Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   2   3   4   5   6   7   8   9   ...   34

 
 
 
 
icra  müddəti  büdcə  ilinin  sonunda  başa  çatır.  Büdcə  vəsaitləri  həmçinin  bir  maliyyə 
ilindən  uzun  müddəti  əhatə  edən  və  növbəti  illərin  büdcələrinə  daxil  edilən 
uzunmüddətli məqsədli proqramların maliyyələşdirilməsinə yönəldilə bilər. Məqsədli 
proqramların  maliyyələşdirilməsinin  həcmi  büdcə  əlavəsi  kimi  növbəti  maliyyə  ili 
üçün  təsdiq  edilir.  Büdcə  xərclərinin  planlaşdırılması  və  həyata  keçirilməsi  zamanı 
proqram 
məqsədli 
metodlardan 
istifadə 
mexanizmi 
gələcəkdə 
daha 
da 
təkmilləşdirilməlidir. 
"Büdcə  sistemi  haqqında"  AR  Qanununun  və  Vergi  Məcəlləsinin  qəbul 
edilməsi  və  onların  təkmilləşdirilməsi  və  onlara  əlavələrin  edilməsi  maliyyə 
intizamının gücləndirilməsi, bütün səviyyəli büdcələrin formalaşdırılması və icrasının 
qanunvericilikdə  reqlamentləşdirilməsi proseslərinə ciddi əməl edilməsini tələb edir. 
Buna  görə  də  büdcənin  gəlir  və  xərclərinin  quruluşunu  büdcələrarası  münasibətlər, 
hər  bir  büdcənin  davamlılığı,  hakimiyyət  orqanlarının  səlahiyyətlərinin  xərclərin 
maliyyələşdirilməsi üzrə bölüşdürülməsi problemləri ilə vəhdətdə nəzərdən keçirmək 
lazımdır.  Buradan  göründüyü  kimi,  büdcə  prosesinin  əsas  tərkib  hissələrindən  biri 
büdcə  tənzimlənməsidir.  Büdcə  tənzimlənməsi  bütövlükdə  büdcə  sistemi  ilə  yanaşı 
ayrı-ayrı büdcə həlqələri qarşısında qoyulan vəzifələrin də yerinə yetirilməsinə imkan 
verir.  Bu  məqsədlə  hər  il  dövlət  büdcəsinin  mərkəzləşdirilmiş  xərclərinin  böyük  bir 
hissəsi  Naxçıvan  Muxtar  Respublikasının  büdcəsinin,  həmçinin  digər  rayon  və 
şəhərlərin  büdcələrinin  yerli  gəlir  və  xərclərinin  tənzimlənməsi  üçün  ayrılır.  Bunu 
aşağıdakı cədvəldən görmək olar. 
 
 
 
 
 
 


 
 
 
 
İllər 
Dövlət 
büdcəsinin xərc-ləri, 
(mlrd.man) 
NMR büdcəsi və 
digər rayon və 
şəhərlərin yerli gəlirləri 
Xüsusi 
çəkisi 
(%) 
2009 
10503.9  
1785.7  
17.0  
2010  
11765.9  
1776.7  
15.1  
2011  
15397.5  
2017.1  
13.1  
2012  
  17416.5  
  2856.3  
16.4  
2013  
  
19112.6
 
  3077.1  
16.1  
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  aşağı  büdcə  səviyyəsinə  ayrılan  bu  vəsait 
həmin  inzibati-ərazi  bölmələrində  toplanan  bütün  dövlət  gəlirlərinin  100  faiz  yerli 
gəlirlərə  aid  edilməsindən  sonra  həyata  keçirilib.  Bu  göstərir  ki,  respublikamızın 
ərazisində  (Bakı  şəhərindən  başqa)  rayon  və  şəhər  büdcələrinin  xərclərinin  əsas 
hissəsi  (2013-ci  ildə  65,0  faizi)  mərkəzləşdirilmiş  xərclər  hesabına  maliyyələşdirilir. 
Belə  vəziyyət  məqbul  hal  hesab  edilə  bilməz.  Regionların  iqtisadi  inkişafı 
gücləndirildikcə  mövcud  praktika  təkmilləşdirilməli,  yerli  xərclərin  yerli  gəlirlərlə 
təmin  olunma  səviyyəsi  yüksəldilməlidir.  Bu  istiqamətdə  xüsusi  tədbirlər 
proqramının işlənib hazırlanması və həyata keçirilməsi müsbət nəticə verə bilər.   
AR-nın  büdcə  sisteminin  digər  həlqələri  də  müvafiq  ərazilərin  sosial  iqtisadi 
inkişafı üzrə müəyyən məsələləri həll edir. 
Bələdiyyələrin büdcələri də respublikamızın sosial-iqtisadi inkişafında mühüm 
rol oynayırlar. Bələdiyyə büdcələrinin formalaşması və icrasını yerli özünüidarəetmə 
orqanları mövcud qanunvericiliyə əsasən həyata keçirirlər. 
Yerli  büdcələrin  gəlir  hissəsi  xüsusi  gəlirlərdən  və  tənzimləyici  gəlirlər  üzrə 
daxilolmalardan  ibarətdir.  Buraya  həmçinin  müxtəlif  formalı  maliyyə  yardımları 
(dotasiyalar, subvensiyalar və s.) və qarşılıqlı hesablaşmalar üzrə vəsaitlər aiddir. 
Yerli  büdcələrin  xərclərinə  yerli  əhəmiyyətli  məsələlərin  həlli  üzrə  xərclər, 
yerli  idarəetmə orqanlarının səlahiyyətlərinin  həyata keçirilməsi  ilə əlaqədar  xərclər, 
bələdiyyə borclarının ödənilməsi və s. aiddir. 


 
 
 
 
Yerli  büdcələrin  möhkəmləndirilməsi  və  onların  müstəqilliyinin  inkişafı 
uzunmüddətli  prosesdir.  Bu  problemin  uğurlu  həlli  Azərbaycanda  büdcə 
münasibətlərini  bazar  iqtisadiyyatına  uyğunlaşdırmaqla  bərabər,  büdcənin  ölkə 
iqtisadiyyatının  maliyyə  cəhətdən  sağlamlaşdırılması  prosesinə  təsirini  də 
gücləndirəcəkdir. Yerli büdcələr öz xərclərini tamamilə öz gəlirləri ilə maliyyələşdirə 
bilsələr  dövlət  büdcəsindən  bu  məqsəd  üçün  ayrılan  dotasiya  başqa  məqsədlərin 
maliyələşdirilməsinə  yönəldilə  bilər.  Bələdiyyə  gəlirlərinin  artırılmasının  əsas  yolu 
bələdiyyə müəssisələri şəbəkəsinin yaradılması və mövcud bələdiyyə mülkiyyətindən 
səmərəli  istifadəyə  nail  olunmasıdır.  Buna  görə  də  maliyyə  orqanları  bələdiyyələrin 
fəaliyyətinə 
maliyyə 
nəzarətinin 
istiqamətlərini 
genişləndirməli, 
bələdiyyə 
büdcələrinin  xərc  hissəsinin  daha  səmərəli  formalaşdırılması  üçün  onlara  yardım 
göstərilməlidir.  Bələdiyyələrdə  büdcə  prosesinin  idarə  edilməsinə  bütövlükdə  büdcə 
prosesinin  tərkib  hissəsi  və  büdcə  sisteminin  vahidliyi  prinsipinin  təmin  olunması 
üsulu kimi baxılmalıdır. Ümumiyyətlə,  yerli büdcələrin sağlamlaşdırılmasını  üç əsas 
istiqamət   üzrə həyata keçirmək olar:  
- yerli büdcələrin gəlir bazasının artırılması; 
- yerli büdcələrin xərc hissəsinin yenidən qurulması; 
- büdcə proseslərinin sadələşdirilməsi. 
Fikrimizcə,  bütövlükdə  fıskal  siyasətin  əsas  istiqamətləri  aşağıdakı  kimi 
müəyyən edilməlidir: 
- büdcənin tərtibi orta müddətli büdcə prosesi ilə əlaqələndirilməlidir; 
- xərclərin  sekvestri  və  büdcə  tənzimlənməsi  üzrə  müasir  mexanizmlər 
hazırlanmalıdır;  
- büdcə  vəsaitlərinin  müsabiqə  əsasında  bölüşdürülməsi  təcrübəsi  tətbiq 
edilməlidir;        
- dövlət  maliyyə  nəzarəti  sistemi  yenidən  qurulmaqla  sadələşdirilməli  və  bu 
sahədə şəffaflıq təmin edilməlidir.  
Yuxarıda  deyilənlərdən  belə  bir  qənaətə  gəlmək  olar  ki,  büdcələrarası 
münasibətlərin  müasir  vəziyyəti  ciddi  islahatların  keçirilməsini  tələb  edir.  Mərkəzi 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə