Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   26   27   28   29   30   31   32   33   34

 
 
 
 
Beləliklə,  məlum şəraitdə  büdcə kəsirinin  borclu  maliyyələşdirilməsi  mexanizmi 
-  xüsusi  investisiyanın  sıxışdırıb  çıxarma  effektini  yarada  bilər,  eləcə  də  onu 
kənarlaşdıra bilər. 
Büdcə  kəsirinin  borclu  maliyyələşdirilməsinə  adətən  kəsirin  monetizasiyasına 
qarşı  antiinflyasiya  alternativi  kimi  baxılır.  Lakin,  borclu  maliyyələşdirmə  üsulu 
inflyasiyanın artımı təhlükəsini aradan qaldıra bilməz, ancaq, müəyyən müddət üçün 
bu artımın qabağını alır. Bu keçid iqtisadiyyatı üçün xarakterik cəhətdir. Əgər dövlət 
istiqrazları  əhali  və  kommersiya  bankları  arasında  paylanırsa,  onda  inflyasiya 
gərginliyi  zəif  olacaq.  Onların  bilavasitə  Mərkəzi  Bankda  paylanması  zamanı  isə 
əksinə olur. Lakin, Mərkəzi Bank ikinci qiymətli kağızlar bazarında bu istiqrazları ala 
bilər  və  bununlada  inflyasiya  artımına  səbəb  olan  özünün  qeyri  -  həqiqi  fiskal 
fəaliyyətini genişləndirə bilər. 
Dövlət  istiqrazlarının  aşağı  faiz  stavkaları  ilə  büdcədənkənar  fondlarda  məcburi 
paylanması  zamanı,  büdcə  kəsirinin  borclu  maliyyələşdirilməsi  mahiyyətcə  əlavə 
vergiyə cəlbolunma mexanizminə çevrilir. 
Büdcə  kəsirinin  örtülməsinin  daha  bir  üsulu  dövlət  büdcəsinə  vergi 
daxilolmaların      artırılmasıdır.      Dövlət  büdcəsinə  vergili  daxilolmaların  artması 
problemi  büdcə  kəsirinin  maliyyələşdirilməsi  çərçivəsindən  kənara  çıxır.  Belə  ki, 
uzunmüddətli  perspektivdə  vergiyə  cəlb  olunma  bazasının  genişlənməsinə  və  vergi 
stavkalarının  aşağı  salınmasına  icazə  verilir.  Qısa  müddətli  mərhələdə  vergi 
stavkalarının aşağı salınması aşağıdakılarla müşayiət olunur: 
Birinci, iqtisadiyyatın bərpa sabitlik dərəcəsinin aşağı düşməsi; 
Ikinci,  faiz  stavkalarının  artımı  fonunda  qeyri-dövlət  sektorunda  "sıxışdırıb 
çıxarma  effekti"nin  artması  pul  bazarında  reaksiya  oyadır,  bu  proses  iqtisadi 
canlanma ilə müşahidə olunaraq, pula tələb, ona olan təklif isə dəyişmədən qalxır; 
Üçüncü,  büdcə  kəsirinin  artması  büdcəyə  daxil  olan  vergilərin  və  vergi 
stavkalarınm aşağı salınması ilə bağlıdır. 


 
 
 
 
Vergilərin  artırılması  borc  üzrə  faizlərin  və  onun  əsas  məbləğinin  ödənilməsi 
üçün  dövlətin  həyata  keçirdiyi  üsullardan  biridir.  Digər  tərəfdən  isə  bu  əməyə, 
innovasiyaya və investisiyaya stimulu azaltmış olur. 
Əlbəttə, Azərbaycanda  mövcud şəraitdə büdcə kəsirinin örtülməsi  üçün  yuxarıda 
göstərilən  hər  üç  üsula  müraciət  edilə  bilər.  Lakin  mövcud  situasiyanı  və 
stimullaşdırıcı iqtisadi siyasətin tələblərini nəzərə alaraq əlavə pul emissiyası üsuluna 
nisbətən üstünlük verilməlidir. Lakin burada son dərəcə ehtiyatlı olmaq tələb olunur. 
Elə  etmək  lazımdır  ki,  yaranmış  inflyasiya  səviyyəsi  orta  faiz  stavkalarına  yaxın  və 
ya onu aşmış olmasın. 
Çünki,  inflyasiya  kreditlər  üzrə  faizləri  yemiş  olur,  nəticədə  kredit  sistemi 
tənəzzülə uğrayır. 
Büdcə kəsirinin azaldılması  ilə bağlı  dünya təcrübəsində bir neçə  istiqamətlər də 
sınaqdan keçirilmişdir. Bu istiqamətlər aşağıdakılardır: 
- hərbi xərclərin azaldılması; 
- mühüm sosial proqramların maliyyələşdirilməsinin saxlanılması; 
- hökumət xərclərinin bir sıra sahələrdə ixtisar edilməsi; 
-idarəetmə aparatının ixtisara salınması və ya idarəetmə xərclərinin azaldılması; 

istehsal və satış həcminin artırılması; . 
-vergidən  yayınma  hallarının  minimuma  endirilməsi,  vergiqoyma  bazasının 
genişləndirilməsi; 
-  xarici    kapitalın    cəlb    edilməsi,    onun    köməyi    ilə  təkcə  fiskal  yox, 
həmçinin  iqtisadi  xarakterli  məsələlərdə  həll  olunur.  Kapital  qoyuluşunun 
maliyyələşdirilməsi  təyinatlı  büdcə  xərcləri  azalır,  əmtəə  və  xidmətlərin 
istehsalı üçün baza genişlənir. Tədiyyə balansının vəziyyəti yaxşılaşır.  
Beləliklə, 
yaranmış 
büdcə 
kəsirinin 
aradan 
qaldırılması 
üçün 
qeyd 
etdiklərimizdən  elə  üsul  və  istiqamətlər  seçilməlidir  ki,  maliyyə-büdcə  siyasətinin 
stimullaşdırıcı effektini neytrallaşdırmasın. 
  
 


 
 
 
 
 
 
                                      NƏTİCƏ VƏ TƏKLİFLƏR 
Hər  bir  dövlətin  iqtisadi  və  siyasi  təşkilinə,  dövlət  quruluşuna  müvafiq  olaraq 
maliyyə  sistemi  fərmanlanır  və  fəaliyyət  göstərir.  İnkişaf  etmiş  xarici  ölkələrdə 
olduğu  kimi,  Azərbaycan  Respublikasının  da  özünə  məxsus  maliyyə  sistemi 
formalaşır  və  inkişaf  edir.  Maliyyə  sistemi  ölkənin  bütün  maliyyə  həlqələrinin 
məcmuyu və onlar arasındakı qarşılıqlı əlaqələrin təşkilindən ibarətdir. 
Azərbaycan  Respublikasının  maliyyə  sistemi  ümum  dövlət  maliyyəsindən  və 
müəssisələrin  və  təşkilatların  maliyyəsindən  ibarətdir.  Dövlət  maliyyəsinə  dövlət 
büdcəsi,  büdcədən  kənar  dövlət  fondları,  dövlət  krediti  və  sığorta  fondlarından 
ibarətdir.  Müəssisələrin  maliyyəsi  dövlət  müəssisələrinin  maliyyəsindən,  xüsusi 
müəssisələrin  maliyyəsindən,  bələdiyyələrin  maliyyəsindən,  səhmdar  cəmiyyətlərin 
maliyyəsindən,  icarə  müəssisələrinin  və  ictimai  müəssisələrin  maliyyəsindən 
ibarətdir. 
Maliyyə sistemində dövlət büdcəsi aparıcı və mərkəzi yer tutur. Dövlət büdcəsi 
dövlətin  funksiyalarının  həyata  keçirilməsi  üçün  mərkəzləşdirilmiş  pul  vəsaiti 
fondunun  yaradılması  və  istifadəsinin  iqtisadi  formasıdır.  Dövlət  büdcəsinin    sosial-
iqtisadi  mahiyyəti  və  rolu  onun  gəlirləri  və  xərclərinin  ümumi  xarakteristikası 
əsasında  izah  edilir.  Müstəqil  və  bazar  iqtisadiyatı  inkişaf  yoluna  qədəm  qoymuş 
Azərbaycanın  büdcə  gəlirləri  qanunla  müəyyən  olunmuş  vergilər,  rüsumlar  və  digər 
ödənişlər hesabına formalaşır. 
Dövlət  büdcəsinin  xərcləri  müvafiq  büdcə  təsnifatına  uyqun  olaraq  cari 
xərclərini investisiya, innovasiya və digər xərclərin  maliyyələşdirilməsinə yönəldilir. 
Sosial-iqtisadi məzmununa görə büdcə xərcləri iqtisadi inkişaf və tənzimləmə, sosial 
sferanın  maliyyələşdirilməsi,  ölkənin  müdafiəsi  və  idarəetmə  xərclərindən  ibarət 
qruplaşdırılır. 
Dövlət  büdcəsində  məqsədli  büdcə  fondları  da  yaradılır  və  istifadə  edilir. 
Azərbaycanın  maliyyə  sistemində  öz  yerinə  və  roluna  görə  müəssisələrin  və 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə