1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSADİ UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Əlyazması hüququnda
Şirinov Taği Xanverdi oğlu
MÖVZU: “iqtisadi artım və geniş təkrar istehsalın investisiya peoblemləri”
Mövzusunda
MAGISTR DISSERTASIYASI
Istiqamətin şifri və adı:
060404 “İqtisadiyyat”
Ixtisaslaşmanın adı:
“İqtsadi nəzəriyyə”
Elmi rəhbər:
prof. Babayev Ə.P.
Magistr proqramnın rəhbəri:
prof. Babayev Ə.P.
Kafedra müdiri:
prof. Babayev Ə.P.
Bakı 2015
2
MÜNDƏRİCAT
GİRİŞ
3-8
I FƏSİL
İQTİSADİ ARTİM, TƏKRAR İSTEHSAL VƏ İNVESTİSİYANIN
NƏZƏRİ METODOLOJİ ƏSASLARI VƏ MƏNBƏLƏRİ
9-32
1.1. İqtisadi artım modellərini müəyyən edən nəzəriyyələr və metodoloji
yanaşmalar
9-16
1.2. İqtisadi artımın amillərinin əsas meyarları və milli iqtisadiyyatın
inkişafında onların rolu
16-25
1.3. Investisiyanın məzmunu və iqtisadi inkişafda onun rolu
25-32
II FƏSİL
AZƏRBAYCANDA IQTISADI ARTIM ƏSAS MƏRHƏLƏLƏRİ
VƏ
İNVESTİSİYA
FƏALİYYƏTİNİN
MÖVCUD
VƏZİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
33-53
2.1. Azərbaycanda iqtisadi artımın əsas mərhələləri və iqtisadi artımın
Azərbaycan modeli
33-48
2.2. Azərbaycanda investisiya fəaliyyətinin və təkrar istehsalın
mövcud vəziyyətinin təhlili
48-53
III FƏSİL
QLOBALLAŞMA ŞƏRAİTİNDƏ İQTİSADİ ARTIM VƏ GENİŞ
TƏKRAR İSTEHSALIN İNVESTİSIYA PROBLEMLƏRİNİN
HƏLLİ YOLLARI
54-78
3.1. Qloballaşma şəraitində iqtisadi artımın və geniş təkrar istehsalin
vəzifələri və iqtisadi sabitliyinin təmin olunmasının əsas
istiqamətləri
54-68
3.2. Azərbaycanda investisiya qoyuluşlarının prioritetləri
69-78
NƏTİCƏ VƏ TƏKLİFLƏR
79-83
ƏDƏBİYYAT
84-89
3
GİRİŞ
Mövzunun aktuallığı. XX əsrin sonu və XXI əsrin əvvəllərində dünya
iqtisadiyyatının inkişafı və təsərrüfat həyatının beynəlmiləlləşməsinin ən mühüm
nəticəsi qloballaşma hesab olunur. İqtisadiyyat elmində qloballaşmanın müsbət və
mənfi tərəfləri ilə bağlı müxtəlif baxışlar mövcuddur. İstənilən halda, qloballaşmanın
ən mühüm üstünlüyü onda təzahür edir ki, bu prosesin nəticəsində dövlətlər,
təşkilatlar və insanlar arasında informasiya mübadiləsi sürətlənir və genişlənir.
Qloballaşma prosesi insanlara müxtəlif ölkələrdəki siyasi, iqtisadi, hüquqi və sosial
fərqlilikləri müqayisə etməyə və daha yaxşılarını öz cəmiyyətlərində və həyatlarında
tətbiq etməyə şərait yaradır. Adətən, belə fərqlər, totalitar dövlət iqtisadiyyatından
bazar prinsiplərinə əsaslanan sərbəst iqtisadi sistemə keçid üçün islahatlar keçirən
ölkələrdə özünü daha kəskin şəkildə büruzə verir. Məhz buna görə də, son 20-25 ildə
iqtisadiyyat elmində sosializmin yaratdığı problemlər, özəl mülkiyyətin təşəkkülü və
inkişafı, həmçinin, iqtisadi artım, onun mənbələri və əsas amilləri kimi məsələlər
geniş müzakirə obyektinə çevrilmişdir.
Dünya ölkələrində iqtisadi artımın və geniş təkrar istehsalın təmin olunmasında
innvestisiya amillərdən də istifadə edilməsi sabit və dönməz xarakter almaqdadır. Bu
baxımdan, iqtisadi artım və geniş təkrar istehsalın innvestisiya amillərilə əlaqəsi və
innvestisiya siyasətinə əsaslanan inkişaf modelləri prinsiplərinin nəzərdən keçirilməsi
zərurəti meydana çıxıb. Bu da öz növbəsində, iqtisadi artımın və geniş təkrar
istehsalın, iqtisadi inkişafın innvestisiya millərinin sistemli tədqiqini tələb edir.
Beləliklə, innvestisiyanın müxtəlif formalarının genişlənməsi yolu ilə dayanıqlı
iqtisadi inkişafın əldə edilməsi dünyanın əksər ölkələrində iqtisadi siyasətin prioritet
istiqamətlərinə çevrilir. Son illərdə dünya bazarında neftin və digər enerji
daşıyıcılarının qiymətinin kəskin artmasına, böhranlara və təbii fəlakətlərə
baxmayaraq, dünya iqtisadiyyatında iqtisadi artımın baş verməsində ölkələrarası mal
və xidmət ticarətinin intensivləşməsi mühüm rol oynayıb.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın dünya iqtisadiyyatına
inteqrasiyası, onun müasir dünyada, ikitərəfli və regional əməkdaşlıqda yeri,
beynəlxalq təşkilatlarla əlaqələri və s. mühüm müzakirə obyektinə çevrilməkdədir.