58
Suyun neft məhsullarından tam təmizlənməsi tələb olunduqda toz
ağacının aktiv kömüründən, yaxud məsaməli perlitlə doldurulmuş cərəyanlı
yuyucu süzgəclərdən təmizlənmə effekti 70-90% çatmış olur.
Qeyd etmək lazımdır ki, hər bir təmizlənmə üsulunun effektliyi neft
məhsullarının konsentrasiyasından və onun dispers tərkibindən asılıdır. Neft
tutucuları, ölçüləri 80-100 mkm və böyük olan neft məhsulları ilə çirklənmiş
suları daha çox səmərəli təmizləyir. Kiçik ölçülü neft məhsullarını ayrımaq
üçün onların ölçülərini xeyli böyütmək lazım gəlir. Bu isə iqtisadi cəhətdən
əlverişli deyildir. Ona görə də növbəti yəmizləmə prosesi flotatorlarda
aparılır və yaxşı nəticələr almaq olur. Daha kiçik neft məhsullarını tutmaq
üçün isə süzgəclərdən istifadə edilir.
Belə qurğuların birlikdə ardıcıl tətbiqi ilə suyun tam təmizlənməsi
aşağıdakı texnoloji sxem vasitəsilə həyata keçirilir. Lakin, hər hansı şərait
üçün təmizlənmiş suyun keyfiyyəti tələb olunan normaya uyğun olmalıdır.
Neftli suların təmizlənməsi sahəsində geniş tətbiq edilən texnoloji
sxemlərdən biri şəkil 10-da verilmişdir. Burada müxtəlif proseslərdən
axıdılan və neftə görə müxtəlif çirklənmə dərəcəsinə malik olan bütün tullantı
suları əvvəlcə ortalaşdırıcı çənlərə yığılır.
Bu çənlərdə əvvəlcə iri neft məhsullarının ayrılması gedir. Iri neft
maddələrindən ayrılmış çirkab su neft tutucusuna, ordan da aralıq çəninə
daxil olur. Aralıq çənindən götürülən neftli su nasos vasitəsilə flotatora
verilir. Belə sxemlərdə ehtiyat üçün koaqulyasiya təsərrüfatı da nəzərdə
tutulur.
Neft məhsullarından təmizlənmiş su əvvəlcə ikinci aralıq çənlərə, sonra
isə süzgəclərə verilir. Süzgəclər iki pilləli olur. I pillə iki təbəqəli olur və
kvars qumu və antrasit dənələri, II pillə isə aktiv kömür ilə yüklənir. Süzücü
materialın hündürlüyü 2,5 m olur. Bəzən adsorbsiya süzgəclərinin əvəzinə
cərəyanlı yuyucu süzgəclər də götürülür.
59
Şəkil 10. Neft məhsulları ilə çirklənmiş suların təmizlənməsi
qurğusunun texnoloji sxemi
1-qəbuledici çən, 2-neft tutucu, 3-aralıq çən, 4-flotator, 5-basqılı tutum,
6-ejektor, 7-mazut qəbuledici, 8-mexaniki süzgəc, 9-kömür süzgəsi, 10-
yuyucu su çəni, 11-resiver, 12-kompressor, 13-nasos, 14-koqaqulyant
məhlulu
Süzücü materialı neft materiallarından yumaq üçün temperaturu 60-70
0
C
olan isti sudan istifadə edilir. Yuyucu su yuma prosesindən sonra ortalaşdırıcı
çənə verilir.
Bu sxem ilə suyun neft məhsullarından təmizlənməsi 95% qədər ola bilir
və girişdə çirkab suyun tərkibində neft və neft məhsullarının konsentrasiyası
təmizləmə prosesinə təsir etmir.
60
Belə sxemlərdə tərkibində 30 mq/kq neft məhsulları olan suları 1 mq/kq
qədər təmizləmək mümkün olur. Belə suları xam su ilə birlikdə dövriyyəyə
qaytarmaq olar.
Tullantı və təzə suların sərfini azaltmaq məqsədilə neft emalı zavodlarında
hava kondensator-soyuducularından hazırda geniş istifadə edilir. Müasir neft emalı
zavodlarında suyun dövretmə sistemindən də istifadə edilir. Dövr etdirilən suyun
müəyyən hissəsi buxarlanaraq atmosferə getdiyi üçün suda duz və digər zərərli
birləşmələrin qatılığı artır. İtkinin qarşısını almaq və suyun tərkibini sabit
saxlamaq üçün sistemə fasiləsiz təzə su əlavə edilir. Sistemdə dövr etdirilən su
çirklənəndə tullantı kimi sistemdən kənar edilib, əvəzinə təzə su verilir.
Təmizləmə sistemi mexaniki (çökdürmə), fiziki-kimyəvi və biokimyəvi
təmizləmə üsullarının vəhdətini təşkil edir.
Məhsuldarlığı yüksək olan müasir neft emalı zavodlarında tullantı sularının
96-97 %-i təkrar istifadə olunur.
Atmosferin çirklənməsinin qarşısını əsaslı şəkildə almaq üçün tullantı suları
alınmayan müəssisələr yaradılmalıdır. Eyni zamanda bəzi yeni zavodlarda
aşağıdakı tədbirləri görmək lazımdır:
Tərkibində neft olan az minerallaşmış tullantıları biokimyəvi üsulla
təmizləyib sistemə qaytarmaq;
Yüksək minerallaşmış tullantı suları buxara çevirib, kondensləşdirib ya
sistemə qaytarmaq, ya da texnoloji məqsədlər üçün işlətmək;
Atmosferin çöküntülərindən və biokimyəvi üsulla təmizlənmiş kommunal
yığıntı sularından zavodlarda istifadə etmək;
Kombinə edilmiş iri qurğuların tətbiqi atmosferin karbohidrogenlərlə və
hidrogen-sulfidlə çirklənməsinin qarşısını müəyyən qədər almağa, suya xeyli
qənaət etməyə imkan verir.
61
3.3. XAM NEFTİN EMALI PROSESİNDƏ YARANAN
TULLANTILARIN ƏTRAF MÜHİTƏ VURDUĞU İQTİSADİ
ZƏRƏRİN HESABLANMASI
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında neftin müstəsna rolu
vardır. Bu gün ölkənin neft emalı müəssisələrinin qarşısında duran başlıca məsələ
son on ildə qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və əhalinin
neftə olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir.
XXI əsrdə baş verən elmi-texniki tərəqqi məhsuldar qüvvələrin sürətli
inkişafı, istehsalın və əhalinin böyük və iri şəhərlərdə yüksək səviyyədə
təmərküzləşməsi müsbət nəticələrlə bərabər, həm də kəskin mənfi nəticələr
doğurmuşdur. Təbiət-cəmiyyət-istehsal arasındakı münasibətlər ziddiyyətli
xarakter almış, ətraf mühit kəskin formada çirklənmiş və istehsala, əhalinin
sağlamlığına böyük ziyan vurmuşdur.
Uzun illər mütərəqqi texnoloji prosesin olmaması və neft sənayesinin sürətlə
inkişafı iqtisadi-ekoloji sistemin həddən artıq çirklənməsinə səbəb olmuşdur. Eyni
zamanda çoxlu torpaq sıradan çıxmış, sular çirklənmiş və özünün əvvəlki
imkanlarını itirmişdir. Nəticədə cəmiyyətə böyük iqtisadi və sosial ziyan dəymiş,
əhalinin sağlamlığının qorunması qarşısına ciddi problemlər çıxmışdır.
Müasir şəraitdə texnika və texnologiyanın inkişaf səviyyəsi ətraf mühitin
çirklənməsinin obyektiv səbəbidir və ona təsir edən amillər aşağıdakılardır: texnika
və texnologiyaların müasir tələblərə cavab verməməsi, əməyin elmi əsaslarla təşkil
olunmaması, avadanlıqların istismar müddətinin normadan çox olması, texnoloji
proseslərin pozulması və.s
Katalizator arsenalı artır, reaktivlər, səthilik, başqa qorxulu zəhərli maddələr,
mürəkkəb kimyəvi proses şəkilində tətbiq edilir.
Müasir dövrün problemləri sırasında ekoloji gərginliyin aradan qaldırılması,
təbiəti mühafizə və təbii ehtiyyatlardan səmərəli istifadə edilməsi mühüm
yerlərdən birini tutur. Təbii şərait, iqtisadi və sənaye potensialı, təbii ehtiyyatlar
Dostları ilə paylaş: |