Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

 
 
 
 
ölkənin  iqtisadi  potensialını  artırır.  İndiki  dövrdə  investisiya  layihələrinin 
dövlətin  iqtisadi  proqramlarından  uzaqlaşdırılması  özünü  iqtisadi  inkişafın 
dinamikasının  aşağı  düşməsində  biruzə  verəcəkdir.  Belə  ki,  dövlətin  hər  il  əhalinin 
artmaqda  olan  ehtiyaclarının  və  texniki  nəaliyyətlərdən  irəli  gələn  yeni-yeni 
investisiyaların  ehtiyacını  ödəmək  iqtidarında  olması  vacibdir.  Yalnız  bu  təqdirdə 
iqtisadi  inkişaf  və iqtisadi sabitlik təmin edilə bilər. İnvestisiyaların diqqət kənarında 
qalmasına  əsas  səbəb  kimi  maliyyə  mənbəyinin  çatışmazlığı  göstərilə  bilər.  Bu 
baxımdan dövlət maliyyə çatışmazlığını aradan qaldırmaq məqsədilə borc mənbələrinə 
üz  tutur.  Bu  zaman  dövlət  ya  birbaşa  borc  alan  kimi,  yaxud  da  alınan  vəsaitlərin 
zəmanətçisi kimi çıxış edir. 
Azərbaycan  Respublikası  «Dövlət  Büdcəsi  haqqında»  qanuna  əsaslanaraq  qeyd 
edə  bilərik  ki,  qanunun  14  nömrəli  maddəsində  göstərilib  ki,  2013-cü  il  investisiya 
layihələri üçün dövlət zəmanəti ilə alınan xarici kreditlərin həcmi 644,8 milyon manat 
təsdiq edilsin. 
İnvestisiya  layihələrinin  maliyyələşdirilməsi  məqsədi  ilə  cəlb  edilmiş  dövlət 
borcları  əksər  ölkələrdə,  o  cümlədən  Azərbaycanda  dövlət  borcları  arasında 
olduqca  üstün  xüsusi  çəkiyə  malikdir.  Bu  cəhət  qeyd  edilən  borcların  bir  sıra  özünə 
məxsus  xüsusiyyətlərindən  irəli  gəlir,  Bu  istiqamətdə  istifadə  olunan  dövlət  borcları 
bir  qayda  olaraq  uzun  müddətli  olur  və  Mərkəzi  iqtisadiyyatın  prioritet  sahələrinə 
yönəldilir. 
İnvestisiya  layihələrinin  maliyyələşdirilməsi  məqsəd  üçün  dövlət  qiymətli 
kağızlarından az hallarda istifadə olunur. Buna əsas səbəb bu kreditlərin daha uzun 
müddətli  olmasıdır.  Lakin  bir  çox  inkişaf  etmiş  dövlətlərdə  (  əsasən  də  qiymətli 
kağızlar bazarının inkişaf etdiyi dövlətlərdə) 5,15, hətta 20 il müddətli dövlət qiymətli 
kağızları  buraxmaqla  investisiya  layihələri  maliyyələşdirilmiş  olur.  Bu  maliyyə 
alətləri həm daxili, həm də xarici investorlar arasında yerləşdirilir. 
İnvestisiya  layihələrinin  maliyyələşdirilməsi  zamanı  ən  geniş  istifadə  olunan 
maliyyə  mənbəyi  xarici  kreditlərdir.  Hökumət  xarici  kreditorların  təqdim  etdiyi 
vəsaitləri ya öz adından alıb istifadəçiyə ötürür, yaxud da zəmanət təqdim etməklə ölkə 


 
 
 
 
daxili  subyektlər  tərəfindən  alınmasını  həyata  keçirir.  Bu  məqsəd  üçün  cəlb  edilmiş 
vəsaitlər ən çox dövlətin zəmanətçi kimi iştirak etməsi ilə müşayət olunur. Bu zaman 
öhdəliyi dövlət qismən üzərinə götürərək, ölkə daxili subyektin öz işini qurmasına və 
əmtəə,  mal  və  xidmət  istehsal  etməsinə  səbəb  olur.  Bu  məqsədlə  cəlb  edilmiş 
kreditlər  digərləri  kimi  istehlak  xarakterli  deyil,  istehsal  xarakterli  olduğundan  ölkə 
iqtisadiyyatının inkişaf tempinin artmasında mühüm rola malikdir. 
İnvestisiya  layihələrinin  maliyyələşdirilməsi  bir  çox  ölkələrdə  olduğu  kimi, 
respublikamızda  da  xarici  mənbələrdən  cəlb  edilmiş  dövlət  borcları  daxili 
mənbələrdən cəlb  edilmiş dövlət  borcları  ilə  münasibətdə  üstünlük  təşkil edir.  Belə 
ki, 2013-cü ilin «Dövlət Büdcəsi haqqında» qanununda göstərildiyi kimi ümumi xarici 
dövlət borcunun həddi  2,4 mlrd manat qeyd edilmişdir. İnvestisiya layihələri üzrə cəlb 
edilmiş dövlət zəmanətli xarici borcların həcmi 644829,7 mln. manat qeyd edilmişdir. 
Bu da  ümumi  məbləğin 63%-ni təşkil edir. Respublikamıza  cəlb  edilmiş  investisiya 
xarakterli  xarici  dövlət  borcları  iqtisadiyyatın  sahələri  üzrə  aşağıdakı  kimi 
paylanmışdır: 
7%
2%
2%
2%
8%
18%
42%
12%
 
I - Bilavasitə hökumətin məqsədi üçün 
II – Energetika 
III - Nəqliyyat  
IV - Başqa sahələr 


 
 
 
 
V - Neft və qaz 
VI - Sosial sfera 
VII - Kənd təsərrüfatı 
VIII - İrriqasiya işləri 
IX - Kimya 
Göründüyü  kimi,  ən  çox  investisiya  energetika  və  nəqliyyat  sahələrinə 
yönəldilmişdir. 
Tədiyyə balansının tarazlaşdırılması: 
Bildiyimiz kimi, tədiyyə balansı ölkəyə daxil olan pulun miqdarının, ölkədən 
çıxan  pulun  miqdarına  olan  nisbətini  göstərir.  Əsasən  tədiyyə  balansı  illik,  rüblük, 
aylıq  təlimatlara  söykənərək  göstərir.  Tədiyyə  balansında  müxtəlif  səbəblərdən  kəsr 
yarana  bilər.  Belə  ki,  əgər  ölkənin  ixrac  etdiyi  mal  və  xidmətlərin  dəyəri,  idxal 
etdiyi  mal  və  xidmətlərin  dəyərindən  çox  olarsa,  onda  ölkənin  ticarət  balansında 
saldo  müsbət  olacaqdır.  Belə  olan  təqdirdə  xarici  ölkələr  həmin ölkələrin  mallarını 
almaq  üçün,  bazarda  həmin  ölkənin  milli  pul  vahidi  ilə  çıxış  etməlidirlər.  Bazarda 
həmin  ölkənin  valyutası  ilə  çıxış  edən  zaman  qanunauyğun  olaraq,  həmin  ölkənin 
valyutasına olan tələbi artırmış olacaqdır. Bu halda həmin valyuta bazarda digərləri ilə 
nisbətdə  dəyər  qazanacaqdır.  Əks  hal  müşahidə  olunduğu  zaman  isə,  yəni  tədiyyə 
balansı mənfı saldo olduqda, həmin ölkənin valyutası digər dönərli valyuta qarşısında 
dəyərdən  düşəcəkdir.  Bu  da  ölkədə  arzuolunmaz  hal  kimi  qiymətləndirilən 
infilyasiyaya səbəb olacaqdır. Bu baxımdan  dövlət  bu  problemlə qarşılaşmamaq  üçün 
bir  çox  mövcud  maliyyə  mənbələrindən  borc  vəsaiti  cəlb  etməli  olur.  Bu  zaman 
yaranan  borclar  əsasən  xarici  kredit  mənbələrindən  cəlb  olunurlar.  Azərbaycan 
Respublikasının «Dövlət borcu və dövlət zəmanəti» haqqında qanununda göstərildiyi 
kimi,  tədiyyə  balansının  mövcud  probleminin  aradan  qaldırılması  üçün  maliyyə 
mənbəyi kimi yalnız xarici mənbələrdən cəlb edilmiş kreditlər qeyd edilsin. 
Tədiyyə  balansının  tarazlaşdırılrnası  üçün  cəlb  edilmiş  xarici  valyuta  tərkibli 
kredit  vəsaitini  dövlət  nağd  qaydada  valyuta  bazarında  yerləşdirərək,  həmin 
valyutanın  təklifini  artırmış  olur.  Bu  vəziyyətdə  Mərkəzi  valyuta  xarici  valyutaya 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə