Magistratura məRKƏZİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix17.09.2018
ölçüsü1,05 Mb.
#69100
1   ...   26   27   28   29   30   31   32   33   34

 
 
 
 
Əsasən aşağıdakı qaydalarda həyata keçirilir. 
       Tükənən illik borc ödənməsi üsulu: 
–  Adından  da  göründüyü  kimi,  burada  həm  borc,  həm  də  faiz  dərəcələrinin 
ödənilməsi  müəyyənləşdirilmiş  bir  tarixdə  tükənən  istiqamətdə  həyata  keçirilir. 
Bu  üsul  kreditor  maraqları  ilə  üst-üstə  düşmür,  çünki  məbləğ  tədricən  ödənilir. 
Bu da hər hansı işi reallaşdırmaq üçün sərfəli deyildir.  
         Artan ödənməsi üsulu:  
-  Burada  borclar  üzrə  ödənişin  artan  istiqamətdə  getməsi  müşahidə  edilir.  Bu 
borc  alan  nöqteyi  nəzərindən  əlverişli  hesab  edilir.  Çünki,  belə  olduğu  təqdirdə 
borclu subyekt əldə etdiyi  vəsaiti öz  işi  üzrə sərf edirsə  (investisiya  layihələri  üzrə), 
bu  zaman  gəlirlərin  əldə  edilməsi  (aydındır  ki,  onun  gəlirləri  artan  istiqamət 
müşahidə  ediləcəkdir)  prosesi  borcların  ödənilməsi  variantı  ilə  üst-üstə  düşəcəkdir. 
Nəticədə  borc  alanın  gəlirləri  borcların  ödənilməsi  ilə  əlaqədar  olaraq  borc  müddəti 
bitənə  qədər  artımı  müşahidə  edilməsə  də,  daha  sonrakı  gəlirlərinin  artımı  və  borc 
məbləğindən azad olması müşahidə ediləcəkdir.  
–  Məcburi  ödəniş  formalarından  biri  də  faizlərin  hissə-hissə,  əsas  məbləğin 
birdəfəlik  ödəndiyi  formadır.  Belə  ki,  qiymətli  kağızın  və  ya  istiqrazın  nə  vaxt 
ödənilməsini  göstərən  faiz  kuponu  vardır.  Müddətin  bitdiyi  zaman  bu  kuponlar 
kəsilir  və  faizi  ödəməklə  lazımi  kassalara  təqdim  olunur.  Bu  yolla  qiymətli 
kağızların  faizi  ödənilir.  Bura  yalnız  veksellər,  istiqrazlar  kimi  borc  öhdəlikləri 
aid edilir. Birbaşa kreditlərin əksəriyyətində də faiz ödənişləri hissə-hissə həyata 
keçirilir.  Belə  ödəniş  forması  həm  kreditlərin,  həm  də  borc  alan  subyektin 
maraqları baxımından əlverişli hesab edilir. 
Könüllü  ödəniş  forması  ilə kredit  müqaviləsində  nəzərdə tutulan  müddət   başa 
çatmamışdan,  borclu  subyekt  tərəfindən  borcların  ödənilməsi  ilə  müşayət  olunur. 
Könüllü ödəniş forması aşağıdakı qruplardan ibarətdir:  
       –  Əbədi    borcların  könüllü  olaraq  ödənilməsi.  Bildiyimiz  kimi,  əbədi  borcların 
qaytarılma tarixini müəyyən etmək hüququnu dövlət öz əlində saxlayır və borc verən 
öz  borcunun  faizindən  savayı  heç  nə  tələb  edə  bilmir.  Aydın  görünür  ki,  burada 


 
 
 
 
dövlət yalnız borclara görə faizləri vaxtı-vaxtında ödəməyə borcludur. Lakin dövlətin 
gəlirlərinin  artıqlığı  şəraitində  könüllü  olaraq  əsas  məbləği  ödəyə  bilər.  Bu  zaman 
dövlət avtomatik olaraq faizlərə görə ödənişlərə də son qoymuş olacaqdır. Bu həm də 
kreditor  üçün  sərfəli  olacaqdır  ki,  onun  əlində  müəyyən  qədər  sərbəst  pul  vəsaiti 
qalacaqdır. 
        –  Vaxtı  çatmamış  borcların  könüllü  ödənilməsi  prosesi  dövlətin  gəlirlərinin 
artıqlığı  vəziyyətlərində  həyata  keçirilir.  Əlbəttə  ki,  bu  təqdirdə  dövlətin  əvvəlki 
borclar  üzrə  ödəniş  vaxtı  keçmiş  borc  öhdəliklərinin  olmaması  zəruri  şərtdir.  Eyni 
zamanda  dövlət  vaxtı  çatmamış  borclarını  könüllü  ödədiyi  zaman  kapital  bazarında 
öz  kredit  reytinqini  də  artırmış  olur.  Dövlət  könüllü  ödəniş  formasını  ağır  şərtlərlə 
səciyyələnən  borc  vəsaiti  cəlb  etdiyi  zamanlarda  da  həyata  keçirir.  Belə  ki,  bu 
vəziyyətdən  dövlət  əlavə  yüngül  şərtlərlə  borc  vəsaiti  cəlb  etmə  nəticəsində  bu 
borcları əvəzləyir. Könüllü ödənilmə prosesində dövlət qiymətli kağızlar üzrə dövlət 
borclarını  ödənilməsi  vaxtı  çatmamış  qiymətli  kağızların  dövlət  tərəfində  birjadan 
satın  alınaraq,  məhv  edilməsi  ilə  həyata  keçirilir.  Bunun  əsasən  dövlət  qiymətli 
kağızları  üzrə  qiymətlərin  aşağı  düşdüyü  vaxtlarda  dövlət  tərəfindən  həyata 
keçirilməsi  müşahidə  edilir  və  bu  daha  məqsədəuyğundur.  Dövlət  qiymətli  kağızlar 
üzrə könüllü ödənişi həyata keçirdiyi zaman, vaxtı çatmamış faiz ödəmələrinə də son 
qoymuş  olur.  Birbaşa  kredit  münasibətlərində  isə  çox  vaxtlarda  belə  hal  müşahidə 
edilmədiyindən  borclu  tərəf    könüllü  ödənişi  həyata  keçirməkdən  imtina  etmək 
məcburiyyətində  qalır.  Çünki,  bu  məbləği  əvvəlcədən  ödədikdə  borc  alan  subyekt, 
həmin məbləği perspektivli sahəyə investisiya kimi yönəltməkdən az xeyir götürmüş 
olur.  
 
Dövlət  kredit  münasibətlərinə  girərək  öz  ehtiyaclarını  ödəmək  baxımından 
maliyyə  vəsaitləri  əldə  edir.  Bu  vəsaitləri  lazımı  şəkildə  yerləşdirdikdən  sonra, 
ödənişin müddəti çatdıqda bunları ödəməyə məcbur olur. Dünya praktikasında dövlət 
borclarının ödənilməsi mənbəyi kimi aşağıdakılar çıxış edir: 
    –  Dövlət  büdcəsi  hesabına  dövlət  borclarının  ödənilməsi  dövlət  büdcəsinin 
xərclərində öz əksini tapır. Belə ki, «Büdcə sistemi haqqında» qanun layihəsinin 25-


 
 
 
 
ci  maddəsinin  III  bəndinə  əsasən,  büdcə  ili  ərzində  alınan  dövlət  borcunun  məbləği, 
onun  istifadəsi,  dövlət  borcuna  xidmət  göstərilməsi  ilə  bağlı  xərclər  dövlət 
büdcəsində  əks  etdirilir.  Eyni  zamanda  həmin  maddənin  IV  bəndində  göstərildiyi 
kimi,  büdcə  gəlirlərinin  həcmindən  və  ayırmaların  səviyyəsindən  asılı  olmayaraq 
dövlət  borcu  üzrə  xidmətlər  (əsas  borc,  faiz)  tam  və  vaxtında  həyata  keçirilməlidir. 
Faizlər  və  borclar  kredit  müqaviləsinə,  yaxud  dövlət  qiymətli  kağızlarının  şərtlərinə 
əsasən  vaxtında  ödənilməlidir.  Dövlət  büdcəsindən  ödənilmənin  özünə  məxsus 
üstünlükləri vardır. Əgər dövlət büdcə hesabına dövlət borcunu ödəyirsə, bu zaman o 
əlverişli  olmayan  maliyyə  mənbələrindən  istifadənin  qarşısını  alır.  Eyni  zamanda 
dövlət büdcəsindən ödənişlə hissə-hissə  həyata keçirilir ki, bu da borca xidmət yükü 
baxımından əlverişli hesab edilir. 
– 
Yönəldiyi  mənbə  hesabına  dövlət  borclarının  ödənilməsi  iqtisadi 
baxımdan  ən  əlverişli  hesab  edilir.  Belə  ki,  bu  zaman  heç  bir  əlavə  maliyyə 
mənbələrinin  axtarılması  məcburiyyəti  yaranmır,  həm  də  digər  məcburi  xərclərdən 
dövlət  azad  edilir.  Dövlət  borclarının  yönəldiyi  mənbə  hesabına  ödənilməsi  ilk 
növbədə  uğurlu  və  səmərəli  şəkildə  hazırlanmış  dövlət  borcu  planlaşdırılmasından, 
daha  sonra  onun  həmin  plana  əsasən  məqsədyönlü  şəkildə  idarə  edilməsi  ilə  (nə 
dərəcədə  istifadə  edilməsi)  xarakterizə  olunur.  Çünki,  borcların  qaytarılması 
bilavasitə  səmərəli  istifadə  edilməsi  ilə  bağlıdır.  Səmərəli  istifadənin  yüksək 
göstəricisi  isə  onun  yönəldiyi  mənbə  hesabına  vaxtında  lazımı  öhdəliklərin  yerinə 
yetirilməsi  deməkdir.  Yönəldiyi  mənbə  hesabına  dövlət  borclarının  ödənilməsi  daha 
çox  investisiya  layihələrinin  maliyyələşdirilməsi  və  büdcə  ehtiyaclarının  ödənilməsi 
məqsədi ilə səfərbər edilən dövlət borcu münasibətləri zamanı müşahidə edilir.  
– 
Dövlət  borclarının  infilyasiya  vasitəsi  ilə  ödənilməsi  də  danılmaz  bir 
faktdır.  Biz  bilirik  ki,  infilyasiya  əhalinin  alıcılıq  qabiliyyətinin  aşağı  düşməsi,  eyni 
zamanda  milli  pul  vahidinin  dəyər  itirməsi  ilə  xarakterizə  edilir.  Lakin  milli  pul 
vahidi dəyər itirdiyi zaman dövlət timsalında onun Maliyyə Nazirliyi bu vəziyyətdən 
istifadə  edərək  dövlət  borclarına  xidmət  baxımından  xeyli  gəlir  əldə  edir.  Belə  ki, 
belə  olduğu  təqdirdə  (infilyasiya)  dövlət  daxili  bazarda  qiymətli  kağızların  milli  pul 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə