәdiyyә) adlı
әsәr
Sözügedәn әsәrin yazıldığı tarix vә müәllifi mәlum deyildir. Qeyd etmәk lazımdır ki,
“Ettuhfet-üz-Zekiyye fil-Lûgat-it-Türkiyye” adlı әsәrin yeganә nüsxәsi İstanbulda Bәyazıt
camisinin yanındakı Vәliddin Әfәndi Kitabxanasında 3092 nömrә ilә mühafizә olunur. Hәmin
әsәr XIII-XV yüzillәrdә Şimali Afrikada, Suriyada vә Fәlәstindә geniş yayılmış vә tәxminәn 250
il hökmranlıq sürmüş Mәmlük Sultanlığı vә ya başqa bir adı ilә Kölәmәnlәr sülalәsinin vә
ardıcıllarının rәsmi dövlәt dilinin qrammatikası haqqındadır. Hәmin dil isә, mәlum olduğu kimi,
Qıpçaq türkcәsi olmuşdur. Әsәr әrәblәrin türkcә öyrәnmәsi mәqsәdilә vә әrәb dilindә yazılmışdır.
Bu qrammatika kitabı haqqına elm alәminә ilk mәlumatı Fuat Köprülü 1922-ci ilin iyun ayında
bir Macar jurnalına yazdığı mәqalәsindә vermişdir (Atalay 1945: 11). Bundan sonra hәmin kitab
türkoloqların diqqәtini özünә cәlb etmişdir. Sözügedәn qrammatika kitabı Besim Atalay
tәrәfindәn 1945-ci ildә türk dilinә tәrcümә olunmuş vә 1945-ci ildә yayınlanmışdır. Kitabı
sonralar E. İ. Fazılov vә M. T Ziyaeva әrәb dilindәn “Изысканный дар тюркскому языку”
(1978) adı ilә rus dilinә tәrcümә etmişlәr. Әsәr әsas etibarilә iki hissәdәn tәşkil olunur. Birinci
hissә 78 sәhifәlik bir lüğәtdәn ibarәtdir. İkinci hissә isә türk dilinin vә ya qıpçaq türkcәsinin
qrammatikası haqqındadır (Atalay 1945: 15). Birinci hissәdә “Әsirgәyәn, yarğılayan Tanrının
adıyla! Tanrım yardım et!” başlığı altında öncә bu әsәrin hansı mәqsәdlә yazıldığı, qıpçaq
dialektindә hәrflәrin sayı vә әrәb әlifbası ilә yazılışı göstәrilir. Sonra isә isimlәr vә feillәr olaraq
qığçaq dialektindәki sözlәrin müxtәlif tematik mövzulardakı lüğәti verilir (Atlay 1945: 5-44).
Kitabın qrammatika hissәsi Besim Atalayın tәrcümәsindә 57 sәhifәlik bir yer tutur.
Burada, hәr şeydәn öncә, müәyyәnlik vә qeyri-müәyyәnlik anlayışları dövrün qrammatik diskurs
ortamında izah edilir vә müxtәlif qrammatik kateqoriyaları bir-birindәn ayıran fәrqlәr dә “ayrım
vә ya ayırma, ayrılma” adı altında göstәrilir. Kitabın qrammatika hissәsindә әn çox tatar
diyalektindәn vә bәzәn dә türkmәncәdәn konkret örnәklәr gәtirilir. Hәmin örnәklәrә әsasәn
qarışıq xarakterli linqvistik-filoloji açıqlanmalar verilir. Hәmin açıqlanmalar da әsasәn aşağıda
göstәrilәn nitq hissәlәri vә müәyyәn qrammatik kateqoriyalar haqqında olur: