25
xarakterlərinə və həmin vaxtda maddi vəziyyətlərinə görə müxtəlif şəkildə
qiymətləndirirlər).
Investisiya makroiqtisadi baxımından ölkədə çəkilən xərclərin əhəmiyyətli və
dəyişən hissəsidir və onun azalması və ya artması məcmu tələbə ciddi təsir etməklə
ölkədə məhsul və xidmətlərin buraxılışına və məşğulluğun səviyyəsinə təsir göstərir.
Digər tərəfdən, investisiya ölkədə kapitalın yığımına gətirib çıxarır ki, bu da ölkənin
istehsal imkanlarının artması hesabına məhsul və xidmətlərin buraxılışı potensialını
artırır. Ölkədə investisiya qoyuluşları iqtisadi artımın təmin edilməsinin əsas vasi-
təsidir. Investisiya prosesinin imkanları və onun reallaşdırılması iqtisadi artımın əsas
hərəkətverici qüvvəsi və tənzimləyicisidir [49]. Iqtisadi artım investisiya qoyuluşları
əsasında mövcud istehsal güclərinin artırılması əsasında təmin edilir. Beləliklə,
investisiya qısamüddətli dövürdə məcmu tələbin, uzunmüddətli dövürdə isə məcmu
təklifin artmasına təsir göstərir.
Ölkə iqtisadiyyatında struktur dəyişikliklərinin həyata keçirilməsi investisiya
qoyuluşlarının istiqamətindən bilavasitə asılıdır. Investisiya qoyuluşlarının daha bö-
yük hissəsinin yönəldiyi sahənin inkişaf tempi də yüksək olur. Lakin nəzərə almaq
lazımdır ki, investisiya qoyuluşlarının sahənin inkişaf templərinə təsiri həm də
sahənin fondtutumluğundan asılıdır. Müəyyən həcmdə investisiya qoyuluşu yüksək
fondtutumlu sahələrə nisbətən aşağı fondtutumlu sahələrdə daha çox məhsul artımına
səbəb olur. Bütövlükdə, qeyd etmək lazımdır ki, bazar qüvvələrinin təsiri nəticəsində
investisiyalar əsasən gəlirli sahələrə qoyulur. Gəlirlilik investisiya qoyuluşunun
istiqamətini müəyyən edən mühüm stuktur əmələ gətirici amildir.
Investisiya iqtisadiyyatın sabitləşməsinin və perspektiv inkişafının əsas
vasitələrindən biri kimi çıxış etməklə, ölkədə ümumi kapitalın artırılmasında, iqtisadi
səmərəliliyin yüksəldilməsində, bütövlükdə isə, rəqabətqabiliyyətli milli iqtisadiy-
yatın formalaşdırılmasında mühüm rol oynayır.
Investisiya qoyuluşları real və maliyyə investisiyalarına bölünürlər. Real
investisiyalar maddi cəhətdən hiss oluna bilən aktivlərə, məsələn torpaq, avadanlıq,
zavodlara investisiyalar formasında olur. Maliyyə investisiyaları isə kağızda yazılmış
kontraktları, məsələn, adi səhmləri və istiqrazları əks etdirir. Primitiv
26
iqtisadiyyatlarda investisiyanın əsas hissəsi real investisiyaların payına, inkişaf etmiş
iqtisadiyyatlarda isə maliyyə investisiyalarının payına düşür. Qeyd etmək lazımdır ki,
investisiya qoyuluşlarının real və maliyyə investisiyalarına bölünməsi və bu formada
uçotu dövlətin investisiya siyasətinin işlənib hazırlanması, maliyyə sektoru ilə real
sektorun qarşılıqlı əlaqələrinin öyrənilməsi və investisiya layihələrinin maliyyələşdi-
rilməsi mənbələrinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, ölkənin ümumi daxili məhsulunda məcmu investisiya
xərclərinə əsas kapitala investisiya (adətən məcmu investisiya qoyuluşlarının 70-80
faizi), mənzil tikintisinə investisiya (məcmu investisiya qoyuluşlarının 15-25 faizi) və
ehtiyatların artırılmasına (məcmu investisiya qoyuluşlarının 3 faizindən çox olmur,
adətən ümumi investisiyanın təqribən 1 faizi) investisiya qoyuluşları daxil edilir [33].
Ehtiyatların miqdarının dəyişməsinin investisiya kimi nəzərə alınması onunla
əlaqədardır ki, onların artması mahiyyətinə görə «istehlak olunmamış məhsulu» əks
etdirir [47].
Ölkədə ehtiyatların həcmi azalırsa, onda bu göstəricinin qiyməti mənfi olur və
investisiya qoyuluşlarının azaldığını göstərir. Məcmu investisiya xərclərinə həm
istehlak olunmuş kapitalın dəyəri, həm də kapitalın artımı daxildir. Ölkədə istehlak
olunmuş kapitalın həcmi qədər investisiya qoyuluşu sadə təkrar istehsalın baş
verməsinə gətirib çıxarır. Geniş təkrar istehsalın baş verməsi üçün isə istehsal
prosesində istehlak edilmiş kapitaldan əlavə xərclərin çəkilməsi vacibdir. Bu əlavə in-
vestisiya xərcləri xalis investisiya adlanır. Ölkədə məhz xalis investisiyanın həcminin
artması iqtisadi artımın təmin olunmasına gətirib çıxarır.
Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər
formada inkişafına investisiya yönəldilməsi kapital qoyuluşları şəklində həyata
keçirilir [21]. Kapital qoyuluşları real investisiyaların əsas hissəsini təşkil edir.
Kapital qoyuluşlarına tikinti-quraşdırma işlərinə, müxtəlif maşın və avadanlıqların,
əsas fondlara aid olunan alət və inventarların alınmasına, tikinti obyektlərinin
layihələndirilməsi ilə əlaqədar olan geoloji-kəşfiyyat, axtarış və gələcək tikintinin
əsaslandırılmasına, tikinti üçün torpaq sahəsinin ayrılması, tikilən müəssisə üçün
kadrların hazırlanması və onun idarə heyətinin saxlanılmasına sərf edilən xərclər
27
daxil edilir. Qeyd edilən elementlərin kapital qoyuluşlarında payı onun texnoloji
strukturunu əmələ gətirir. Kapital qoyuluşunda maşın və avadanlıqlara, yəni əsas
fondların aktiv hissəsinə çəkilən xərclərin payı artdıqca, kapital qoyuluşlarının səmə-
rəliliyi də artır. Çünki bu zaman həyata keçirilən kapital qoyuluşları hesabına daha
çox məhsul istehsal etmək imkanı yaranır və buraxılan məhsul vahidinə düşən kapital
qoyuluşu xərcləri azalır. Qeyd etmək lazımdır ki, kapital qoyuluşlarının texnoloji
strukturuna elmi-texniki tərəqqi ilə yanaşı, kapital qoyuluşunun həyata keçirildiyi
sahənin xüsusiyyəti də təsir göstərir. Bu baxımdan, ayrı-ayrı sahələrdə kapital
qoyuluşlarının texnoloji strukturu fərqlənə bilər.
Kapital qoyuluşuna, onun təkrar istehsal qurluşuna görə, yeni tikintiyə, mövcud
güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki
cəhətdən silahlandırılmasına çəkilən xərclər aiddir. Qeyd etmək lazımdır ki, ölkənin
iqtisadi inkişafının qarşısında duran vəzifələrdən asılı olaraq kapital qoyuluşunun
iqtisadi səmərəliliyi əsas fondların təkrar istehsal formalarından hansına üstünlük
verilməsindən əhəmiyyətli dərəcədə asılıdır. Belə ki, elmi-texniki tərəqqinin inkişafı
nəticəsində istehsalın texniki-iqtisadi səviyyəsinin yüksəldilməsinə zərurətlə əlaqədar
intensiv amillər hesabına istehsalın inkişaf etdirilməsinin əhəmiyyəti artmışdır.
Mövcud potensialın istifadə səmərəliliyinin, istehsal güclərinin istifadə səviyyəsinin
artırılması zəruriliyini nəzərə almaqla, mövcud müəssisələrin texniki cəhətdən
yenidən qurulması və rekonstruksiyası investisiyanın nisbətən az xərcli üsuludur [36].
Lakin qeyd etmək lazımdır ki, yalnız texniki yenidənqurma və rekonstruksiya
yolu ilə ölkədə iqtisadi artımın yüksək tempinə və iqtisadiyyatın texniki-iqtisadi
səviyyəsinin artırılmasına nail olmaq mümkün deyildir. Iqtisadi inkişafın yüksək
tempinə nail olmaq üçün yeni müəssisələrin yaradılması zəruridir. Bu baxımdan,
kapital qoyuluşlarının təkrar istehsal qurluşunun iqtisadi inkişaf məqsədlərindən asılı
olaraq optimalaşdırılmasının mühüm əhəmiyyəti vardır.
Praktikada investisiya qoyuluşları birbaşa və portifel investisiyası kimi də
təsnifləşdirirlər. Bəzi iqtisadçılar birbaşa investisiyanı real aktivlərin əldə edilməsinə,
istehsal vasitlərinin yaradılmasına çəkilən xərcələr kimi, yəni bilavasitə real kapital
Dostları ilə paylaş: |