42
Azərbaycan iqtisadiyyatında iqtisadi artımı ləngidən ən ciddi amillərdən biri
də təkrar istehsal dövrünün deformasiyadır. Bu, özünü daha çox fondların
yenilənməsində göstərir. 2005-20149-cu illər ərzində sənaye sahələri üzrə əsas
fondların yenilənməsi orta hesabla 4.8-dən 10.4-ə yüksəlib. Bu dövr ərzində əsas
fondların yenilənməsi mədənçıxarma sənayesindəneft və qaz hasilatında) 6.5,
toxuculuq sənayesində 5.9, dəri və dəridən məmulatları istehsalında 17.5, rezin və
plastmas məmulatları istehsalında 30.1, maşın və avadanlıqlar istehsalında 19.3
olmuşdur. Bu onu göstərir ki, sənayenin əksər sahələrində texnogen risk həddinə
çatmış və fiziki cəhətdən aşınmış avadanlıqlardan hələ yaxın gələcəkdə istifadə
ediləcəkdir. Təbii ki, belə avadanlıqlarla rəqabətqabiliyyətli məhsul istehsal etmək
mümkün deyil.
Azərbaycan sənayesində mövcud vəziyyətin səbəblərindən biri də əsas
istehsal fondlarının yenilənməsi ilə əlaqədar qoyulan investisiyaların yetərli
olmamağıdır. 2005-2014-ci illərdə sənaye sahəsinə yönəldilən investisiyaların
həcminin 1,9 dəfəyə yaxın artmasına baxmayaraq, onun əsas hissəsi, yəni 64.7-
dən çoxu neft-qaz sahəsinə yönəldilmişdir. Lakin bu məbləğ də, yuxarıda qeyd
edildiyi kimi, neft-qaz hasilatındakı avadanlıqların yenilənməsinə əhəmiyyətli
təsir göstərə bilməmişdir.
2014-cu ildə ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş daxili investisiya
mənbələrinin 49.4-ni müəssisə və təşkilatların öz vəsaitləri təşkil etmişdir. Daxili
investisiya mənbələrində büdcə vəsaitlərinin həcmi əvvəlki illə müqayisədə 2.1
dəfə artaraq 35.0-ə çatmışdır. Əhalinin şəxsi vəsaitləri, bank kreditləri və
büdcədən kənar fondların vəsaitləri isə birlikdə 15-dən bir qədər artıq olub.
Qeyd etmək lazımdır ki, bütün bu problemlərin ölkə iqtisadiyyatı
səviyyəsində kompleks həlli, başqa sözlə, ölkə iqtisadiyyatının əhəmiyyətli geniş
təkrar istehsalı rejiminə keçirilməsi bir sıra vacib institusional dəyişikliklər
aparmadan qeyri-mümkündür.
Azərbaycanın təbii ehtiyatlarla zənginliyi, əlverişli coğrafi mövqedə
yerləşməsi yaxın perspektivdə iqtisadi artımın daha da sürətlənməsi və istehsalın
artırılması üçün geniş potensial imkanlar yaradır. Sərbəst istehsal güclərinin və
43
əlavə işçi qüvvəsinin mövcudluğu, həmçinin orta keyfiyyətli idxal mallarının
yerli istehsalla əvəz edilməsi imkanlarının olması gələcəkdə ölkə iqtisadiyyatında
əlavə artım potensialı yarada bilər. Belə ki, Azərbaycanda sənaye müəssisələrinin
80-i öz potensial gücləri ilə işləmir və müəssisələrində məşğul olan işçilərin 25-ə
qədəri istehsal proseslərində tam məhsuldarlıqla fəaliyyət göstərmir.
Bu potensial imkanlardan və ümumilikdə iqtisadiyyatda mövcud olan indiki
vəziyyətdən istifadə edərək iqtisadi artımın yuxarıda göstərilən problemlərini
aradan qaldırmaq və dayanıqlı inkişafın təmin olunmasını xeyli dərəcədə
reallaşdırmaq mümkündür.
Cədvəl 2.4.
Dünya ölkələrində iqtisadi artım templəri (-lə)
1993 -
2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2016
Dünya
3.3
3.6
4.9
4.6
5.3
5.4
2.8
-0.7
5.1
4
4.9
İnkişaf etmiş
ölkələr
2.8
1.9
3.1
2.7
3.1
2.8
0.1
-3.7
3.1
1.6
2.7
İnkişaf etməkdə
olan ölkələr
4.1
6.2
7.5
7.3
8.2
8.9
6
2.8
7.3
6.4
6.7
MDB ölkələri,
Gürcüstan və
Monqolustan
-1.2
7.7
8.1
6.7
8.9
8.9
5.3
-6.4
4.6
4.6
4.2
Azərbaycan
-1.4
10.5
10.2
26.4
34.5
25
10.8
9.3
5
0.2
2.3
Rusiya
-0.9
7.3
7.2
6.4
8.2
8.5
5.2
-7.8
4
4.3
3.8
Ermənistan
4.4
14
10.5
13.9
13.2
13.7
6.9
-14
2.1
4.6
4
Gürcüstan
...
11.1
5.9
9.6
9.4
12.3
2.4
-3.8
6.4
5.5
5
Qazaxıstan
0.3
9.3
9.6
9.7
10.7
8.9
3.2
1.2
7.3
6.5
6.4
Özbəkistan
1.9
4.2
7.4
7
7.5
9.5
9
8.1
8.5
7.1
6
Dünya ölkələrində iqtisadi inkişafın əsas məqsədi həyat səviyyəsinin
keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bu, yalnız əhalinin gəlirlərinin artırılmasında
deyil, həmçinin yüksək təhsil və səhiyyə imkanlarından istifadədə, normal
qidalanmada, yoxsulluğun azaldılmasında, ətraf mühitin qorunmasında, şəxsi
azadlıqların genişləndirilməsində və mədəni həyatın təmin edilməsində öz əksini
tapmalıdır.
Dünya ölkələrinin praktikasından aydın olur ki, iqtisadiyyatda əmək
məhsuldarlığının və səmərəliliyinin artırılması, enerji effektivliyinin təmin
edilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı üçün zəruri olan şəraitin yaradılması,
elmi-texniki tərəqqiyə nail olmaq, resurslara qənaət etmək və təsərrüfat