Magistratura məRKƏZİ


 Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 
 
 
 
2.3. Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi təcrübəsi. 
 
Azərbaycanda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri kimi daxili və xarici 
maliyyələşdirmə mənbələri çıxış edir. 
Büdcə  kəsirini  örtmək  üçün  dövlət  həm  daxili,  həm  də  xarici  maliyyə 
mənbələrindən istifadə edir. Birinci halda dövlətin daxili borcu, ikinci halda isə xarici 
borcu yaranır. 
Büdcə  kəsirini  maliyyələşdirmək  üçün  dövlət  istiqraz  vərəqələrini  buraxa  bilər. 
Istiqraz vərəqələrini buraxmaqla o əlavə maliyyə vəsaiti cəlb edir və büdcə xərclərini 
maliyyələşdirir. Istiqrazlar əhali, banklar və ölkənin digər subyektləri tərəfindən alına 
bilər.  Beləliklə,  daxili  dövlət  borcu  dövlət  istiqraz  vərəqələrinin  ölkə  daxilində 
yerləşdirilməsi zamanı yaranır. Istiqraz vərəqələrinə görə faizlər ödənilir. Qeyd edək 
ki,  dövlət  istiqrazlan  üzrə  faiz  dərəcəsi  maliyyə  bazarının  vəziyyətinə  təsir  göstərən 
mühüm  amildir.  Beləki,  dövlət  istiqraz  vərəqələrinin  buraxılması  dövlətin  pul 
resurslarına  olan  tələbatını  əks  etdirir.  Bu  tələbat  həddindən  artıq  böyük  olduqda 
dövlət  buraxdığı  istiqrazlara  görə  yüksək  faiz  dərəcəsi  müəyyən  etməklə  onların 
cazibədarlığını artırmağa çalışır. Son nəticədə dövlətin istiqrazlar üzrə faiz dərəcəsini 
qaldırılmaqla  daha  çox  pul  resurslarını  cəlb  etmək  cəhdi  maliyyə  bazarında  faiz 
dərəcəsinin yüksəlməsinə səbəb olur. 
Ölkə  daxilində  borclanma  ölkənin  malik  olduğu  resursların  iqtisadiyyatın 
sektorları  arasında  yenidən  bölgüsüdür.  Daxili  borclanmanın  iqtisadiyyata  təsiri 
dövlət  borclanması  vəsaitinin  xarakteri  ilə  müəyyən  olunur.  Əgər  dövlət  tərəfindən 
cəlb  edilən  kredit  resursları  digər  məqsədlərə  yönəldilibsə,  onda  dövlət  borclanması 
iqtisadiyyatın digər sektorlarının ümumi xərclərinin həcmini azaldır və iqtisadiyyatda 
ümumi  tələbi  artırmır.  Digər  halda  isə  əgər  dövlət  borclanması  digər  sektorların 
xərclərinin  həcmini  azaltmırsa,  onda  dövlət  borclanması  iqtisadiyyatda  məcmu 
tələbin  artımına  səbəb  olur.  Dövlət  borclanması  dolayısı  olaraq  iqtisadi  artımın 
imkanlarını  məhdudlaşdırır.  Respublikamızda  büdcə  kəsirini  daxili  borclanma 
hesabına örtmək,  faktiki  olaraq  mümkün deyil. Əvvəla, ölkədə  güclü  maliyyə bazarı 


 
 
 
 
formalaşmayıb.  Ikincisi,  fiziki  və  hüquqi  şəxslər  dövlətin  qiymətli  kağızlarla  bağlı 
verdiyi  zəmanətin  ciddiliyini  qəbul  etmirlər  və  nəhayət  daxildə  qiymətli  kağızların 
alınmasına yönəldilməli olan kifayət qədər vəsait yoxdur. Bütün bunlara baxmayaraq, 
daxili  borclanma  hesabına  büdcə  kəsirinin  örtülməsinə  getmək  lazımdır.  Sadəcə 
olaraq burada kəsirin hansı hissəsinin örtülməsindən söhbət gedə bilər. 
Xarici  borclanma  hesabına  kəsirin  örütlməsi  ölkəyə  "başıucalığı"  gətirən  fakt 
olmasa da dövlətlərin əksəriyyəti buna gedir. 
Burada  həmin  borcların  sonradan  qaytarılması  və  ya  faizlərin  ödənilməsi 
(borcların idarə edilməsi) ən mühüm məsələ olur. Yeri gəlmişkən bu borclar, "əbədi" 
və dəqiq qaytarılma müddəti müəyyən olunmuş borclara ayrılır. Borcun çox hissəsini 
uzunmüddətli  və  yalnız  komisyon  haqqı  ödənilən  kreditlər  təşkil  edir.  (BVF-nin 
nəzarətindəki  qurumların  50  il  müddətində  illik  faiz  dərəcəsi  0,75  olan  kreditlər). 
Deməli, hökumət bundan istənilən vaxt bu məqsədlər üçün istifadə edə bilər. (təbii ki, 
layihələr  üzrə  verilən  kreditlər  istisna  olunmaqla).  Ancaq  dövlətin  kreditləri  bu 
məqsəd  üçün  istifadə  etməsi  bütün  hallarda  arzuolunmazdır.  Çünki,  bu  kreditləri 
investisiya qoyuluşlarına xərcləyib, daha uğurlu nəticələr əldə etmək olar. Qeyd edək 
ki,  beynəlxalq  maliyyə  institutlarının  elə  kreditləri  olur  ki,  onlar  yalnız  büdcə 
kəsirinin örülməsinə istifadə edilə bilər. 
Büdcə  kəsirinin  daxili  maliyyələşdirmə  mənbəyinin  ümumi  maliyyələşmədə 
xüsusi  çəkisini  artırmaq  üçün  ilk  növbədə  ölkədə  maliyyə  sektorunda  davamlı 
islahatların  aparılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Maliyyə  sektorunun  islahatının 
mühüm  istiqamətlərindən  biri  də  maliyyə  bazarını  inkişaf  etdirməkdən  ibarətdir. 
Azərbaycanda  maliyyə  bazarının  mühüm  seqmenti  olan  qısamüddətli  pul  bazarı 
(Qısamüddətli  Dövlət  Istiqraz  Vərəqələri  bazarı,  qısamüddətli  kreditlər  bazarı, 
banklararası kredit və depozit bazarı, valyuta bazarı) artıq mövcuddur. 
Respublikamızda  valyuta  bazarı  orada  aparılan  əməliyyatların  həcminə  və 
onun  tək  Mərkəzi  səviyyəsinə  görə  maliyyə  bazarının  ən  inkişaf  etmiş  seqmentidir. 
Xarici ticarətin liberallaşdırılması, manatın tam dönərliyinin   təmin   olunması,   cari   
əməliyyatlar   üzrə   məhdudiyyətlərin aradan götürülməsi  nəticəsində valyuta  bazarı 


 
 
 
 
sürətlə  inkişaf  etmişdir.Əgər  valyuta  bazarının  həcmi  1994-cü  ildə  13  mln.  dollar, 
2005-ci  ildə  bu  2  mlrd.  dollara,  2010-cu  ildə  5  mlrd  dollar  idisə,  2013-cu  ildə.  Bu 
rəqəm 7 mlrd dollara çatmışdır.  
Son  illər  kredit  və  depozit  bazarının  inkişafı  bankların  iqtisadiyyatdakı  rolunu 
daha  da  artırmışdır.  Əhalinin  banklara  inamını  artırmaq  üçün  hazırda  əmanətlərin 
sığortalanması sisteminin formalaşdırılması istiqamətində işlər görülür. 
Hələlik ləng olsa da korporativ qiymətli kağızlar bazarı da inkişaf etməkdədir. 
1999-cu  ilin  iyul  ayında  Respublika  Prezidenti  yanında  Dövlət  Qiymətli  Kağızlar 
Komitəsinin  yaradılması  ilə  qiymətli  kağızlar  bazarının  dövlət  tənzimlənməsi 
mexanizminin  formalaşdırılması  istiqamətində  mühüm  addım  atılmışdır.  Bakı  Fond 
Birjasının  fəaliyyətə  başlaması  maliyyə  bazarının  inkişafında  mühüm  addım  kimi 
qiymətləndirilir.  Özəlləşdirmənin  ikinci  Proqramının  reallaşdırılması  korporativ 
qiymətli kağızların inkişafına yeni təkan verəcəkdir. 
1995-ci  ildə  kəsirin  daxili  maliyyələşdirmə  mənbəyi  kimi  Mərkəzi  Bankın 
krediti  çıxış  edib.  Ümumiyyətlə,  büdcə  kəsirinin  örtülməsi  üçün  1992-ci  ildən 
başlayaraq  1995-ci  ilədək  hər  il  Mərkəzi  Bankdan  alınmış  olan  kreditlər  317,2  mlrd 
manat  təşkil  etməklə,  faktiki  daxili  dövlət  borcunun  əsas  hissəsini  təşkil  etmişdir. 
Artıq  1996-cı  ildən  Ilkin  antiinflyasiya  tədbiri  kimi  dövlət  büdcəsinin  kəsirinin 
Mərkəzi  Bankın  kreditləri  hesabına  maliyyələşdirilməsi  praktikasına  son  qoyuldu. 
Kəsirin  maliyyələşdirilməsi  əsasən,  beynəlxalq  maliyyə  -  kredit  təşkilatlarından 
alınan kreditlər və neft kontraktından əldə edilən bonus hesabına həyata keçirilmişdir. 
1996-cı ildə daxili maliyyələşdirmə mənbəyi mənfi saldoya malik olmuşdur. 
1997-ci ildə də kəsirin maliyyələşdirilməsi mənbəyi kimi xarici maliyyələşdirmə 
üstünlük təşkil etmişdir. 
Yalnız,  1998-ci  ildən  başlayaraq  büdcə  kəsirinin  maliyyələşdirilməsində  daxili 
maliyyələşdirmə mənbəyindən də vəsait daxil olmuşdur. Bu vəsaitlər iki mənbədən - 
dövlət  əmlakının  özəlləşdirilməsindən  və  qısamüddətli  dövlət  istiqraz 
vərəqələrinin satışından daxil olmuşdur. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə