Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə16/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

 
 
 
 
0
100
200
300
400
500
600
2009
2010
2011
2012
2013
Xarici borc m?nb?l?rind?n büdc? k?srin? yön?ldil?n v?saitl?r  
Daxili borc m?nb?l?rind?n büdc? k?srin? yön?ldil?n v?saitl?r
 
Sxemdən,  müşahidə  edildiyi  kimi  Azərbaycan  höküməti  büdcə  kəsrinin 
örtülməsi  istiqamətində  daxili  mənbələrdən  cəlb  edilmiş  vəsaitləri  tədricən 
artırmaq,  xarici  mənbələrdən  cəlb  edilən  kreditlərin  isə  azaltmaq  siyasətini  həyata 
keçirməyi  öz  qarşısına  məqsəd  qoymuşdur.  Bu  düzgün  istiqamətlənmiş  iqtisadi 
siyasətdir.  Çünki,  borcların  ödənilməsi  dövlət  büdcəsinin  gəlirləri  hesabına 
olduğundan,  daxili  dövlət  borcunun  xarici  borcu  nisbətdə  artması  daha 
məqsədəuyğundur. 
Büdcə gəlirləri və xərcləri əsasında tarazlığın qorunması: Büdcə gəlir və xərcləri 
arasında  balanslaşdırma  olsa  da,  hər  zaman  bu  tarazlıq  müşahidə  olunmur.  Belə  ki, 
müəyyən zaman periodunda dövlətin gəlir və xərcləri  arasında  boşluqlar  yaranır.  Bu 
səbəbdən əmələ gələn dövlət gəlir və xərcləri şərti olaraq nizamlı və nizamsız şəkildə 
qruplaşdırılır. Nizamsız dövlət xərcləri olaraq  investisiya  xərclərin, dövlət borcları 
üzrə borc məbləğinin və faizinin ödənilməsi xərcləri göstərə bilərik. Nizamlı xərclər 
kimi  isə  əmək  haqqı,  pensiya  və  s.  xərcləri  göstərə  bilərik.  Dövlətin  ümumi  və 
xüsusi  xərclər  üzrə  aldığı  vergilər  nizamlı  vergilər  gətirdiyi  halda,  gömrük  vergi  və 
rüsumlarından  gələn  gəlirlər  nizamsız  olur,  çünki  müəyyən  aylarda  idxalın  artıb, 
azalması  ilə  əlaqədar  olaraq  əldə  olunan  gəlirlər  illik  orta  göstəricilərdən  fərqlənə 


 
 
 
 
bilər.  Beləliklə,  göründüyü  kimi  dövlət  cari  dövr  ərzində,  ya  büdcə  xərclərinin 
müəyyən müddətə təxirə salmalı, ya da əlavə mənbələrdən dövlət büdcəsinə vəsait 
cəlb etməlidir.Bu  vəziyyətdə əlavə  borc mənbələrindən  vəsait cəlb edilməsi daha 
məqsədlə uyğun hal kimi qiymətləndirilir. 
Büdcə gəlir və xərcləri arasında tarazlığın saxlanılması üçün cəlb edilən borclar, 
digər ehtiyaclardan cəlb edilən borclardan  fərqlənir. Bu  məqsədlə cəlb edilən borclar 
yeganə borclardır ki, öz müddəti ərzində dövri xarakter daşıyır. 
Bu baxımdan bu tip borcların idarə edilməsi daha çox digər amillərin təsirindən 
asılıdır. Bu amillər aşağıdakılardır: 
-  Cari dövrdə dövlət büdcəsi gəlirlərinin səviyyəsi; 
-  Cari dövrdə büdcə ödəmələrinin həcmi. 
Yəni  hansı  dövr  ərzində  büdcə  gəlirlərinin  səviyyəsi  aşağı  düşürsə,  bu  zaman 
daha çox borc aləti dövriyyəyə buraxmaq lazımdır. 
Büdcə  gəlir  və  xərcləri  arasında  tarazlığı  qorumaq  üçün  xarici  borc 
mənbələrindən cəlb edilmiş kreditlərdən  maliyyə  mənbəyi kimi  istifadə olunur. Belə 
ki,  bu  problemin  aradan  qaldırılması  üçün  sözü  gedən  maliyyə  mənbəyindən  daha  az 
istifadə olunur. Bu əsasən dövlətin daxili borc bazarından lazımi qədər vəsait cəlb edə 
bilmədiyi periodlarda həyata keçirilir. Xarici kreditorlar tərəfindən bu  məqsədlə təklif 
edilmiş  kreditlər  öz  yüngül  xassəsi  ilə,  yəni  qısa  müddətli  və  aşağı  faizli  olması  ilə 
seçilir.  Buna  baxmayaraq  bu  kreditlər  dövlət  tərəfindən  xarici  dövlət  borcunun 
ayrılmaz tərkib hissəsi kimi qeyd edilir. 
Bəzi  dünya  ölkələrində  bu  problemin  həlli  üçün  Mərkəzi  Bankın  ayırdığı 
birbaşa  kreditlərdən  də  istifadə  olunur.  Bu  əsasən  dövlət  qiymətli  kağızlar 
bazarının formalaşmadığı ölkələrdə özünü biruzə verir. Bu kreditlər də aşağı faizli, 
qısa müddətli olur və daxili dövlət borcuna aid edilir. 
Lakin  dünya  praktikasında  dövlət  büdcəsinin  gəlir  və  xərc  tarazlığının 
qorunması  üçün  daha  çox  dövlət  qiymətli  kağızlarından  cəlb  edilmiş  vəsaitlərdən 
istifadə olunur. Dövlət qiymətli kağızları həm daxili, həm də xarici investorlar arasında 
yerləşdirilir.Büdcə tarazlığının qorumaq məqsədi ilə istifadə olunan dövlət qiymətli 


 
 
 
 
kağızları dalğalı borc kimi qiymətləndirilir, çünki onlar dövri olaraq yerləşdirilir və 
geri  alınır.  Bu  məqsədlə  ən  çox  istifadə  olunan  dövlət  qiymətli  kağızı  dövlət  qısa 
müddətli  istiqrazıdır.Bunların  faiz  məbləği  aşağı  səviyyədə  olur,  çünki  yüksək 
etibarlılığa  malikdirlər.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  dövlət  qısa  müddətli 
istiqrazları dövri olaraq yerləşdirilir. Bu həmin problemin mahiyyətindən irəli gəlir. 
Yerləşdirilərkən  istiqrazların  həcmi  dövri  büdcə  ödənişlərinin  məbləği  ilə  uyğun 
olaraq  müəyyən  edilir.  Bu  prosesi  aşağıdakı  misaldan  daha  aydın  izləmək 
mümkündür: 
Tutaq ki, avqust ayı ərzində budcə gəlirləri 75% yerinə yetirilmişdir. Bu ay  üzrə 
büdcə  ödənişləri  500  mln.  manat  qeyd  edilib.  Buradan  belə  çıxır  ki,  bu  ayda  büdcə 
ödənişlərinin 25%-i, yəni 75 mln. manat gəlirlə təchiz edilməyib. Buradan belə çıxır ki, 
əgər  tarazlığı  təmin  etmək  üçün  digər  mənbələrdən  tutaq  ki,  35  mln.  manat  cəlb 
edilmişsə,  bu  ay  ərzində  dövriyyədə  ən  azı  40  mln.  manat  dövlət  qısamüddətli 
istiqrazları dövr etməlidəir. 
2013-cü  ildə  DQİ-lərin  ilkin  bazarda  yerləşdirilməsi  zamanı  satışın  həcmi 
dinamikasın  aşağıdakı  cədvəldən  izləyək.  Mərkəzi  Bankın  statistik  bülleteninə 
əsaslanaraq. 
0
10
20
30
40
50
60
70
03.
02.
13.
13.
02.
201
3
03.
03.
201
3
19.
03.
201
3
05.
05.
201
3
13.
05.
201
3
19.
06.
201
3
05.
08.
201
3
13.
08.
201
3
03.
09.
201
3
19.
09.
201
3
13.
11.
201
3
03.
12.
201
3
19.
12.
201
3
 
İnvestisiya fondlarının maliyyələşdirilməsi (formalaşdırılması): 
Bildiyimiz  kimi,  dövlətin  iqtisadın  siyasətində  investisiya  layihələrinin  həyata 
keçirilməsi  əsas  yerlərdən  birini  tutur.  İnvestisiya  layihələrini  inkişaf  etdirərək 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə