Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

 
 
 
 
Ümumiyyətlə,  belə  fikir  söyləmək  olar  ki,  Azərbaycanda  büdcə  kəsirinin 
maliyyələşdirilməsi  mənbəyi  əsasən  xarici  maliyyələşdirmədir.  Bu  fikri  2005-2013-
cü illərin büdcəsinə əsasən də təsdiq etmək olar. 
 Yalnız      2005-ci      ilin      dövlət      büdcəsinin      kəsiri      daxili      maliyyələşmə 
mənbəyi hesabına örtülmüşdür. 
Respublikamızda  özəlləşdirmə  proqramının  həyata  keçirilməsi  fikrimcə,  büdcə 
kəsirinin  maliyyələşdirilməsində  mühüm  rol  oynayır.  Belə  ki,  bir  sıra  dövlət 
aktivlərinin  və  proqramlarının  xüsusi  sektora  satılması,  dövlət  xərclərinin  xüsusi 
çəkisinin  azalmasına  səbəb  olur.  Bundan  əlavə  bəzi  lüzumsuz  xərclərin  həcmini 
azaltmaqla və ya onları tamamilə ləğv etməklə büdcədə tarazlığın yaradılmasına nail 
olmaq mümkündür. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
F
SİL  III. Büdcə kəsirinin maliyyələşdirilməsi mənbəələrinin tənzimlənməsi. 
3.1 Azərbaycanda dövlət krediti siyasətinin perspektivləri. 
 
Hər  bir  ölkənin  iqtisadi  sistemində  ümumi  makroiqtisadi  sabitliyin  təmin 
edilməsi  istiqamətində  onun  rəhbərliyinin  həyata  keçirdiyi  iqtisadi  siyasətin  çox 
mühüm  istiqamətlərindən  biri  də  dövlət  borcu  siyasətidir.  Dövlət  borcunun  idarə 
edilməsi  ilə  bağlı  həyata  keçirilən  siyasət  iki  istiqamətdə  işlənib  hazırlanmalıdır: 
birinci  istiqamət  ölkə  iqtisadiyyatının  inkişafının  maliyyələşdirilməsində  xarici 
maliyyə  mənbələrinin  tapılması,  vəsaitlərin  milli  iqtisadi  sistemə,  onun 
dirçəldilməsinə  yönəldilməsi  və  onlardan  istifadənin  çox  dəqiq  və  konkret 
prioritetlərinin  müəyyən  edilməsidir.  İkinci  istiqamət  isə  alınmış  dövlət  borcu 
vəsaitlərinin  qaytarılmasının  təmin  edilməsidir.  Burada  həm  də  xarici  borcun  əsas 
məbləğinin  və onunla bağlı olan  faizlərin  qaytarılması  nəzərdə tutulur. Onu da qeyd 
edək  ki,  hər  iki  istiqamət  bir-birilə  sıx  qarşılıqlı  əlaqədə  olub,  bir-birini  tamamlayır. 
Hər  hansı  bir  prioritet  üzrə  səmərəli,  təkmil  siyasətin  həyata  keçirilməsi  digər  bir 
istiqamətdə fəaliyyəti stimullaşdırır. Əks halda belə stimuldan danışmaq çətin olardı. 
Xarici  mənbələrdən  maliyyə  vəsaitlərinin  cəlb  edilməsi,  onlardan  istifadə 
edilməsi və xarici borcun qaytarılması ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, inkişaf 
perspektivləri  ilə  əlaqəlidir.  Bu  proses  bilavasitə  təkcə  istehsalın  artırılması, 
intensivləşməsi  deyil,  eyni  zamanda  sənayenin  strukturunda  mütərəqqi  dəyişikliklər 
yarada  biləcək  sahələrin  inkişafını,  ümumilikdə  iqtisadiyyatın  hərtərəfli  inkişafını, 
kompleks  sosial-iqtisadi  inkişafı  və  milli  iqtisadiyyatın  dünya  iqtisadi  sisteminə 
inteqrasiyası zərurətini reallaşdırır. Ona görə də milli iqtisadiyyatın kompleks inkişafı 
strategiyası  kontekstində  dövlət  borcu  probleminin  həlli,  o  cümlədən  dövlət  borcu 
siyasətinin işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. 
Bu  istiqamətdə  əsas  prioritetlərdən  biri  milli  iqtisadi  sistemdə  güclü  istehsal 
potensialının  formalaşması  və  istehsal  bazasının  yaradılmasıdır.  Bunun  əsas 


 
 
 
 
məqsədlərindən  biri  əsas  daxili  tələbatın  yerli  istehsal  hesabına  təmin  edilməsi  və 
ixracdan  asılılığın  aradan  qaldırılmasıdır.  Lakin  burada  perspektiv  kimi  ixrac  yönlü 
sənayenin inkişafı qarşıya məqsəd kimi qoyulmalıdır. 
Keçid iqtisadiyyatı ölkələri üçün dövlət borcu siyasətinin prioritetləri sırasında 
iqtisadiyyatın  bir  çox  sahələrinin  yenidən  qurulması,  bu  sahələrin  elm  tutumlu 
məhsul  istehsalı  istiqamətində  təkmilləşdirilməsinə  də  xüsusi  diqqət  yetirilməlidir. 
Yeni  müəssisələrin  yaradılması  ilə  yanaşı,  mövcud  olanların  təkmilləşdirilərək, 
onların  ixrac  potensialının  artırılması  önəmli  əhəmiyyət  kəsb  edir.  Söz  yox  ki,  bu 
istiqamətdə fəaliyyətin reallaşdırılması xammal ixrac edən ölkələrin, o cümlədən neft 
və  qaz  yanacağını  ixrac  edən  ölkələrin  ixrac  potensialını  (hətta  belə  demək 
mümkünsə  ixrac  büdcəsinin)  dünya  bazarındakı  rəqabətdən,  xüsusilə  dünya 
qiymətlərindən  asılılığını  aradan  qaldırar.  Digər  tərəfdən  ölkə  xəzinəsinə  valyuta 
daxilolmaları  üçün  daha  etibarlı  mənbə  təmin  edilmiş  olar  və  ölkənin  də  dünya 
bazarında  qiymətli  əmtəələrin  istehsalçısı  və  ixracatçısı  kimi  rolu  artar.  Əlbəttə, 
inkişaf xəttinin bu istiqamətdə davam etdirilməsi həm ölkənin dövlət borcu yükünün 
yüngülləşməsinə,  onun  öz  xarici  borcunu  qaytara  bilməsinə  şərait  yaradır,  həm  də 
borclu ölkənin dünya iqtisadi sistemində daha sağlam iqtisadi-maliyyə  münasibətləri 
qura  bilməsinə,  bu  münasibətlər  kontekstində  öz  maraqlarını  təmin  edə  bilməsinə 
əsas  verir.  Belə  bir  inkişaf  modelinin  seçilməsi  həm  investisiyalar,  həm  də  borc 
vəsaitləri şəklində ölkəyə maliyyə axınlarının cəlb edilməsinə kömək edir. 
Bir  sıra  hallarda  ölkənin  milli  valyutasının  kursunun  idarə  olunması  problemi 
də  yuxarıda  haqqında  danışdığımız  məsələlərə  öz  təsirini  göstərir.  Yerli  istehsalın 
rəqabət qabiliyyətinin və ölkənin ixrac potensialının qorunması üçün milli valyutanın 
aşağı kursu təmin edilir. Milli valyutanın kursunun aşağı saxlanması idxalın artımına 
əks  təsir  göstərir  və  ixraca  təkan  verir  və  ixracın  fiziki  həcmi  artır.  Lakin  burada 
diqqət  yetirmək  lazımdır  ki,    hasilat  sənayesinə,  yəni  xammal  sahələrinə  investisiya 
axını  üstünlük  təşkil  etməsin.  Çünki,  bu  sonda  həmin  sahələrin  səmərəli  istifadəsinə 
mane olmaqla, həm  də ölkənin  xammal  ixracından asılılığını artırır. Ona  görə də bir 
sıra hallarda milli valyutanın dəyərdən düşməsi, kursunun aşağı olması iqtisadiyyatda 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə