Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

 
 
 
 
Burada bu strukturların resursları hesabına maliyyələşdirilən layihələrin həyata 
keçirilməsi 
istiqamətində 
qarşılıqlı 
münasibətlərin 
təşkilati 
təminatının 
təkmilləşdirilməsi tələb olunur. 
 Bəzən  hökumət  investisiya  layihələri  və  digər  məqsədlər  üçün  büdcədən 
vəsaitlərin  xərclənməsinə  məhdudiyyət  tətbiq  edir.  Bu  məhdudiyyət  beynəlxalq 
təşkilatlardan  borc  vəsaitlərinin  cəlb  edilməsinə  də  tətbiq  edilir  və  burada  əsas  kimi 
büdcə kəsirinin maliyyələşdirilməsinə borc vəsaitlərinin az cəlb edilməsi qəbul edilir. 
Hətta  bir  çox  hallarda  beynəlxalq  maliyyə  təşkilatlarından  alınan  kreditlərin,  borc 
vəsaitlərinin  ölkənin  xarici  borclarının  ümumi  strukturunda  xüsusi  çəkisinin 
azaldılması  tövsiyə  edilir  və  lazım  gələrsə  bu  vəsaitlərdən  imtina  edilməsi  də  belə 
istisna  olunmur.  Hazırda  bir  çox  inkişaf  etmiş  ölkələr  Beynəlxal  İnkişaf  və 
Yenidənqurma 
Bankının 
kreditlərindən 
istifadədən 
imtina 
edirlər. 
Onun 
kreditlərindən  yalnız  Mərkəzi  Asiya  və  Avropa  regionunda  olan  MDB  ölkələri  və 
Şərqi  Avropanın  ölkələri  (postsosialist  ölkələri)  fəal  şəkildə  istifadə  edirlər
1
.  Bu 
beynəlxalq  maliyyə  institutları  və  təşkilatları  ilə  qarşılıqlı  münasibətlərin  digər  bir 
özəl cəhəti də vardır. Belə ki, beynəlxalq maliyyə təşkilatlarından cəlb edilən kredit, 
borc  resurslarının  dəyəri  o  qədər  də  yüksək  olmasa  da,  bu  proseslə  bağlı  dolayı 
xərclər nisbətən yüksək olur. Bu xərclər sırasında konsultasiya xidmətləri, layihələrin 
həyata  keçirilməsi  üçün  qrup  xərcləri,  öhdəliklər  üzrə  kommisiya  xərcləri  və  s. 
daxildir.  Bir  sıra  hallarda  layihələrlə  bağlı,  o  cümlədən  regional  layihələrlə  bağlı 
konsultasiya xidmətləri üzrə xərclərin məbləği layihənin dəyərinin 5-10%-i həddində 
olur.  Eyni  zamanda  layihələrlə  bağlı  keçirilən  tenderlər  layihə  çərçivəsində  görülən 
işlərin,  xidmətlərin  dəyərini  artırır.  Nəticədə  bu  da  layihələrin  bahalaşmasına  səbəb 
olur. Ona görə də bu təşkilatlarla borc münasibətlərinin qurulmasında əsas xərc kimi 
həmin strukturlardan alınan borcların qaytarılması götürülməlidir. 
Bu  mənada  xarici  mənbələrdən  cəlb  edilən  borc  vəsaitlərinin  faydalılığının 
əsaslandırılması,  ilkin  qiymətləndirilməsi  zəruridir.  Borc  vəsaitləri  ilə  yanaşı 
investisiya  layihələrin  də  səmərəliliyinin  qiymətləndirilməsi  xüsusi  əhəmiyyət 
                                                
 


 
 
 
 
daşıyır.  Burada  layihələrin  maliyyə,  büdcə  və  iqtisadi  səmərəlilik  baxımından 
qiymətləndirilməsi  həyata  keçirilir.  Fikrimizcə,  bu  qiymətləndirmə  hər  cəhətdən 
əhəmiyyət  kəsb  edir.  Çünki  dövlət  borcu  vəsaitləri  hesabına  həyata  keçirilən 
layihələrin  səmərəliliyinin  müəyyən  edilməsi  milli  iqtisadiyyat,  eləcə  də  sosial-
iqtisadi 
inkişaf 
istiqamətində 
qeyri-prioritet 
layihələrin 
bu 
vəsaitlərlə 
maliyyələşdirilməsinin qarşısını almaq, onun həm cəmiyyət, həm iqtisadi sistem üçün 
mənfi nəticələrinin təsirindən yayınmaq olar. Eyni zamanda çalışmaq lazımdır ki, bu 
istiqamətdə real iqtisadi sektorun inkişafı ilə bağlı layihələrə üstünlük verilsin. 
Ölkənin  dövlət  borcu  resurslarının,  vəsaitlərinin  cəlb  edilməsi  şərtlərinin 
optimallaşdırılması  və  onun  beynəlxalq  borc  kapitalı  bazarında  mövqeyinin 
normallaşdırılması,  bu  bazara  daxil  olma  imkanlarının  asanlaşdırılması  üçün  xarici 
investorlarla normal qarşılıqlı münasibətlər yaratması, bu münasibətlərin institusional 
strukturunun  təkmilləşdirilməsi  də  əhəmiyyətli  rol  oynayır.  Bu  istiqamətdə 
aşağıdakıların həyata keçirilməsi vacib hesab oluna bilər: 
1.  Ölkənin  iqtisadi-maliyyə  barəsində  xarici  investorlara  və  reytinq 
agentliklərinə  vaxtlı-vaxtında  və  dəqiq,  düzgün  informasiyanın  çatdırılması  üçün 
sadə, çevik mexanizmin yaradılması: 
2.  Xarici  kreditorlarla,  investorlarla  qarşılıqlı  münasibətlərin  formalaşması 
məsələləri  ilə  bağlı  eləcə  də  bu  münasibətlərin  tənzimlənməsi,  nizamlanması 
məsələlərində fəaliyyətin əlaqələndirilməsi funksiyasının yaradılması: 
3.  Dövlət  orqanlarının  və  idarələrinin  birgə  fəaliyyətinin  əlaqələndirilməsi 
mexanizminin formalaşdırılması: 
Dövlət  borcu  siyasətinin  həyata  keçirilməsində  yuxarıda  qeyd  etdiyimiz 
məsələlərə 
diqqət 
yetirilməsi 
ölkənin 
beynəlxalq 
miqyasda 
mövqeyinin 
möhkəmləndirilməsinə, borc strukturunun optimallaşdırılmasına, dövlət büdcəsi üçün 
borc  yükünün  təsirinin  yüngülləşdirilməsinə  müsbət  təsir  edə  bilər.  Söz  yox  ki, 
burada  qanunverici  bazanın  təkmilləşdirilməsinə,  müvafiq  qanunverici  aktlarda 
dəyişikliklərin  həyata  keçirilməsinə,  eləcə  də  xarici  borcun  idarə  edilməsilə  bağlı 
məsələlərin təkmilləşdirilməsinə ehtiyac vardır. 


 
 
 
 
Xarici borcun strukturunda xarici valyutanın nominal həcminin üstünlük təşkil 
etməsi  bu  borc  resursları  ilə  bağlı  risk  amilinin  təsirini  bir  qədər  də  artırır.  Bu  isə 
xarici  borcun  idarə  edilməsində  valyuta  siyasətindən  və  tədiyə  balansının 
vəziyyətindən  asılılığını  daha  da  sərtləşdirir.  Belə  olan  halda  bəzən  xarici  borcun 
tədricən  daxili  borca  dəyişdirilməsi  siyasəti  həyata  keçirilə  bilir.  Yəni  dövlətin 
borclanmasının həyata keçirilməsi zamanı uzunmüddətli daxili borclanmaya üstünlük 
verilməsi  ümumi  proiritetlərdən  hesab  olunur.  Tədricən  daxili  və  xarci  borclanma 
nisbətlərinin  bir-birinə  yaxınlaşdırılması,  bunlar  arasında  tarazlığın  yaradılması 
imkanı  reallaşır.  Dövlət  borcu  resurslarının  cəlb  edilməsinin  səmərəliliyi  ölkədə 
həyata  keçirilən  pul-kredit  siyasəti  və  valyuta  kursu  siyasətindən  də  əhəmiyyətli 
dərəcə  də  asılıdır.  Bu  vəsaitlərin  dəyəri,  qiyməti  isə  investorların  bu  ölkəyə  verilən 
riskin qiymətindən asılı olur. 
Dövlət  həm  daxili,  həm  də  dövlət  borcu  siyasətinin  həyata  keçirilməsində 
səmərəliliyin  artırılması  və  nəzarətin  təmin  edilməsi  istiqamətində  aşağıdakıların 
həyata keçirilməsi, onların əsas götürülməsi əhəmiyyətli hesab olunmalıdır. 
1.  Dövlət  borclarının  həcmi  qaytarılmalı  olan  dövlət  borcunun  həcmini  ötüb 
keçməməlidir, ondan çox olmamalıdır. 
2.  Dövlət  borcunun  həcmi  və  strukturu  imkan  verməlidir  ki,    hökumət  bu 
borcların  qaytarılması  və  onlara  xidmət  üzrə  öhdəliklərini  təminatlı  şəkildə  yerinə 
yetirə  bilsin.  Bu,  həm  də  dövlət  büdcəsinin  imkanlarından  və  konkret  dövr  üçün 
xarici  iqtisadi  konyukturanın  dəyişməsindən  asılı  olmayaraq  borcun  yenidən 
maliyyələşdirilməsi imkanını təmin etməlidir. 
3.  Dövlətin  ümumilikdə  borc  siyasəti  onun  həm  daxili,  həm  də  xarici 
bazarlardan borc resurslarının cəlb edilməsi ilə bağlı şəraitin dəyişməsinə qarşı çevik 
olmalıdır. 
4. Borc siyasi  müəyyən dövr üçün borc vəsaitlərinin cəlb olunması  mənbələri, 
formaları  və  vasitələrinin,  alətlərinin  seçilməsində  əlverişli  imkanlardan  istifadəni 
təmin etməlidir. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə