Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

 
 
 
 
yenidənqurma,  modernləşmənin  həyata  keçirilməsinə  stimulu  azaldır.  Lakin 
fikrimizcə, iqtisadiyyatın strukturunun yenidən qurulması, təkmilləşdirilməsi həm də 
ölkənin  dövlət  borcu  yükünün  azaldılmasına,  ölkənin  ixracdan  əldə  etdiyi  valyuta 
resurslarından  səmərəli  istifadə  edilməsinə,  milli  iqtisadiyyatın  effektiv  inkişafına 
imkan  verər.  Deməli,  xarici  borcun  idarə  edilməsi  ilə  bağlı  həyata  keçirilən  siyasət 
iqtisadi artımın stimullaşdırılması istiqamətində siyasətin prioritetləri ilə sıx qarşılıqlı 
əlaqədə,  vəhdətdə  olmalıdır.  Əgər  belə  demək  mümkünsə  hər  iki  məsələ  həm 
başlangıcdan, həm də iqtisadi inkişaf kontekstində bir-birinə xidmət etməli, bir-birini 
tamamlamalıdır. 
Bu  gün  sürətli  inkişaf  yolu  seçmiş  respublikamızda  da  beynəlxalq  iqtisadi 
sistemə  inteqrasiya  şəraitində  iqtisadi  strukturun  yenidən  qurulması,  modernləşməsi 
istiqamətində  xeyli  işlər  görülmüşdür.  Bununla  bağlı  həm  praktik  sahədə,  həm  də 
qanunverici-hüquqi  bazanın  formalaşması  və  təkmilləşməsi  istiqamətində  ardıcıl, 
qətiyyətli addımlar atılmaqdadır. 
Fikrimizcə, dövlətin xarici borcla bağlı siyasətində əsas diqqət yetirilməli olan 
məsələlərdən  biri  də  yeni  dövlət  borcu  vəsaitlərinin  cəlb  edilməsi  üçün  müddətin 
düzgün  seçilməsidir.  Bu  məsələ  borcların  qaytarılması  üzrə  fəaliyyətlə 
uzlaşdırılmalıdır.  Bunun  üçün  hər  il  yeni  cəlb  edilən  borc  vəsaitlərinin,  kreditlərin 
həcmi xarici borcun qaytarılan həcminə yaxın olmalıdır. Bu uyğunluğun gözlənilməsi 
ilbəil  xarici  borcun  həcminin  artmasının  müəyyən  mənada  qarşısını  ala  bilər,  onun 
yığılıb  qalmasının,  dövlət  büdcəsi  üçün,  eləcə  də  gələcək  nəsillər  üçün  borc  yükünə 
çevrilməsinin qarşısının alınmasında əsas cəhətlərdən biri kimi çıxış edir.  
Dövlət  borcusiyasətinin  digər  mühüm  elementlərindən  biri  xarici  borcun 
optimal  strukturunun  müəyyən  edilməsidir.  Bu  istiqamətdə  fəaliyyət  iki  cəhət  üzrə 
həyata  keçirilməlidir.  İlkin  olaraq,  borcun  müddəti  baxımından  onun  optimal 
strukturu  müəyyən  edilməlidir.  İkinci  olaraq  xarici  borcun  əsas  məbləğinin  və  faiz 
ödənişlərinin ödənilməsi qrafikinin düzgün müəyyən edilməsi.  
Onu  da  qeyd  edək  ki,  xarici  dövlət  borcunun  strukturu  ilə  bağlı  əhəmiyyətli 
olan risklər də mövcuddur. Bunlar arasında aşağıdakıları qeyd edə bilərik: 


 
 
 
 
1. xarici dövlət borcunun xidməti xərclərinin yüksək olması. 
2.  xarici  dövlətlər  və  beynəlxalq  maliyyə  təşkilatları  qarşısında  olan  dövlət 
borcu  öhdəliklərinin  xüsusi  çəkisinin  artması,  çox  olması  və  bu  borcların 
strukturunun  optimallaşdırılması  istiqamətində  lazımi  fəaliyyətin  həyata  keçirilə 
bilməməsi yaxud da onun kreditor tərəfindən dəstəklənməməsi. 
3.  xarici  dövlət  borclarının  yenidən  maliyyələşdirilməsində  daxili  borc 
vəsaitlərindən istifadə imkanlarının məhdud olması. 
4. xarici borcun qaytarılmasında müntəzəmliyin qorunub saxlana bilməməsi və 
borca görə ödəmələrin pik səviyyəyə çatması. 
5.  Korporativ  və  regional  borclarla  bağlı  risklərin  artması  və  onlara  nəzarət 
oluna bilməməsi. 
Lakin  həm  daxili,  həm  də  xarici  bazarlarda  borc  vəsaitlərinin  cəlb  edilməsi 
imkanları  yumşaldıqda,  bərabərləşdikdə,  o  zaman,  onların  həm  dəyəri,  həm  də 
müddəti  baxımından  belə  əlverişli  cəlb  edilmə  imkanları  dövlət  borclarının  yenidən 
maliyyələşdirilməsilə bağlı risklərin xeyli azalmasına səbəb ola bilir. 
Borcun qaytarılması və borca xidmət qrafikinin dəyişməsi prosesi də baş verir 
və bu yeni xarici kreditlərin və borcların cəlb edilməsinə aiddir. Lakin əvvəlki borclar 
üçün  və  sonradan  yeni  cəlb  edilmiş  borc  vəsaitləri  üçün  də  belə  ödəniş  qrafikinə 
riayət  edilməməsi  sonda  ödəmələrin  həcminin  pik  səviyyəsinə  çatmasına,  onların 
yığılıb  bir  dövlət  üçün  borc  yükünə  çevrilməsinə  səbəb  olur.  Nəticədə  bu  prosesin 
mürəkkəbləşməsi  borc  böhranı  ilə  müşahidə  olunur.  Lakin  bir  faktı  da  qeyd  etmək 
lazımdır  ki,  hər  bir  yeni  kredit,  borc  üçün  qəbul  edilən  şərt  dövlət  borcu  üzrə 
ödəmələrin ümumi qrafikinə məcmu halda təsir göstərə bilir. 
Məhz bu mənada dövlət borcu üzrə ödəmələrin müddətinin və buna sərf olunan 
xərclərin  azaldılması  istiqamətində  işlərin  həyata  keçirilməsi  də  istisna 
edilməməlidir.  Çünki,  borcla  bağlı  müqavilə  imzalandığı  tarixdən  etibarən,  artıq 
həmin borc məbləğinə görə ödənişlər aktivləşir, yəni belə deyə bilərik ki, artıq «borc 
sayğacı» işə düşür və faizlərin hesablanması prosesi gedir. Əgər hansısa bir səbəbdən 
borc  vəsaitlərinin  lazım  olan  məqsədlərə  istiqamətlənməsi,  onun  təyinatı  üzrə 


 
 
 
 
yönləndirməsi yaxud borcu alana gəlib çatması ləngiyirsə, belə demək mümkünsə, bu 
heç  də  xərcsiz  başa  gəlmir.  Ona  görə  də  borc  vəsaitlərinin  cəlb  edilməsi  və 
xərclənməsi  məsələləri  mərkəzləşmiş  qaydada  həyata  keçirilirsə  daha  yaxşı  olar.  Bu 
dövlət  borcu  vəsaitlərinin  uçotu  və  qeydiyyatının  vahid  sisteminin  yaradılması 
zərurətini reallaşdırır. Söz yox ki, bu proseslər hökumətin tam nəzarəti altında həyata 
keçirilməlidir.  Bu  mexanizm  həm  də  daxili  dövlət  borcları  üçün  mümkündür  və 
məqsədəuyğundur. 
Yaxın qonşumuz olan Rusiyada dövlət borcu problemi bildiyimiz kimi, kifayət 
qədər  iqtisadi  sistemə  təsirli  bir  prolem  kimi  qəbul  edilmişdir.  Tədqiqatların  da  bir 
çoxu  Rusiyada  xarici  borcunun  optimal  idarə  edilməsinin  prioritetlərindən  biri  kimi 
bilavasitə bu problemlə məşğul olan Agentliyin yaradılmasını təklif edirlər. Bir tarixi 
faktı  da  qeyd  edək  ki,  1917-ci  ilə  qədər  Rusiyada  belə  bir  vəzifəni  icra  edən  qurum 
(struktur)  fəaliyyət  göstərmişdir.  Bu  struktur  borcun  qaytarılması  üzrə  Dövlət 
komissiyası  olaraq  fəaliyyət  göstərmişdir.  ABŞ-ın  da  büdcə  sistemində  uyğun 
funksiyanı  icra  edən  xüsusi  Büro  fəaliyyət  göstərir.  Bu,  federal  xəzinədarlığın 
struktur yarımabölməsi kimi fəaliyyət göstərir. 
Əlbəttə,  nəzərə  alsaq  ki,  1995-ci  ildən  bu  günə  qədər  Azərbaycanın  da  xarici 
borcu  artmaqdadır,  o  zaman  belə  bir  strukturun  respublikamızda  da  yaradılmasına 
böyük ehtiyac vardır. 
Dövlətin  dövlət  borcu  siyasətinin  fəal  həyata  keçirilməsində  idarə  etmə  ilə 
bağlı  məsələlərin təkmilləşdirilməsi  ilə  yanaşı, dövlətin  daxili borc bazarının  inkişaf 
etdirilməsi,  dövlət  büdcəsinin  balanslaşdırılması,  borclu  ölkənin  ödəmə  qabiliyyətilə 
bağlı  beynəlxalq  arenada  müsbət  fikrin,  rəyin  formalaşmasına  nail  olmaq,  dövlətin 
maliyyə ehtiyatlarının həcminin artırılması zəruri ilkin şərtlər kimi çıxış edirlər. 
Dövlət  borcu  siyasətinin  mühüm  prioritetlərindən  biri  də  borclu  ölkənin 
beynəlxalq 
maliyyə 
institutları, 
maliyyə 
təşkilatları 
ilə 
münasibətlərinin 
optimallaşdırılmasıdır. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə