Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə26/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

 
 
 
 
5. Borcların idarə edilməsi sisteminin dövlət borclarının, xüsusilə xarici borcun 
strukturu,  ona  xidmətin  dəyərinin  azaldılması,  borc  resurslarının  cəlb  edən  ölkənin 
qarşılaşa biləcəyi risklərin minimuma endirilməsi istiqamətində təkmilləşdirilməsi və 
borc siyasətinin bu məqsədlərə yönəldilməsinin təmin edilməsi. 
6. Xarici dövlət borcunun qaytarılmasında, ümumilikdə dövlət borcu  yükünün 
azaldılmasında  optimal  mənbələrin  seçilməsinə  nail  olmaq  və  bu  məqsədlə  borclu 
ölkənin  milli  iqtisadiyyatının  inkişafı,  eləcə  də  onun  dünya  bazarına  inteqrasiyası 
maraqları çərçivəsindən çıxış etmək. 
7. Maksimum dərəcədə dövlət borclarının strukturunda daxili borclara nisbətdə 
xarici borcun xüsusi çəkisinin azaldılmasına nail olmaq. 
8.  Ölkənin  beynəlxalq  borc  bazarında  müsbət  imicinin  formalaşması 
istqamətində aktiv fəaliyyətin həyata keçirilməsi, onun borc siyasətində bu prioritetin 
daimi olaraq nəzarətdə saxlanılması. 
9. Xarici borc siyasətində beynəlxalq maliyyə təşkilatları və maliyyə institutları 
ilə  münasibətlərin  təkmilləşdirilməsinə  xüsusi  diqqət  yetirilməsi  vacibdir.  Bu 
məsələlərdə  ölkənin  siyasi-iqtisadi,  sosial  maraqlarının  təmin  edilməsinə  nail  olmaq 
və onun daimi diqqətdə saxlanılmasını təmin etmək. 
Dövlət  borcunun  idarə  edilməsi.  Dövlət  borcu  siyasətinin  çox  mühüm 
elementlərindən,  prioritetlərindən  biri  də  xarici  borcun  idarə  edilməsi  sisteminin 
formalaşması,  təkmilləşdirilməsidir.  İlk  öncə  onu  qeyd  edək  ki,  həm  xarici,  həm 
daxili  dövlət  borcu  bir  idarəetmə  aləti,  vasitəsi  və  idarəetmə  obyektidir.  İdarəetmə 
aləti  kimi  qanunverici  və  icra  orqanları  onun  vasitəsilə  maliyyə  bazarına  və  pul 
dövriyyəsinə,  investisiyaların  və  istehsalın  həcminə,  məşğulluğun  səviyyəsinə  və 
əhalinin yığımlarının təşkilinə və digər bir çox iqtisadi proseslərə təsir imkanları əldə 
edirlər. 
Dövlət  borclarının  idarə  edilməsi  dövlətin  borc  öhdəliklərinin  buraxılması  və 
yerləşdirilməsi  ilə  bağlı,  dövlət  qiymətli  kağızlar  bazarının  tənzimlənməsi,  borcların 
qaytarılması  və  onlara  xidmət,  borcların  (ssudaların)  və  təminatların  verilməsi  ilə 
bağlı həyata keçirilən fəaliyyətin məcmusudur. 


 
 
 
 
Dövlət borclarının  idarə edilməsinin əsas  vəzifələri daxili  və  xarici borclanma 
ilə  bağlı  ümumdövlət  strategiyasının  işlənib  hazırlanmasından,  borc  resurslarından 
səmərəli  istifadə  olunması,  borc  öhdəliklərinin  vaxtlı-vaxtında  yerinə  yetirilməsi 
daxildir
2

Bu  vəzifələrin  həyata  keçirilməsi  dövlət  borclarının  idarə  edilməsi  sisteminin 
yaradılması  zəruri  edir.  Və  bu  sistem  daxilində  həyata  keçirilən  vəzifələrin  miqyası 
daha da genişlənir. 
Ümumilikdə  borcların  idarə  edilməsi  sistemi  vasitəsilə  aşağıdakı  vəzifələrin 
həllini nəzərdə tutulmalıdır: 
1)  Həm  daxili,  həm  də  xarici  borcların  səviyyəsinin  ölkənin  iqtisadi 
təhlükəsizliyinə, sosial-iqtisadi proqramların icrasına, ölkədəki vəziyyətə normal təsir 
edə biləcək həddə saxlanılması; 
2)  Xarici  borcun  dəyərinin  minimuma  endirilməsi  borclanma  müddətinin 
artırılması və dövlət qiymətli kağızlarının gəlirliyinin aşağı salınması əsasında; 
3)  Ölkənin  inkişafının  prioritet  istiqamətlərinin  təmin  edilməsi  üçün  dövlət 
borcu mənbələrindən optimal həcmdə vəsaitlərin cəlb edilməsi; 
4) 
Xarici 
borclanma 
çərçivəsində 
ümumdövlət 
proqramlarının 
maliyyələşdirilməsinin məqsədəuyğunluğunun və imkanlarının müəyyən edilməsi; 
5)  Xarici  borclanma  prosesində  inkişaf  etmiş  bazar  iqtisadi  sisteminə  uyğun 
müasir  alətlərin  tətbiqi  imkanlarının  və  borcun  idarəedilməsi  vasitələrinin  inkişafı, 
təkmilləşdirilməsi; 
6)  Dövlətin  daima  öz  öhdəliklərini  ödəmək  qabiliyyətində,  iqtidarında  olması 
barədə xarici dövlətlər, beynəlxalq maliyyə təşkilatları və institutları, beynəlxalq borc 
bazarında müsbət rəyin formalaşdırılması və onun qorunub saxlanması istiqamətində 
müntəzəm fəaliyyətin həyata keçirilməsi. 
7)  Dövlət  borcu  vəsaitləri  hesabına  maliyyələşdirilən  investisiya  layihələrinin 
diqqətlə  işlənib  hazırlanması  və  onların  reallaşması  prosesinin  sonadək  daimi 
nəzarətdə saxlanılması; 
                                                
 


 
 
 
 
8) 
Dövlət 
borcu 
vəsaitlərindən 
istifadənin 
səmərəliliyinə 
və 
məqsədəuyğunluğuna  daimi  nəzarətin  təmin  edilməsi  baxımından  monitorinq 
sisteminin yaradılması; 
9)  Xarici  borcların  vaxtlı-vaxtında  qaytarılması  və  onlara  görə  faiz 
ödəmələrinin vaxtında yerinə yetirilməsi; 
10)  Yuxarıda  qeyd  edilən  vəzifələrin  həyata  keçirilməsi  istiqamətində  bütün 
səlahiyyətli orqanların fəaliyyətinin optimal əlaqələndirilməsi. 
Bir  cəhəti  də  qeyd  etmək  yerinə  düşərdi  ki,  dövlət  borclarının  idarəedilməsi 
sisteminin ayrılmaz və çox məsuliyyətli bir həlqəsi olan xarici borcların idarəedilməsi 
sisteminin  özünü  də  daimi  təkmilləşdirilməsinə,  bu  istiqamətdə  islahatların 
aparılmasına ehtiyac duyulur. Bu islahatlar aşağıdakı zərurətdən irəli gəlir: 
- dövlət borcu bazarında dövlət borclarının səmərəliliyinin artırılması; 
- dövlət borclarının strukturunun optimal laşdırılması; 
-  xarici  mənbələrdən  cəlb  edilmiş  borc  vəsaitlərinin  idarə  edilməsi  sahəsində 
iqtisadi baxımdan əsaslandırılmış qərarların qəbulunun təmin edilməsi; 

dövlət 
borclarının 
idarə 
edilməsi 
və 
onların 
səmərəliliyinin 
qiymətləndirilməsi  istiqamətində  inteqrasiya  olunmuş  və  sadələşdirilmiş  strategi 
planlaşdırma sisteminin formalaşması; 
Xarici  dövlət  borclarına  dövlət  maliyyə  nəzarətinin  həyata  keçirilməsinin 
hüquqi bazasının formalaşması və möhkəmləndirilməsi; 
-  hər  bir  konkret  mənbədən  cəlb  olunan  borc  vəsaitinin,  konkret  kredit 
formasının, növünün səmərəliliyinin qiymətləndirilməsi imkanlarının təmin edilməsi; 
 
Borcların 
idarə 
edilməsi 
sisteminin 
təkmilləşdirilməsinin 
mühüm 
istiqamətlərindən, elementlərindən biri də xarici borcun idarə edilməsinin mükəmməl 
qanunverici  bazasının  yaradılmasıdır.  Söz  yox  ki,  belə  qanunverici  baza  iqtisadi, 
siyasi,  həm  də  praktik  fəaliyyətlə  bağlı  reallıqları  nəzərə  almalıdır.  Həm  də  digər 
sahələrdə olan qanunverici aktlarla müəyyən dərəcədə əlaqələndirilməlidir. 
 
Onu da qeyd edək ki, ümumiyyətlə borcun, xarici kreditlərin tənzimlənməsinin 
iki  cəhətini  fərqləndirmək  lazımdır.  Fikrimizcə,  dünya  iqtisadiyyatının  bu  günki 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə