Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

 
 
 
 
formasında  saxlaya  bilər.  Həmişəlik  borc  forması  dedikdə  yalnız  onun  faizi  ödənilən 
borc forması nəzərdə tutulur. 
Mövcud  dövlət  borclarının ödənilməsinə  yönəldilən dövlət borcları  aşağıdakılar 
kimi qeyd edilir: 
-Əvvəlki borcların əvəz edilməsi; 
-Vaxtı çatmış proqram xarakterli borcların maliyyələşdirilməsinə yönəldilmiş 
dövlət borcları ; 
-Qeyri-proqram xarakterli borcların maliyyələşdirilməsi; 
Əvvəlki borcların əvəz edilməsi aşağıdakılardan ibarətdir: 
1)  Yüksək faizli borcların aşağı faizli borclarla əvəz edilməsi; 
2)  Qısamüddətli borcların uzunmüddətli borclarla əvəz edilməsi; 
3)  Həm  faiz,  həm  də  müddəti  baxımından  borcların  güzəştli  borclarla 
əvəz edilməsi; 
Vaxtı çatmış proqram xarakterli borcların maliyyələşdirilməsinə aşağıdakılar 
aiddir: 
1)  Əsas borc məbləğinin maliyyələşdirilməsi; 
2)  Faiz məbləğinin maliyyələşdirilməsi; 
3)  Həm əsas, həm də faiz məbləğinin maliyyələşdirilməsi; 
Fövqəlada hadisələrin maliyyələşdirilməsi: 
Fövqəlada  hadisələr  dedikdə,  hər  il  təkrar  olunmayan  hadisələr  başa  düşülür. 
Yəni müharibə şəraiti, təbii fəlakətlər və s.-lə müşahidə olunan hadisələr. 
Elə  bir  şərait  yarana  bilər  ki,  dövlət  müharibə  problemi  ilə  qarşılaşsın. 
Müharibə  şəraitinin  yaxınlaşmasını  dərk  edən  dövlət  öz  mövcud  potensialını 
səfərbər  edir.  Belə  ki,  bu  zaman  dövlət  vəsait  çatışmamazlığı  ilə  üzləşərsə, 
dəqiqləşdirilmiş  maliyyə  siyasəti  yetirməlidir.  Belə  ki,  öz  gəlirlərini  artırmaq 
məqsədi  ilə  ölkədəki  vergi  dərəcələrini  artırar.  Bu  hal  o  qədər  də  məqsədə  uyğun 
hesab  edilmir,  çünki  yeni  vergi  dərəcələrinin  tətbiqi  böyük  vaxt  tələb  edir,  eyni 
zamanda  sosial  gərginliyin  artması  ilə  müşahidə  olunur.  Müharibəyə  hazırlıq  və 
müharibə  dövründə  dövlətin  xərclərini  ödəmək  üçün  ən  sərfəli  variant  kimi 


 
 
 
 
borclanma  amili  çıxış  edir.  Beləliklə,  dövlət  mövcud  maliyyə  mənbələrindən  borc 
vəsaitləri  cəlb  edərək  öz  xərclərin  qismən  də  olsa  da  örtməyə  müvəffəq  olur.  Heç 
bir  müharibə  gəlir  çatışmamazlığı  səbəbindən  dayandırılmadığı  üçün,  bütün 
müharibə  dövründə  dövlətin  mövcud  mənbələrdən  borc  vəsaiti  cəlb  etməsi 
davam  edir.  Müharibə  dövründə  yaranan  dövlət  borcları  təkcə  pul  formasında 
müşahidə  edilmir.  Bu  zaman  digər  xarici  dövlətlər  tərəfindən  döyüş  sursat  və 
avadanlıqları  da  borc  alaraq  verilir,  ancaq  müharibə  bitdikdən  sonra  bu  vəsaitlərin 
geri  qaytarılması  pul  formasında  olur.  Müharibə  dövründə  dövlətin  xərclərinin 
ödənilməsində  dövlət  borclarının  vergilərə  nəzərən  daha  səmərəli  faktor  kimi 
iştirak  etməsinə  baxmayaraq,  eyni  zamanda  borclara  görə  faiz  xərclərinin 
dinamikasını  yüksəlməsi,  borc  cəlb  etmə  imkanlarının  çətinləşməsi,  arzu  olunmaz 
hal olan infılyasiyanın artması baxımından o qədər də müsbət hal deyildir. 
Təbii  fəlakətlər  zamanı  da  dövlətin  əlavə  maliyyə  resurslarına  ehtiyacı  artır. 
Belə  ki,  vulkan  hadisələri,  zəlzələ  prosesləri,  qasırğalar,  su  basmaları  və  digər 
təbii  fəlakətlər  zamanı  dövlətə  iri  həcmdə  zərərlər  dəyir.  Bu  tip  zərərlərin  aradan 
qaldırılması  üçün  yeni  vergi  layihəsinin  hazırlanması  da  düzgün  olmazdı.  Bu 
problem  baş  verən  zaman  dost  dövlətlərdən  təmənnasız  yardımlar  olsa  da  yenə  də 
dövlət  dəymiş  ziyanı  tam  aradan  qaldırmaq  üçün  borc  vəsaitləri  cəlb  edir. 
Ümumiyyətlə,  fövqələda  hadisələrin  maliyyələşdirilməsi  üçün  daha  çox  xarici 
kredit  mənbələrindən  istifadə  olunur.  Bu  tip  borclar  əksər  hallarda  orta  və  uzun 
müddətli,  faizsiz  və  ya  yüngül  şərtlərlə  təqdim  edilir.  Buna  baxmayaraq  bu  borc 
vəsaitləri dövlətin ağır borc öhdəlikləri kimi qiymətləndirilir. 
 
2.2   Azərbaycanda   büdcə   kəsirinin   makroiqtisadi    
göstəricilərlə əlaqəsinin təhlili. 
Büdcə kəsiri bir sıra makroiqtisadi göstəricilərlə əlaqəlidir. Belə ki, bu iqdisadi 
göstəricilərin  artım  templəri  büdcə  kəsirinə  effektiv  təsir  göstərir.  Məsələn;  büdcə 
kəsiri  ilə  iqtisadi  artım  arasında  asılılığı  aşağıdakı  cədvəl  vasitəsilə  görmək 
mümkündür: 


 
 
 
 
Büdcə кəsiri və iqtisadi artım 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Büdcə кəsiri. 2012-2013-cü il (ÜDM-ə nisbəti %) 
 
Cədvəldən göründüyü kimi, büdcə kəsirinin həcmi və Ü.M.M.-un orta illik artım 
tempi  arasındakı  asılılıq  tərs  mütənasibdir.  Büdcə  kəsiri  və  iqtisadi  artımın  tempi 
arasındakı asılılığı aşağıdakı kimi də göstərmək olar: 
Umumi  Mərkəzi  məhsulda  (Y)  dövlət  borclanmasının  payı  (GD)  -  d;  n-iqtisadi 
artımın tempi. 
Y
t
 = Y
0
 (1+n)

GD
t
 = Y
о
d(1+n)
t
 
Onda t zamanmda dövlət büdcəsi kəsiri; D
t
=Do+Y
0
d(1+n)+ . . . + Yod(1+n)
4
 
Sonuncunu aşağıdakı şəkildə də yazmaq olar: 


t
t
t
o
o
t
n
n
n
n
d
n
y
D
D
)
1
(
)
1
(
)
1
(
)
1
(
1







 
Deməli, iqtisadi artımın tempi yüksək olduqda, ölkə iqtisadiyyatı büdcə kəsirinin 
yuxarı səviyyəsinə davam gətirir. 
Iqtisadi artımın amillərindən biri borcun Ü.M.M.-la nisbətidir. (borc/Ü.M.M.) 
Bu nisbətin dinamikası aşağıdakı amillərdən asılıdır: 
 2 
 
 1 
 
 0 
 
-1 
 
-2 
 
-3 
 
-4 
 
-5 
 
-6 
 
-7 
 
-8 
 
  -9      -8      -7      -6      -5      -4      -3      -2      -1      0     1      2      3      4      5     6   
- Gürcüstan 
- Qırğızıstan 
-Türkmənistan 
- Azərbaycan 
- Litva 
- Rusiya 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə