Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

 
 
 
 
Qеyd еdəк  кi, ancaq 1995-96-cı     illərdə    büdcə    kəsirinin   ÜDM-də    payı 
yüksək  olmuşdur.  Bu  da  həmin  illərdə  ölkənin  maliyyə  sabitliyinə  mənfi  təsir 
göstərmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  maliyyə  ilində  yaranmış  olan  büdcə  kəsirinin  həcmi 
büdcə-vergi siyasətinin (fiskal siyasətin) effektliyinə  mənfi təsir göstərən amil kimi 
də çıxış edir. 
Dövlət kreditinin zəruri bir şərt kimi əhəmiyyətə malik olması dövlət borcuna 
olan  müvafıq ehtiyaclardan  irəli  gəlir.  Bildiyimiz  kimi,  dövləti borclanmaya sövq 
edən əsas səbəb dövlət xərclərini tam maliyyələşdirmək məcburiyyətidir. Bu xərclərin 
dövlətin  gəlirləri  ilə  təmin  edilmədiyi  vəziyyətlər  daha  intensiv  müşahidə  edilir. 
Belə  ki,  dövlətin  vergi  və  digər  normal  mənbələrdən  formalaşan  gəlirlərinin 
artırılmasının  müəyyən  limiti  nə qədər böyük olsa da, elə xərclər yaranır ki, gəlirlər 
onunla  müqayisədə  azlıq  təşkil  edir.  Ona  görə  də  dövlət  əlavə  borc  cəlb  etmək 
məcburiyyətində qalır. 
Dövlət borcları  müəyyən  məqsədlərdən  irəli  gəlir. Belə ki, iqtisadi subyekt olan 
dövlət  uyğun  proqramlar  vasitəsilə  vəsait  cəlb  edərək  onları  məqsədyönlü  şəkildə 
yerləşdirir.  
Bildiyimiz  kimi,  dövlət  büdcəsi  -  gəlir  və  xərcləri  özündə  əks  etdirən  illik 
maliyyə  planıdır.  Gəlirlər  xərcəlrə  nisbətən  azlıq  təşkil  etdikdə,  bu  büdcə  kəsri  ilə 
müşayət  olunur.  Bu  hal  bütün  dünya  dövlətlərində  müşahidə  olunur  və  normal  bir 
vəziyyət  kimi  qiymətləndirilir.  Lakin,  dövlət  büdcəsinin  kəsrini  doldurmaq 
lazımdır.  Bu  məqsədlə  dövlət  borc  vəsaitləri  cəlb  etmək  məcburiyyətində  qalır.  
Dövlət  büdcəsinin  kəsiri  dövlət  borcunun  dəyişməsini  dəqiq  əks  etdirməlidir. 
Dövlət  borcu  nominal  deyil,  real  kəmiyyətlərlə  ölçülür.  Yaranmış  kəsir  dövlət 
borcunun nominal yox, real səviyyəsini əks etdirməlidir. Bu ona stimul yaradır ki, 
büdcə kəsiri qiymətləndirilərkən infilyasiya nəzərə alınmalıdır. 
DKr(t) = DKn(t} - DB(t - i) x ΔİNF(t) 
Burada, DKr(t}- t ilində dövlət büdcəsinin real kəsiri, 
DKn(t}- t ilində dövlət büdcəsinin nominal kəsiri, 


 
 
 
 
DB(t -1) - (t -1) ilində dövlət borcunun səviyyəsi, 
ΔİNF(t) – t ilində infılyasiya tempi. 
Bildiyimiz  kimi,  büdcə  kəsri  dövlət  xərcləri  ilə  gəlirlərinin  fərqinə 
bərabərdir.  Bu  baxımdan  xərclərin  bir  hissəsi  dövlət  borclarına  görə  faizləri  əks 
etdirir. 
Rəsmi  məlumatlarda  elan  olunan  büdcə  kəsri,  adətən  dövlət  borcunun  Fişer 
əmsalına vunığu qədər artıq göstərir. 
F
K
=N
F
-R
F
 
Burada, F
K
 - Fişer əmsalı; N
F
 - nominal faiz dərəcəsi; R
F
 - real faiz dərəcəsi. 
Daha  yüksək  infılyasiya  dövlərində  bu  xəta  daha  yüksək  ola  bilər.  Elə  bir 
vəziyyət  yarana  bilər,  nominal  dövlət  borcları  artırır,  real  isə  azalır.  Bu  isə 
dövlətin  düzgün  büdcə-vergi  siyasəti  aparmasına  mane  olur.  Borcun  mütləq 
qiymətinin  artımı  heç  də  əsas  makroiqtisadi  dəyişiklik  demək  deyildir.  Belə  ki, 
Ümum  Daxili  Məhsulun  (ÜDM)  artımı  borcun  mütləq  qiymətinin  artımı 
vəziyyətini  ortaya  çıxarda  bilər.  Bu  baxımdan  aşağıdakı  nisbi  göstəricilərdən 
istifadə etmək daha məqsədə uyğundur: 
1.Dövlət borcunun ÜDM-ə nisbəti, (BORC/ÜDM) 
2.Borclara xidmətin ümumi məbləğinin ÜDM-ə nisbəti, (BXüm/ÜDM)  
1)  Dövlətin ümumi borcunun ixracatın məbləğinə nisbəti, 
2)  Borca xidmət əmsalı; (BXV
h
/İ
h

BXV/, - borclara xidmət vəsaitlərinin ümumi həcmi, I
h
 - ixracın həcmi. 
Borclara xidmət onlara görə faizin və borc məbləğinin müəyyən hissəsinin 
tədricən qaytarılması deməkdir. Borcların dinamikasının təhlili üçün istifadə 
olunan əsas göstəricilərdən biri olan (BORC/ÜDM) - dövlət borcunun ÜDM-ə 
nisbətinin dinamikası aşağıdakı amillərdən asılıdır:  
-Borclara verilmə həcmini təyin edən faizin real dərəcəsi; 
-Real ÜDM-un artım templəri; 
-İlkin büdcə kəsrinin səviyyəsi. 


 
 
 
 
Bu dinamikanın azalması və borcun stabilləşməsi üçün dövlət ilk  növbədə 
aşağıdakı tədbirlərə əl atmalıdır: 
-ÜDM-un artım tempi real faiz dərəcəsinin artım tempindən artıq olmalıdır. 
-ÜDM-ını ilkin büdcə artıqlığınıın xüsusi çəkisi sabit olmalıdır. 
İB
k
=UB
k
-F
oh 
Burada, IB
k
 - ilkin büdcə kəsri; 
UB
k
 - ümumi büdcə kəsri; 
F
oh
 - borclara görə faiz ödənişinin ümumi həcmi. 
İlkin kəsrin borcla maliyyələşdirilməsində borcun əsas məbləği və xidmət əmsalı 
da  artır.  Bununla  ölkə  iqtisadiyyatının  borc  yükü  də  artmış  olur.  İlkin  artıqlıq  isə 
borcların  özünü  təkrar  istehsal  etməsinə  imkan  vermir.  Qeyd  edək  ki,  borcların 
dinamikasının  təhlili  üçün  istifadə  olunan,  BXüm/ÜDM  nisbəti  ölkədə  vergi 
qoymanın  səviyyəsini  təyin  edən  amillərdəndir.  Belə  ki,  aşağıdakı  münasibətə 
baxaq: 
FAİZ/ÜDM< VERGİ/ÜDM 
Burada, FAİZ - borclara xidmət üzrə faizlərin məbləği; 
VERGİ - dövləıt büdcəsinə vergi daxilolmalıdır. 
Beləliklə,  vergi  daxilolmalarının  artımı  dövlət  borcunun  faizinin  və  ümumi 
məbləğinin qaytarılmasının əsas mənbəyidir. 
Dövlət  büdcəsi  kəsrinin  cəlb  edilmiş  dövlət  krediti  vəsaitləri  ilə 
maliyyələşdirilməsinin  həm  müsbət,  həm  də  mənfı  cəhətləri  mövcuddur.  Belə  ki,  bu 
mctod pul vəsaitlərinin səmərəli istifadəsinə zəmanət yaradır. Misal olaraq qeyd edək 
ki,  ölkə  subyektləri,  yəni  hüquqi  və  fiziki  şəxslər  sərəncamlarında  olan  sərbəst  pul 
vəsaitlərini dövlət qiymətli kağızlarına  yatıraraq, həm qeyd edilən problemin  həllinə 
kömək etmiş olur, həm də qiymətli kağızlara görə mənfəət əldə edir. Eyni zamanda 
dövlət  də  Mərkəzi  iqtisadiyyatı  daxilində  topladığı  sərbəst  pul  vəsaitlərini  səmərəli 
şəkildə  istifadə  edir.  Bunu  nıüsbət  cəhət  kimi  qiymətləndirmək  olar.  Qeyd  edək 
ki,  büdcə  kəsrinin  dövlət  borcu  ilə  maliyyələşməsinin  mənfı  xüsusiyyəti  də 
mövcuddur.  Belə  ki,  büdcə  kəsrini  örtmək  üçün  dövlət  borca  əl  atır.  Bu  zaman 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə