10
miqdarı istehsalda tətbiq olunan əməyin miqdarından və işçilərin sayından, həmçinin
əmək məhsuldarlığından asılıdır. Buna görə də əmək məhsuldarlığı yüksək olan
mədəni xalqlar daha çox sərvət yaradır və yaxşı yaşayırlar [22]. İqtisadi artım
probleminin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O,
"Kapitalı"ın II cildində ictimai istehsalın iki böyük bölmədən, istehsal vasitələri
istehsalı və istehlak şeyləri istehsalından ibarət olduğunu göstərmiş və onların
arasındakı tarazlıq şərtlərini aşkara çıxarmışdır [48]. Şübhəsiz ki, Keyns də iqtisadi
artımla bağlı mühüm tədqiqatlaraparıb. Keynsçi baxışlar sisteminin əsas müddəaları
C.M. Keynsin «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» (1936) əsərində
öz əksini tapıb. Keyns iqtisadiyyatın bazar mexanizmi vasitəsilə özünü tənzim etməsi
haqqında neoklassik nəzəriyyəni qəbul etmir. O, göstərir ki, təbii inkişaf edən bazar
iqtisadiyyatı ideal sistem deyil, bu sistemə iqtisadi sarsıntılar xasdır. O hesab edir ki,
azad iqtisadi sistem maddi və əmək resurslarından dolğun və səmərəli istifadə
olunmasını, həmçinin iqtisadiyyatın fasiləsiz artımına sərbəst şəraitin yaradılmasını
təmin edə bilmir. Keyns bazar iqtisadiyyatını saxlayıb, yalnız onu dövlət siyasətilə
düzəltməyi təklif edir [45].
Keyns modelinə əsasən, makroiqtisadi tarazlığın təmin olunmasında tələb
həlledici rol oynayır. Tələbin həlledici ünsürü isə multiplikator vasitəsilə mənfəətin
artmasını təmin edən investisiyalardır. Keynsçilər istehsal amillərinin və onların bir-
birini qarşılıqlı əvəz etməsinin səmərəliliyi haqqında neoklassik baxışları
dəstəkləmirlər.
XX əsrin ortalarında keynsçi nəzəriyyəsinin davamı olaraq neokeynsçilik
nəzəriyyəsi formalaşdı. Bu nəzəriyyənin yaradıcılarından biri dinamik iqtisadi artım
modelini irəli sürən ingilis iqtisadşısı R.Harrod olub. R.Harrodun 1948-ci ildə dərc
etdirdiyi «İqtisadi dinamika nəzəriyyəsinə dair» monoqrafiyası onu müharibədən
sonrakı keynsçiliyin lideri və neokeynsçi dinamika nəzəriyyəsinin banisi kimi
tanıtdı. Harrodun metodologiyası mahiyyətcə Keynsin metodologiyasına yaxın idi.
Yəni bunların hər ikisində arpegir makroiqtisadi göstəricilər, yəni məcmu tələb və
gəlir, məcmu yığım, investisiya və s. tətbiq olunurdu. Belə təhlil ilk növbədə təkrar
istehsal prosesinin kəmiyyət tərəfini təsvir etməyə imkan verirdi, onun keyfiyyət
11
müəyyənlikləri, sosial nəticələri isə təhlildən kənara qalırdı. Fərq ondadır ki, Keyns
təkrar istehsal prosesini statistik vəziyyətdə nisbətən qısa vaxt kəsimində tədqiq
edirdi. Harrod isə daha çox dinamik proseslərə, xüsusən uzunmüddətli planda baş
verən proseslərin tədqiqinə fikir verirdi.
İstənilən vasitə ilə ÜDM artımını saxlamaq cəhdi ona şərait olduqda
perspektivə malikdir. Lakin şərait dəyişə bilər. Təbii ki, R. Harrod şərtləri dəyişməyə,
iqtisadiyyatın tsiklik inkişaf ziddiyyətlərinin həll olunması mexanizm və alətlərini
təklif etməyə cəhd etdi. Beləliklə, istehsalın tsiklik tənəzzülünün nəticələrinin
yumşaldılması, işsizliyin miqyasının azaldılması və bu əsasda, istehsal artımının
intensivləşdirilməsi, tələbin yüksəldilməsi məsələsi qoyuldu.
Sonralar bəzi nəzəriyyəçilər Harrodun müddəaları əsasında postkeynsçi artım
nəzəriyyəsini, xüsusilə gəlirlərin bölgüsünün oynadığı rolla əlaqədar fikirləri inkişaf
etdirməyə çalışdılar. N.Kaldor, daha sonra A.Pezenti gəlirlərin əmək haqqına və
mənfəətə ayrılmasının yığımın ümumi normasına necə təsir etdiyini və zəmanətli
artım tempinin təbii templərə necə uyğunlaşdığına imkan verdiyini göstərməyə
çalışdılar. Neokeynsçi modelin bir qədər fərqli variantı amerikan alimi E.Domar
tərəfindən irəli sürülüb. R.Harrodun tədqiqatlarından xəbərsiz olaraq o,
“tarazlaşdırılmış iqtisadi artımın idarəedilməsi” prinsipini irəli sürüb [56]. O, Keynsin
“investisya gəlir yaradır” fikri ilə razılaşaraq qeyd edir ki, investisyalar eyni
zamanda əmtəə təklifinin artmasına gətirib çıxarır. Ilkin Keyns modellərindən fərqli
olaraq, bu model investisiyaları yalnız gəlirlərin deyil, həm də yeni güclərin
yaradılması amili hesab edir. Domarın fikrincə, tələb və təklifin dinamik tarazlığı
yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən
edilir. Deməli, əsas vəzifə investisiyaların həcmi və dinamikasının müəyyən edilmə-
sindən ibarətdir.
İqtisadi artım modellərini müəyyən edən nəzəriyyələrdən biri də neoklassik
nəzəriyyədir. Neokeyns nəzəriyyəsindən fərli olaraq, bu nəzəriyyə o prinsipi əsas
tutur ki, iqtisadiyyat sərbəst olaraq, heç bir müdaxilə olmadan hərəkət edir və
uzunmüdətli dövrdə artımın təbii templəri əvvəcədən qarantiya olunmuş templərə
bərabər olur. Neoklassik cərəyan R.Solou və ABŞ vətəndaşları, iqtisadçı P.Duqlas və
12
riyaziyyatçı X.Kobbun əsərlərində öz əksini tapır. İqtisadi artım nəzəriyyəsinə
P.Solounun əsas töhfəsi onun tərəfindən hazırlanmış 2 modeldə öz əksini tapıb:
1)iqtisadi artımın mənbələrinin faktorlu təhlili modeli; 2) iqtisadi artım, kapital və
yığım arasındakı qarşılıqlı əlaqəni aşkar edən model. P.Solou 1956-cı ildə tamamilə
başqa yolla gedərək, uzunmüddətli meyllərin öyrənilməsinə diqqətini cəmləməkdən
ötrü qısamüddətli xarakterli tarazlıqdan şüurlu surətdə yayındı [82]. Onun üçün
modelin aqregir xarakteri və yığım normasının sabitliyi haqqında hipotez kifayət etdi
ki, o iqtisadi artıma kapital yığımı prosesinin nəticəsi kimi baxsın. Qısa müddətdə
yığım norması kapital yığımını və təbii ki, həm də onun artımını müəyyən edir. Lakin
uzunmüddətli dövrdə əhalinin dinamikası ilə müəyyən edilən təbii artım tempi
bərqərar olur. Kafi model əldə etmək üçün texniki tərəqqinin təsirini də nəzərə almaq
lazım gəldiyindən, P. Solou 1957-ci ildə ilk dəfə olaraq, sonralar «Solou qalığı»
adlandırılan bir meyarı, yəni avtonom texniki tərəqqinin empirik ifadəsini ölçlməyə
nail olmuşdu [83]. Nəticədə, Harrod neytral tərəqqi modeli ilə birgə Solou modeli H.
Kaldor tərəfindən müəyyən edilən artımın «stilistik halları»nın əksər hissəsini nəzərə
almağa qadir oldu. Solounun işləri uzunmüddətli planda kapitalın məhsuldarlığı və
faizin real norması kimi məsələlərdə daha uğurlu gələcək vəd edirdi. Solounun
modelində həlledici məqam olan “qənaət davranışı”, görünür, bu amili endogen kimi
nəzərdən keçirməyi tələb edirdi.
Ümumiyyətlə, Solou modelində iqtisadi artımın əsas amilinin davamlı texniki
proqres və resurslardan səmərəli istifadə edilməsi göstərilir. Uzunmüddətli dövrdə
fundamental texniki proqres iqtisadi artım yaradılmasında əsas rol oynayır.
Neoklassik modellərdə çox faktorlu istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci
illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P.Duqlas və riyaziyyatçı X.Kobb
1899-1922-ci illərdə Amerikanın emaledici sənayesində əsas kapitalın, işlənmiş
saatların miqdarının və istehsalın həcminin artmasını nəzərdən keçirərək üç
müvəqqəti sıra düzəltmişlər. Kobba-Duqlas funksiyası hazırda da iqtisadi artımın
amillərinin, xüsusilə texniki tərəqqinin qiymətləndirilməsi üçün istifdə edilir [83].
Dostları ilə paylaş: |