Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə18/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 
 
 
 
nəzərən  yüksələrək  dəyər  qazanmış  olur.  Beləliklə  də,  infılyasiya  artımının  qarşısı 
alınır  və  Mərkəzi  valyutanın  stabilliyi  qorunmuş  olur.  Burada  əsas  məqsəd  heç  də 
xərclərin  təmin  edilməsi  deyildir,  əsasən  iqtisadiyyatda  pul-kredit  və  valyuta 
'sahəsindəki çətinlikləri aradan qaldırmaqdır. 
Tədiyyə  balansının  tarazlaşdırılması  məqsədi  ilə  Azərbaycanda  cəlb  edilmiş 
kreditlərin  sərəncamçısı  kimi  Mərkəzi  Bank  çıxış  edir.  Bu  məqsədlə  cəlb  edilmiş 
kreditlər əsasən yumşaq şərtləri ilə seçilir. 
İdxalın maliyyələşdirilməsi: 
Bildiyimiz  kimi,  hökumət  hər  hansı  bir  mal  və  xidmətə  olan  tələbi  yerli 
istehsalla  ya  tam,  yaxud  da  qismən  ödəyə  bilmirsə,  bu  zaman  yaxın  xarici 
dövlətlərdən  bu  mal  və  xidmətləri  idxal  etməli  olur.  Bu  prosesi  həyata  keçirərkən 
dövlət  vəsait  qıtlığı  ilə  üzləşə  bilər.  Bu  vəsait  qıtlığı  ilə  üzləşən  dövlət  əlavə 
mənbələrdən borc krediti cəlb edərək idxalı maddi vəsaitlərlə təchiz etmiş olur. 
Azərbaycan Respublikası «Dövlət borcu və dövlət zəmanəti» haqqında qanun 
layihəsinə  əsaslanaraq  qeyd  edə  bilərik  ki,dövlətin  maraqlan  baxımından  zəruri 
olan  mal  və  xidmətlərin  idxalı  zamanı  yaranmış  vəsait  qıtlığı  həm  daxili,  həm  də 
xarici dövlət borclarının istifadə mənbəyi kimi təyin edilmişdir. 
Dövlət  qiymətli  kağızlarının  yerləşdirilməsi  ilə  əldə  edilən  daxili  dövlət 
borclarından  idxalın  maliyyələşdirilməsi  zamanı  istifadə  edilməsi  nisbətən  az 
hallarda müşahidə edilir. 
Bu  məsələ  idxal-ixrac  əməliyyatları  ilə  bağlı  olduğundan  burada  daha  çox 
xarici  mənbələrdən  cəlb  edilmiş  kredit  resurslarından  istifadə  edilir.  Bu  kredit 
resursları  dövlətin  xarici  borc  öhdəliyi  kimi  qiymətləndirilir.  Xarici  borc  verən 
subyekti  kimi  mal  ixrac"  edən  ölkənin  maliyyə-kredit  qurumu  və  beynəlxalq 
maliyyə-kredit  təşkilatları  və  s.  çıxış  edə  bilər.  Daha  çox  hallarda  ixracatçı 
ölkənin  maliyyə-kredit  qurumlarının  kreditor  şəklində  çıxış  etməsinə  təsadüf 
edilir.  Belə  ki,  bu  zaman  əlində  yetərli  vəsaiti  olmayan  idxalatçı  hökumət,  onun 
tələbinə  cavab  verən  mal  və  ya  xidmət  istehsal  edən  ixracatçı  hökumətlə 
miüqavilə  əsasında  öz  tələbinə  cavab  verəcək  maddi  nemətləri  onun  ölkəsinə  ixrac 


 
 
 
 
etməyə  razı  salmaq  istəyir.  Bu  zaman  öz  maraqları  baxımından  ixracatçı  hökumət, 
öz  ölkəsinə  məxsus  hər  hansı  maliyyə-kredit  qurumundan  həmin  ölkəyə  kredit 
təklif  edir.  Bu  zaman  həmin  ölkəyə  kredit  pul  vəsaiti  formasında  daxil  olmur. 
Belə  ki,
1
'  həmin  vəsait  kredit  təklif  edən  hökumətin  ərazisindəki  satıcı  təşkilata 
ödənilir.  İdxalatçı  hökumət  isə  öz  tələbi  baxımından  ona  lazım  olan  maddi 
nemətləri  idxal  edir.  Bu  tip  kreditlər  əsasən  orta  müddətli  olurlar.  Bu  məqsədlə 
cəlb  edilmiş  kreditlər  ödənilərkən,  hökumət  o  qədər  də  çətinliklərlə  üzləşmir, 
çünki  bu  vəsaitləri  əsasən  həmin  maddi  nemətlərin  təkrar  istifadəçiləri  olan 
subyektlər  ödəyirlər.  Buna  misal  olaraq,  hökumətmizin  2012-cü  ilin  əvvəlinəd 
müqavilə əsasında Qazaxıstandan 300.000  ton taxıl  idxal etməsini şərti şəkildə  qeyd 
edə bilərik. 
2013-cü  il  «Dövlət  Büdcəsi  haqqında»  qanun  layihəsini  əsas-götürərək  qeyd 
edə  bilərik  ki,  bu  məqsədlə  hökumətimizin  xarici  dövlətlərin  hökumətlərinə  verilmiş 
kreditlər  üzrə  daxilolmalar  17864,6  mln.  manat  təşkil  edəcəkdir.  Ötən  ilin  qanun 
layihəsinə  əsasən  bu  vəsait  3035,5mln.  manat  qeyd  edilmişdir.  Göstərilən 
məbləğlərin müqayisəsindən belə bir nəticə çıxarmaq olar ki, respublikamızda kredit 
sisteminin 
dinamikası 
artım 
şəklindədir. 
Əvvəlki 
dövlət 
borclarının 
maliyyələşdirilməsi: 
Əvvəlki  dövlət  borclarının  maliyyələşdirilməsi  dedikdə,  borcu  ödəmək 
məqsədilə  yenidən  borclarına  nəzərdə  tutulur.  Hər  bir  dövlətdə  olduğu  kimi, 
Azərbaycanda  da  borcların  cəlb  edilməsi,  onların  vaxtında  qaytarılması  və 
ödənişlərin  yerinə  yetirilməsinə  nəzarət  edən  orqan  mövcuddur.  Bu  orqanda  olan 
məlumatlara əsaslanaraq dövlət nə vaxt, nə qədər borc ödəyəcəyini planlaşdırır. Belə 
ki, 2013-cü il «Dövlət Büdcəsi haqqında» qanun layihəsində qeyd edildiyi kimi daxili 
dövlət  borcları  üzrə  ödənişlərin  həcmi  49112,1  min  manat  ,  xarici  dövlət  borcları 
üzrə  ödənişin  həcmi  isə  90874,0  min  manat  planlaşdırılmışdır.  Dövlət  öz 
imkanlarının  nəzərə  alaraq  mövcud  ödənişləri  tam  şəkildə  ödəyə  bilmədiyi  halda 
borcun  müqavilə  şərtlərinə  əsaslanaraq  tam  şəkildə  ödəmək  üçün  yenidən  borclan 


 
 
 
 
maya  üz  tutur.  Yenidən  borclanmanın  həyata  keçirilməsi  dünya  praktikasında 
aşağıdakı istiqamətlər üzrə aparılır:  
-Dövlət qiymətli kağızlarından yaranan borcların yeni dövlət qiymətli kağızlarının 
yerləşdirilməsi ilə ödənilməsi; 
-Xarici  kreditlərdən  yaranan  dövlət  borclarının  dövlət  qiymətli  kağızlarının 
yenidən yerləşdirilməsi vasitəsilə ödənilməsi; 
-Dövlət  qiymətli  kağızlarından  yaranan  borcların  xarici  kreditlər  vasitəsilə 
ödənilməsi; 
-Xarici  kreditlərdən  yaranan  dövlət  borclarının  xarici  kreditlər  vasitəsilə 
ödənilməsi; 
-Proqram xarakterli dövlət borclarının dövlət qiymətli kağızlarının yerləşdirilməsi 
ilə ödənilməsi; 
-Qeyri proqram xarakterli dövlət borclarının xarici kreditlər vasitəsilə ödənilməsi; 
Belə  ki,  qiymətli  kağızlardan  yaranan  borcların  dövlət  qiymətli  kağızlarının 
yerləşdirilməsi  ilə  ödənilməsi  geniş  tətbiq  olunur.  Bunu  aydınlaşdıraq.  Bu  proses  ya 
köhnə  öhdəliklərin  yenisinə  birbaşa  mübadiləsi  ilə,  ya  da  emissiya  hesabına  cəlb 
edilən vəsaitlərin mövcud borcların silinməsinə yönəldilməsi ilə həyata keçirilir.Əgər 
yeni  qiymətli  kağızlar  bazarda  daha  aşağı  faiz  həddi  ilə  satılarsa,  onda  bu 
əməliyyatlar  borcların  ümumi  həcminin  azaldılmasına  gətirib  çıxardacaqdır. 
Yeni  öhdəliklər  köhnə  öhdəliklər  nisbətən  daha  öncül  ayılarsa,  onda  bu  borcların 
mübadiləsi  könüllülük  əsasında  reallaşdırıla  bilər.  Əks  halda  köhnə  borclar  üzrə 
gözlənilən  ödənişlər  yeni  borclar  üzrə  ödənişlərə  ekvivalent  olacaqdır.  Yeni  borclar 
isə  mövcud  borcların  faiz  həddi  ilə  satılacaqdır.  Bu  zaman  borc  yükünün  azalması 
gözlənilmir. Buradan görünür ki, borc ödəmək  məqsədi ilə yenidən borclarına ölkənin 
borc siyasətinə birbaşa qulluq edir. 
Elə bir vəziyyət yarana bilər ki, dövlətin  qısamüddətli borc öhdəlikləri  lazımi 
həddən  daha  çox  artmış  olsun.  Bu  vaxt  hökumət  onların  ödənilməsində  çətinliklə 
üzləşir.  Bu  çətinliklə  bağlı  problemləri  aradan  qaldırmaq  üçün  hökumət  bu  tip 
borcların  formasını  dəyişərək  borclanmanın  uzunmüddətli  və  ya  həmişəlik  borc 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə