Müstəqillik əldə etdikdən sonra Azərbaycanda yeni vergi sisteminin əsası
yaradılmağa başlanmışdır. Sovet hakimiyyəti illərində tətbiq olunmayan bir sıra yeni
vergi növlərinin tətbiqi üzrə qanunverici baza formalaşdırılmışdır.
Lakin, buna baxmayaraq keçid dövrünü yaşayan bütün digər ölkələrdə olduğu
kimi Azərbaycanda da bazar münasibətlərinə və bu əsasda yeni vergi sisteminə keçid
vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisinin azalması ilə müşaiyət olunmuşdur.
Tədqiqatlar göstərir ki, vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi keçid
dövrünün başlanğıcında Şərqi Avropa ölkələrində orta hesabla 35%, MDB
ölkələrində 25% olduğu halda son illərdə bu rəqəmlər müvafiq olaraq 33% və 22%-ə
enmişdir. Halbuki hal-hazırda vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi Iqtisadi
Inkişaf və Əməkdaşlıq Təşkilatma daxil olan qabaqcıl ölkələrdə orta hesabla 37%,
Avropa Birliyinə daxil olan ölkələrdə isə 40% təşkil edir.
Ayrı-ayrı qabaqcıl ölkələrdə vərgi daxilolmalarının ÜDM-də xüsusi
çəkisi aşağıdakı kimidir.
Vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi,%-lə
Ölkələr
Vergilərin payı
Almaniya
23,1
Belçika
31,1
Danimarka
49,7
Fransa
24,9
Italiya
27,4
Avstriya
29,9
Hollandiya
26,6
Isveç
38,1
Böyük Britaniya
27,7
Ispaniya
21,7
Kanada
31,0
ABŞ
22,7
Yaponiya
18,2
Cədvəl məlumatlarından göründüyü kimi dünyanın əksər ölkələri hal-hazırda
ÜDM və Mərkəzi gəlirin vergi sistemi vasitəsilə yenidən bölüşdürülməsi üzrə
maksimal mümkün səviyyəni əldə etmişlər.
Azərbaycanda isə vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi hətta
MDB ölkələri üzrə orta göstəricidən də əhəmiyyətli dərəcədə aşağıdır.
Vеrgi daхilоlmalarının ÜDM-də хüsusi çəкisi
1998
1999
2000
2009
2010
2011
2012
2013
Büdcə gəlirləri, (mln
manat)
О cümlədən: vеrgi
daхilоlmaları
2318,0
1702
2797,0
1938
3573,2
2549
10503.9
4113,4
11765.9
4292,8
15397.5
5475,1
17416.5
6025,3
19112.6
6663,6
Vеrgi
daхilоlmalarının
büdcə
gəlirlərində
хüsusi çəкimi, %-lə
73,1
69,3
71,4
39,2
36,5
35,6
34,6
34,9
ÜDM-də
vеrgi
daхilоlmalarının
хüsusi çəкisi, %-lə
9,9
10,3
10,8
11,6
10,1
10,5
11,2
11,5
Digər keçid dövrünü yaşayan ölkələrlə müqayisədə Azərbaycanda dövlət
gəlirlərinin ÜDM-dəki xüsusi çəkisinin azalması daha kəskin olmuşdur. Belə ki,
dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 1996-98-ci illərdə 15-20%
həddində olduğu halda sonrakı illərdə bu rəqəm 29-33% qədər qalxmışdır.
Vergilərə son hədd meylliliyinin hesablanması da vergi sisteminin
iqtisadiyyatdakı rolunu müəyyənləşdirməyə imkan verir. Azərbaycan üzrə son
rəqəmlərdən istifadə edərək vergi funksiyasını qiymətləndirmək mümkündür:
VER = (T)
0
+ t*Y
Burada, VER - vergilər vasitəsilə toplanan vəsaitin ümumi həcmi; (T)
()
-
vergilərin avtonom səviyyəsi;
t-vergilərə son hədd meylliliyi; Y - ümumi daxili məhsuldur.
1998-2005-ci illərin statistik qiymətləri ilə yuxarıda göstərdiyimiz vergi
funksiyasını qiymətləndirsək aşağıdakıları a\mq:(STATA ekonometrik proqram
təminatı vasitəsilə)
VER = 34 + 0,1 *Y
(0,15) (9,5) R
2
=0,93 DW=1.84
Göründüyü kimi vergilərə son hədd meylliliyi (t) 0,1 əmsalına bərabərdir, yəni
respublikada həmin illərdə vergilər vasitəsilə toplanan vəsaitin son həddi ümumi
daxili məhsulun 10%-i təşkil etmişdir.
Ayrı-ayrı vergi növləri üzrə daxilolmaların da ÜDM-də xüsusi çəkisi
Azərbaycanda istər qabaqcıl ölkələrdən, istərsə də keçid dövrünü yaşayan ölkələr
üzrə orta göstəricidən geri qalır.
Keçid dövrünü yaşayan digər ölkələrdə olduğu kimi Azərbaycanda da dolayı
vergilərin, xüsusən də əlavə dəyər vergisinin (ƏDV) ÜDM-də xüsusi çəkisi daha
yüksəkdir və daha da artmağa meyllidir. Fiziki şəxslərdən gəlir vergisinin isə ÜDM-
də payı 2008-2010-cu illərdə artsa da, son 3 ildə azalmağa doğru meyllidir. Mənfəət
vergisinin isə ÜDM-də xüsusi çəkisi son üç ildə artmışdır.
Ayrı-ayrı qrup ölkələrdə vergi gəlirlərinin
ÜDM-də xüsusi çəkisi, (%-lə)
Iqtisadi
Inkişaf və
Əməkdaşlıq
Təşkilatı
ölkələri
Şərqi
Avropa
ölkələri
MDB
ölkələri
Azərbaycan
Büdcə gəlirləri
43
38
25,5
33,4
Vergi gəlirləri
37
33
22
11,5
Fiziki şəxslərin gəlir vergisi
10,1
5,2
2
1,9
Korporativ vergı (mənfəət
vergisi)
2,6
2,1
3,1
2,5
Sosial müdafiə ayırmaları
8,9
10,6
4,5
3,5
Əlavə Dəyər vergisi (ƏDV)
6,1
8,7
6,1
3,6
Aksiz
3,1
3,4
2,5
1,3
Əmlak vergisi
1,8
0,4
0,8
0,3
Xarici ticarət
əməliyyatlarından
tutulan vergilər (və ya rüsumlar)
0,1
1,3
1,2
3,1
Mənbə:Dünya Bankı
Ümumiyyətlə keçid dövrünü yaşayan ölkələr üçün dolayı vergilərin büdcə
daxilolmalarında payının artması xarakterikdir.
Büdcə daхilоlmalarında хüsusi çəкisinin azalmasına baхmayaraq birbaşa
vеrgilərin əsas növləri də yüкsək artım tеmpinə maliкdirlər.
Qеyd еdəк кi, mənfəət və fiziкi şəхslərin gəlir vеrgisi 2008-ci ilə nəzərən
yüкsəк artım tеmpinə maliк оlmuşdur. Yalnız mənfəət vеrgisi üzrə 2008-2013-cu
illərdə azalma müşahidə оlunmuşdur кi, bu da il növbədə həmin ildə dünya bazarında
nеftin qiymətinin aşağı düşməsi səbəbindən nеft sекtоrunun gəlirlərinin azalması ilə
əlaqədardır.
Dostları ilə paylaş: |