Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə28/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

 
 
 
 
Dövlət  borcu  planının  tərtibi  müxtəlif  istiqamətli  metodlar  vasitəsi  ilə  həyata 
keçirilir.  Metod  dedikdə  bu  prosesin  həyata  keçirilməsi  üsulları  nəzərdə  tutulur.  Bu 
metodlar aşağıdakılardan ibarətdir: 
Əmsal metodu: 
Bu metoddan əsasən daha dəqiq planların tərtib edilməsində istifadə edilir. Bu 
metod  dövlət  borcu  göstəricilərinin  müəyyən  əmsalla  müəyyən  edilməsindən 
ibarətdir.  Bu  zaman  hər  hansı  problemin  həlli  məqsədi  ilə  dövlət  borcu  planı 
hazırlanırsa, burada  keçmiş dövr  üçün  həmin sahədə  istifadə edilən dövlət borcunun 
artım  göstəricilərini  təyin  edib,  orta  illik  dinamikaya  (artım  və  ya  azalma)  uyğun 
olaraq plan ilindəki göstəriciləri yeni maliyyə ili üçün planlaşdırılır. 
Dövlət borcu planlaşdırılmasında normativ metoddan da istifadə edilir. Burada 
əsasən  göstəricilər  təyin  edilmiş  normativlərə  görə  hesablanır.  Bu  normativlərə 
birbaşa  kreditlərə,  dövlət  qiymətli  kağızlarına  görə  faiz  həddi,  infilyasiya  norması 
tədiyyə balansı vəziyyəti və s. aid edilir. 
Dövlət  borcu  planlaşdırılması  metodlarından  biri  də  balans  metodudur.  Bu 
metod  daha  çox  maliyyə  planının  bölmələrinin  balanslaşdırılması  üsulu  ilə  onun 
tərkibini  xarakterizə  edir.  Bildiyimiz  kimi,  dövlət  borcu  planlaşdırılması  da  maliyyə 
planlaşdırılmasının tərkib hissəsi kimi çıxış edir. Bu metodun tətbiqi ilə dövlət borcu 
planlaşdırılmasındakı ortaya çıxan çatışmamazlıqlar aradan qaldırılır. 
Bildiyimiz  kimi,  hazırda  milli  təcrübə  ümumilikdə  maliyyə  planlaşdırılması 
sahəsində  çox  azdır.  Bu  baxımdan  respublikamızda  xüsusi  ilə  də  dövlət    borcu 
planlaşdırılması  aşağı  səviyyədə  həyata  keçirilir  və  iqtisadi  inkişafa  lazımi  təsir 
göstərə  bilmir.  Daha  doğrusu  tərtib  edilmiş  dövlət  borcu  planları  reallıqla  uzlaşmır, 
bu  da  makroiqtisadi  tənzimləmənin  olmaması  ilə  nəticələnir.  Bu  baxımdan 
respublikamız  dövlət    borcu  planlaşdırılmasını  təkmilləşdirmək,  dünya  standartları 
səviyyəsinə çatdırmaq üçün ilk növbədə inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə 
etməli, dövlət borcunun  idarə edilməsinə təsir edə biləcək bəzi amillərə (infilyasiya, 
borca görə faiz hədlərinin səviyyəsi və s.) nəzarət altında saxlamalıdır. 


 
 
 
 
Dövlət  borcu planlaşdırılmasından, sonra onun idarə edilməsinə başlanır. İdarə 
edilmənin  son  mərhələsi  dövlət  borclarının  ödənilməsi  mərhələsidir.  Bu  mərhələ 
borcların  idarə  edilməsinin  əsas  vəzifəsi  kimi  çıxış  edir  və  sözü  gedən  borc 
münasibətinin  yekunu,  digər  yarana  biləcək  borc  münasibətlərinin  başlanğıcı  hesab 
edilir.  Dövlət  borcunun  idarə  edilməsi  baxımından  aşağıdakı    cədvəli  (16)  izləmək 
maraqlı olar.    
Cədvəl  16  -  da    2005-ci  il  üzrə  dövlət  qısamüddətli  istiqraz  vərəqələrinin 
yerləşdirilməsi, buraxılması və ödənişini əks etdirən məlumat toplusu göstərilmişdir.  
Cədvəldən  də  göründüyü  kimi,  2010-ci  ildə  DQİ-lərin  satışından  Dövlət 
büdcəsinə  200  mln  manat  pul  vəsaiti  daxil  olması  01.01.2010  –  31.12.2010-ci  il 
müddətində emissiyanın ümumi həcmi 650 mln manat olmuşdur. Yerləşdirilmiş DQİ-
lər  üzrə  2009-cü  ildən  2010-ci  ilə  keçən  borc  və  borcun  faktiki  məbləği  0,0  manat 
təşkil edir.  Bu o  deməkdir ki,  həmin  ildə  borc qalmamışdır. 2010-ci  il ərzində DQİ-
lər  üzrə  büdcəyə  292,3  mln  manat  təşkil  etmişdir.  2011-ci  ilə  keçən  borc  üzrə  və 
2011-ci  il  ərzində  buraxılmış  istiqraz  vərəqələri  üzrə  2.6  mln  manat  təşkil  etmişdir. 
DQİ-lər üzrə 2011-cı ilə keçən borc 102.3 mln manat təşkil etmişdir. 
Təhlildən  göründüyü  kimi  eyni  zamanda  DQİ-lərin  dövriyyəyə  buraxılma 
dinamikası sürətlə atrmaqdadır. 2011-ci ilin sonuna kimi 60 şəhadətnamə formasında 
buraxılmışdır. Hər şəhadətnamə üzrə DQİ-lərin buraxılış tarixi, onların sayı, nominal 
dəyəri, emissiyanın ümumi həcmi, ödəniş tarixi, auksionun nəticələri, yerləşdirilməsi, 
büdcəyə  daxilolmalar,  diskont  məbləği,  kəsmə  gəlirliyi,  orta  ölçülmüş  gəlirliliyini 
aydın müşahidə etmək mümkündür. 
Dövlət    borclarının  ödənilməsi  vaxtı-vaxtında  və  ya  gecikdirilmələrlə  həyata 
keçirilə  bilər.  Vaxtı-vaxtında  borcların  ödənilməsi  dövlətin  öz  üzərinə  götürdüyü 
öhdəliklərə  tam şəkildə əməl etməsindən  xəbər  verir. Bu da öz  növbəsində ona olan 
etibarın  yüksəlməsi  ilə  nəticələnir  və  sonra  həmin  dövlətin  kreditə  ehtiyacı  olan 
zaman  kredit  bazarından  kredit  cəlb  etməsi  o  qədər  də  çətin  olmur.  Borcların 
ödənilməsi  gecikdirmələrlə  həyata  keçirildikdə  isə  bu  ilk  növbədə  borcların  idarə 
edilməsinin düzgün təşkil edilmədiyindən xəbər verir. Həmin ölkəyə olan etibar aşağı 


 
 
 
 
düşür  və  gecikdirilmiş  öhdəliklər  ağır  borc  yükünə  çevrilir.  Hökümət  yenidən 
borclanmaya getməyə məcbur olur ki, iqtisadi cəhətdən yeni problemlərin başlanması 
ilə nəticələnir. Dövlət borcları ödəniş formasına görə aşağıdakılara bölünür: 
1.  Məcburi ödəniş forması; 
2.  Könüllü ödəniş forması. 
Məcburi ödəniş forması kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, müddətin 
başa  çatması  ilə  müşayət  olunur.  Yəni,  müqavilədə  nəzərdə  tutulan  müddət  bitdikdə 
borcların ödənilməsi məcburiyyət daşıyır. Praktikada ən çox yerinə yetirilən məcburi 
ödəniş formaları aşağıdakılardan ibarətdir: 
–  Borcların  müəyyən  edilmiş  tarixdə  bütövlükdə  ödənilməsi.  Bu  zaman  borclu 
tərəf  həm borc  məbləğini,  həm də ona  görə faizləri  müqavilədə  nəzərdə tutulan 
müddət  bitdikdən  sonra  ödəyir.  Bu  cür  məcburi  ödəniş  formasından  istifadə 
edilərkən  bir  sıra  müsbət  və  mənfi  hallar  müşahidə  edilir.  Belə  ki,  borcların 
ödənilməsi nəzərdə tutulan müddətə qədər borc alan subyekt heç bir faiz ödəmir. 
Bu  fəaliyyətdən  əldə  elədiyi  gəlirləri  özündə  saxlayır  və  borcun  qaytarılma 
müddətini  nəzərdə  tutaraq  digər  məqsədlərə  bu  vəsaiti  sərf  edə  bilər.  Bunu 
müsbət  hal  kimi  dəyərləndirmək  olar.  Lakin  müddət  başa  çatdıqda  həm  borc 
məbləğinin,  həm də  faiz  dərəcələrinin birdəfəlik ödənilməsi dövlətin borc  yükü 
baxımından  o  qədər  də  əlverişli  deyildir.  Bu  zaman  dövlət  ağır  borc  yükü  ilə 
qarşılaşır. Bu baxımdan belə halları nəzərə alaraq dövlət bu tip borcları ödədiyi 
zaman müəyyən müddətlər üzrə borcları bölüşdürərək ödəməyi üstün tutr. Yəni 
ödəniş fondu yaradaraq, bu fonda mütamadi olaraq sərbəst vəsaitləri yerləşdirir. 
Başqa cür birjadan qiymətli kağızları satın alaraq bu tədbiri həyata keçirir. 
–  Dövlət  borclarının  müəyyən  edilmiş  tarixə  qədər  tədricən  ödənilməsi.  Bu 
zaman  həm  əsas  borc  məbləği,  həm  də  faiz  dərəcələri  nəzərdə  tutulmuş 
müddətə  qədər  tədricən  ödənilir.  Bu  da  dövlətin  maraqları  baxımından 
sərfəli variant hesab edilir. Belə təqdirdə dövlət yuxarıda qeyd edilən ödəniş 
formasından  fərqli  olaraq  ağır  borc  yükü  ilə  qarşılaşmır.  Bu  üsuldan  daha 
çox uzunmüddətli birbaşa kreditlərin ödənilməsi zamanı istifadə edilir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə