Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 
 
 
 
Müstəqillik  əldə  etdikdən  sonra  Azərbaycanda  yeni  vergi  sisteminin  əsası 
yaradılmağa başlanmışdır. Sovet hakimiyyəti illərində tətbiq olunmayan bir sıra yeni 
vergi növlərinin tətbiqi üzrə qanunverici baza formalaşdırılmışdır. 
Lakin, buna baxmayaraq keçid dövrünü yaşayan bütün digər ölkələrdə olduğu 
kimi Azərbaycanda da bazar münasibətlərinə və bu əsasda yeni vergi sisteminə keçid 
vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisinin azalması ilə müşaiyət olunmuşdur. 
Tədqiqatlar  göstərir  ki,  vergi  daxilolmalarının  ÜDM-də  xüsusi  çəkisi  keçid 
dövrünün  başlanğıcında  Şərqi  Avropa  ölkələrində  orta  hesabla  35%,  MDB 
ölkələrində 25% olduğu halda son illərdə bu rəqəmlər müvafiq olaraq 33% və 22%-ə 
enmişdir.  Halbuki  hal-hazırda  vergi  daxilolmalarının  ÜDM-də  xüsusi  çəkisi  Iqtisadi 
Inkişaf  və  Əməkdaşlıq  Təşkilatma  daxil  olan  qabaqcıl  ölkələrdə  orta  hesabla  37%, 
Avropa Birliyinə daxil olan ölkələrdə isə 40% təşkil edir. 
Ayrı-ayrı      qabaqcıl      ölkələrdə    vərgi      daxilolmalarının      ÜDM-də    xüsusi 
çəkisi aşağıdakı kimidir. 
Vergi daxilolmalarının ÜDM-də xüsusi çəkisi,%-lə 
Ölkələr  
Vergilərin payı  
Almaniya  
23,1  
Belçika  
31,1  
Danimarka  
49,7  
Fransa  
24,9  
Italiya  
27,4  
Avstriya  
29,9  
Hollandiya  
26,6  
Isveç  
38,1  
Böyük Britaniya  
27,7  
Ispaniya  
21,7  
Kanada  
31,0  
ABŞ  
22,7  
Yaponiya  
18,2  


 
 
 
 
 
Cədvəl  məlumatlarından  göründüyü  kimi  dünyanın  əksər  ölkələri  hal-hazırda 
ÜDM  və  Mərkəzi  gəlirin  vergi  sistemi  vasitəsilə  yenidən  bölüşdürülməsi  üzrə 
maksimal mümkün səviyyəni əldə etmişlər. 
Azərbaycanda  isə  vergi  daxilolmalarının  ÜDM-də  xüsusi  çəkisi  hətta 
MDB ölkələri üzrə orta göstəricidən də əhəmiyyətli dərəcədə aşağıdır. 
 
Vеrgi daхilоlmalarının ÜDM-də хüsusi çəкisi 
 
1998 
1999 
2000 
2009 
2010 
2011 
2012 
2013 
Büdcə gəlirləri, (mln 
manat) 
О  cümlədən:  vеrgi 
daхilоlmaları  
2318,0 
1702 
2797,0 
1938 
3573,2 
2549 
10503.9 
4113,4 
11765.9 
4292,8 
15397.5 
5475,1 
17416.5 
6025,3 
19112.6 
6663,6 
Vеrgi 
daхilоlmalarının 
büdcə 
gəlirlərində 
хüsusi çəкimi, %-lə 
73,1 
69,3 
71,4 
39,2 
36,5 
35,6 
34,6 
34,9 
ÜDM-də 
vеrgi 
daхilоlmalarının 
хüsusi çəкisi, %-lə 
 
 
9,9 
 
 
10,3 
 
 
10,8 
11,6 
10,1 
10,5 
11,2 
 
 
 
11,5 
Digər  keçid  dövrünü  yaşayan  ölkələrlə  müqayisədə  Azərbaycanda  dövlət 
gəlirlərinin  ÜDM-dəki  xüsusi  çəkisinin  azalması  daha  kəskin  olmuşdur.  Belə  ki, 
dövlət  büdcəsi  gəlirlərinin  ÜDM-də  xüsusi  çəkisi  1996-98-ci  illərdə  15-20% 
həddində olduğu halda sonrakı illərdə bu rəqəm 29-33% qədər qalxmışdır. 
Vergilərə  son  hədd  meylliliyinin  hesablanması  da  vergi  sisteminin 
iqtisadiyyatdakı  rolunu  müəyyənləşdirməyə  imkan  verir.  Azərbaycan  üzrə  son 
rəqəmlərdən istifadə edərək vergi funksiyasını qiymətləndirmək mümkündür: 
VER = (T)
0
 + t*Y 
Burada,  VER  -  vergilər  vasitəsilə  toplanan  vəsaitin  ümumi  həcmi;  (T)
()

vergilərin avtonom səviyyəsi; 
t-vergilərə son hədd meylliliyi; Y - ümumi daxili məhsuldur. 


 
 
 
 
1998-2005-ci  illərin  statistik  qiymətləri  ilə  yuxarıda  göstərdiyimiz  vergi 
funksiyasını  qiymətləndirsək  aşağıdakıları  a\mq:(STATA  ekonometrik  proqram 
təminatı vasitəsilə) 
VER = 34 + 0,1 *Y 
(0,15)      (9,5) R
2
=0,93     DW=1.84 
Göründüyü kimi vergilərə son hədd meylliliyi (t) 0,1 əmsalına bərabərdir, yəni 
respublikada  həmin  illərdə  vergilər  vasitəsilə  toplanan  vəsaitin  son  həddi  ümumi 
daxili məhsulun 10%-i təşkil etmişdir. 
Ayrı-ayrı  vergi  növləri  üzrə  daxilolmaların  da  ÜDM-də  xüsusi  çəkisi 
Azərbaycanda  istər  qabaqcıl  ölkələrdən,  istərsə  də  keçid  dövrünü  yaşayan  ölkələr 
üzrə orta göstəricidən geri qalır. 
Keçid  dövrünü  yaşayan  digər  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  dolayı 
vergilərin,  xüsusən  də  əlavə  dəyər  vergisinin  (ƏDV)  ÜDM-də  xüsusi  çəkisi  daha 
yüksəkdir və daha da artmağa meyllidir. Fiziki şəxslərdən gəlir vergisinin isə ÜDM-
də payı 2008-2010-cu illərdə artsa da, son 3 ildə azalmağa doğru meyllidir. Mənfəət 
vergisinin isə ÜDM-də xüsusi çəkisi son üç ildə artmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
Ayrı-ayrı qrup ölkələrdə vergi gəlirlərinin 
ÜDM-də xüsusi çəkisi, (%-lə) 
 
Iqtisadi  
Inkişaf və  
Əməkdaşlıq  
Təşkilatı  
ölkələri  
Şərqi 
Avropa  
ölkələri  
MDB  
ölkələri  
Azərbaycan  
Büdcə gəlirləri  
43  
38  
25,5  
33,4  
Vergi gəlirləri  
37  
33  
22  
11,5  
Fiziki      şəxslərin gəlir vergisi  
10,1  
5,2  
2  
1,9  
Korporativ        vergı  (mənfəət 
vergisi)  
2,6  
2,1  
3,1  
2,5 
Sosial      müdafiə ayırmaları  
8,9  
10,6  
4,5  
3,5  
Əlavə  Dəyər vergisi (ƏDV)  
6,1  
8,7  
6,1  
3,6  
Aksiz  
3,1  
3,4  
2,5  
1,3  
Əmlak vergisi  
1,8  
0,4  
0,8  
0,3  
Xarici                  ticarət 
əməliyyatlarından  
tutulan     vergilər (və ya rüsumlar)  
0,1  
1,3  
1,2  
3,1  
Mənbə:Dünya Bankı 
Ümumiyyətlə  keçid  dövrünü  yaşayan  ölkələr  üçün  dolayı  vergilərin  büdcə 
daxilolmalarında payının artması xarakterikdir. 
Büdcə  daхilоlmalarında  хüsusi  çəкisinin  azalmasına  baхmayaraq  birbaşa 
vеrgilərin əsas növləri də yüкsək artım tеmpinə maliкdirlər.  
Qеyd  еdəк  кi,  mənfəət  və  fiziкi  şəхslərin  gəlir  vеrgisi  2008-ci  ilə  nəzərən 
yüкsəк  artım  tеmpinə  maliк  оlmuşdur.  Yalnız  mənfəət  vеrgisi  üzrə  2008-2013-cu 
illərdə azalma müşahidə оlunmuşdur кi, bu da il növbədə həmin ildə dünya bazarında 
nеftin  qiymətinin aşağı düşməsi səbəbindən  nеft sекtоrunun  gəlirlərinin azalması  ilə 
əlaqədardır. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə