Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix10.11.2017
ölçüsü0,59 Mb.
#9590
1   ...   15   16   17   18   19   20   21   22   23

58 

 

Suyun  neft  məhsullarından  tam  təmizlənməsi  tələb  olunduqda  toz 



ağacının  aktiv  kömüründən,  yaxud  məsaməli  perlitlə  doldurulmuş  cərəyanlı 

yuyucu süzgəclərdən təmizlənmə effekti 70-90% çatmış olur. 

Qeyd  etmək  lazımdır  ki,  hər  bir  təmizlənmə  üsulunun  effektliyi  neft 

məhsullarının  konsentrasiyasından  və  onun  dispers  tərkibindən asılıdır.  Neft 

tutucuları, ölçüləri 80-100 mkm və böyük olan neft məhsulları ilə çirklənmiş 

suları  daha  çox  səmərəli  təmizləyir.  Kiçik  ölçülü  neft  məhsullarını  ayrımaq 

üçün  onların ölçülərini  xeyli  böyütmək lazım  gəlir. Bu  isə iqtisadi  cəhətdən 

əlverişli  deyildir.  Ona  görə  də  növbəti  yəmizləmə  prosesi  flotatorlarda 

aparılır  və  yaxşı  nəticələr  almaq  olur.  Daha  kiçik  neft  məhsullarını  tutmaq 

üçün isə süzgəclərdən istifadə edilir. 

Belə  qurğuların  birlikdə  ardıcıl  tətbiqi  ilə  suyun  tam  təmizlənməsi 

aşağıdakı  texnoloji  sxem  vasitəsilə  həyata  keçirilir.  Lakin,  hər  hansı  şərait 

üçün təmizlənmiş suyun keyfiyyəti tələb olunan normaya uyğun olmalıdır. 

Neftli  suların  təmizlənməsi  sahəsində  geniş  tətbiq  edilən  texnoloji 

sxemlərdən  biri  şəkil  10-da  verilmişdir.  Burada  müxtəlif  proseslərdən 

axıdılan və neftə görə müxtəlif çirklənmə dərəcəsinə malik olan bütün tullantı 

suları əvvəlcə ortalaşdırıcı çənlərə yığılır. 

Bu  çənlərdə  əvvəlcə  iri  neft  məhsullarının  ayrılması  gedir.  Iri  neft 

maddələrindən  ayrılmış  çirkab  su  neft  tutucusuna,  ordan  da  aralıq  çəninə 

daxil  olur.  Aralıq  çənindən  götürülən  neftli  su  nasos  vasitəsilə  flotatora 

verilir.  Belə  sxemlərdə  ehtiyat  üçün  koaqulyasiya  təsərrüfatı  da  nəzərdə 

tutulur. 

Neft məhsullarından təmizlənmiş su əvvəlcə ikinci aralıq çənlərə, sonra 

isə  süzgəclərə  verilir.  Süzgəclər  iki  pilləli  olur.  I  pillə  iki  təbəqəli  olur  və 

kvars qumu və antrasit dənələri, II pillə isə aktiv kömür ilə yüklənir. Süzücü 

materialın  hündürlüyü  2,5  m  olur.  Bəzən  adsorbsiya  süzgəclərinin  əvəzinə 

cərəyanlı yuyucu süzgəclər də götürülür. 



59 

 

 



 

 

Şəkil  10.  Neft  məhsulları  ilə  çirklənmiş  suların  təmizlənməsi 



qurğusunun texnoloji sxemi 

1-qəbuledici çən, 2-neft tutucu, 3-aralıq çən, 4-flotator, 5-basqılı tutum, 

6-ejektor,  7-mazut  qəbuledici,  8-mexaniki  süzgəc,  9-kömür  süzgəsi,  10-

yuyucu  su  çəni,  11-resiver,  12-kompressor,  13-nasos,  14-koqaqulyant 

məhlulu 

 

Süzücü materialı neft materiallarından yumaq üçün temperaturu 60-70



0

olan isti sudan istifadə edilir. Yuyucu su yuma prosesindən sonra ortalaşdırıcı 



çənə verilir. 

Bu sxem ilə suyun neft məhsullarından təmizlənməsi 95% qədər ola bilir 

və girişdə çirkab suyun tərkibində neft və neft məhsullarının konsentrasiyası 

təmizləmə prosesinə təsir etmir. 




60 

 

Belə sxemlərdə tərkibində 30 mq/kq neft məhsulları olan suları 1 mq/kq 



qədər  təmizləmək  mümkün  olur.  Belə  suları  xam  su  ilə  birlikdə  dövriyyəyə 

qaytarmaq olar. 

Tullantı  və  təzə  suların  sərfini  azaltmaq  məqsədilə  neft  emalı  zavodlarında 

hava kondensator-soyuducularından hazırda geniş istifadə edilir. Müasir neft emalı 

zavodlarında  suyun  dövretmə  sistemindən  də  istifadə  edilir.  Dövr  etdirilən  suyun 

müəyyən  hissəsi  buxarlanaraq  atmosferə  getdiyi  üçün  suda  duz  və  digər  zərərli 

birləşmələrin  qatılığı  artır.  İtkinin  qarşısını  almaq  və  suyun  tərkibini  sabit 

saxlamaq  üçün  sistemə  fasiləsiz  təzə  su  əlavə  edilir.  Sistemdə  dövr  etdirilən  su 

çirklənəndə tullantı kimi sistemdən kənar edilib, əvəzinə təzə su verilir. 

Təmizləmə  sistemi  mexaniki  (çökdürmə),  fiziki-kimyəvi  və  biokimyəvi 

təmizləmə üsullarının vəhdətini təşkil edir. 

Məhsuldarlığı  yüksək  olan  müasir  neft  emalı  zavodlarında  tullantı  sularının 

96-97 %-i təkrar istifadə olunur.  

Atmosferin  çirklənməsinin  qarşısını  əsaslı  şəkildə  almaq  üçün  tullantı  suları 

alınmayan  müəssisələr  yaradılmalıdır.  Eyni  zamanda  bəzi  yeni  zavodlarda 

aşağıdakı tədbirləri görmək lazımdır: 

  Tərkibində  neft  olan  az  minerallaşmış  tullantıları  biokimyəvi  üsulla 

təmizləyib sistemə qaytarmaq; 

  Yüksək  minerallaşmış  tullantı  suları  buxara  çevirib,  kondensləşdirib  ya 

sistemə qaytarmaq, ya da texnoloji məqsədlər üçün işlətmək; 

  Atmosferin  çöküntülərindən  və  biokimyəvi  üsulla  təmizlənmiş  kommunal 

yığıntı sularından zavodlarda istifadə etmək; 

Kombinə  edilmiş  iri  qurğuların  tətbiqi  atmosferin  karbohidrogenlərlə  və 

hidrogen-sulfidlə  çirklənməsinin  qarşısını  müəyyən  qədər  almağa,  suya  xeyli 

qənaət etməyə imkan verir. 

 

              




61 

 

3.3. XAM NEFTİN EMALI PROSESİNDƏ YARANAN 



TULLANTILARIN ƏTRAF MÜHİTƏ VURDUĞU İQTİSADİ 

ZƏRƏRİN HESABLANMASI 

 

Azərbaycan  Respublikasının  sosial-iqtisadi  inkişafında  neftin  müstəsna  rolu 

vardır.  Bu  gün ölkənin  neft emalı  müəssisələrinin qarşısında duran başlıca  məsələ 

son  on  ildə  qazanılmış  uğurları  möhkəmləndirməkdən,  iqtisadiyyatın  və  əhalinin 

neftə olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. 

XXI  əsrdə  baş  verən  elmi-texniki  tərəqqi  məhsuldar  qüvvələrin  sürətli 

inkişafı,  istehsalın  və  əhalinin  böyük  və  iri  şəhərlərdə  yüksək  səviyyədə 

təmərküzləşməsi  müsbət  nəticələrlə  bərabər,  həm  də  kəskin  mənfi  nəticələr 

doğurmuşdur.  Təbiət-cəmiyyət-istehsal  arasındakı  münasibətlər  ziddiyyətli 

xarakter  almış,  ətraf  mühit  kəskin  formada  çirklənmiş  və  istehsala,  əhalinin 

sağlamlığına böyük ziyan vurmuşdur. 

Uzun  illər  mütərəqqi texnoloji  prosesin olmaması  və  neft sənayesinin sürətlə 

inkişafı iqtisadi-ekoloji sistemin həddən artıq çirklənməsinə səbəb olmuşdur. Eyni 

zamanda  çoxlu  torpaq  sıradan  çıxmış,  sular  çirklənmiş  və  özünün  əvvəlki 

imkanlarını  itirmişdir.  Nəticədə  cəmiyyətə  böyük  iqtisadi  və  sosial  ziyan  dəymiş, 

əhalinin sağlamlığının qorunması qarşısına ciddi problemlər çıxmışdır.  

Müasir  şəraitdə  texnika  və  texnologiyanın  inkişaf  səviyyəsi  ətraf  mühitin 

çirklənməsinin obyektiv səbəbidir və ona təsir edən amillər aşağıdakılardır: texnika 

və texnologiyaların müasir tələblərə cavab verməməsi, əməyin elmi əsaslarla təşkil 

olunmaması,  avadanlıqların  istismar  müddətinin  normadan  çox  olması,  texnoloji 

proseslərin pozulması və.s  

Katalizator arsenalı artır, reaktivlər, səthilik, başqa qorxulu zəhərli  maddələr, 

mürəkkəb kimyəvi proses şəkilində tətbiq edilir. 

Müasir  dövrün  problemləri  sırasında  ekoloji  gərginliyin  aradan  qaldırılması, 

təbiəti  mühafizə  və  təbii  ehtiyyatlardan  səmərəli  istifadə  edilməsi  mühüm 

yerlərdən  birini  tutur.  Təbii  şərait,  iqtisadi  və  sənaye  potensialı,  təbii  ehtiyyatlar 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə